Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə35/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   31   32   33   34   35   36   37   38   ...   57

 
72 
Üzvlüyə  qəbuldan  sonra  İnsan  hüquqları  üzrə  müvəkkil  (ombudsman) 
təsisatı  yaradıldı.  Azərbaycan  İnsan  Hüquqları  üzrə  Avropa  Konvensiyasına 
qoşulduqdan  sonra  hər  bir  vətəndaş  hüquqlarının  pozulduğunu  hesab  etdiyi 
hallarda  Avropa  Məhkəməsinə  müraciət  etmək  hüququ  əldə  etdi.  Avropa 
məhkəməsinə Azərbaycandan olan hakim seçildi. 
Ölkədə  yüzlərlə qəzet, onlarla jurnal, 30-dan çox müstəqil teleradio şirkəti 
fəaliyyət  göstərir.  "Kütləvi  informasiya  vasitələri  haqqında"  qanuna  edilən 
dəyişikliklər  onların  daha  da  müstəqil  olmasına  şərait  yaratdı.  İctimai  televiziya, 
Milli Teleradio Şurası yaradıldı. 
Ölkəmiz  açıq cəmiyyət olduğunu siyasi sahə  ilə  yanaşı,  iqtisadi sahədə  də 
sübuta yetirdi. Sahibkarlığın inkişafı üçün bütün maneələr aradan götürüldü, vergi 
və  gömrük  normaları  xeyli  liberallaşdırıldı.  Xarici  investisiyaların  ölkə 
iqtisadiyyatına cəlb edilməsi üçün hüquqi təminat sistemi yaradıldı. 
Azərbaycanın  Avropa  Şurası  qarşısında  üzərinə  götürdüyü  öhdəliklərin 
hazırkı  icra  vəziyyəti  onu  deməyə  əsas  verir  ki,  Avropa    Şurası      Parlament   
Assambleyasının   28   iyul 2000-ci  il  tarixli  222  saylı  Tövsiyəsində  nəzərdə 
tutulan öhdəliklərin əksəriyyəti yerinə yetirilmişdir. 
Belə ki, bu sənəddə diqqət tələb edən, zəif, inkişaf etməmiş və demokratiya 
proseslərini əngəlləyən halların aradan qaldırılması zərurəti qeyd olunur. 
Avropa Şurasının üzərimizə qoyduğu öhdəlikləri 5 əsas qrupa bölmək olar: 
Bir  sıra  vacib  Avropa  konvensiyalarının  ratifikasiyası,  Dağlıq  Qarabağ 
münaqişəsinin  sülh  yolu  ilə  həlli,  daxili  qanunvericilikdə  islahatlar,  aparılması 
insan  hüquqlarının  vəziyyətini  yaxşılaşdırmaq,  öhdəliklərin  yerinə  yetirilməsinin  
monitorinqini  təşkil etmək. 
Göstərilən  hər  bir  kateqoriya  isə  özündə  Avropa  Şurasının  konkret 
müddətlər müəyyən etdiyi bir neçə öhdəliyi birləşdirir. 
Beləliklə,  öhdəliklərin  və  onların  yerinə  yetirilməsinin  xronoloji 
ardıcıllığına diqqət yetirək. 
 
ÖHDƏLİKLƏR 
Dərhal 
IKonvensiyalarla bağlı: 
1.
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasını  və  onun  1  4,  6  və  7  saylı 
protokollarını imzalamaq
2.
 
Avropa Şurasının İmtiyaz və immunitetləri haqqında Baş sazişi və ona 
əlavə protokolları imzalamaq. 
IIDaxili qanunvericiliklə bağlı: 
Seçkilər  haqqında  qanunvericiliyə,  xüsusilə  Mərkəzi  Seçki  Komissiyası 
haqqında qanuna və seçkilər haqqında qanuna, əvvəlki seçkilər zamanı beynəlxalq 
müşahidəçilər  tərəfindən  irəli  sürülmüş  tövsiyələri  nəzərə  almaqla,  yenidən 
baxmaq. 
 


 
73 
1 il müddətində 
Konvensiyalarla bağlı: 
1.
 
Avropa  İnsan  Hüquqları  Konvensiyasını  və  onun  1,  4,  6  və  7  saylı 
protokollarını təsdiq etmək
2.
 
İşgəncə  və  qeyri-insani  və  ya  insan  ləyaqətini  alçaldan  rəftar  və  ya 
cəzanın  qarşısının  alınması  haqqında  Avropa  Konvensiyasını  və  onun 
protokollarını imzalamaq və təsdiq etmək
3.
 
Milli  azlıqların  müdafiəsi  haqqında  Avropa  Şurasının  Çərçivə 
Konvensiyasını imzalamaq və təsdiq etmək; 
4.
 
Yerli  özünüidarə  haqqında  Avropa  Xartiyasını  imzalamaq  və  təsdiq 
etmək; 
5.
 
Avropa Şurasının imtiyaz və immunitetləri haqqında Baş sazişi və ona 
əlavə protokolları təsdiq etmək. 
daxili qanunvericiliklə bağlı: 
1. Avropa   Şurası   ekspertlərinin   qeydlərini   nəzərə   almaqla, Cinayət 
Prosessual Məcəlləni qəbul etmək
2.
 
Ombudsman haqqında qanun qəbul etmək; 
3.
 
Korrupsiyaya qarşı mübarizə haqqında qanun qəbul etmək; 
4.
 
Birliklərin  qeydiyyatını  tənzimləyən  normalara  və  şikayət 
prosedurlarına yenidən baxmaq və onlara əlavə və dəyişikliklər etmək. 
 
2 il müddətində 
Konvensiyalarla bağlı: 
1.
 
Ərazi  birlikləri  və  hakimiyyət  orqanları  arasında  sərhədaşırı 
əməkdaşlıq  haqqında  Avropa  Çərçivə  Konvensiyası  və  onun  əlavə  protokollarını 
imzalamaq və təsdiq etmək; 
2.
 
Ekstradisiya haqqında Konvensiyanı imzalamaq və təsdiq etmək; 
3.
 
Cinayət  məsələlərində  qarşılıqlı  yardım  haqqında  Konvensiyanı 
imzalamaq və təsdiq etmək; 
4.
 
Cinayətkar  yollarla  əldə  edilmiş  gəlirlərin  leqallaşdırılması,  axtarışı, 
həbsi və müsadirəsi haqqında Avropa Konvensiyasını imzalamaq və təsdiq etmək; 
5.
 
Məhkum  edilmiş  şəxslərin  verilməsi  haqqında  Konvensiyanı 
imzalamaq və təsdiq etmək; 
6.
 
Avropa Sosial Xartiyasını imzalamaq; 
7.
 
Korrupsiya  haqqında  cinayət  hüquqi  Konvensiyasını  imzalamaq  və 
təsdiq etmək; 
8.
 
Korrupsiya 
haqqında 
mülki 
hüquq 
Konvensiyasını 
imzalamaq və təsdiq etmək; 
daxili qanunvericiliklə bağlı: 
1.
 
Korrupsiyaya qarşı mübarizə haqqında dövlət proqramı qəbul etmək; 
2.
 
Avropa standartlarına uyğun olaraq alternativ xidmət haqqında qanun 
qəbul etmək; 


 
74 
3.
 
Ən gec olaraq Avropa Şurasına daxil olduğu iki il müddətində kütləvi 
informasiya  vasitələri  haqqında  qanuna  yenidən  baxmaq  və  ona  əlavə  və 
dəyişikliklər etmək; 
4.
 
Konstitusiya  Məhkəməsinə  müraciətin  şərtlərinə  yenidən  baxmaq  və 
Azərbaycan  Respublikası  hökumətinə,  Baş  prokurora,  bütün  səviyyələrdə  olan 
məhkəmələrə, ayrı-ayrı hallarda isə fərdlərə də müraciət hüququ vermək. 
 
3 il müddətində 
Konvensiyalarla bağlı: 
Avropa Sosial Xartiyasını təsdiq etmək. Daxili qanunvericiliklə bağlı: 
1.  Növbəti  yerli  seçkilərə  qədər,  yerli  hakimiyyət  orqanlarının 
səlahiyyətlərini  tənzimləyən  mövcud  qanunvericiliyə,  onlara  daha  geniş  vəzifələr 
və  müstəqillik  vermək  istiqamətində,  Avropa  Yerli  və  Regional  Hakimiyyətlər 
Konqresinin bu barədə tövsiyələrini nəzərə almaqla, əlavə və dəyişikliklər etmək; 
Ayrı-seçkiliyə  yol  verilməməsi  haqqında  Konstitusiyada  və  Cinayət 
Məcəlləsində  təsbit  olunmuş  müddəaları  tamamlayan  və  milli  azlıqlar  haqqında 
Azərbaycan  Respublikası  Prezidentinin  məlum  fərmanını  əvəz  edən  azlıqlar 
haqqında qanun qəbul etmək; 
Vəkillik  haqqında  qanuna  yenidən  baxmaq  və  ona  əlavə  və  dəyişikliklər 
etmək; 
Hakimlərin təyin olunması prosedurlarına və səlahiyyət müddətinə yenidən 
baxmaq və onlara əlavə və dəyişikliklər etmək. 
 
Müddəti göstərilməyən öhdəliklər: 
1.
 
İcraedici 
hakimiyyət 
qarşısında 
qanunverici 
hakimiyyətin 
möhkəmləndirilməsi  məqsədilə  islahatları  davam  etdirmək,  belə  ki,  o,  hökumət 
üzvlərinə parlament sorğuları vermək hüququndan istifadə edə bilsin; 
2.
 
Həbsxanalarda cəza çəkən və ya intizam batalyonlarında xidmət edən 
vicdanla  bağlı  səbəblərdən  hərbi  xidmətdən  imtina  etmiş  bütün  şəxsləri,  silahsız 
hərbi xidmət və ya alternativ mülki xidmətin icrasına icazə verməklə ("Alternativ 
xidmət haqqında" qanun qüvvəyə mindikdən sonra) bağışlamaq. 
3.
 
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə, onun məhbuslarla məhdudiyyətsiz 
və qeyd-şərtsiz görüşmək imkanına dair saziş imzalamaq; 
4.
 
İnsan  hüquqlarının  müdafiəsi  üzrə  təşkilatlar  tərəfindən  "siyasi 
məhbuslar"  kimi  tanınan  məhbusları,  xüsusilə  İsgəndər  Həmidovu,  Əlikram 
Hümbətovu  və  Rəhim  Qazıyevi  azad  etmək  və  ya  onların  işinə  məhkəmədə 
yenidən baxmaq; 
5.
 
Öz  vəzifə  borclarının  icrası  zamanı  insan  hüquqlarını  (xüsusilə 
işgəncənin qadağan edilməsi)  pozmuş  hüquq-mühafizə    orqanları  əməkdaşlarını  
cinayət  hüquqi  qaydada təqib etmək
6.
 
Söz  azadlığı  və  mətbuat  və  jurnalistlərin  müstəqilliklərini  təmin 
etmək, xüsusilə mətbuat azadlığını məhdudlaşdıran inzibati tədbirlərdən istifadəni 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə