Azərbaycan və avropa şurasi


Azərbaycan Respublikasının Prezidenti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə49/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   45   46   47   48   49   50   51   52   ...   57

 
108 
 
Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyevin Avropa Şurası 
Parlament Assambleyasında çıxışı 
 
Hörmətli cənab sədr! 
Xanımlar və cənablar, əziz qonaqlar! 
Buraya dəvət olunmaq və Avropa Şurasında çıxış etmək mənim üçün böyük 
şərəfdir.  Bu,  həm  də  şəxsən  mənim  üçün  çox  xoş  hadisədir.  Cənab  sədrin  qeyd 
etdiyi kimi, mən üç il müddətində Avropa Şurası Parlament Assambleyasının üzvü 
olmuşam. Həyatımın bu dövrü mənim üçün, bəlkə də, ən maraqlı, mühüm zaman 
kəsiyidir və bu dövr gələcək fəaliyyətimdə, əlbəttə ki, bugünkü vəzifəmdə də vacib 
rol oynadı. 
Azərbaycan yalnız üç il bundan əvvəl Avropa Şurasının üzvü oldu. Ondan 
əvvəl isə ölkə bir çox problemlərlə üzləşirdi. 1991-ci ildə müstəqillik əldə etdikdən 
sonra  Azərbaycanda  vəziyyət çox çətin idi. Bu, həm iqtisadi, həm siyasi,  həm də 
hərbi  baxımdan  tam  xaos  dövrü  idi.  İqtisadiyyat  sürətlə  tənəzzül  edirdi.  Faktiki 
olaraq, ölkə  dağılmaq  ərəfəsində  idi:  vətəndaş  müharibəsi,  bir  neçə  hərbi  çevriliş 
cəhdləri və əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü. Bu amillər ölkəyə 
normal, azad, iqtisadi tərzdə inkişaf etmək imkanı verə bilməzdi. 
Yalnız  keçmişin  çətin  irsini  adladıqdan,  ictimai-siyasi  sabitlik  təmin 
edildikdən  sonra  və  Ermənistanla  Azərbaycan  arasında  atəşkəs  rejimi  əldə 
olunandan  sonra  ölkə  müxtəlif  sahələrdə  inkişaf  etmək  imkanı  qazana  bildi. 
İqtisadiyyatımızda  artım  başladı.  Bu  gün  iqtisadi  inkişaf  baxımından  Azərbaycan 
sürətlə inkişaf edən ölkədir. Son yeddi ildə ümumi daxili məhsulun artımı 90 faiz 
təşkil  etmişdir,  son  7  ildə  inflyasiya  2-3  faizi  aşmamışdır.  Adambaşına  düşən 
birbaşa xarici sərmayə baxımından Azərbaycan həm keçmiş SSRİ, həm də Mərkəzi 
Avropa ölkələri arasında aparıcı mövqedədir. 
Bütün  bu  amillər,  üstəgəl,  irimiqyaslı  iqtisadi  islahatlar,  torpaq  islahatı, 
torpağın  özəlləşdirilməsi  və  ümumiyyətlə,  müəssisələrin  özəlləşdirilməsi  ölkəyə 
iqtisadiyyatını  bazar  iqtisadiyyatı  prinsipləri  əsasında  qurmağa  imkan  verdi.  İndi 
ümumi  daxili  məhsulda  özəl  sektorun  payı  75  faizə  bərabərdir.  Xüsusilə  nəzərə 
alsaq  ki,  neft  sektoru  hələ  də  dövlətin  inhisarındadır,  onda  bu,  böyük  rəqəmdir. 
Ümumi daxili məhsulda 75 faiz o deməkdir ki, praktiki olaraq, bütün ticarət, bütün 
sənaye növləri özəlləşdirilibdir. 
Biz  bunun  yaxşı  nəticələrini  görürük.  Ölkənin  necə  inkişaf  etdiyini, 
iqtisadiyyatın  artdığını  görürük  və  bu,  bizə  nəhəng  beynəlxalq  layihələri  həyata 
keçirmək  imkanı  verir.  Bugünkü  gündə  dünyanın  ən  iri  enerji  layihəsi 
Azərbaycanda  həyata  keçirilir.  Artıq  10  ildir  ki,  Azərbaycan  karbohidrogen 
ehtiyatlarından dünyanın aparıcı şirkətləri ilə birlikdə istifadə edir. 
Bu,  çox  uğurlu  təcrübədir.  Özü  də  bu  uğurun  bir  neçə  əsas  elementi  var. 
Birincisi,  çox  gözəl  sərmayə  mühitinin  olmasıdır.  Bizim  sərmayəçilər  özlərini  və 


 
109 
sərmayələrini  təhlükəsiz  hiss  edir  və  əmindirlər  ki,  qoyduqları  vəsait  lazımınca 
qorunur.  Azərbaycandakı  bütün  əsas  sərmayə  layihələri  parlamentimiz  tərəfindən 
ratifikasiyadan keçib qanun statusu almışdır. Onları heç kim dəyişə bilməz.  Digər 
səbəb şəffaflıqdır. Şəffaflıq da neft-qaz sektorunda və ümumiyyətlə, bütün istehsal 
sahələrində  uğurun  əsasını  təşkil  edən  elementlərdəndir.  Azərbaycan  bu  mənada 
nəzərəçarpacaq  nailiyyət  qazanmışdır.  Biz  hasilat  sənayelərində  şəffaflıq 
təşəbbüsünə lap əvvəldən qoşulmuşuq və regionda bu prosesdə liderliyimizi davam 
etdirmək əzmindəyik. 
Beynəlxalq  maliyyə  təsisatları  ilə  çox  sıx  əlaqələrimiz  və  əməkdaşlığımız 
var.  Xüsusilə  də,  Beynəlxalq  Valyuta  Fondu  ilə.  Bu  təşkilatla  biz  əsas  iqtisadi 
xəttimizi  razılaşdırırıq.  Bütün  bu  amillər  ölkəyə  milyardlarla  dollar  vəsait  cəlb 
etməyə imkan verdi. 
Son  illər  ərzində  Azərbaycana  qoyulmuş  sərmayələrin  miqdarı  17  milyard 
dollara  bərabərdir.  Bunun  da  12  milyard  dolları  birbaşa  xarici  sərmayədir. 
Sərmayəçilər  Azərbaycandakı  ictimai-siyasi  sabitliyə  əmin  olmasaydılar, 
hadisələrin gedişini əvvəlcədən proqnozlaşdıra bilməsəydilər, əlbəttə ki, onlar risk 
edib  öz  vəsaitlərini  qoymazdılar.  Biz  bu  siyasətimizi  davam  etdirməkdə  tam 
qərarlıyıq.  Növbəti  üç  il  ərzində  Azərbaycanın  təkcə  neft  və  qaz  sənayesinə, 
təxminən, daha 10 milyard dollar sərmayə qoyulacaqdır. 
Bu  gün  reallaşdırılan  iri  boru  kəmərləri  layihələri  təkcə  bizim  ölkə, 
ərazilərindən  kəmərlərin  keçəcəyi  digər  ölkələr  üçün  yox,  həm  də  bütün  region 
üçün  vacibdir.  Bu  layihələr  regional  təhlükəsizlik  və  sabitlik  üçündür,  regional 
əməkdaşlıq  üçündür.  Azərbaycan  regional  əməkdaşlıq  sahəsində  çox  fəal  ölkədir 
və  bugünkü  gündə  bu əməkdaşlıq qənaətbəxşdir. Biz  gələcəkdə  də  bu yöndə  fəal 
rol oynamağa hazırıq. 
Azərbaycanın  Xəzər  dənizindəki  neft  və  qaz  ehtiyatları  ölkəmizə  imkan 
verəcək  ki,  bunlardan  düzgün  istifadə  edərək,  iqtisadiyyatını  hərtərəfli  inkişaf 
etdirsin.  Neft  və  qazın  hasilatı  və  nəqli  qarşımızdakı  son  məqsəd  deyildir.  Bu, 
yalnız  iqtisadiyyatımızı  hərtərəfli  inkişaf  etdirmək,  müasir,  sivilizasiyalı,  iqtisadi 
cəhətdən  güclü  cəmiyyət  qurmaq, siyasi islahatları  gələcəkdə  də  həyata  keçirmək 
və  cəmiyyətin  demokratikləşməsi  yolunu  davam  etdirmək  vasitəsidir.  Əldə 
etdiyimiz  nailiyyətlər  və  yaxın  gələcəkdə  həyata  keçiriləcək  layihələr,  əlbəttə  ki, 
ölkəmizin iqtisadiyyatını gücləndirməyə imkan verəcəkdir. 
Azərbaycan  lap  yaxın  gələcəkdə  iqtisadi  baxımdan  çox  güclü  ölkə 
olacaqdır.  2005-2006-cı  ildə  artıq  əsas  neft  və  qaz  kəmərləri  işlək  vəziyyətdə 
olacaq  və  layihədə  iştirak  edən  bütün  ölkələrə  öz  əhalisinin  həyat  səviyyəsini 
yaxşılaşdırmağa imkan verəcəkdir. 
Amma  əlbəttə  ki,  bütün  bunlar  ölkəmizin  bugünkü  həyatının  yalnız  bir 
hissəsidir.  Ölkə  inkişafdadır,  həm  iqtisadi,  həm  də  sosial  baxımdan  inkişaf  edir. 
Çoxsaylı  sosial  proqramlar  həyata  keçiririk.  Bizim  iqtisadi  siyasətimiz  bazar 
iqtisadiyyatı prinsiplərinə əsaslanır. Amma büdcəmizin strukturuna nəzər salsanız, 
görərsiniz ki, büdcənin çox böyük hissəsi sosial məsələlərə yönəldilmişdir. Məncə, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə