Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə55/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
121 
düşərgələri  yaratmaq  və  müvafiq  fəaliyyət  göstərmək  üçün  vəsaitə  malik  olan 
xarici terror təşkilatlarını da ruhlandırır. 
İşğal edilmiş Kəlbəcər rayonunda  Livanın "Qayıdan qəhrəmanlar təşkilatı" 
(rəhbəri: Ter-Qriqoryan, Beyrut mənşəli erməni), Laçın rayonunda kürdlərin PKK 
təşkilatı (rəhbəri: C.Samoyan) və "Vartan cəngavərləri" terrorist təşkilatı (rəhbəri: 
A.Babacanyan),  Zəngilan  rayonunda  Livanın  "Həmas"  qrupunun  Ziyəddin  əl-
Gissan" hərbi qolu, Xankəndidə yunanların "Milli dirçəliş təşkilatı" terrorçu qrupu 
(rəhbəri: E.Qalustyan) geniş fəaliyyətdədir. 
ABŞ vətəndaşı Monte Melkonyan, İran vətəndaşı Vazgen Sisliyan və Suriya 
vətəndaşı,    1970-80-ci  illərdə  Fransada  törətdiyi  terrorçuluq  əməlləri  ilə  məşhur 
olmuş Varucan  Qarbicyan  kimi   beynəlxalq   terrorçulara   Ermənistan Prezidenti 
tərəfindən Qarabağ müharibəsinin milli qəhrəmanı adı  verilməsi, onların dövlətin 
himayəsinə    götürülməsi  terrorizmin  Ermənistanda  dövlət  səviyyəsində  müdafiə 
edilməsini təkzibedilməz dərəcədə sübut edir. 
Azərbaycanın  işğal  edilmiş  ərazilərində  olan  "qanunsuz  sahə"nin  bütün 
Avropa  üçün  təhlükə  yaratdığını  vurğulamaqla,  assambleya  üzv  olan  ölkələri 
problemin həllini tapmaqda öz səylərini daha da artırmağa çağırır. 
Azərbaycanın  işğal  edilmiş  Dağlıq  Qarabağ  regionunda  və  onunla  bitişik 
olan  Azərbaycanın  yeddi  rayonunda  cari  vəziyyətin  ciddi  yoxlanılması  üçün 
monitorinq qrupu yaradılmasına olan zəruri ehtiyacı xüsusi qeyd edir. 
Assambleya  bunu  tövsiyə  edir  ki,  Nazirlər  Komitəsi  zəruri  olan  addımlar 
atsın  ki,  işğal  edilmiş  və  beynəlxalq  nəzarət  altında  olmayan  zonadan  terrorçu 
qrupları  və  şəbəkələri  yaratmaq,  narkotikləri  becərmək  və  daşımaq,  məxfi  nüvə 
layihələrini  yerinə  yetirmək  üçün  istifadə  edən  Ermənistan  beynəlxalq  hüquq 
normalarına və Avropa Şurasının Nizamnaməsinə zidd olan özünün bu fəaliyyətini 
dərhal dayandırsın.  
İmzalayanlar — 22 nəfər. 
 
XI.  Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərində  tarixi 
qəbiristanlıqların 
dağıdılması 
və 
ermənilər 
tərəfindən 
yeni 
daimi 
"qəbiristanlıqların" yaradılması barədə  
Sənəd 9516 
Məsləhət  üzrə  təklif  cənab  R.Hüseynov  və  başqaları  tərəfindən  təqdim 
edilmişdir. 
Hazırkı  təklif  assambleyada  müzakirə  olunmamışdır  və  yalnız  onu 
imzalayan üzvlər tərəfindən təsdiq edilir. 
Ermənistan Respublikası tərəfindən işğal edilmiş Azərbaycan ərazisində ən 
çox  güclü  dağıntıya  və  viran  edilməyə  məruz  qalmış  mədəni  irs  nümunələri 
arasında,  hər  şeydən  əvvəl,    bütün  dini  abidələr,  məbədlər  və  qəbiristanlıqlar 
göstərilməlidir.  İşğalçılar  Dağlıq  Qarabağ  regionunda  və  onu    əhatə  edən  yeddi 
Azərbaycan  rayonunda olan bütün müsəlman qəbiristanlıqlarını    viran    qoymuş   
və    qiymətli başdaşlarını   həmin   yerlərdən   oğurlamışlar. Bu vandalizm aktları 


 
122 
bir tərəfdən azərbaycanlıları təhqir etmək məqsədilə, digər tərəfdən isə  tarixi sənəd  
kimi  vacib  əhəmiyyət  kəsb  edən  qəbiristanlıqları  viran  qoymaq  yolu  ilə 
azərbaycanlıların  bu  torpaqlarda  olan  tarixi  nişanələrini  silib  atmaq  məqsədilə 
edilmişdir. 
Ermənistan hərbi qüvvələri işğal edilmiş ərazilərdə viran qoyulmuş yüzlərlə 
Azərbaycan  qəbiristanlığının  yerində  bir  çox  yeni  ölü  zonalar  və  qəbiristanlıqlar 
yaratmışlar ki, bunlar da gələcəkdə yeni ölüm hadisələrinə səbəb olacaqdır. 
Belə  ki,  onlar  işğal  atında  olan  altı  müxtəlif  yerdə  içində  radioaktiv 
tullantılar olan minalanmış konteynerlər basdırmışlar. Bu konteynerlərin partlaması 
təxminən 300 kv.km olan sahənin ölü zonaya çevrilməsinə səbəb ola bilər. 
Bu  növdən  olan  başqa  bir  konteyner  fuqas  tipli  partladıcı  ilə  doldurulmuş 
halda Ağdam və Əsgəran rayonları arasında basdırılmışdır ki, bu da 50 km radiuslu 
bir sahəni qəbiristanlığa döndərə bilər. 
2000-ci  il  iyunun  12-də  Ermənistanın  Səhiyyə  Nazirliyində      keçirilmiş   
yeni   müalicəedilməz   vərəm   virusları   ilə mübarizəyə həsr edilmiş konfransdan  
sonra  Azərbaycanın  Ağdam  rayonunun  işğal  edilmiş    Məlikli,    Maqsudlu,  
Əlimədətli  kəndlərində  xüsusi  qəbiristanlıqlar  yaradılmışdır.  Təhlükəli 
infeksiyalardan  və  sağalmaz  xəstəlikdən  vəfat  etmiş  insanlar  sistematik  olaraq 
Ermənistandan  buraya  gətirilir  və  bu  qapalı  qəbiristanlıqlarda  basdırılır. 
Azərbaycanın  Füzuli  rayonunun  Qaraxanbəyli  kəndində  vərəm  virusları  ilə 
yoluxmuş  cəsədlərin  tədqiqi  ilə  məşğul  olan  tədqiqat  laboratoriyası  təşkil 
edilmişdir.  Bu  cəsədlər  həmin  laboratoriyadan  1  km  aralıda  yerləşən 
Kürdmahmudlu  kəndində  basdırılır.  Bu  laboratoriyanın  həyat  üçün  təhlükəli  olan 
çirkli və zəhərli suları Araz çayına axan Köndələnçay çayına atılır. 
1999-cu  ildə  ermənilər  Rusiya  mütəxəssislərinin  köməyi  ilə  Azərbaycanın 
Kəlbəcər  rayonunun  Çaykənd  yaşayış  sahəsində  nüvə  tullantıları  üçün  anbar 
qurmuşlar.  Bundan  əlavə,  ermənilər  Azərbaycanın  işğal  edilmiş  Zabux,  Migidərə 
(Laçın rayonu), Xanlıq, Bala, Soltanlı (Qubadlı rayonu), Xıdırlı, Göytəpə (Ağdam 
rayonu), Diligərdə, Pirəhmədli (Füzuli  rayonu) kəndlərində  nüvə  tullantıları  üçün 
qəbiristanlıq yaratmışlar. 
Ermənilər  hərbi  əməliyyatların  başlayacağı  halda  tərkibində  antraks  olan 
baktereoloji silahdan istifadə etməklə Naxçıvan və Gəncə istiqamətində olan geniş 
Azərbaycan  ərazilərini  qəbiristanlığa  çevirməyi  planlaşdırırlar  (K.Alibekov: 
"Biological ganger", Washington, 2000).  
Assambleya  Ermənistan  Respublikasının  vətəndaşları  və  bütün  regionun 
əhalisinin sağlamlığı üçün ciddi təhlükə törədən və törədəcək fəaliyyəti ilə əlaqədar 
dərin  narahatlığını  ifadə  edir  və  bu  problemi  assambleyanın  Sosial,  sağlamlıq  və 
ailə işləri üzrə komitəsində müzakirə etməyi zəruri sayır. 
Assambleya  bunu  tövsiyə  edir  ki,  Nazirlər  Komitəsi  yuxarıda  göstərilmiş 
fəaliyyətə  son  qoymaq  üçün  Ermənistan  Respublikasına  təcili  təzyiq 
mexanizmlərindən istifadə etsin.  
İmzalayanlar — 30 nəfər. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə