Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə45/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

 
98 
cəzasının  tətbiqini  nəzərdə  tutan  cinayətlərin  sayı  qanunvericilikdə  33-dən  12-yə 
endirildi. 
Nəhayət,  1998-ci  il  fevral  ayının  3-də  ölkə  Prezidenti  Milli  Məclisə  ölüm 
cəzasının ləğv olunması ilə bağlı müraciət etdi. Dövlət başçısı müraciətdə cinayət 
hüquq  siyasətini  hərtərəfli  təhlil  edərək  ədalət,  azadlıq,  humanizm  və 
insanpərvərlik  kimi  yüksək  ideallara  sadiq  qalaraq  ölkədə  ölüm  cəzasının  ləğv 
edilməsi qənaətinə gəldiyini bildirdi və bu tarixi bəyanatın zəruriliyini əsaslandırdı. 
Parlament  ölüm  cəzasının  ləğvi  ilə  bağlı  ölkə  Prezidentinin  təklifini 
dəstəklədi və Azərbaycanda ölüm cəzası ləğv olundu. 
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra atdığı ilk 
addımlardan  biri  də  əfv  institutunun  bərpası  oldu.  Belə  ki,  Azərbaycan 
Respublikası  Prezidentinin  4  may  1995-ci  il  tarixli  fərmanı  ilə  Əfv  məsələləri 
komissiyası yaradıldı. Həmin dövrdən bu günə qədər komissiya tərəfindən minlərlə 
məhkumun sənədləri araşdırılmışdır. Nəticədə Azərbaycan Prezidenti tərəfindən 45 
əfv fərmanı imzalanmış və 4869 nəfər əfv edilmişdir. 
Bu  dövr  ərzində  humanizm  siyasətinin  davamı  olaraq  məhkum  olunmuş 
şəxslərə münasibətdə əfv siyasəti ilə yanası, amnistiya aktlarının tətbiqi də həyata 
keçirilmiş, 1995-ci ildən indiyə kimi 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq 
edilmiş, o cümlədən təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad 
olunmuşdur. 
Qeyd edilən amnistiya aktlarından biri Avropa Şurasına üzvlüklə bağlı idi. 
Belə  ki,  2001-ci  il  yanvarın  16-da  respublika  Prezidenti  Heydər  Əliyev 
Azərbaycanın Avropa Şurası üzvlüyünə qəbul edilməsi münasibətilə  növbəti dəfə 
amnistiya  haqqında  qərar  layihəsini  qanunvericilik  təşəbbüsü  ilə  Milli  Məclisə 
təqdim etdi. 
Bu  amnistiya  aktının  tətbiqi  nəticəsində  cəzaçəkmə  yerlərindən  təqribən 
2300  şəxs  azadlığa  buraxılmış,  800  şəxsin  cəzası  yarıya  endirilmiş,  4400  şəxs 
azadlıqdan  məhrumetmə  ilə  bağlı  olmayan  cəzalardan  azad  edilmiş,  istintaq 
orqanları  və  məhkəmələr  tərəfindən  1300  şəxs  barəsində  cinayət  təqibinə  xitam 
verilmiş,  habelə  intizam  xarakterli  hərbi  hissədən  120  hərbi  qulluqçu  azad 
olunmuşdu. 
Bu  humanist  siyasət  indi  də  davam  etdirilir.  Son  iki  amnistiya  aktı 
Azərbaycanın  birinci  xanımı,  Milli  Məclisin  üzvü,  Heydər  Əliyev  Fondunun 
prezidenti,  YUNESKO-nun  və  İSESKO-nun  xoşməramlı  səfiri  Mehriban 
Əliyevanın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilmişdir. 
Əfv və amnistiya institutlarının bərpa edilməsi Azərbaycan Respublikasının 
Konstitusiyasında  və  beynəlxalq  aktlarda  təsbit  olunmuş  insan  hüquq  və 
azadlıqlarına,  ümumbəşəri  dəyərlərə,  humanizm  və  insanpərvərlik  ənənələrinə, 
azadlıq və demokratiya ideallarına hörmət və ehtiramı təcəssüm etdirir. 
Milli Məclis tərəfindən 2000-ci ilin iyul ayında qəbul edilmiş və sentyabrın 
1-dən  qüvvədə  olan  Cəzaların  İcrası  Məcəlləsi  isə  penitensiar  sahədə  islahatların 
yeni  mərhələsinin  hüquqi  bazası  olmuşdur.  Bu  hüquqi  sənəd  cəza  siyasətinin 


 
99 
humanistləşməsinə,  məhkumların  vətəndaş  hüquqlarının  qorunmasına  və 
penitensiar  müəssisələrdə  saxlanma  şəraitinin  ümumi  qəbul  olunmuş  beynəlxalq 
normalara uyğunlaşmasına yönəldilmişdir. 
Qanun  hazırlanarkən  BMT  tərəfindən  1955-ci  ildə  qəbul  olunmuş 
"Məhkumlarla rəftar qaydalarının minimum standartları", Avropa Şurası tərəfindən 
1987-ci  ildə  qəbul  olunmuş  "Avropada  penitensiar  qaydalar",  habelə  törətdikləri 
cinayətə  görə  dövlət  məcburiyyət  tədbirləri  təsirinə  məruz  qalmış  şəxslərin 
saxlanmasına  və  onlarla  davranışa  həsr  olunmuş  digər  beynəlxalq  aktlar  nəzərə 
alınmışdır. 
Son  illərdə  respublikanın  cəzaçəkmə  müəssisələrində  məhkumlar  üçün 
normal  yaşayış,  sosial-məişət  şəraitinin  yaradılması,  onların  sağlamlıqlarının 
qorunmasına  yönəlmiş  tədbirlər,  kütləvi  informasiya  vasitələri  ilə  əlaqələrin 
genişləndirilməsi,  penitensiar  sahədə  ötən  dövrdən  yadigar  qalmış  məxfilik 
pərdəsinin aradan götürülməsi, beynəlxalq və insan haqlarını müdafiə edən qeyri-
hökumət  təşkilatları  ilə  əməkdaşlığın  inkişaf  etdirilməsi  islahatların  ilkin 
nəticələridir. 
Bütün islah-əmək müəssisələrində əsaslı şəkildə təmir-tikinti, abadlıq işləri 
aparılmış,  məhkumların  saxlanma  vəziyyəti,  onların  yaşayış,  maddi-məişət 
şəraitləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırılmışdır. 
Məhkumların  sağlamlığının  qorunması  sahəsində  müsbət  dəyişikliklər  baş 
vermişdir.  Azadlıqdan  məhrumetmə  yerlərində    fəaliyyət    göstərən      tibb  
xidmətləri    yenidən      qurulmuş,  məhkumların  ambulator  və  stasionar  şəkildə 
müalicəsi üçün hər bir şərait yaradılmışdır. 
Həll olunan problem vacib sayılaraq bu işə Beynəlxalq Qızıl Xaç Komitəsi 
də  cəlb  olunmuşdur.  01  iyun  2000-ci  il  tarixdə  Azərbaycan  Respublikası  ilə 
Beynəlxalq  Qızıl  Xaç  Komitəsi  arasında  azadlıqdan  məhrumetmə  yerlərində 
məhbuslarla  görüşlərə  dair  səlahiyyətləri  həyata  keçirmək  haqqında  saziş 
imzalanmış  və  hazırda  həmin  təşkilatın  nümayəndələri    cəzaçəkmə    yerlərinə  
maneəsiz  baş  çəkirlər.  Bütün  bu  tədbirlər,  həmçinin  məhkumların  yaşayış  
şəraitinin,  onların  qidalanmasının    yaxşılaşdırılması    son  nəticədə  azadlıqdan 
məhrumetmə  yerlərində  məhkumların  ölüm  hallarının  kəskin  şəkildə  aşağı 
düşməsinə səbəb olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 fevral tarixli "İnsan və 
vətəndaş  hüquq  və  azadlıqlarının  müdafiəsi  sahəsində  tədbirlər  haqqında" 
Fərmanında və onun 18 iyun 1998-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "İnsan 
hüquqlarının  müdafiəsinə  dair  Dövlət  Proqramı"nda  məhkumların  saxlanma 
şəraitinin  yaxşılaşdırılması  və  cəza  çəkənlərin  beynəlxalq  tələblərə  uyğun 
saxlanması üçün zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. 
1999-cu  il  fevral  ayının  11-də  Azərbaycan  Respublikasının  Prezidenti    
Heydər  Əliyev  "İslah-əmək  müəssisələrində  və  istintaq  təcridxanalarında 
qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və 
hüquqi  islahatların    həyata     keçirilməsinə    dair   tədbirlər   haqqında"  Fərman 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə