Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə54/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   49   50   51   52   53   54   55   56   57

 
119 
Əhalinin  artımı  1990-cı  ildə  aşağı  düşmüşdür  ki,  bu  problem  də  əsasən 
qaçqın  və  məcburi  köçkünlər  arasında  müşahidə  olunur.  Onların  arasında  uşaq 
ölümü faizi ümumi əhaliyə nisbətən iki dəfə artıqdır. Əsasən bir-on iki yaş arasında 
olan məcburi köçkün valideynlərin uşaqlarında səhiyyə problemləri ciddi yanaşma 
tələb edir. 
Assambleya  Azərbaycana  qaçqın  qadın  və  uşaqların  vəziyyəti  ilə  əlaqədar 
öz narahatlığını bildirir və xahiş edir ki, qayğı göstərmək istəyənlər əsas humanitar 
problemin həll olunmasında imkan yaratsınlar. 
İmzalayanlar — 35 nəfər. 
 
IX.  Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərində  nüvə 
texnologiyası və nüvə tullantılarının basdırılması barədə  
Sənəd 9444 
Ermənistan—Azərbaycan  münaqişəsinin  nəticələrindən  biri  Ermənistan 
hərbi  qüvvələri  tərəfindən  işğal  edilmiş  torpaqlarda,  Qarabağ  dağlarında  və 
Azərbaycan  Respublikasının  digər  yeddi  rayonunda  nəzarət  edilməyən  nüvə 
zonalarının  yaradılması  olmuşdur  ki,  bu  da  bütün  Cənubi  Qafqaz  regionu  üçün 
ciddi təhlükə törədir. 
İşğal edilmiş ərazidə 29 nüvə mərkəzi vardır. Bu sahədə radiasiya və nüvə 
tullantıları 80 000 hektar kənd təsərrüfatı torpağını, 150 000 hektar meşəni, 22 000 
hektar şəxsi sahələri və iki yaşayış qəsəbəsini zəhərləmişdir. 
Ermənistanın "Razdanmaş", "Armavir", "Akopyan", "Cak  Mac  Metals" və 
"Vartaniol"  şirkələri  nüvə  texnologiyalarını  Dağlıq  Qarabağdan  keçirməklə  İrana 
və  İraqa  ötürmüşlər.  Sonuncu  şirkət,  həmçinin,  işğal  edilmiş  ərazidə  "C-300"  və 
"Tayfun" tipli raketlərin təkmilləşdirilməsi prosesinə cəlb edilmişdir. 
Sankt-Peterburq  Fizika  İnstitutunun,  Moskvanın  Kurçatov  adına  Nüvə 
Texnologiyaları  İnstitutunun  və  Minskin  Nüvə  Fizikası  İnstitutunun   
laboratoriyaları  Qarabağ  dağlarında  işləyir.  Bu  laboratoriyaların  və  Ermənistanın 
"Metsamor"  atom  stansiyasının  nüvə  tullantıları  xüsusi  çəlləklərdə  Qarabağın 
dağlıq  regionunda  yerləşən  Almalı,  Kolatıq  və  Seyidbəyli  yaşayış  sahələrində 
basdırılmışdır. 
Baham  adalarında  yerləşmiş  olan  "Union  Atomic  Garbage  Plc"  adlı  atom 
tullantılarının  yerləşdirilməsi  üzrə  podratçı  şirkət,  Qarabağ  dağlarında  nüvə 
tullantılarının basdırılması üçün xüsusi beton çalalar tikmişdir. 
Azərbaycanın  işğal  edilmiş  Cəbrayıl  rayonunun  təxminən  yarısı  İran 
vətəndaşlarına  icarəyə  verilmişdir.  Nüvə  tullantıları  bu  rayonun  şərq  hissəsində 
basdırılmışdır  və  219  kvadrat  kilometrlik  sahə  yüksək  radiasiya  ilə  əhatə 
edilmişdir.  Bu  rayonun  İrana  yaxın  hissəsi  (93  kvadrat  kilometr)  on  illiyə  İranın 
sərhəd qüvvələrinə icarəyə verilmişdir. 
Regionda  mövcud  olan  nüvə  təhlükəsi,  həmçinin,    ermənilər  tərəfindən 
1993-cü  ildə  Azərbaycanın  Kəlbəcər  rayonunun    işğalı    zamanı    nüvə    döyüş  
başlıqlarının  istifadəsinin nəticəsi  kimi  özünü  büruzə vermişdir və ekspertlərin 


 
120 
rəyi  belədir  ki,  bu  zəhərlənmiş  zona  ən  azı  iyirmi  beş  il  ərzində  təmizlənə  bilər 
(Rusiya  Federasiyası  Elmlər  Akademiyasının  Mikrobiologiya  İnstitutu,  
"Messenger",  1997,  14 noyabr).  
Azərbaycanın işğal edilmiş Laçın rayonunun 280 kvadrat küometrlik meşə 
zonası  Amerika  vətəndaşı  Q.Ohanyana  icarəyə  verilmişdir  və  o,  bu  ərazidə  silah 
zavodu  tikmişdir.  Ermənistan  Toksikologiya  İnstitutunun  1996-cı  il  hesabatında 
göstərilmişdir ki, Laçın rayonunda olan 320 kvadrat kilometrlik sahə kütləvi qırğın 
zonasına çevrilmişdir. 
Azərbaycan Respublikasının beynəlxalq nəzarətdən kənar olan işğal edilmiş 
ərazilərində  nüvə  silahlarının,  nüvə  texnologiyalarının  və  nüvə  tullantılarının 
artması, Qafqazda sülhün və  sabitliyin gələcəkdə  yaradılması üçün ciddi maneəni 
və daha böyük fəlakətlərin baş verməsinin real təhlükəsini əks etdirir.  
Assambleya  belə  hesab  edir  ki,  Azərbaycanın  işğal  edilmiş  ərazilərində 
qanunsuz zonaların mövcudluğu bütün Qafqaz üçün real nüvə təhlükəsi yaradır. 
Assambleya  təkid  edir  ki,  Ermənistan  rəhbər  dairələri  regionda  nüvə 
təhlükəsinin genişləndirilməsinə son qoysunlar. Assambleya Avropa Şurasına  üzv 
olan  ölkələri  buna  çağırır  ki,  işğal  edilmiş  Azərbaycan  ərazilərində  radiasiya 
zonaları yaradan Ermənistan və İranla hər hansı nüvə əməkdaşlığından çəkinsinlər. 
Assambleya  buna  görə  də  özünün  Siyasi  işlər  komitəsi  və  Ətraf  mühit  və 
kənd təsərrüfatı komitəsindən xahiş edir ki, göstərilmiş məsələni nəzərdən keçirsin 
və bu barədə tövsiyələr tərtib etsinlər. 
İmzalayanlar — 76 nəfər. 
 
X.  Azərbaycan  Respublikasının  işğal  olunmuş  ərazilərində  ermənilər 
tərəfindən dəstəklənən terrorçu təşkilatlar şəbəkəsi barədə 
Sənəd 9489 
Azərbaycan Respublikasının 20 faizi Ermənistan tərəfindən işğal edilmişdir. 
İşğal edilmiş ərazilərdə beynəlxalq hüquq normalarına daha hörmət edilmir və bu 
torpaqlar  Avropa  kontinentindən  təcrid  edilərək  dünya  ictimaiyyəti  üçün  ciddi 
qeyri-təhlükəsizlik zonası təşkil edir. 
İşğal edilmiş ərazilərdə yerləşmiş olan terrorçu qrupların maliyyə mənbələri 
narkotiklərin  satışı,  nüvə  layihələri  və  həmçinin  silahların  daşınmasıdır.  Dağlıq 
Qarabağ regionuna  narkotiklərin becərilməsi və istehsalı  üçün zəruri olan şəraitin 
yaradılması barədə ABŞ Dövlət Departamentinin mart, 2000-ci  il  tarixli  hesabatı  
və    həmçinin    işğal    edilmiş    torpaqlarda  qanunsuz  nüvə  layihələrinin  yerinə 
yetirilməsi  ilə  məşğul  olan  erməni    təşkilatlarına  qarşı  sanksiyaların    tətbiq 
edilməsi üzrə ABŞ Dövlət Departamentinin may, 2002-ci il tarixli qərarının qəbul 
edilməsi  Ermənistan  dövlətinin  müdafiəsi  ilə  bu  cinayət  fəaliyyətini  idarə  edən 
terrorçu şəbəkəsinə xüsusi diqqət yetirilməsinə olan ehtiyacı çox yaxşı sübut edir. 
İşğal edilmiş ərazilərdə nəzarətin olmaması nəinki erməni terror təşkilatları 
olan ASALA,  "Haudud" təşkilatları üçün əlverişli şərait yaradır,  həmçinin təlim 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə