Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə46/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   42   43   44   45   46   47   48   49   ...   57

 
100 
imzalamışdır. Bu qanunverici  sənəd Azərbaycanın penitensiar sistemində  aparılan  
islahatların  hüquqi   bazasını  daha  da  möhkəmləndirmiş  və  cəzaçəkmə  yerlərinin 
fəaliyyətinin  təkmilləşdirilməsi  üçün  əlverişli  zəmin  yaratmışdır.  Bu  fərmanla 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Komissiyası  yaradılmışdır.   
Komissiyaya 
islah-əmək 
müəssisələrində  və  istintaq  təcridxanalarında 
qanunvericilik,  təşkilati  və  digər  məsələləri  nəzərdə  tutan  tədbirlər  proqramı 
hazırlamaq,  cəzaçəkmə  yerlərinin  beynəlxalq  standartlara  uyğun    təşkili    və  
fəaliyyətinin 
təmin 
edilməsi 
üçün 
onların 
maddi-texniki 
bazasının 
möhkəmləndirilməsi,  müasir  nəzarət,  mühafizə,  mühəndis-texniki  qurğularla  və 
digər xüsusi vasitələrlə təchiz olunması üçün zəruri tədbirlər görmək,  penitensiar 
müəssisələrin  əməkdaşlarının  sosial-müdafiəsinin  yaxşılaşdırılması,      onların   
əmək  haqqının  artırılması,  cəzaçəkmə  yerlərində  məhkumların  saxlanılması 
şəraitinin  daha  da  yaxşılaşdırılması  sahəsində  tədbirləri  davam  etdirmək 
tapşırılmışdır.  Dövlət  komissiyası  ölkə  başçısının  fərmanına  əsasən  tədbirlər 
proqramı hazırlamış və  proqram   təsdiq edilmişdir. Bu proqramda  Azərbaycanın 
penitensiar sistemi qarşısında duran bir çox vacib problemlər öz həllini tapmışdır. 
2000-ci  il  oktyabr  ayının  9-da  Azərbaycan  Respublikasının  Prezidenti 
tərəfindən imzalanan iki fərman da penitensiar sistem üçün böyük əhəmiyyət kəsb 
edir.  Belə  ki,  ölkəmizdə  vahid  penitensiar  siyasəti  həyata  keçirmək  və  istintaq 
təcridxanalarının  fəaliyyətini  Avropa  Şurasının  standartlarına  uyğunlaşdırmaq 
məqsədilə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzdində olan  üç 
istintaq təcridxanası Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir. 
İkinci  fərman  isə  dövlətimizin  penitensiar  sistemində  həyata  keçirilən 
islahatların 
gücləndirilməsinə, 
islah-əmək 
müəssisələrinin 
və 
istintaq 
təcridxanalarının  işinin  daha  da  yaxşılaşmasına  yönəldilmişdir.  Fərmanda  islah-
əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin təkmilləşdirilməsi, qarışıq 
rejimli  islah-əmək  müəssisələrinin  yaradılması,  məhbus  və  məhkumların 
saxlanılma  şəraitinin  və  onlara  göstərilən  tibbi  xidmətin  yaxşılaşdırılması  üçün 
qanunvericilik,  təşkilati  və  digər  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 
tutulmuşdur. 
IV.b. İşgəncələrin və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti 
alçaldan  rəftarın  qarşısının  alınması  üçün  beynəlxalq  təşkilatlar  tərəfindən  təklif 
edilmiş  tövsiyələrin  Azərbaycan  Respublikası  tərəfindən  yerinə  yetirilməsi  üçün 
konkret  tədbirlər  görülmüşdür.  Belə  ki,  qəbul  edilmiş  yeni  Cinayət  Məcəlləsinə 
işgəncəyə  görə  cinayət  məsuliyyəti  nəzərdə  tutan  132  və  133-cü  maddələr  daxil 
edilmişdir.  Həmin  maddələrə  əsasən,  şəxsdən  məlumat  almaq  və  ya  onu  etirafa 
məcbur  etmək,  yaxud  törətdiyi  və  törədilməsində  şübhə  doğurduğu  əmələ  görə 
həmin  şəxsi  cəzalandırmaq  məqsədilə  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
vəzifəli  şəxs  tərəfindən  və  ya  onun  təhriki  ilə  şəxsə  işgəncə  vermə,  yəni,  onu 
mütəmadi olaraq döymə  və  ya psixi iztirablar vermə cinayət  məsuliyyətinə  səbəb 
olur  və  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  növündə  cəza 
müəyyən edilir. 


 
101 
"BMT-nin  İşgəncələrə  Qarşı  Komitəsinin  və  Beynəlxalq  Amnistiya 
Təşkilatının Azərbaycana dair hesabatı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan 
Respublikasının  Prezidenti  Sərəncam  imzalamış  və  hesabatda  göstərilən  faktların 
yoxlanılması  və  tədbir  görülməsi,  bu  sahədə  insan  hüquqlarının  müdafiəsi  ilə 
məşğul  olan  beynəlxalq  təşkilatlarla  işin  səmərəli  təşkil  olunması  məqsədilə  işçi 
qrupu  yaradılmış  və  respublikanın  hüquq-mühafizə  orqanları  tərəfindən  müvafiq 
tədbirlər  planının  hazırlanıb  həyata  keçirilməsi  tapşırılmışdır.  Azərbaycan 
Respublikası  Ali  Məhkəməsi  Plenumunun  qərarı  ilə  müəyyən  edilmişdir  ki, 
təhqiqat,  ibtidai  istintaq  dövründə  və  ya  cəza  çəkilərkən,  habelə  hərbi  xidmət 
dövründə  vəzifəli    şəxslər  tərəfindən  vətəndaşların  və  ya  həqiqi  hərbi  xidmətə 
çağırılmış  gənc  əsgərlərin  işgəncələrə  və  ləyaqəti  alçaldan,  qeyri-insani  rəftar  və 
cəza növlərinə  məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllərdir və 
belə məlumatlara məhkəmə bütün hallarda münasibətini bildirməlidir.  Azərbaycan  
Respublikası  Baş prokurorunun əmri ilə təhqiqat və ibtidai istintaq zamanı işgəncə 
və digər qanunsuz metodların tətbiq olunması hallarının qarşısının alınması və belə 
hallara  yol  verən  əməkdaşlar  barəsində  qanunun  bütün    gücündən    istifadə  
edilməsi  və  vətəndaşların  pozulmuş hüquqlarının bərpa edilməsi üçün prokuror 
nəzarətinin həyata keçirilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. 
Başqa  dövlətə  təslim  edilən  şəxsə  qarşı  bu  dövlətdə  Beynəlxalq 
Amnistiyanın  tövsiyələrində  nəzərdə  tutulmuş  işgəncələr  verilməsini  ehtimal 
etməyə  ciddi  əsaslar  olduqda,  onun  təslim  edilməsinə  dair  İşgəncələrə  dair 
Konvensiyanın  3-cü  maddəsinin  tələbləri  yeni  Cinayət  Məcəlləsində  öz  təsbitini 
tapmışdır. 
IV.c.  1999-cu  il  dekabrın  7-də  Azərbaycan  Respublikasında  fikir  və  söz 
azadlığını,  mətbuat  və  jurnalistlərin  müstəqilliyini  təmin  edən,  xüsusilə  mətbuat 
azadlığını  məhdudlaşdıran  inzibati  tədbirlərdən  istifadəni  istisna  edən  "Kütləvi 
informasiya  vasitələri  haqqında"  Azərbaycan  Respublikasının  Qanunu  qəbul 
edilmişdir. Qanunla kütləvi informasiya vasitələri  üzərində dövlət senzurasına yol 
verilmir,  vəzifələr  və  məsuliyyət  doğuran  məlumat  almaq  və  ya  yaymaq 
azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci 
bəndinə  müvafiq  olaraq  demokratik  cəmiyyətdə  zəruri  olan  rəsmiyyətlərə  və  ya 
cərimə  sanksiyalarına  məruz  qala  bilər.  Qanuna  əsasən,  kütləvi  informasiya 
vasitələrinin istehsalı və yayımı təsisçinin və ya məhkəmənin qərarı ilə müvəqqəti 
dayandırıla,  yaxud  ona  xitam  verilə  bilər  və  vəzifəli  şəxslər  tərəfindən  hər  hansı 
müdaxilə,  o  cümlədən  senzura  tətbiq  etmə,  peşə  müstəqilliyini  pozma,  kütləvi 
informasiya  vasitələrinin  istehsalını  və  yayımını dayandırma, tirajı  müsadirə etmə 
və  digər  hüquqların  pozulması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 
müvafiq olaraq mülki, inzibati, cinayət və digər məsuliyyətə səbəb olur. 
Mətbuat  haqqında  qanunvericiliyin  İnsan  hüquqlarının  və  əsas 
azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Konvensiyasına  tam  uyğunluğunun 
təmin edilməsi üçün müvafiq qanuna dəyişikliklər və əlavələr edilmişdir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə