Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə53/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
117 
Ermənistan  tərəfindən  Azərbaycana  qarşı  edilmiş  hərbi  təcavüzün  nəticəsi 
olaraq  616  orta  məktəb,  234  məktəbəqədər  mərkəz,  12  peşə  məktəbi,  5  texniki 
məktəb, 1 universitet, 3 universitet filialı və 3 peşə məktəbi filialı dağıdılmış olaraq 
qalır. Dəymiş ziyan təxminən 1,5 milyard dollar məbləğində qiymətləndirilmişdir. 
Bu  işğal  təhsil  sahəsində  çalışan  təxminən  20  000  işçinin  və  təxminən  130  000 
şagird və tələbənin məcburi olaraq başqa yerə köçürülməsi ilə nəticələnmişdir. 
Hal-hazırda  Azərbaycanın  48  rayonunda  702  yalnız  qaçqınlar  təhsil  alan 
orta məktəb vardır və bunların 30-u çadır düşərgələrində yerləşir. Təxminən 90 000 
şagird bu məktəblərdə təhsil alır və 12 206 müəllim və təlimatçı onların təhsil və 
tərbiyəsi ilə məşğuldur. 
Digər  məcburi  köçkün  şagirdlər  bütün  ölkə  ərazisində  olan  məktəblərdə 
yerləşdirilmişlər.  Lakin  bu,  siniflərdə  sagirdlərin  sayının  süni  surətdə  artmasına 
səbəb  olmuşdur  ki,  bu  da  bütün  ölkədə  təhsilin  keyfiyyətinə  mənfi  təsir 
göstərmişdir. 
Qaçqınların  üzləşdikləri  təhsil  sahəsindəki  mövcud  problemlərdən  ciddi 
narahat  olan  Parlament  Assambleyası  bununla  bağlı  təkid  edir  ki,  Nazirlər 
Komitəsi müvafiq məsələyə zəruri olan diqqəti yetirsin. 
İmzalayanlar — 23 nəfər. 
 
VII. Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi 
Sənəd 9239 
Məsləhət  üzrə  təklif  cənab  İlham  Əliyev  və  başqaları  tərəfindən  təqdim 
olunmuşdur. 
Hazırkı  təklif  assambleyada  müzakirə  olunmamış  və  yalnız  onu  imzalayan 
şəxslər tərəfindən təsdiq olunmuşdur. 
Ermənistan  və  Azərbaycan  25  yanvar  2001-ci  il  tarixdən  etibarən  Avropa 
Şurasının  tamhüquqlu  üzvləri  oldular.  Avropa  ailəsinə  bu  ölkələri  qəbul  edərək, 
assambleya  onların  arasında  ağır  və  qanlı  münaqişənin  olduğunu  bilirdi;  lakin 
onları Avropa Şurasına qəbul edərkən onlara problemin həllində kömək göstərmək 
məqsədi ən əsas amillərdən biri idi. 
Bununla  bərabər  assambleya  onu  təsdiq  edir  ki,  Azərbaycan  və 
Ermənistanın Avropa Şurasına daxil olduqlarından bir il yarımdan çox vaxt ərzində 
Dağlıq  Qarabağ  ətrafında  olan  münaqişənin  müzakirə  olunma  təklifi  nəinki  hər 
hansı  komitəyə  və  yaxud  assambleyanın  özünə  təqdim  olunmamışdır.  ATƏT-in 
Minsk  qrupu  çərçivəsində  aparılan  danışıqların  intensivləşməsinə  baxmayaraq, 
yuxarıda deyilən münaqişənin hər hansı həllolunma çıxışına tərəflər gələ bilmədi. 
Cənubi  Qafqazda  bu  problemin  vacibliyini  anlayaraq  və  münaqişənin 
davamının  Qafqaz  bölgəsində  sabitliyin  pozulmasına  gətirib  çıxara  biləcəyini 
nəzərə alaraq assambleya belə fikirdədir ki: 
a.  Artıq  Ermənistan—Azərbaycan  Dağlıq  Qarabağ  ətrafında  olan 
münaqişənin həll yolunun tapılması vaxtıdır və Ermənistan və Azərbaycan xalqları 
arasında sülh, yaratma məsələsi bütövlüklə hər hansı bir tərəfə maraq göstərməyən 


 
118 
və  qərəzsiz  olan  Avropa  Şurasına  tapşırılmalıdır  və  beləliklə,  Cənubi  Qafqazda, 
habelə bütün Avropada sabitlik yaranacaq. 
b.  Parlament  Assambleyasının  Siyasi  Komitəsi  bu  məsələ  üzərində 
müzakirələr  aparmalı  və  assambleyanın  keçirdiyi  iclasın  nəticələri  üzrə  müvafiq 
sənəd hazırlamalıdır. 
İmzalayanlar — 50 nəfər. 
 
VIII. Azərbaycanda qaçqın qadın və uşaqların humanitar vəziyyətinə dair 
Sənəd 9348 
Məsləhət  üzrə  təklif  xanım  Gültəkin  Hacıyeva  və  başqaları  tərəfindən 
təqdim edilmişdir. 
Hazırkı  təklif  assambleyada  müzakirə  olunmamışdır  və  yalnız  onu 
imzalayan şəxslər tərəfindən təsdiq olunmuşdur. 
Ermənistan  və  Azərbaycan  arasında  münaqişə  bir  milyondan  artıq  insanın 
qaçqın  və  məcburi  köçkün  olması  ilə  nəticələndi  və  bu  hal  Azərbaycanda 
humanitar  vəziyyətə  ağır  zədə  vurdu.  Problemin  miqyası  o  qədər  genişdir  ki 
(qaçqın  və  məcburi  köçkünlərin  sayı  ölkə  əhalisinin  15  faizini  təşkil  edir), 
Azərbaycan  Respublikası  hökumətinin  atdığı  bütün  addımlara  baxmayaraq,  bu 
problemi təkcə daxili qüvvələrlə həll etmək mümkün deyildir. 
Dağlıq  rayonlardan  gəlmiş  insanların  isti  vadi  iqliminə  alışmaları  çətin 
keçmiş və onlar bir sıra ağır səhiyyə və psixoloji problemlərlə üzləşmişlər. 
Artıq 9 ildir ki,  50  000-dən artıq məcburi köçkün çadırlarda, 33 000 icma 
evlərində,  34  000  yerüstü  qazmalarda,  10  000 dəmiryol  vaqonlarında,  bəziləri  isə 
icma  vasitələri  olmayan  yataq  otaqlarında,  kommunal  binalarda,  inşası  sona 
çatmamış  binalarda  və  yaxud  başqa  çətin  və  dözülməz  şəraitlərdə  yaşayır.    Belə 
şəraitlərdə yaşayan insanların 52,3 faizi qadın,  34,6 faizi isə uşaqdır. 
Dəhşətli  yaşayış  standartları  qaçqın  və  məcburi  köçkünlər  arasında 
xəstəliklərin  yayılması  üçün  münbit şərait  yaradır. Dörd min qadın artıq müxtəlif 
xəstəliklərlə  (yoluxucu  xəstəliklər,  mədə-bağırsaq  virusları,  dəri  xəstəlikləri, 
malyariya, difteriya, qarın yatalağı, depressiya, vərəm, anemiya, şəkər xəstəliyi və 
s.) yoluxub. Pis yaşayış şəraitləri 6 000 qadının sonsuzluğuna və yaxud ginekoloji 
xəstəliklərlə  yoluxmasına  səbəb  oldu,  4000  anemiyadan,  7000  daxili  orqan 
xəstələri  və  3500  stomatitdən  əzab  çəkir.  Qadın  və  uşaqların  səhiyyəsi  dövraşırı 
tibbi  yoxlamalar  və  yoluxucu  xəstəliklərə  qarşı  peyvəndləmə  metodu  ilə 
qorunmalı, həmin insanların ailə qurmaq və tibb xidmətləri haqqında tam təsəvvür 
yaratmaq üçün məsləhətlərlə təchiz olunmalıdır. 
Bir çox tibb cihazlarının münasib olmayan binalarda yerləşdirilməsi, müasir 
tibb  ləvazimatının  yoxluğu  onu  göstərir  ki,  qaçqın  və  məcburi  köçkünlərə  təklif 
edilmiş  tibb  xidmətini  və  mühafizəsini  yaxşılaşdırmaq  mümkün  deyil.  Ağır 
humanitar  vəziyyət  həm  təbii  əhali  artımına,  həm  də  genetik  sahəyə  çox  ciddi 
mənfi təsir göstərir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə