Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə37/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   33   34   35   36   37   38   39   40   ...   57

 
77 
14(ii) (a) (b) 
II.     Dağlıq     Qarabağ 
münaqişəsinin     həllinə 
münasibətdə: a.   Münaqişəni     
yalnız     dinc yollarla        
nizamlamaq üçün səyləri 
davam etdirmək.   b.   
Beynəlxalq və yerli    
mübahisələri, qonşulara qarşı 
güc tətbiqi ilə hər hansı 
hədələmədən qəti imtina 
etməklə,   dinc   vasitələrlə və 
beynəlxalq hüququn 
prinsiplərinə   uyğun şəkildə 
həll etmək (Avropa  Şurasının  
üzvü  olan bütün dövlətlərin 
üzərinə düşən öhdəlik). 
Dağlıq Qarabağ münaqişəsinin həlli 
üzrə danışıqlar ATƏT-in Minsk qrupu 
çərçivəsində aparılır. Azərbaycan 
münaqişəni hamılıqla tanınmış 
beynəlxalq hüquq prinsiplərinə uyğun 
şəkildə həll etmək üçün səylərini davam 
etdirir. Bundan əlavə, AŞ PA-nın 
1416(2005) saylı qətnaməsinə əsasən, 
AŞ PA-nın ad hoc komitəsi təsis 
edilmiş və o, mütəmadi olaraq öz 
iclaslarını keçirir. 
 
14(iii) (a) 
Seçkilər haqqında   
qanunvericiliyi, xüsusilə 
Mərkəzi Seçki   Komissiyası 
haqda qanun və Seçki 
qanununu   əvvəlki seçkilər 
zamanı beynəlxalq 
müşahidəçilər tərəfindən irəli 
sürülmüş tövsiyələri nəzərə     
almaqla yenidən  nəzərdən  
keçirmək,   belə  ki, 2000-ci   
ilin   payızında növbəti  ümumi   
seçkilər əldə    edilmiş   
tərəqqini qəti şəkildə təsdiq 
etsin və    onların  nəticələri 
seçkilərdə iştirak edəcək siyasi 
partiyaların əksəriyyəti 
tərəfindən qəbul edilsin və 
beynəlxalq müşahidəçilər 
tərəfindən azad və ədalətli 
hesab edilsin. 
 
 
2001-ci ildə, qüvvədə olan seçki 
qanunvericiliyi əhəmiyyətli dərəcədə 
yenidən nəzərdən keçirilmişdir: 
Venesiya  Komissiyası və 
ATƏT/DTİHB ilə sıx əməkdaşlıqda 
yeni Seçki Məcəlləsi hazırlanmış və 
beynəlxalq təsisatlar tərəfindən 
bəyənildikdən sonra 27 may 2003-cü 
ildə qəbul olunmuşdur. Seçki 
praktikasının təkmilləşdirilməsi ilə 
bağlı AR Prezidenti 2005-ci il mayın 
11-də və oktyabrın 25-də sərəncam 
imzalamışdır. Seçki Məcəlləsinə 
Əlavələr və dəyişikliklər haqqında 
Qanun 2008-ci il iyunun 23-də qəbul 
olunmuşdur. Qanunda AŞ Venesiya 
Komissiyasının təklif etdiyi əksər 
dəyişikliklər nəzərə alınmışdır. 
 
 
14(iii) (b) 
Növbəti yerli seçkilərdən öncə 
yerli hakimiyyət orqanlarının 
səlahiyyətlərini nizamlayan cari 
qanunvericiliyi, onlara daha 
geniş məsuliyyətlər və 
müstəqillik verməklə və 
Avropa Yerli və Regional 
Hakimiyyətlər Konqresinin 
bununla bağlı tövsiyələrini 
nəzərə almaqla 
təkmilləşdirmək. 
 
Sonuncu ümumi bələdiyyə seçkiləri 
2004-cü ilin dekabr ayında, qismən 
təkrar seçkilər isə 2006-cı il oktyabrın 
6-da keçirilmişdir. Yerli hakimiyyətin 
maliyyə müstəqilliyinin 
gücləndirilməsi, bələdiyyə torpaqlarının 
müəyyənləşdirilməsi, mülkiyyətin 
verilməsi və s. məqsədlər daşıyan bir 
sıra xüsusi qanunvericilik və inzibati 
səciyyəli tədbirlər görülmüşdür. Yerli 
hakimiyyət haqqında qanunvericiliyə 
düzəlişləri nəzərdə tutan qanun layihəsi 
(bu qanun layihəsi AŞ Yerli və 
Regional Hakimiyyətlər Konqresinin 
tövsiyələrini nəzərə almaqla 


 
78 
hazırlanmışdır) 2004-cü il dekabrın 30-
da AR Prezidenti tərəfindən 
imzalanmışdır. Nazirlər Kabineti 
tərəfindən "Bələdiyyələrə ötürüləcək 
dövlət əmlakının siyahısının təsdiq 
edilməsi" barədə qərar verilmişdir. 
Əvvəlki qərardan fərqli olaraq, bu sənəd 
təkcə regional bələdiyyələr deyil, 
həmçinin Bakı şəhər bələdiyyəsini də 
əhatə edir. 2005-ci il mayın 3-də 
Bələdiyyələrin regional 
assosiasiyalarının nümunəvi 
Əsasnaməsi Milli Məclis tərəfindən 
qəbul edilmişdir. 2006-cı il mayın 26-da 
Azərbaycan Respublikasının Prezidenti 
tərəfindən «Bələdiyyələrin fəaliyyətinə 
inzibati nəzarətin gücləndirilməsi 
tədbirləri barədə» sərəncam 
imzalanmışdır. Həmin sərəncama 
əsasən, Azərbaycan Respublikasının 
Ədliyyə Nazirliyi nəzdində 
Bələdiyyələrlə İş Mərkəzi Azərbaycan 
Respublikası Ədliyyə Nazirliyinin 
mərkəzi aparatının tərkibinə daxil 
edilmişdir və Azərbaycan 
Respublikasının Ədliyyə Nazirliyinə 
tapşırılmışdır ki, nazirliyin müvafiq 
yerli (regional) bölmələrini yaratsın. 
Bundan əlavə, 2006-cı ilin sonunda 
Azərbaycanda bələdiyyələrin 3 milli 
assosiasiyası (şəhər, qəsəbə və kənd) 
yaradılmışdır. 2007-ci il iyunun 27-də 
keçirilən bələdiyyələrin 
ümumrespublika toplantısında 3 milli 
assosiasiyanın Əlaqələndirmə Şurasının 
yaradılması təşəbbüsü dəstəklənmişdir. 
23 oktyabr 2007-ci il tarixli qanunla 
"Bələdiyyə torpaqlarının idarə edilməsi 
haqqında" Azərbaycan Respublikasının 
Qanununa və 28 oktyabr 2008-ci il 
tarixli "Bələdiyyə torpaqlarının torpaq 
hərracları və ya müsabiqələri vasitəsilə 
verilməsinin tənzimlənməsi məqsədilə 
Azərbaycan Respublikasının bəzi 
qanunvericilik aktlarına dəyişikliklər   
və   əlavələr   edilməsi   barədə 
Azərbaycan  Respublikasının  Qanunu 
ilə  bələdiyyə torpaqları  üzərində 
mülkiyyət, istifadə və icarə 
hüquqlarının həyata   keçirilməsi   
mexanizm təkmilləşdirilmişdir.   Eyni   
zamanda, 25  aprel  2008-ci il  tarixli  
qanunla "Bələdiyyələrin   statusu 


 
79 
haqqında" və   "Bələdiyyələrin birgə   
fəaliyyəti, birləşməsi, ayrılması və ləğv 
edilməsi haqqında" Azərbaycan 
Respublikası qanunlarına əlavələr və 
dəyişikliklər edilərək   bələdiyyələrə   
birləşmək  üçün  sadə  mexanizm 
yaradılmışdır. 25 iyul 2008-ci ildə 
keçirilmiş Bələdiyyə sədrlərinin II 
ümumrespublika    toplantısında    
Azərbaycanda hər il yerli  demokratiya 
həftəsinin qeyd edilməsi barədə 
qərarına uyğun olaraq noyabr ayının 17-
dən 23-dək ölkənin bütün şəhər və 
rayonlarında yerli demokratiya həftəsi 
keçirilmişdir.  Bələdiyyələrin 
hesabatlılığı və müstəqilliyinin təmini 
ilə bağlı 18 mart 2009-cu il tarixində 
keçirilən referendum nəticəsində   
Azərbaycan   Respublikasının 
Konstitusiyasına    dəyişikliklər   
edilmişdir. 22 iyul 2009-cu ildə 
"Bələdiyyələrin birləşməsi yolu ilə yeni 
bələdiyyələrin yaradılması haqqında 
Qanunun    tətbiqi    ilə    bağlı    AR 
Prezidentinin    sərəncamı    
imzalanmışdır. 
 
14(iii) (c) 
Qanunvericilik hakimiyyətinin 
icra hakimiyyəti qarşısında 
müstəqilliyinin 
gücləndirilməsinə yönəlmiş 
islahatları davam etdirmək, belə 
ki, qanunvericilik hakimiyyəti 
hökumət üzvlərinə parlament 
sorğuları vermək hüququndan 
istifadə edə bilər. 
 
1995-ci ildə qəbul edilmiş 
Konstitusiyanın 95-ci maddəsinin 14-cü 
bəndinə  əsasən, Azərbaycan   
Respublikasının   Nazirlər   Kabinetinə   
etimad məsələsini Azərbaycan 
Respublikasının Milli  Məclisi həll edir.  
2001-ci ildə qəbul edilmiş Konstitusiya 
qanununun adı bu cür səslənir: 
Azərbaycan Respublikasının Milli 
Məclisinin Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinə   etimad   
məsələsinin   həll edilməsi hüququnun 
əlavə təminatları  haqqında.  Yəni,  bu  
Konstitusiya qanununun     məqsədi     
Azərbaycan Respublikasının  Milli   
Məclisi   tərəfindən Azərbaycan   
Respublikasının Nazirlər Kabinetinə 
etimad göstərilməsi  hüququnun   təsis  
edilməsindən yox, məhz bu hüququn 
əlavə təminatları mexanizminin təsis 
edilməsini nəzərdə tutur.   Azərbaycan 
Respublikasının    Milli    Məclisi    
tərəfindən Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinə  etimad  
göstərilməsi  hüququnun əlavə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə