Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə40/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

 
86 
qəzet  və jurnal, 20-dən artığı telekanal, 
50-yə yaxını elektron KİV-dir. 
 
14(iv) (e) 
Qəbul olunduğu vaxtdan keçən 
iki ildən gec olmayaraq KİV 
haqqında qanunu yenidən 
nəzərdən keçirmək və 
təkmilləşdirmək. 
 
7   dekabr   1999-cu   il tarixli   KİV 
haqqında Qanun 28 dekabr 2001-ci ildə 
yenidən nəzərdən keçirilmişdir. 
Xüsusilə qanunun jurnalistlərin 
akkreditasiyası və kütləvi informasiya 
vasitələrinin bağlanması proseduruna 
dair müddəalara Avropa Şurasının 
tövsiyələri əsasında    düzəlişlər 
edilmişdir.    2008-ci il mayın 7-də KİV 
haqqında Qanuna dəyişikliklər və 
əlavələr edilmişdir. 
 
14(iv) (f) 
Milli televiziya kanalını 
müstəqil inzibati şura tərəfindən 
idarə edilən ictimai kanala 
çevirmək 
 
"İctimai televiziya və  radio yayımı 
haqqında" Qanun  28 sentyabr 2004-cü 
ildə qəbul edilmiş və noyabrın 9-da 
müvafiq Prezident fərmanından    sonra 
dərc edilmişdir. Prezident fərmanına 
əsasən İctimai televiziya Azərbaycan 
televiziyasının 2-ci kanalı və Dövlət 
Radiosunun 1-ci  kanalı  əsasında  
yaradılmış və 2005-ci il avqustun 29-da 
fəaliyyətə başlamışdır. Prezidentin 
2005-ci ilin martında imzaladığı başqa 
bir fərmanla Dövlət Televiziya və 
Radio Şirkəti qapalı səhmdar cəmiyyətə 
çevrilmişdir, yəni, onun idarəçiliyi 
dövlət   tabeliyindən çıxarılaraq 
Səhmdar Cəmiyyətin idarə heyətinə 
verilmişdir. Qapalı  Səhmdar   
Cəmiyyətin səhmlərinin 51 faizi dövlətə 
məxsusdur. 
 
14(iv) (g) 
Qəbul  olduğu   vaxtdan keçən    
üç  il ərzində Konstitusiya və 
Cinayət Məcəlləsində   əks   
olunmuş ayrı-seçkiliyin 
yolverilməzliyi haqqında 
müddəaları tamamlayan     və 
milli azlıqlar haqqında 
prezident fərmanını əvəz edən   
azlıqlar   haqqında qanun 
qəbul etmək. 
Milli azlıqlar haqqında Qanun 
hazırlanma prosesindədir. 
 


 
87 
14(iv) (h) 
Qəbul olunduğu   vaxtdan   
keçən bir  ildən gec olmayaraq 
assosiasiyaların qeydiyyat və 
müraciət   prosedurlarını 
nizamlayan qaydaları yenidən 
nəzərdən keçirmək və 
təkmilləşdirmək. 
 
Avropa Şurası ekspertlərinin və yerli 
QHT-lərin yaxından əməkdaşlığı ilə 
hazırlanmış Hüquqi şəxslərin dövlət 
qeydiyyatı və dövlət reyestri haqqında 
Qanun 12 dekabr 2003-cü ildə qəbul 
olunmuşdur. Qanun QHT-lər də daxil 
olmaqla, hüquqi şəxslər üçün 
tamamilə yeni qeydiyyat proseduru 
nəzərdə tutur. Azərbaycan 
Respublikası Prezidentinin sərəncamı 
ilə 27 iyul 2007-ci ildə "Azərbaycan 
Respublikasının qeyri-hökumət 
təşkilatlarına dövlət dəstəyi 
Konsepsiyası" qəbul edilmişdir. 
Azərbaycan Respublikası 
Prezidentinin Fərmanı ilə 13 dekabr 
2007-ci ildə Azərbaycan Respublikası 
Prezidenti yanında QHT-lərə Dövlət 
Dəstəyi Şurası yaradılmışdır. Şura 
2009-cu il üçün 226 layihəyə dəstək 
olaraq 1 milyon 848 manat vəsait 
ayırmışdır. 2009-cu il iyun ayının 30-
da QHT-lər haqqında qanuna 
dəyişikliklər edilmişdir. 
15(i) 
Qəbul olunduğu vaxtdan keçən 
üç ildən gec olmayaraq Vəkillik 
haqqında qanunu yenidən 
nəzərdən keçirmək və 
təkmilləşdirmək. 
 
"Vəkillər və vəkillik fəaliyyəti 
haqqında" 28 dekabr 1999-cu il tarixli 
Qanuna müxtəlif dövrlərdə 
dəyişikliklər edilmişdir. Son belə 
dəyişikliklər 2005-ci il iyunun 14-də 
Milli Məclis tərəfindən qəbul 
olunmuşdur. Həmin dəyişikliklər AŞ 
ekspertləri tərəfindən də müsbət 
qiymətləndirilmişdir. 
15(ii) 
Qəbul olunduğu vaxtdan keçən 
iki ildən gec olmayaraq 
Konstitusiya       Məhkəməsinə 
müraciət şərtlərini yenidən 
nəzərdən keçirmək və hökumət, 
Baş prokuror, bütün səviyyəli 
məhkəmələr və xüsusi hallarda 
isə fərdlərə müraciət hüququ 
vermək. 
 
 
Konstitusiya Məhkəməsi haqqında yeni 
Qanun 23 dekabr 2003-cü ildə qəbul 
olunmuşdur. Qanun şəxslərə, bütün 
instansiya məhkəmələrinə, o     
cümlədən  ombudsmana Konstitusiya   
Məhkəməsinə birbaşa müraciət etmək     
hüququ  verir. 2004-cü    ilin    
iyununda  Venesiya Komissiyası    
Konstitusiya  Məhkəməsinin  Prosedur 
Qaydalarına  dair rəy vermişdir. 2009-
cu il 18 mart referendumu nəticəsində 
Konstitusiyanın 130-cu maddəsinin IX 
hissəsinə Konstitusiya Məhkəməsinin 


 
88 
qərarlarının dərc edilməsi ilə əlaqədar 
müddəa əlavə edilir. 
 
15(iii) 
Qəbul olunduğu vaxtdan keçən 
üç ildən gec olmayaraq 
hakimlərin təyin edilməsi və 
fəaliyyət müddətləri 
prosedurlarını yenidən nəzərdən 
keçirmək və   təkmilləşdirmək. 
 
24   avqust   2002-ci   ildə   keçirilmiş 
referenduma əsasən, hakimlərin  
təyinedilmə proseduru və onların 
fəaliyyət müddətinə dair 
Konstitusiyanın müvafiq müddəalarına 
düzəlişlər edilmişdir. Hal-hazırda 
apellyasiya məhkəmələrinin hakimləri 
parlament tərəfindən təyin olunur. 
Onların fəaliyyət müddəti  10 ildir.  
Konstitusiya Məhkəməsi hakimlərinin 
fəaliyyət müddəti 15 il 
müəyyənləşdirilmişdir. Hakimlərin 
təyinatı qaydasının təkmilləşdirilməsi 
üzrə Fəaliyyət Planı tərtib edilmişdir.      
Fəaliyyət Planına uyğun olaraq 
hazırlanmış və Avropa Şurasında 
ekspertizadan keçirilərək   2005-ci   il   
yanvarın   31-dən qüvvəyə minmiş 
"Məhkəmə-Hüquq Şurası  haqqında"   
və   "Məhkəmələr və   hakimlər   
haqqında   Azərbaycan Respublikası    
Qanununa   əlavə   və dəyişikliklər 
edilməsi haqqında" qanunlara əsasən,    
yeni demokratik üsullarla   
formalaşdırılmış   Məhkəmə Hüquq   
Şurası   fəaliyyətə başlamışdır. Ədliyyə 
naziri Şuranın sədri seçilmiş, 
beynəlxalq  mütəxəssislərin 
tövsiyələrinə uyğun hazırlanaraq 
Avropa Şurasında ekspertizadan 
keçirilmiş "Hakimlərin Seçki Komitəsi 
haqqında Əsasnamə" və "Vakant olan 
hakim vəzifələrinə hakim olmayan 
namizədlərin  seçilməsi  Qaydaları" 
təsdiq olunmuşdur.  Eyni zamanda,  
yeni  qanunvericiliyin tələblərinə 
əsasən, 20-dək normativ sənədin,   o  
cümlədən  hakimlərin  fəaliyyətinin 
qiymətləndirilməsi, intizam icraatının 
aparılması  qaydaları haqqında  
təlimatların  və  s. sənədlərin 
hazırlanması   üzrə   tədbirlər   
görülmüş,  bəzi sənədlər qəbul 
olunmuşdur. Avropa  Şurasının  
ekspertləri Azərbaycanda  məhkəmə  
fəaliyyətinin təkmilləşdirilməsi və 
ədalət mühakiməsinin səmərəliliyinin 
artırılması üzrə tədbirləri yüksək 
qiymətləndirmiş, bu sahədə yeni qəbul 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə