Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə43/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

 
94 
noyabr  1994-cü  il  tarixli  qətnaməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Qətnamədə 
deyilir: 
"Assambleya  məmnunluqla  qeyd  edir  ki,  1994-cü  il  mayın  12-də  qüvvəyə 
minmiş atəşkəsə nisbətən yaxşı riayət olunmuşdur və  ümid edir ki, bunun ardınca 
müharibə edən tərəflər arasında tezliklə sülh müqaviləsi imzalanacaq; 
1988-ci  ildə  başlanmış  bu  münaqişə  20  min  nəfərin  ölümünə  və  bir 
milyondan çox adamın qaçqın olmasına gətirib çıxarmışdır; 
Assambleya ATƏM-in Minsk qrupunun, Rusiya Federasiyası hökumətinin, 
Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik    Şurasının,      BMT    Parlamentlərarası  
Assambleyasının, özünün iştirakçı olmayan Avropa dövlətləri ilə münasibətlər üzrə  
Komitəsinin  müharibə  edən  tərəfləri   sülh   müqaviləsi imzalamağa inandırmaq 
cəhdlərini məmnunluqla qeyd edir;  
O, Ermənistan   və   Azərbaycan    müdafiə   nazirlərinin   və  Dağlıq Qarabağ 
ordu  komandanının  atəşkəsi  gözləmək  Öhdəliyini  və  siyasi  sazişin  imzalanmasını 
sürətləndirmək barədə istəyi bəyan etdikləri 26 iyun 1994-cü ildə imzalanmış sazişi 
alqışlayır və bütün müharibə edən tərəfləri 1994-cü il mayın 12-dən qüvvədə olan 
atəşkəsin  mövcudluğuna  təhlükə  törədəcək  hər  hansı  bir  hərbi  hərəkətlərdən 
çəkindirməyə təkidlə çağırır; 
O, sülh müqaviləsinin bərqərar olmasının tezləşməsində ən yaxşı vasitələrlə, 
xüsusən  maraqlı  tərəflərin  parlament  nümayəndələri  arasında  dialoqu 
həvəsləndirməklə kömək etməyə hazır olduğunu bəyan edir; 
Yekun  olaraq  o,  müharibə  edən  tərəfləri,  1251  saylı  Tövsiyədə  nəzərdə 
tutulduğu kimi, birinci dərəcəli vacib iş kimi qaçqınların və  məcburi köçkünlərin 
doğma  torpaqlarına  qayıtmaları  üçün  şərait  yaratmağa  və  azlıqların  hüquqlarına 
hörmət  etməyə,  Azərbaycan  və  Türkiyəni  Ermənistana  qarşı  kommunikasiya 
blokadasına dərhal son qoymağa çağırır".  
III.  Daxili  qanunvericiliklə  bağlı  bütün  layihələr  Avropa  Şurası 
ekspertlərinin,  o  cümlədən  Venesiya  Komissiyası  mütəxəssislərinin  rəy  və 
tövsiyələri nəzərə alınmaqla hazırlanmış və bu əməkdaşlıq davam etdirilməkdədir. 
2003-cü  il  oktyabrın  15-də  keçirilmiş  Azərbaycan  Respublikasında 
prezident  seçkiləri  ilə  əlaqədar  olaraq  3  iyun  2003-cü  il  tarixdən  Azərbaycan 
Respublikasının Seçki Məcəlləsi qüvvəyə minib. 
Qəbul edilmiş bu məcəllənin əhəmiyyətindən söz açarkən ilk növbədə qeyd 
olunmalıdır ki, Seçki Məcəlləsi Avropa Şurası ekspertlərinin iştirakı və tövsiyələri 
nəzərə  alınmaqla,  xüsusilə  də  Venesiya  Komissiyası  mütəxəssislərinin 
hazırladıqları  və  təklif  etdikləri  alternativ  variantdan  yararlanmaqla  qəbul 
edilmişdir. 
Vətəndaşların  seçki  və  referendumlarda  öz  iradələrini  sərbəst  surətdə 
bildirməsinə  dövlət  demokratik  prinsipləri  və  seçki  hüququ  normalarını  müdafiə 
etmək yolu ilə təminat verir. 1995-ci ildə Konstitusiya qəbul edildikdən sonra seçki 
qanunvericiliyi  bütövlükdə  təzələnmişdir.  Seçki  hüququ  isə  qanunvericiliyin  ən 
çox işlənilmiş sahələrindən birinə çevrilmişdir. 


 
95 
İlk  öncə  "Referendum  haqqında"  1997-ci  il  30  dekabr  tarixli  Qanun,  daha 
sonra "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" 1998-ci il 9 iyul 
tarixli  Qanun  qəbul  edilmişdir.  Bu  qanun  müasir  seçki  qanunvericiliyinin  əsasını 
qoyaraq,  bir  növ,  örnək  qanun  olmuşdur.  Daha  sonra  "Bələdiyyələrə  seçkilər 
haqqında" 1999-cu il 27 iyun, "Milli Məclisə seçkilər haqqında" 2000-ci il 5 iyun 
tarixli qanunlar qəbul edilmişdir. 
Yeni  qəbul  edilmiş  Seçki  Məcəlləsi  seçkilər  haqqında  mövcud  olan  beş 
qanundan ibarət toplu əsasında tərtib olunmuşdur: 
Milli Məclisə seçkilər haqqında Qanun 
Prezident seçkiləri haqqında Qanun 
Referendum haqqında Qanun 
Bələdiyyələrə seçkilər haqqında Qanun 
Mərkəzi Seçki Komissiyası haqqında Qanun 
Beləliklə,  Seçki  Məcəlləsi  seçkilərin  və  referendumun  keçirilməsi  barədə 
vahid  sənəddir.  Son  15  ildə  Azərbaycanda  seçkilərlə  bağlı  kifayət  qədər  təcrübə 
toplanıb. Təkcə son 5 ildə prezidentliyə, Milli Məclisə, bələdiyyələrə  seçkiləri və 
referendumu  yada  salmaq  kifayətdir.  Ancaq  daim  bir  problem  mövcud  olub.  Bu, 
qanunun  eyni  cür  tətbiqi  ilə  bağlı  problemdir.  Yəni,  hər  bir  seçki  ayrı-ayrı 
qanunlarla  tənzimlənirdi  və  müxtəlif  formalarda  həyata  keçirilirdi.  Bu  baxımdan 
məcəllənin əsas məqsədi seçkiləri və referendumu eyni qaydada tənzimləməkdir ki
bu da irəliyə doğru çox müsbət bir addımdır. 
III.a.  Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi  1948-ci  ildə  qəbul 
ediləndə  Azərbaycan  müstəqil  olmadığından  ona  səs  verə  bilməmişdir.  Yalnız 
müstəqilliyini bərpa etdikdən  sonra Azərbaycan  Respublikası  insan  hüquqlarına 
və  demokratiyaya  sadiq  qalacağını    bəyan  etmişdir.    1995-ci  ildə  qəbul  edilmiş 
Azərbaycan  Respublikasının  Konstitusiyasında    böyük  bir  fəsil  məhz  insan 
hüquqlarına həsr edilmiş və bəyannamənin müddəalarını özündə əks etdirmişdir. 
Ombudsman  təsisatının  yaradılması  ilə  Azərbaycanda  demokratikləşmənin 
inkişafının davam etdirilməsi üçün sonrakı islahatların təməli qoyuldu. Ölkəmizdə 
belə bir təsisatın yaradılması   üçün   kifayət   qədər   əsaslar  olmuşdur. Belə  ki, 
Azərbaycan  Respublikası  Prezidentinin  22  fevral  1998-ci  il  tarixli  "İnsan  və 
vətəndaş  hüquqlarının  və  azadlıqlarının  təmin  edilməsi  sahəsində  tədbirlər 
haqqında"  Fərmanı  və  "İnsan  hüquqları  müdafiəsinə  dair  Dövlət  Proqramının 
təsdiq edilməsi  haqqında"  18 iyun  1998-ci  il  tarixli Sərəncamına  uyğun olaraq 
respublikamızda  bu sahədə  bir çox işlər görülmüşdür.  Təbii  ki,  Avropa  Şurası 
qarşısında    götürülmüş  öhdəliklərin    yerinə    yetirilməsi      baxımından      da   
ombudsman təsisatının yaradılması zəruri idi. 
Ombudsmanın  mahiyyətinin  nədən  ibarət olduğuna aydınlıq gətirək. 
Bəzi dövlətlərdə (Fransa, ABŞ) ombudsman icra strukturu tərəfindən təyin 
edilir ki, bu da təklif olunur. Ancaq elmi və ictimai fikirdə "ombudsman" daha çox 
qəbul olunur, çünki bununla bu xidmət başqa hüquq müdafiə sistemlərindən seçilir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə