Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə32/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

 
66 
Ümumiyyətlə,  AŞ  PA-da  Azərbaycan  parlament  nümayəndə  heyətinin 
fəaliyyəti  təqdirəlayiqdir.  Hadisələrin  inkişafı  göstərir  ki,  Avropa  ictimaiyyəti 
Azərbaycan  həqiqətlərinə  biganə  deyil  və  Ermənistanın  ölkəmizə  qarşı  hərbi 
təcavüzünün  doğurduğu  ağır  nəticələrin  aradan  qaldırılmasına  öz  töhfəsini  verə 
bilər. 
Azərbaycan  nümayəndə  heyətinin  nailiyyəti  bu  mənada  indiyə  qədər  eyni 
qəbildən  olan  fəaliyyət  görsəntilərindən  məhz  qaldırılan  problemlərin  Avropa 
müstəvisinə  maksimum  yaxınlaşdırılması  xüsusiyyətləri  ilə  fərqlənir.  Məlum 
məsələdir ki,  AŞ PA öz tərkibinə görə çoxspektrli bir qurum olduğundan, burada 
bir-birinə  zidd  siyasət  yeridən,  dövlət  maraqları  qlobal  miqyasda  toqquşan 
ölkələrin  nümayəndələri  toplaşır,  üstəlik,  onların  siyasi  baxışları  çoxcəhətlidir. 
Belə  bir  geniş  auditoriyada  yalnız  ümumdünya  və  Ümumavropa  əhəmiyyətli 
problemlərdən  bəhs  etməklə,  siyasi  baxış  və  görüşlər  fərqinə  yüksəlməklə  uğur 
qazanmaq mümkündür. 
AŞ PA-da nümayəndə heyətimizin üzvləri Azərbaycanın milli maraqları ilə 
bağlı məsələlərdə siyasi ambisiyalarını bir kənara qoyduqları, Azərbaycanın haqq 
səsini  dünya  ictimaiyyətinə  çatdırmağa  çalışdıqları  üçün  bu  mühüm  beynəlxalq 
qurumda  çox  dəyərli  sənədlərin  qəbuluna  nail  olublar.  Ermənistandan    fərqli  
olaraq,    Azərbaycanın    Avropa    Şurası  qarşısında      götürdüyü      öhdəliklərin   
hamısına    vaxtlı-vaxtında  əməl  etməsi,   cənab İlham  Əliyevin sözləri ilə desək,  
uzun  illər  ərzində  Avropa  ölkələrinin  keçdiyi  yolu  qısa  bir  zamanda    keçmək 
istəməsi,    Azərbaycanın    rəsmi    mövqeyini    ifadə  edərək  beynəlxalq  təşkilatda 
Ermənistan  nümayəndə  heyəti  ilə  əlaqələr  yaratmaqdan  imtina  edilməsi  —  bütün 
bunlar  insan  hüquqları  və  demokratikləşmə  prosesinin  sistemli  şəkildə  irəli 
getdiyindən xəbər verir. 
Beləliklə,  səmərəli  fəaliyyətin  nəticəsi  olaraq  Azərbaycanın  təmsilçisi  bu 
mötəbər beynəlxalq təşkilatda əsas söz sahiblərindən birinə çevrilmiş, AŞ PA-nın 
siyasi idarəetmə iyerarxiyasında təmsil olunaraq qurumun fəaliyyət istiqamətlərini, 
siyasətini  müəyyənləşdirən  rəhbər  heyətin  üzvü  olmaq  haqqını  qazanmışdır.  Bu 
yüksəliş  İlham  Əliyevin  şəxsində  Azərbaycanın  qazandığı  elə  bir  uğurdur  ki,  bir 
millət olaraq biz bu kimi nailiyyətləri çox az yaşamışıq. 
2003-cü  il  oktyabr  ayının  15-də  Azərbaycanda  keçirilmiş  prezident 
seçkilərində  böyük üstünlüklə qalib gəlmiş İlham Heydər oğlu Əliyev Azərbaycan 
Respublikasının  Prezidenti  seçildi  və  bununla  əlaqədar  olaraq  AŞ  PA-dakı 
fəaliyyətini    dayandırdı.    Onu    da  qeyd    etmək  lazımdır  ki,    Avropa  Şurası  bu 
seçkilərə  böyük  maraq  göstərdi  və  böyük  bir  nümayəndə      heyətini      beynəlxalq   
müşahidəçi      qismində      seçki  prosesini  izləmək  üçün  Azərbaycana  göndərdilər. 
Təşkilat  və  onun  Azərbaycan  üzrə  məruzəçiləri    beynəlxalq  standartlara  uyğun 
keçirilmiş  prezident  seçkilərində  cənab  İlham  Əliyevin  qalib  gəldiyini  rəsmi 
şəkildə  bəyan  edərək  ölkəmizdə  yaranmış  yeni  siyasi  şəraitlə  əlaqədar  bir  sıra 
təkliflər verdilər. 


 
67 
Azərbaycanın  AŞ  PA-dakı  nümayəndə  heyəti  rəhbərinin  müavini,  millət 
vəkili Səməd Seyidov ölkəmizin Avropa Şurasında təmsil olunduğu heyətə rəhbər 
təyin edildi. 
AŞ  PA-nın  2004-cü  il  yaz  sessiyasında  Azərbaycan  Respublikasının 
Prezidenti  İlham  Əliyevin  iştirakı  əlamətdar  bir  tarixə  təsadüf  edirdi.  Dövlət 
başçımızın AŞ PA-da ölkəmizin nümayəndə heyətinə rəhbərlik etdiyi 3 illik dövr 
ciddi  nailiyyətlərlə  yadda  qaldı.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham 
Əliyev  özü  də  AŞ  PA-da  fəaliyyət  göstərdiyi  illərin  onun  üçün  çox  qiymətli 
olduğunu  vurğulayırdı:  "Həyatımın  bu  dövrü  mənim  üçün,  bəlkə  də  ən  maraqlı, 
mühüm  zaman  kəsiyidir  və  bu  dövr  gələcək  fəaliyyətimdə,  əlbəttə  ki,  bugünkü 
vəzifəmdə də vacib rol oynadı". 
Azərbaycan  Prezidentinə  AŞ  PA-nın  fəxri  üzvü  diplomu  və  medalının 
təqdim  olunmasını  bu  təşkilatın  İlham  Əliyevin  səmərəli  fəaliyyətinə  və 
işgüzarlığına  verdiyi  yüksək  qiymət  kimi  səciyyələndirmək  olar.  "Biz  ən  fəal 
deputat və nümayəndə heyətinin rəhbəri, habelə AŞ PA-nın ən fəal rəhbərlərindən 
biri,  nəhayət,  ən  fəal  dövlət  başçısı  kimi  qiymətləndirdiyimiz  Azərbaycan 
Prezidenti  İlham  Əliyevi  yenidən  öz  yanımızda  görməkdən  fərəh  hissi  keçiririk. 
Sizin  Avropa  dəyərlərinə,  Avropa  Şurasına  xüsusi  diqqətiniz  hamımızda 
minnətdarlıq  hissi  doğurmuşdur".  Bu  sözləri  AŞ  PA-nın  sədri  Piter  Şider 
Azərbaycan  Prezidentinə  fəxri  üzv  diplomunu  və  medalını  təqdim  edərkən 
söyləyib. 
Prezidentin  ən  müxtəlif  görüşlərdə,  o  cümlədən  AŞ  PA-dakı  çıxışında  və 
burada  keçirdiyi  mətbuat  konfransında  vurğuladığı    məqamlar  Azərbaycan  
haqqında Avropada həqiqi və obyektiv təsəvvürlərin  formalaşmasını təmin etməyə 
istiqamətləndirilmişdir. 
"The  Quardian"  qəzeti  Azərbaycan  Prezidentinin  sabiq  həmkarları  ilə 
görüşünü tarixi hadisə adlandıraraq qeyd etdi ki, İlham Əliyevin Strasburqa səfəri 
Ermənistan hakimiyyətini çaşqın duruma  saldı.  Təsadüfi deyil  ki,  İlham Əliyevin 
AŞ PA-da çıxışından bir gün sonra Ermənistan hakimiyyət partiyalarının parlament 
fraksiyaları bir araya gələrək mövcud vəziyyəti müzakirə etdilər. Ermənistan siyasi 
dairələrinin  bu  narahatlığı  İlham  Əliyevin  sessiyada  işğalçı  rejimin  ünvanına 
söylədiyi sərt ittihamlardan və Ermənistanı ifşa etməsindən irəli gəlirdi. 
Səfərin  nəticələri  belə  deməyə  əsas  verdi  ki,  Avropada  Azərbaycana 
regionun  ən  inkişaf  etmiş  ölkəsi  kimi  baxırlar  və  respublikamızın  iqtisadi 
tərəqqisini  ifadə  edən  amillər,  eyni  zamanda  demokratiyanın  təşəkkülü  sahəsində 
irəliləyişlər  müstəqil  dövlətimizin  yalnız  hüquqi  anlamda  deyil,  həm  də  faktiki 
baxımdan  beynəlxalq  birliyin  bərabərhüquqlu  üzvü  kimi  özünü  təsdiqlədiyini 
göstərir. 
2005-ci  il  parlament  seçkiləri:  Qərbə  sürətlə  inteqrasiya  edən  və  Avropa 
dəyərlərini  mənimsəyən  Azərbaycanda  və  ölkə  hüdudlarından  kənarda  böyük 
maraqla  izlənilən  2005-ci  il  parlament  seçkiləri  demokratikləşmə  proseslərini 
sürətləndirən bir çox pozitiv yeniliklərlə yaddaqalan olmuş, nəticə etibarilə xalqın 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə