Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə44/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   40   41   42   43   44   45   46   47   ...   57

 
96 
Bu  xidmətin  nəzarət-təftiş  funksiyaları  şəffafdır,    o,    vasitəçidir,  müstəqil 
tədqiqatçıdır. 
Ombudsman  —  formal  prosessual  tələblərdən  azad  və  konkret  hüquqi 
çərçivə ilə məhdudlaşmayan hüquqi yardım növüdür. 
Müasir dünyada ombudsman inandırmaq institutudur. Onun silahı aşkarlıq, 
tənqid və inandırmaqla, göstərməklə işləyir. O, qərəzsiz və müstəqil araşdırıcı rolu 
oynayır. 
Müvəkkil  təsisatının  yaradılmasının  konstitusiya  xarakterli  bir  məsələ 
olduğunu  və  insan  hüquqları  üzrə  müvəkkilin  özünün  dövlətin  siyasi-hüquqi 
sisteminin  vacib  bir  komponenti  olduğunu  nəzərə  alaraq,  bu  qanunvericilik  aktı 
məhz Konstitusiya qanunu kimi, Konstitusiyaya əlavə kimi qəbul olunur. 
Ombudsman xidmətinin təsisi bugünkü gerçəkliyin mühüm tələbatı olmaqla 
yanaşı,  bu  təsisatın  yaradılması  nəinki  hüquq  müdafiə  strukturları  sistemini 
tamamlayır, həm də mövcud olan hüquqi boşluqları doldurur, vətəndaşların hüquq 
və azadlıqlarının müdafiəsi mexanizmində qüsurları aradan qaldırır. 
İnsan  hüquqları  üzrə  müvəkkil  (ombudsman)  əməli  hüquq  müdafiə 
fəaliyyəti göstərməklə vətəndaşların real problemləri ilə yaxından tanış olur. O öz 
əməli  fəaliyyətinin  nəticələrini  sistemləşdirib  təhlil  etməklə  qanunvericiliyin 
yeniləşməsinə də kömək edir. 
Ombudsman təsisatı cəmiyyətin birləşməsinə yönəlmişdir. Müvəkkil təsisatı 
səriştəsiz idarəetmə və hakimiyyətdən sui-istifadə məsələlərini qaldırmaqla dövlət 
orqanları  və  onların  vəzifəli  şəxslərinə  verilmiş  hakimiyyət  hüduduna  riayət 
edilməsinin  təminatçısı  xidmətini  göstərir.  Bu  təsisat  vətəndaş  və  dövlət  arasında 
münasibətləri  daha  yüksək  dərəcəyə  qaldırır,  ikitərəfli  etimadın  yaranması 
prosesinə  kömək  edir  ki,  bu  da  daxili  siyasi  gərginliyi  xeyli  dərəcədə  azaldır  və 
dövlətçiliyə  inamı  möhkəmləndirir.  Beləliklə,  ombudsman  birbaşa  əhalinin 
maraqlarına xidmət edir. 
IV.  Avropa  Şurasının  tövsiyələrinə  uyğun  olaraq  "Beynəlxalq  Qızıl  Xaç 
Komitəsinin  azadlıqdan  məhrumetmə  yerlərində  səlahiyyətlərinin  həyata 
keçirilməsinin  təmin  edilməsi  barədə"  Azərbaycan  Respublikası  hökuməti  və 
Beynəlxalq  Qızıl  Xaç  Komitəsi  arasında  2000-ci  il  iyunun  1-də  saziş 
imzalanmışdır. Bu saziş Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri tərəfindən 
azadlıqdan məhrumetmə yerlərində zəruri olan daxili intizam və əsas təhlükəsizlik 
qaydalarına  riayət  edilərək  həbs  edilmiş,  saxlanılmış  və  ya  başqa  üsullarla 
azadlıqdan  məhrum  edilmiş  şəxslərə,  məhkumlara,  habelə  məhkum  olunmamış 
şəxslərə,  onların  həbsdə  olduqları  bütün  mərhələlərdə  başçəkilmə  prosedurlarının 
həyata keçirilməsini tənzimləyir. 
Penitensiar 
müəssisələrin 
fəaliyyətinin 
beynəlxalq 
standartlara 
uyğunlaşdırılması üçün 2000-ci ildə Cəzaların İcrası Məcəlləsi qəbul olunmuşdur. 
Bu  qanun  hazırlanarkən  BMT-nin  1955-ci  il  "Məhkumların  davranış 
qaydalarının  minimum  standartları",  Avropa  Şurası  tərəfindən  qəbul  olunmuş 


 
97 
"Avropa  penitensiar  qaydaları"  və  digər  beynəlxalq  konvensiya  və  aktlar  nəzərə 
alınmışdır. 
Yeni  qanunvericiliklə  məhbuslara  şəxsi  təhlükəsizlik,  vicdan  və  din 
azadlığı,  telefon  danışıqlarından  istifadə  hüququ,  məzuniyyət  və  digər  hüquqlar 
verilmiş,  növbəti  bağlama  və  sovqat  alınmasında,  məktub  və  teleqram 
göndərilməsində  nəzərdə  tutulmuş  məhdudiyyətlər  aradan  qaldırılmış,  onlara  bir 
sıra yeni imtiyazlar verilmişdir. 
Bu  məcəllə  ilə  məhbusların  saxlanılması  şəraiti  yaxşılaşdırılmış,  onların 
hüquqları  genişləndirilmiş,  penitensiar  sistemdə  dərin  islahatların  əsası 
qoyulmuşdur. 
Həmin  qanunun  əsas  məqsədi  məhkumları  islah  etmək,  yeni  cinayətlərin 
qarşısını  almış,  məhkumların  hüquqlarını  və  qanuni  mənafelərini  qorumaq, 
cəzaların  icrası  və  çəkilməsi  qaydalarını  və  şərtlərini  tənzimləməkdən  ibarətdir. 
Qanun  şəxsin  vəkillə  senzura  olmadan  yazışmasına  və  görüşməsinə,  istirahət 
hüququna,  dini  etiqad  azadlığına  təminat  verir,  həmçinin  qohumlarla  qısa  və 
uzunmüddətli görüşlərin vaxtının uzadılmasını nəzərdə tutur. 
IV.a.  Məhbuslara  münasibətdə  Azərbaycan  dövləti  öz  üzərinə  götürdüyü 
öhdəliklərə hörmətlə yanaşır və onların yerinə yetirilməsi üçün mühüm işlər görür. 
Belə ki, ilk növbədə Azərbaycanda ölüm cəzasının ləğvi və cəza siyasətinin 
humanistləşməsi  ölkəmizin  Avropa  ailəsinə  qoşulmasını  təmin  edən  mühüm 
amillərdən  biri  olmuşdur.  Bir  çox  Avropa  dövlətləri  ölüm  cəzasını  ləğv  edənə 
qədər  uzun  illər  bu  məsələni  araşdırmış  və  çox  zaman  da  qəti  qərar  verməkdə 
çətinlik çəkmişlər. Təsəvvür edin ki, 1950-ci ildə qəbul edilmiş İnsan hüquqlarına 
dair  Avropa  Konvensiyasında  yaşamaq  hüququ  maddəsində  ölüm  cəzasının 
mövcudluğu qeyd olunmuşdur. Ancaq 1983-cü ildə Avropa Şurası tərəfindən qəbul 
edilmiş  bu  konvensiyanın  6  saylı  əlavə  Protokolunda        ölüm  cəzası  ləğv 
olunmuşdur. 
Göründüyü kimi, ölüm cəzasını ləğv etmək üçün Avropa dövlətlərinə uzun 
illər  lazım  olmuşdur.  Ümummilli  lider  Heydər  Əliyevin  hakimiyyətə  gəldikdən 
sonra  ilk  qərarlarından  biri  ölüm  cəzasına  moratorium  qoyulması  oldu.  Bundan 
sonra ölüm cəzasının ləğv olunması yolunda bir neçə siyasi addım atıldı. Prezident 
Heydər Əliyev ölüm cəzasının ləğvi ilə bağlı qəti qərar verməzdən əvvəl bu məsələ 
ictimaiyyət  tərəfindən  müzakirə  olundu.    Müzakirələrdən  sonra  ölkə  Prezidenti 
qətiyyətli  və  humanist  bir  addım  ataraq  Şərqdə  ilk  dəfə  ölüm  cəzasının  ləğv 
olunması ilə bağlı qərar qəbul etdi. 
1995-ci  ildə  qəbul  olunmuş  yeni  Konstitusiyada  ölüm  cəzası  tam  ləğv 
edilənədək  yalnız  dövlətə,  insan  həyatına  və  sağlamlığına  qarşı  xüsusilə  ağır 
cinayətlərə  görə  müstəsna  cəza  tədbiri  kimi  göstərildi  və  artıq  daimi  cəza  növü 
kimi nəzərdə tutulmadı. 
Bundan  sonra  1996-cı  ilin  may  ayında  Azərbaycan  Prezidentinin 
qanunvericilik  təşəbbüsünü  parlament  dəstəklədi  və  yaşı  65-dən  yuxarı  kişilərin 
ölüm  cəzasından  azad  olunması  haqda  qərar  qəbul  edildi.  Eyni  zamanda,  ölüm 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə