Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə52/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
114 
Hazırkı  yazılı  deklarasiya  yalnız  imza  atmış  şəxslər  tərəfindən  təsdiq 
edilmişdir. 
Genosid Azərbaycan tarixinin ayrılmaz bir hissəsi oldu və bu, 1813-cü ildə 
Gülüstan,  1828-ci  ildə  isə  Türkmənçay  müqavilələrinin  imzalanması  və  bununla 
ərazilərin parçalanmasından baş götürür. 
1905-1907-ci  illərdə  ermənilər  "Böyük  Ermənistan"  dövlətini  qurmaq 
məqsədilə azərbaycanlılara qarşı vəhşi və dəhşətli qırğınlar törətdilər. 1918-ci ilin 
mart  ayında  ermənilər  azərbaycanlıları  Bakı,  Şamaxı,  Quba,  Qarabağ,  Zəngəzur,  
Naxçıvan,  Lənkəran və Azərbaycanın  başqa regionlarından qovmuşdular. 
Sovet  rejiminin  köməyi  ilə  Ermənistan  1920-ci  ildə  Zəngəzur  və  başqa 
Azərbaycan torpaqlarını özünə birləşdirdi. 1948-1953-cü illərdə kommunist rejimi 
azərbaycanlı əhalini onların Ermənistanda olan doğma torpaqlarından Azərbaycana 
göndərdi. 
1988-ci  ildə  Dağlıq  Qarabağ  münaqişəsinin  başlanmasında  yüz  minlərlə 
azərbaycanlı öz tarixi torpaqlarından sürgün olundu. 
26  fevral  1992-ci  il  tarixində  ermənilər  Xocalı  şəhərinin  bütün  əhalisini 
vəhşicəsinə qırıb şəhəri bütövlüklə darmadağın etdilər. 
Dağlıq Qarabağda  erməni separatizmi  və  hazırkı  Azərbaycan torpaqlarının 
20  faizini  işğal  etməsi  minlərlə  ölümə  və  milyondan  çox  qaçqının  yaranmasına 
səbəb oldu. 
Aşağıda  imza  edən  assambleya  üzvləri  Parlament  Assambleyasının  bütün 
üzvlərinə  müraciət  edərək  xahiş  edir  ki,  assambleya  XIX  əsrdən  bəri  ermənilər 
tərəfindən  Azərbaycan  xalqına  qarşı  törədilmiş  genosidin  etirafı  üçün  müvafiq 
addımlar atsın. 
İmzalayanlar — 30 nəfər. 
 
III. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması 
Sənəd 9140 
Nazirlər  Komitəsinə  müraciət  olunmuş  sual  n-396  Hacıyeva  xanımları 
tərəfindən 
Nazirlər Kabinetinin 10 və 11 may 2001-ci il tarixlərində keçirilmiş 108-ci 
iclasında  Balkan  və  Qafqazda  vəziyyətlə  bağlı  məsələlər  müzakirə  olunmuşdu. 
Görüş zamanı Ermənistan Respublikasının xarici işlər naziri V.Oskanyan cənabları 
bəyan  etdi  ki,  Ermənistan  Azərbaycanın  ərazi  bütövlüyünü  Dağlıq  Qarabağ 
münaqişəsi həll olunmayana qədər qəbul etmir və etməyəcək. 
Aşağıdakıları nəzərə alaq ki, 
həm  Azərbaycan,  həm  də  Ermənistan  Avropa  Şurasının  tamhüquqlu 
üzvləridir; 
Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  bütün  beynəlxalq  təşkilatlar, 
BMT,  ATƏT,  Avropa  Şurası  daxil  olmaqla  və  bütün  dünya  dövlətləri  tərəfindən 
qəbul edilir; 


 
115 
Yeganə  Avropa  Şurasının  üzvü  —  Ermənistan  o  biri  üzvün  — 
Azərbaycanın ərazi bütövlüyünü qəbul etmir
Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal etmiş və bu, kütləvi insan 
hüquqları normalarının pozulmasına səbəb olmuşdur. 
C.Hacıyeva  Nazirlər  Komitəsinə  müraciət  edir  ki,  o,  Ermənistan 
Respublikasını aşağıdakıları yerinə yetirməyə çağırsın: 
Beynəlxalq  hüquqi  dövlətlərin  ərazi  bütövlüyü  və  müstəqilliyi  prinsipinə 
riayət etsin və Azərbaycanın ərazi bütövlüyünü qəbul etsin. 
 
IV. Azərbaycan mədəni irsinin dağıdılması və ələ keçirilməsi barədə  
Sənəd 9147 
Azərbaycan  Respublikasına  qarşı  törədilmiş  erməni  təcavüzünün  faciəvi 
nəticələrindən  biri  ölkə  ərazisinin  20  faizinin  işğal  edilməsindən  başqa, 
Azərbaycanın milli və mədəni irsinin dağıdılması və ələ keçirilməsidir. Beynəlxalq 
təşkilatların  bir  çox  çağırışlarına  baxmayaraq,  Ermənistan  Azərbaycanın  işğal 
edilmiş  regionlarda  qalmış  mədəni  sərvətinin  təhlükəsizliyinin  təmin  edilməsi 
sahəsində heç bir konstruktiv addım atmamışdır. 
500  tarixi  memarlıq  abidəsi  və  100-dən  çox  arxeoloji  abidə,  22  muzey,  4 
incəsənət  qalereyası,  927  kitabxana,  85  musiqi  məktəbi,  4  dövlət  teatrı 
Azərbaycanın işğal edilmiş ərazilərində qalmışdır. 
Hərbi  əməliyyatların  nəticəsi  olaraq  Kəlbəcər  və  Laçında  olan  Tarix  və 
Regional Tədqiqat muzeyləri, Şuşa və Qarabağın tarixi muzeyləri, Zəngilanda olan 
Daş Abidələr muzeyləri və həmçinin, bir çox digərləri oğurlanmış və dağıdılmışdır. 
İşğal  nəticəsində  Bürünc  dövrünün  təkrarsız  abidələri,  təxminən  100  qəbir 
təpəciklərindən ibarət olan Xocalı kurqan sahəsi yerlə yeksan edilmişdir. 
Assambleya  qiymətli  abidə  sayılan,  insan  sivilizasiyasının  ən  qədim 
yerlərindən olan Azıx mağarasının səhra silah anbarına çevrilməsindən dərin təşviş 
hissi keçirir. 
İncəsənət  və  ədəbiyyat  sahəsində  Azərbaycana  məxsus  işlərin  qanunsuz 
olaraq ermənilər tərəfindən bir sıra zəbtedilmə halları Azərbaycan Respublikasının 
Müəlliflik  Hüququnun  Müdafiə  edilməsi  Agentliyi  tərəfindən  yoxlanılaraq  təsdiq 
edilmiş və bütün bunlar Azərbaycan xalqının ciddi narahatlığına səbəb olmuşdur. 
Bir çox əsrlər boyu yaradılmış olan mədəni irsin ayrıca götürülmüş millətə 
və  ya  ölkəyə  mənsub  olması  ilə  bərabər,  həmçinin  bütün  dünya  mədəniyyətinin 
tərkib  hissəsi  olduğunu  nəzərə  almaqla,  Parlament  Assambleyası  Nazirlər 
Komitəsinə müraciət edir ki, Azərbaycanın mədəni irsinin dağıdılması və qanunsuz 
olaraq mənimsənilməsini dayandırmaq üçün zəruri olan addımlar atsınlar.  
İmzalayanlar — 18 nəfər. 
 
V.  Azərbaycan  Respublikasında  (Dağlıq  Qarabağ,  Şuşa, Laçın,  Qubadlı, 
Zəngilan, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl) ekoloji vəziyyət  
Sənəd 9148 


 
116 
Ekoloji  problemlərin  müasir  dünyada  qlobal  mühümlüyünü  nəzərə  alaraq, 
Avropa  Şurasını  Azərbaycan  Respublikasında    (Dağlıq  Qarabağ,    Şuşa,    Laçın,  
Qubadlı,    Zəngilan,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl)  müşahidə  edilən  indiki  
ekoloji  vəziyyət   narahat  edir.  Yuxarıda  qeyd  olunmuş Azərbaycan ərazilərində 
iki milli qoruq (Qarabağ və Bəsitçay)  və dörd müvəqqəti qoruq  (Laçın,  Qubadlı, 
Arazkənarı  və  Damaltı)  yerləşir.  Özünəməxsus  unikal  təbiət  landşaftı,  faunası  və 
florası olan milli qoruqlara Azərbaycan tərəfindən heç bir surətdə nəzarət edilmir 
və məlumatlara görə, onlar sistematik olaraq talan edilir. 
Yuxarıda  qeyd  olunmuş  ərazilərdə  yerləşən  meşələrin  ümumi  sahəsi  264 
000 hektardır. Hazırda qeyd olunmuş sahədə  bütün nadir ağacların növləri kəsilib 
və  heyvanlar,  demək  olar  ki,  tamamilə  yox  olublar.  Nəticə  olaraq,  təbii 
komplekslər  arasında  olan  ən  mühüm  bioloji  əlaqələr  pozulub  və  ekoloji  böhran 
baş verib. Araz çayında  olan  suyun, Kür çayının ən uzun qolunun,  Azərbaycanın 
ən  mühüm  su  arteriyasının  kimyəvi  analizləri  göstərir  ki,  suyun  çirklənmə 
səviyyəsi  mümkün  normadan  dəfələrlə  artıqdır.  Araz  çayının  əsas  qollarının 
(Oxçuçay,  Razdan,  Arpaçay)    Ermənistan  ərazisindən  keçdiyini  və  Ermənistan 
Respublikası  tərəfindən  Sərhədkeçən  su  arteriyalarının  və  beynəlxalq  göllərin 
mühafizəsi və istifadəsi Konvensiyasının (Helsinki, 2000-ci il) təsdiqlənməməsini 
nəzərə  alaraq  assambleya  hazırkı  vəziyyətlə  əlaqədar  öz  narahatlığını  bildirir. 
Bütöv  Qafqaz  regionunun  yüksək  seysmoloji  səviyyəyə  malik  olduğunu  nəzərə 
alaraq  (Spitakdakı  zəlzələ  1988-ci  ildə,  Bakıda  —  2000-ci  ildə),  Ermənistan 
Respublikasında atom stansiyasının mövcud olması yalnız Qafqaz regionunda yox, 
həmçinin bütün Qərbi Avropa və Mərkəzi Asiya regionunda insan həyatına böyük 
potensial təhlükə yaradan bir mənbə kimi    qiymətləndirilə bilər. 
2001-ci il fevral ayında  Azərbaycan Respublikası  tərəfindən təsdiq edilmiş 
Baş  Konvensiyanın  təhlükəli  tullantıların  sərhəd  sularından  keçmə  nəzarəti 
Əsasnaməsi  və  yuxarıda  qeyd  edilmiş  ərazilər  tamamilə  nəzarət  olunmaması 
faktını  nəzərə  alaraq  assambleya  Ermənistan  Atom  Stansiyasının  Azərbaycan 
ərazilərinə  nüvə  tullantılarını  atmaq  mümkünlüyünə  dair  öz  narahatlığını  bildirir. 
Yuxarıdakıları  nəzərə  alaraq,  assambleya  Nazirlər  Komitəsinə  müvafiq  addım 
atmaq xahişi ilə müraciət edir ki, Avropa Kontinentinin unikal və işğal altında olan 
hissəsində ekoloji fəlakət baş verməsin.  
İmzalayanlar — 16 nəfər. 
 
VI.  Azərbaycanda  qaçqın  və  məcburi  köçkünlərin  Avropada  təhsil 
sahəsində gələcək inkişaf proqramı çərçivəsində təhsil almaq hüququ 
Sənəd 9237 
Azərbaycanın  10  il  bundan  əvvəl  qazanılmış  müstəqilliyi    Avropa    və  
beynəlxalq    standartların  yerinə  yetirilməsi  və  Avropanın  inkişaf  etmiş  təhsil 
mərkəzləri  ilə  fəal  əməkdaşlığın  yaradılması  baxımından  təhsil  sahəsində  əsaslı 
imkanlar  yaratmışdır.  Lakin  son  on  iki  ildə  baş  vermiş  müharibə  və  işğal 
Azərbaycanda təhsil sisteminin inkişafına mane olmuşdur. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə