Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə34/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

 
70 
çatdırmalarına,  Azərbaycan  həqiqətlərini  Avropa  Şurası  tribunasından  bir  daha 
səsləndirmələrinə  əlverişli  şərait  yaratmışdır.  Bu  şəraitdən  maksimum  yararlanan 
nümayəndə heyətimizin üzvləri Azərbaycanın əldə etdiyi nailiyyətləri böyük iftixar 
hissi ilə dilə gətirməklə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün 
yaratdığı  problemləri  də  təəssüf  doğuran  fakt  kimi  mütəmadi  olaraq  Avropa 
parlamentarilərinin diqqətinə çatdırırlar. 
S.Seyidovun  rəhbərlik  etdiyi  Azərbaycan  parlament  nümayəndə  heyəti 
qurumun  sessiyalarında  daim  fəallığı  ilə  seçilmişdir.  Bu  gün  Avropa  Şurasının 
ayrı-ayrı  komitələrində,  habelə  alt  komitələrdə  rəhbər  vəzifələrdə  təmsil  olunan 
deputatlarımız  tərəfindən  bir  sıra  vacib  ümumavropa  problemləri  ilə  bağlı 
məruzələr və onlarla sənəd hazırlanmışdır. Nümayəndə heyətinin üzvləri müxtəlif 
qlobal  və  ümumbəşəri  əhəmiyyətə  malik  məsələlərin  müzakirələrində  fəal  iştirak 
edərək öz mövqelərini bildirirlər. 
Beləliklə,  Azərbaycandan  bir  qədər  əvvəl  və  ya  eyni  vaxtda  Avropa 
Şurasına qəbul edilmiş ölkələrlə müqayisədə Azərbaycanın bu qurumda qazandığı 
nəticələri  təhlil  etdikdə,  habelə  Azərbaycan  parlament  nümayəndə  heyətinin 
tövsiyələri  ilə  hazırlanmış  məruzələrin  sayını  götürdükdə,  Azərbaycan 
təmsilçilərinin  Avropa  Şurasını  zənginləşdirmək,  bu  mötəbər  qurumun  öz  işini 
daha səmərəli təşkil etməsi üçün nə qədər ardıcıl çalışdığının şahidi olarıq. 
Keçmiş sovet məkanında müstəqillik əldə etmiş, sonra müxtəlif səbəblərdən 
Avropa Şurasından kənarda qalmış ölkələr də var. 10 il əvvəl əksər parametrləri ilə 
Azərbaycana bənzəyən bu ölkələrdən Azərbaycan indi qat-qat irəlidədir. Şübhəsiz 
ki,  bu  müvəffəqiyyətdə  demokratiya  məktəbi  sayılan  Avropa  Şurasının  faydalı 
dərsləri və təcrübələrinin də böyük rolu var. Lakin bu illərdə Azərbaycan Avropa 
Şurası ailəsi və məktəbində təkcə öyrənməklə məşğul olmağa çalışmamışdır. 10 il 
əvvələ  nisbətən  Avropa  Şurası  da  dəyişib,  inkişaf  edib  və  bu  inkişafda    
Azərbaycanın da payı az deyildir. 
Bir  sözlə,  Avropa  Şurasında  bu  günə  qədər  əldə  edilmiş  uğurlar 
respublikamızın  dünya  birliyinə  inteqrasiyasında  bu  mötəbər  qurumla  əlaqələrin 
mühüm əhəmiyyət kəsb etdiyini bir daha sübut edir. 
 
IV fəsil 
Avropa Şurası qarşısında götürülmüş 
öhdəliklər kontekstində əməkdaşlıq 
İnsan  hüquqlarının  və  plüralistik  demokratiyanın  müdafiəsi,  Avropa 
mədəniyyətinin  müxtəlifliyinin saxlanılmasına və bu müxtəliflikdə vahid Avropa 
dəyərlərinin  inkişaf  etdirilməsinə,  üzv  ölkələrdə  siyasi  və  hüquqi  islahatların 
həyata  keçirilməsinə  kömək  göstərilməsini  özünün  prioriteti  elan  edən  Avropa 
Şurasına  Azərbaycanın  tamhüquqlu  üzv  olması  istiqamətində      mühüm      işlər   
görülmüşdür. Ümummilli   lider Heydər Əliyevin 1996-cı il iyulun 8-də "Avropa 
Şurası  ilə  Azərbaycan  Respublikası    arasında    əməkdaşlıq    proqramının  həyata 
keçirilməsi  tədbirləri  haqqında",    1998-ci  il  yanvarın  20-də  "Avropa  Şurası  ilə 


 
71 
Azərbaycan  Respublikası  arasında  əməkdaşlığın  dərinləşdirilməsi  sahəsində 
tədbirlər haqqında", 1999-cu  ilin  may  ayının 14-də  "Azərbaycan Respublikası ilə 
Avropa  Şurası  arasında  əməkdaşlığın  dərinləşdirilməsi  və  Azərbaycan 
Respublikasının  Avropada  mənafelərinin  müdafiə  edilməsi  sahəsində  tədbirlər 
haqqında" imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün 
səylərin  artırılmasına  və  məqsədyönlü  fəaliyyətə  zəmin  yaratdı.  Bu  sərəncamlara 
əsasən, Avropa standartlarına uyğunluq baxımından  Azərbaycan  Respublikasının   
Cinayət,  Cinayət-Prosessual,  Mülki  və  Mülki-Prosessual  məcəllələri,  digər 
qanunvericilik  aktları  hazırlanaraq  qəbul  edilmişdir.  Bu  qanunlar  bütün  fəaliyyət 
sahələrində Avropa standartlarının implementasiyası üçün təminatlar yaratmışdır. 
Qeyd  edilən  müsbət  proseslərin  məntiqi  davamı  olaraq  Avropa  Şurasına 
qəbuldan  ötən  dövr  ərzində  Azərbaycan  demokratik  və  hüquqi  dövlət 
quruculuğunda,  insan  hüquq  və  azadlıqlarının  etibarlı  təminində  xeyli  iş 
görmüşdür.  Ölkəmizdə  çoxpartiyalı  plüralist  cəmiyyət  formalaşmış,  azad  söz  və 
mətbuat  azadlığı  gündəlik  mühitimizin  ayrılmaz  hissəsinə  çevrilmişdir. 
Azərbaycan Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq bir sıra 
qanunların qəbulu ilə  yanaşı,  vacib beynəlxalq  konvensiya  və  sazişlərə qoşulmuş, 
onların milli qanunvericiliyə implementasiyasını həyata keçirmişdir. 
Qeyd  etmək  lazımdır  ki,  milli  qanunvericiliyin  AŞ  prinsip  və  standartına 
tam uyğunlaşdırılması, yəqin ki, mümkün deyil.  Hazırda heç bir dövlət bu yüksək 
standartlara tam cavab vermir, əks təqdirdə Avropa İnsan Hüquqları Məhkəməsinin 
işi  öz  əhəmiyyətini  itirərdi.  Lakin  uyğunlaşmağa  cəhd  zəruridir.  Təcrübədə  bu 
məqsədə nail olmaq üçün iki yol  var. Bu qanunvericilik orqanının planlaşdırılmış 
işi gedişində   qanunvericiliyə   dəyişikliklər   edilməsi   və   Avropa məhkəməsinin 
qərar çıxarması ilə əlaqədar normativ-hüquqi aktlara  və hüquq tətbiqi təcrübəsinə 
dəyişikliklər  edilməsidir.    Avropa  İnsan  Hüquqları  Konvensiyasında  göstərilən 
hüquqlarının  pozulması  ilə  əlaqədar  Azərbaycan  vətəndaşlarının  Avropa 
Məhkəməsinə  çoxsaylı  iddialarının  qaçılmaz  olduğunu  nəzərə  alaraq  müvafiq 
pozuntuları  müəyyən  edən  məhkəmənin  qərarları  da  qaçılmazdır.  Beləliklə,  
normativ-hüquqi  aktlara  və  hüquq  tətbiqi  təcrübəsinə  dəyişikliklərin  də    qarşısı  
alınmazdır.  Bu  cür  proseslərin  qarşısını  almaq üçün   Avropa   Şurasına   qəbul   
ərəfəsində      bəzi      ölkələr,  o  cümlədən  Azərbaycan  Şuranın  köməyi  ilə  milli 
qanunvericiliyin  Avropa  İnsan  hüquqları  Konvensiyası  ilə  müqayisəli  təhlilini 
apardı. Bundan əlavə, Azərbaycanın Avropa Şurasına qəbul ərəfəsində öz üzərinə 
götürdüyü  öhdəliklərlə  əlaqədar  Avropa  İnsan  Hüquqları  Konvensiyası 
standartlarını Konstitusiyada təsbit etmək üçün 2002-ci il avqustun 24-də keçirilən 
referendum  nəticəsində  ölkənin  Əsas  Qanununa  dəyişikliklər  edildi.  Dəyişikliyə 
görə,  insanın  yaşamaq  hüququ  daha  təminatlı  edildi,  parlamentin  səlahiyyətləri 
genişləndirildi,  vətəndaşlara  Konstitusiya  Məhkəməsinə  müraciət  etmək  və  digər 
hüquqlar  verildi.  Bu  prosesin  davamı  olaraq  2009-cu  il  martın  18-də 
Konstitusiyaya növbəti dəyişikliklər edildi. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə