Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə56/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
123 
 
 
XII. 
Ermənistan 
Respublikası 
tərəfindən 
Naxçıvan 
Muxtar 
Respublikasına  yönəldilmiş  blokada  siyasəti  təhlükəsinin  aradan  qaldırılması 
zərurəti barədə 
Sənəd 9586 
Sülhün  yaradılması  üzrə  bütün  cəhdlərə,  o  cümlədən  son  iki  il  ərzində 
Avropa  Şurasının  tövsiyə  etdiyi  cəhdlərə  baxmayaraq,  Azərbaycan  Respublikası 
ərazilərinin  Ermənistan  Respublikası  tərəfindən  1988-ci  ildə  başlamış  olan  işğalı 
indiyə qədər davam edir. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistan 
silahlı qüvvələrinin öz ərazilərini genişləndirmək niyyətindən doğan böyük təhlükə 
mövcuddur  və  onlar  bu  məsələ  ilə  əlaqədar  Naxçıvan  Muxtar  Respublikasına 
münasibətdə öz iddiaları haqda açıq-aşkar danışırlar. 
1988-1994-cü illər ərzində sərhədə yaxın olan ərazilərdən Naxçıvan Muxtar 
Respublikasına bir neçə dəfə təcavüz cəhdi edilmişdir. 
1991-ci ildən bəri Ermənistan Naxçıvan Muxtar Respublikasını tammiqyaslı 
iqtisadi, nəqliyyat və kommunikasiya blokadası şəraitində saxlayır. Bu cür dəhşətli 
blokadanın nəticəsi olaraq 45 istehsal və emal müəssisəsi fəaliyyətini dayandırmalı 
olmuşdur. 50 min insandan ibarət olan işçi qüvvəsi işsiz  vəziyyətə düşmüş, onlar 
Dağlıq  Qarabağdan  (Naqorno  Karabakh)  zor  gücünə  qovulmuş  və  Naxçıvana 
qaçqın kimi gəlmiş 1400 ailəyə əlavə olunmuşlar. 
Hal-hazırda Ermənistan rəsmi olaraq Naxçıvana olan iddialarını bəyan edir 
və hətta onu öz ərazisinə ilhaq edəcəyi ilə hədələyir. Bunu qeyd etmək zəruridir ki, 
bu  gün  Naxçıvan  çox  çətin  şəraitdə  yaşayır  və  Azərbaycanın  qalan  hissəsi  ilə 
yalnız  hava  yolu  ilə  əlaqə  saxlayır.  Ermənistanın  bu  yeni  bədnam  planı  hər  bir 
yerdə — onun təhsil, elm, siyasi və hərbi dairələrində geniş və açıq şəkildə bəyan 
edilir. 
Nazirlər  Komitəsi  Avropa  Şurasının  icraçı  orqanı  olmaqla  və  özünün 
nizamnaməsinə  müvafiq  olaraq  hansı  növ  mexanizmlərdən  istifadə  edə  bilər  ki, 
Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı iddialarının qarşısını 
alsın və bu kontekstdə Naxçıvan Muxtar Respublikasının Ermənistan Respublikası 
tərəfindən  11  il  davam  edən  tammiqyaslı  blokadasının  vurduğu  ziyan  Nazirlər 
Komitəsini narahat edə biləcək və onu məşğul edə biləcək bir sualdır. 
 
XIII.  Ermənistan  tərəfindən  işğal  olunmuş  Azərbaycan  torpaqlarında 
insan hüquqlarının bərpa edilməsi barədə 
Sənəd 9599 
Məsləhət üzrə təklif cənab Əliyev, xanım Hacıyeva və başqaları tərəfindən 
təqdim edilmişdir. 
Bu  təklif  assambleyada  müzakirə  olunmamışdır  və  sənəd  yalnız  onun 
altından qol çəkən şəxslər tərəfindən qeyd edilib. 


 
124 
1988-ci  ildən  etibarən  Ermənistan  dövləti  qonşu  Azərbaycana  qarşı 
işğalçılıq  müharibəsi  aparır  ki,  Dağlıq  Qarabağ  vilayətini  öz  torpaqlarına  əlavə 
etsin.  Bu  müharibə  Azərbaycan  xalqına  dəhşətli  zərbə  vurdu.  Ermənistan  silahlı 
qüvvələri Dağlıq Qarabağ və onu əhatə edən 7 rayonu daxil etməklə Azərbaycanın 
20  faizə  yaxın  torpaqlarını  işğal  etdi.  Silahlı  hücum  nəticəsində  20  000-dən  artıq 
azərbaycanlı öldürülmüş, 20 000-dən artıq yaralanmış, 5 000-ə yaxın oğurlanmış, 5 
000 əsir götürülmüş və bir milyona yaxın azərbaycanlı məcburi köçkün olmuşdur. 
877  şəhər  və  kənddə  aparılmış  müharibənin  nəticəsində  minlərlə  sənaye  və  kənd 
təsərrüfatı  müəssisələri,  məktəblər,  xəstəxanalar,  tarixi  və  mədəniyyət  abidələri 
məhv edildi, yandırıldı və yaxud talan edildi. 
Ermənistan dövləti tərəfindən aparılan işğalçılıq müharibəsi bu dövlətin bir 
sıra  qanunvericilik  aktları  ilə  təsdiq  olunubdur.  Beləliklə,  2  dekabr  1988-ci  il 
tarixində  Ermənistan  Sovet  Sosialist  Respublikasının  Ali  Şurası  (parlamenti) 
"Ermənistan SSR-in Dağlıq Qarabağ ilə birləşdirilməsinə" dair qərar qəbul etdi və 
həmin  qərarda  Azərbaycanın  hissəsi  kimi  tanınmış  ərazi  Ermənistana 
"birləşdirildi".  Bundan  əlavə,  23  avqust  1991-ci  il  tarixində  qəbul  edilmiş 
Ermənistan  Dövlət  Müstəqilliyi  Bəyannaməsində  Dağlıq  Qarabağ  Ermənistan 
Respublikası ərazisinin bir hissəsi kimi bəyan edilmişdir. Həmin bəyannamənin ali 
qanunvericilik  gücü  və  əhəmiyyəti  hazırkı  Ermənistan  Konstitusiyasının 
Preambulasında da təsdiq edilibdir. 
Qeyd olunmalıdır ki, indiki zamana qədər BMT Təhlükəsizlik Şurası həmin 
münaqişə  ilə  bağlı  dörd  qərar  qəbul  etmiş  (Qərar  822,  853,  874  və  884;  bütün 
qərarlar  1993-cü  ildə  qəbul  edilmişdir)  və  yuxarıda  qeyd  olunmuş  qərarlara  görə 
Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması tələbi yerinə yetirilməmişdir. 
İnsan  hüquqları  Azərbaycanın  işğal  edilmiş  torpaqlarında  tamamilə 
pozulmuşdur. 
Ermənistanın  yuxarıda  qeyd  olunmuş  hərəkətlərini  Avropada  sülh, 
təhlükəsizlik  və  sabitliyə  bir  hədə  kimi  qiymətləndirərək  assambleya  belə  hesab 
edir  ki,  Ermənistan  silahlı  qüvvələrinin  Azərbaycan  ərazisinə  daxil  olması, 
Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayəti və onun ətrafında yerləşən 7 
regionun işğal edilməsi hücum aktı kimi müəyyən edilir və Ermənistanın qarşısına 
tələb  qoyulubdur  ki,  Azərbaycan  Respublikasının  bütün  işğal  edilmiş  əraziləri 
dərhal və qeyd-şərtsiz azad olunsun. 
Assambleya  məsləhət  görür  ki,  Nazirlər  Komitəsi  monitorinqi  başlasın  və 
Ermənistan dövlətinə  Avropa Şurasının Nizamnaməsinə  müvafiq olaraq hər hansı 
sanksiyaların qoyulması mümkünlüyünü müzakirə etsin. 
İmzalayanlar — 24 nəfər. 
 
XIV.  "Siyasi  məhbus"  anlayışına  ümumi  qənaətləndirici  kriteriyanın 
müəyyən edilməsi probleminə dair  
Sənəd 9652 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə