Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə42/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   38   39   40   41   42   43   44   45   ...   57

 
92 
vasitələrindən  istifadə  etdikdən  sonra  Avropa  İnsan  Hüquqları  Məhkəməsinə 
müraciət edə bilər. Eyni zamanda, bir iştirakçı dövlət digər iştirakçı dövlətə qarşı 
onun, konvensiyanın və ya protokolların müddəalarını pozması ilə bağlı məhkəmə 
qarşısında  şikayət  qaldıra  bilər  və  qeyd  edilməlidir  ki,  indiyə  qədər  xeyli  sayda 
belə şikayət olmuşdur. 
Avropa  dövlətləri  kollektiv  nəzarət  mexanizmi  yaratmaqla  Ümumavropa 
dəyərlərinə,  hüququn  aliliyinə,  ədalət  və  demokratiyaya  söykənən  vahid  hüquqi 
məkanda hər bir şəxsin hüquqlarını təmin etməyi öz qarşılarına başlıca vəzifə kimi 
qoymuşlar. 
Avropa  İnsan  Hüquqları  Konvensiyası  bu  şikayət  prosedurları    olmadan,   
daha  doğrusu,  Avropa   İnsan   Hüquqları Məhkəməsi   olmadan   heç   bir  zaman   
indiki   kimi   effektiv, canlı və işlək bir mexanizm ola bilməzdi.  Bu gün tamamilə 
doğru deyirlər ki,  bu konvensiyasız   Avropa  Şurası,  məhkəməsiz isə  konvensiya 
heç  nədir.  Məhz  Avropa  İnsan  Hüquqları    Məhkəməsinin    sayəsində,    onun 
çoxsaylı,    presedent  xarakterli      qərarlarının      sayəsində      Avropa      İnsan   
Hüquqları  Konvensiyası    elə    də  mükəmməl    olmayan,    əksər  insan  hüquqlarını 
özündə  heç  əks  etdirməyən  regional  bir  sənəddən  ümumdünya      əhəmiyyətli,   
dövlətlərin   qanunvericiliyinin   və hüquqi  praktikasının  inkişafına  əhəmiyyətli  
dərəcədə   təkan  vermiş,  beynəlxalq və  milli  məhkəmələrdə  geniş surətdə  istinad 
edilən müqaviləyə çevrilmişdir. 
Ümumiyyətlə,  Avropa    İnsan    Hüquqları    Məhkəməsi  insan    hüquqlarının  
pozulması    ilə    bağlı    şikayətlərə    baxan  və  fərdin      bilavasitə      beynəlxalq   
məhkəməyə  müraciətini   təmin edən ilk beynəlxalq məhkəmə orqanıdır. O, insan 
hüquq  və  azadlıqlarının  müdafiəsi  sahəsində  mövcud  olan  beynəlxalq 
mexanizmlərin ən səmərəlisidir. 
Avropa    İnsan    Hüquqları    Məhkəməsinin    tərkibi    müəyyən  sayda  olan 
üzvlərdən  deyil,  "hər  bir  iştirakçı  dövlətdən  bir  hakim"  prinsipi  əsasında  təşkil 
olunmuşdur.    Bu o deməkdir ki,   hal-hazırda  AİHM-də  47 hakim,  o cümlədən 
Azərbaycandan da bir hakim vardır. Hakimlər dövlətin  təqdim  etdiyi  üç namizəd  
arasından AŞ  PA  tərəfindən seçilir. 
Hazırda Azərbaycandan AİHM-ə hakim seçilmiş Xanlar Hacıyev 2003-cü il 
aprel ayından bu qurumda ölkəmizi təmsil edir. 
Bununla  da  Azərbaycan  Avropa  Şurasına  qəbul  edilərkən  üç  il  üçün  öz 
üzərinə  götürdüyü  öhdəliklərə  tam  əməl  etmişdir  və  bundan  sonrakı  dövr  üçün 
nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi üçün başlanmış işləri davam etdirir. 
II. Dağlıq Qarabağ münaqişəsinin  həllinə  münasibətdə vəziyyətə gəlincə, 
demək  lazımdır  ki,  Azərbaycan  ərazisinin  20  faizi  erməni  silahlı  birləşmələrinin 
işğalı altında qalmaqdadır,  bir milyon azərbaycanlı əvvəlki kimi qaçqın və köçkün 
vəziyyətində  əzab  çəkməkdədir.  Azərbaycanla  Ermənistan  arasında  Dağlıq 
Qarabağ regionu üzrə həllini tapmamış 20 illik münaqişə öz neqativ təsirini təkcə 
Azərbaycana  deyil,  bütün  Cənubi  Qafqaz  regionunun  təhlükəsizliyinə  və 
stabilliyinə göstərir, demokratik inkişafı ləngidir. 


 
93 
1993-cü  ildə  BMT  Təhlükəsizlik  Şurasının  Azərbaycanın  ərazisindən 
işğalçı  qüvvələrin  qeyd-şərtsiz  çıxarılmasını  tələb  edən  dörd  qətnamə  qəbul 
etməsinə,  1992-ci  ildən  başlayaraq  ATƏT-in  bilavasitə  bu  münaqişənin  həlli 
naminə fəaliyyət göstərməsinə baxmayaraq, qəbul edilmiş qətnamə və qərarlar hələ 
ki yerinə yetirilməyib. 
Yaranmış mürəkkəb vəziyyətə   baxmayaraq,  Azərbaycan hökuməti atəşkəs 
rejimini  saxlayır  və  münaqişənin  nizamlanması  prosesinin  sürətləndirilməsi 
məqsədilə bütün gücünü sərf edir. Azərbaycan Respublikasının Prezidenti Avropa 
Şurasının  Baş  katibinə  və  Avropa  Şurası  Parlament  Assambleyasının    sədrinə  
göndərdiyi  məktubda  Ermənistan-Azərbaycan  münaqişəsinin  beynəlxalq  hüquq 
normaları və prinsipləri əsasında sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində 
həll edilməsinə sadiq olduğunu bir daha təsdiq etmişdir. 
Azərbaycan   Respublikasının   Prezidenti   Heydər  Əliyev və  Ermənistan  
Prezidenti  R.Koçaryan,  daha  sonra Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev  Ermənistan  prezidentləri  R.Koçaryan  və  S.Sarkisyanla  çoxsaylı  ikitərəfli 
görüşlər  keçirmişdir.  Bu  görüşlərdə  Azərbaycan  tərəfi  Ermənistanın  ATƏT-in 
Lissabon  sammitində  qəbul  edilmiş  prinsiplərini      tanımasına      və      BMT-nin   
Təhlükəsizlik  Şurasının  yuxarıda  adı  çəkilən  qətnamələrini  yerinə  yetirməsinə 
təkidlə yanaşaraq Dağlıq  Qarabağa  muxtariyyət   modelinin  ən yüksək dərəcəsini 
təklif etmişdir. 
1997-ci  il  aprel  ayının  22-də  Strasburqda,  Avropa  Şurası      Parlament  
Assambleyasının      yaz      sessiyasında      Cənubi  Qafqaz  münaqişələrinə  dair    1119  
(1997)    saylı    qətnamədə  həmin  prinsiplər  öz  ifadəsini  tapmışdır.  Qətnamənin 
Dağlıq Qarabağ barəsindəki bölməsində göstərilir: 
"Assambleya  Ermənistanın  və  Azərbaycanın  parlament  üzvləri  arasında 
davam  edən  dialoqu,  xüsusən  üzv  olmayan  Avropa  ölkələri  əlaqələr  komitəsinin 
təşkil  etdiyi 1996-cı  il  yanvar  ayının 26-da  Strasburqda  keçirilmiş  Zaqafqaziyada 
münaqişələrə  dair  seminarı  alqışlayır.  Bununla  əlaqədar,  assambleya  ATƏT-in 
Dağlıq Qarabağ üzrə Minsk qrupunun yenidən fəaliyyətə başlamasını alqışlayır və 
onun münaqişəni tezliklə nizama salmağa yönəlmiş danışıqları davam etdirməsini 
dəstəkləyir. 
Assambleya  münaqişənin  siyasi  yolla  nizama  salınmasına  nail  olmaq,  
bunun  sayəsində  işğal  olunmuş  ərazilərin  azad  edilməsinə,  qaçqınların  və   
köçkünlərin   geri qayıtmasına, Dağlıq Qarabağ üçün qənaətbəxş alternativ statusa, 
habelə  təhlükəsizliyə  təminat  yaratmaq  məqsədilə  münaqişənin  bütün  tərəflərini 
birbaşa danışıqlar aparmağa çağırır. Nəhayət, assambleya arzu etdiyini bildirir ki, 
gələcəkdə  üç  Zaqafqaziya  dövləti  —  Ermənistan,  Azərbaycan  və  Gürcüstan 
Zaqafqaziya  dövlətləri  birliyi  və  birgə  parlament  assambleyası  yaradılmasının 
mümkünlüyü məsələsinə baxılacaqdır". 
Ermənistan-Azərbaycan  münaqişəsi  ilə  əlaqədar  Avropa  Şurası  Parlament 
Assambleyasının  Dağlıq  Qarabağdakı  münaqişəyə  dair  1047  (1994)  saylı  10 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə