Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə47/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   43   44   45   46   47   48   49   50   ...   57

 
102 
IV.d.  Milli  azlıqlar  haqqında  Qanuna  dair  onu  qeyd  etmək  lazımdır  ki, 
hazırda  milli  azlıqlar  haqqında  qanun  layihəsi  hazırlanmış  və  Azərbaycan 
Respublikası Milli Məclisinin müvafiq komitəsinə müzakirəyə verilmişdir. 
IV.e. İctimai birliklərin və fondların yaradılması və fəaliyyət göstərməsi ilə 
bağlı  münasibətləri  tənzimləyən  "Qeyri-hökumət  təşkilatları  (ictimai  birliklər  və 
fondlar)  haqqında"  yeni  Qanun  hüquqi  şəxs  kimi  qeyri-hökumət  təşkilatlarının 
yaradılmasının,  qeydiyyatının,  fəaliyyətinin  yenidən  təşkil  edilməsi  və  ləğv 
edilməsi  qaydalarını,  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətini,  idarə  olunmasını, 
dövlət hakimiyyəti orqanları ilə münasibətlərini müəyyən edir. 
Qeyd  edilən  münasibətlərin  yaranmasında  müstəsna  xidmətləri  olmuş 
Heydər  Əliyev  bu  əlaqələrin  əhəmiyyətini  yüksək  qiymətləndirmişdir:  "Biz 
Azərbaycanda  bu gün əsl vətəndaş cəmiyyəti qururuq. Çoxsaylı ictimai təşkilatlar, 
partiyalar,  müxtəlif  fondlar  və  cəmiyyətlər  vətəndaş  cəmiyyətinin  strukturunu 
təşkil edərək Azərbaycanın bir çox mühüm məsələlərinin həllində dövlətlə uğurlu 
əməkdaşlıq edirlər". 
"Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  və  dövlət  reyestri  haqqında"  AR 
Qanununun  12  dekabr  2003-cü  il  tarixdə  dövlət  başçısı  İlham  Əliyev  tərəfindən 
imzalanaraq  09  yanvar  2004-cü  ildən  qüvvəyə  minməsi  bu  müsbət  proseslərin 
davamı kimi dəyərləndirilməlidir. Belə ki, bu qanuna görə, hüquqi şəxslərin dövlət 
qeydiyyatı  xeyli  sadələşdirilərək  Avropa  standartlarına  uyğunlaşdırılmışdır. 
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 27 iyul 2007-
ci  ildə  "Azərbaycan  Respublikasının  qeyri-hökumət  təşkilatlarına  dövlət  dəstəyi 
Konsepsiyası" qəbul edilmişdir. 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 13 dekabr 2007-ci ildə 
Azərbaycan  Respublikası  Prezidenti  yanında  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası 
yaradılmışdır. 
V.  "Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında"  Azərbaycan  Respublikasının 
Qanunu  ittiham  və  müdafiə  tərəfinin  hüquq  bərabərliyinə,  hüquqi  müdafiəyə  dair 
Konstitusiya  hüquqlarına,  İnsan  hüquqlarına  dair  Avropa  Konvensiyasının  6-cı 
maddəsinə  uyğun  olaraq  işlərin  məhkəmədə  ədalətli  araşdırılması  hüququna  və 
vəkillik peşəsinin müstəqilliyinə təminat yaradır. 
V.a. Azərbaycan Respublikası Konstitusiyasının, "Konstitusiya Məhkəməsi 
haqqında",  "Məhkəmələr  və  hakimlər  haqqında"  qanunların,  habelə  Mülki-
Prosessual  və  Cinayət-Prosessual  məcəllələrinin  müvafiq  maddələri  Azərbaycan 
Respublikasının  Konstitusiya  Məhkəməsinə  müraciət  etmək  qaydasını  müəyyən 
etmişdir. Belə ki, hər hansı bir vətəndaşın  hüquqları və azadlıqları  qüvvədə olan  
normativ-hüquqi  aktlarla  pozulduğu  təqdirdə  o,  müvafiq  məhkəmə  instansiyaları 
vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edərək şikayətin 
Konstitusiya Məhkəməsinə sorğu vermək yolu ilə göndərilməsini xahiş edə bilərdi. 
2002-ci 
ildə 
Konstitusiyaya 
dəyişikliklərlə 
əlaqədar 
keçirilən 
referendumdan sonra 2003-cü il dekabrın 23-də Konstitusiya Məhkəməsi haqqında 
yeni  Qanun  qəbul  olunur.  Qanun  şəxslərə,  bütün  instansiya  məhkəmələrinə,  o 


 
103 
cümlədən  ombudsmana  Konstitusiya  Məhkəməsinə  birbaşa  müraciət  etmək 
hüququ verir. 
2009-cu  il  18  mart  referendumu  nəticəsində  Konstitusiyanın  130-cu 
maddəsinin IX hissəsinə Konstitusiya Məhkəməsinin  qərarlarının  dərc   edilməsi  
ilə   əlaqədar  müddəa əlavə edilir. 
Beləliklə,   Azərbaycan   Respublikası   ilə    Avropa   Şurası arasında sıx 
əməkdaşlığın nəticəsi  kimi ölkəmiz  AŞ PA-nın 222 (2000) saylı Rəyinə  müvafiq 
olaraq        bu  təşkilat  qarşısında  üzərinə  götürdüyü  öhdəlikləri  vaxtında  yerinə 
yetirir.  Azərbaycan  Prezidenti  İlham  Əliyev  AŞ  PA-nın  2004-cü  il  yaz 
sessiyasındakı  çıxışı  zamanı  ölkədə  siyasi  islahatların  aparılması  sahəsində 
müvəffəqiyyətlər  qazanıldığını  diqqətə  çatdıraraq  qeyd  etmişdir  ki,  Azərbaycan 
Avropa  Şurası  qarşısında  götürdüyü  öhdəliklərin  bir  çoxunu  yerinə  yetirmişdir:   
"Ölkəmiz    siyasi    islahatlar    sahəsində    də    mühüm  nailiyyətlər  əldə  etmişdir. 
Avropa Şurasına üzv olduğumuz üç il müddət Azərbaycanın demokratiya yolu ilə 
irəliləməsində həlledici rol oynamışdır. Avropa Şurasının tövsiyələri ilə yeni-yeni 
qanunlar  qəbul  edilmişdir.  Təşkilata  üzv  qəbul  olunarkən    ölkənin    üzərinə  
götürdüyü    öhdəliklər    və    onların  yerinə  yetirilməsi  də  bu  sahədə  yardımçı 
olmuşdur". 
Bu  gün  Azərbaycan  Avropa  standartlarına  uyğun  surətdə  inkişaf  edir,  sivil 
ölkələr  səviyyəsinə  yüksəlmək  üçün  respublikamızda  zəruri  tədbirlər  həyata 
keçirilir. Söz yox ki, bu tədbirlərin həyata keçirilməsi yolunda bəzi reallıqlarla da 
hesablaşmaq lazım gəlir. Lakin bütün bunlara baxmayaraq, bu gün cəsarətlə demək 
olar  ki,    Azərbaycan  Avropa  ailəsinin  tamhüquqlu  üzvü  kimi  insan  hüquqlarının 
qorunması  yolunda  inamla  addımlayır.  Ümummilli  lider  Heydər  Əliyevin 
Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi mərasimindəki nitqində dediyi 
kimi:    "Biz  bundan  sonra  da  Azərbaycan    xalqının  və  dövlətinin  humanizm, 
insanpərvərlik  ideallarına  və  prinsiplərinə,    demokratiyaya,  qanunun  aliliyinə, 
insan  hüquqlarına  və  əsas  azadlıqlara  hörmət  bəslənməsinə  əsaslanan  dəyərlərə 
sadiqliyini nümayiş etdirəcəyik". 


 
104 
NƏTİCƏ 
 
Ötən  əsrin  80-ci  illərinin  sonunda,  90-cı  illərinin  əvvəllərində  dünyanın 
siyasi  mənzərəsi  yenidən  dəyişəndə  müstəqillik  qazanmış  Azərbaycan  Avropaya 
inteqrasiya yolunu tutaraq həm daxildə, həm də xaricdə sabitlik yaratmağa çalışdı. 
Bu  istiqamətin  məntiqi  nəticəsi  kimi  qısa  dövr  ərzində  çox  çətin  tarixi 
sınaqlardan  keçməli  olmuş  və  ümummilli  liderimiz  Heydər  Əliyevin  həyata 
keçirdiyi  siyasət  nəticəsində  gələcəyə  inamla  baxan,  demokratik  inkişaf  yolu  ilə 
qətiyyətlə  addımlayan  bir  dövlətə  çevrilmiş  Azərbaycan  Avropa  Şurası  kimi 
beynəlxalq təşkilatın tamhüquqlu üzvlüyünə qəbul edildi. 
Azərbaycan  Respublikasının  Avropa  Şurasına  qəbul  edilməsi  yeni  əsrin 
əvvəllərində  xalqımızın  taleyində  baş  verən  ən  mühüm  hadisələrdən  biridir. 
Ölkəmizin  Avropa  xalqları  ailəsinə  inteqrasiyasını  reallığa  çevirmiş  bu  hadisə 
Azərbaycanda  hüquqi,  demokratik  və  dünyəvi  dövlət  quruculuğu,  vətəndaş 
cəmiyyətinin  inkişafı,  bazar  iqtisadiyyatı  prinsiplərinin  bərqərar  edilməsi  ilə 
əlaqədar aparılan köklü islahatların nəticəsi olmuşdur. 
Azərbaycanın  Avropa  Şurasına  daxil  olmasında  məqsəd  ölkəmizin 
qarşısında duran bir sıra vəzifələrin həlli olmuşdur: 
— Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Ermənistanın 
işğalçı  siyasətini,  simasını  ifşa  etmək,  azərbaycanlılara  qarşı  ermənilərin  həyata 
keçirdiyi soyqırımı və torpaqlarımızın 20 faizinin işğal edildiyi faktını tanıtdırmaq, 
hüquqları  pozulmuş  qaçqın  və  məcburi  köçkünlərin  ağrılı-acılı  həyatını  anlatmaq, 
bununla belə, ölkəni cəlb olunduğu regional münaqişədən onun ərazi bütövlüyünü 
saxlamaq şərti ilə dinc yolla çıxarmaq; 

 
demokratik, hüquqi dövlət quruculuğu işini davam etdirmək, qazanılmış 
müstəqilliyin möhkəmləndirilməsi məqsədilə Avropaya inteqrasiya etmək; 

 
demokratik  və  hüquqi  dövlət  quruculuğu  istiqamətində  islahatların 
davam  etdirilməsi,  vətəndaş  cəmiyyətinin  inkişafının  və  insan  hüquqlarının 
müdafiəsinin təmin edilməsi; 

 
Avropa  dövlətləri  ilə  diplomatik  münasibətlərin  yüksək  səviyyədə 
qurulması və inkişaf etdirilməsi və ölkənin xarici siyasətinin dinc yanaşı yaşamaq, 
sülhü və təhlükəsizliyi qorumaq və s. beynəlxalq hüquq prinsiplərinə əsaslandığını 
nümayiş etdirərək bu dövlətlərə çatdırmaq; 

 
məqsəd  və  məramlarımız  haqqında  məlumat  vermək  üçün  Avropa 
Şurasının ali tribunasından istifadə etmək. 
Bu  gün  region  dövlətləri  arasında  siyasi  məsuliyyət  hissini  unutmamaq, 
bütün  demokratik  və  insan  hüquqları  təsisatları  ilə  birgə  nümunəvi  bir  ölkəyə 
çevrilmək Azərbaycanı müsbət mənada fərqləndirən xüsusiyyətlərdən biridir. 
Avropa  Şurasının  tamhüquqlu  və  fəal  üzvü  kimi  onunla  əməkdaşlıq  edən, 
bu  əməkdaşlığı  günbəgün  gücləndirən  Azərbaycan  Respublikası  Şuranın  insan 
hüquqlarının  qorunması,  demokratik  proseslərin  inkişaf  etdirilməsi,  dövlətlərarası 
münasibətlərin  bərabərlik,  qlobal  problemlərin  həllinə  yardım  göstərmək, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə