Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə51/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   47   48   49   50   51   52   53   54   ...   57

 
112 
etmək hüquqları var. Öz müqəddəratını təyin etmək insanlara verilmiş çox mühüm 
hüquqdur.  Biz  hamımız  buna  hörmətlə  yanaşırıq.  Amma  sizin  diqqətinizi  bir 
mühüm  məsələyə  yönəldim.  Ermənilər  artıq  öz  müqəddəratını  təyin  etmişlər, 
onların Ermənistan dövləti var. Bu o deməkdir ki, bir millət kimi ermənilər artıq bu 
hüquqdan  istifadə  etmişlər.  Təsəvvür  edin  ki,  onların  yaşadığı  hər  bir  yerdə  öz 
müqəddəratını həll edəcəyi halda nə baş verər?! Bu nə deməkdir? Bu o deməkdirmi 
ki,  milli  azlıqların  yaşadığı  hər  bir  yerdə  separatizm  olmalıdır?  Məgər  bu  o 
deməkdir ki,  milli azlıq yaşadığı hər bir ərazidə öz  müstəqil dövlətini qura bilər? 
Əlbəttə ki, yox! 
Avropa ölkələri də daxil olmaqla, bir çox ölkələrdə milli azlıqlar yaşayırlar. 
Azərbaycanlılar  da  yaşadıqları  bir  sıra  ölkələrdə  milli  azlıqdır.  Gürcüstanda 
təxminən  yarım  milyon  azərbaycanlı  yaşayır.  Rusiyada  da,  digər  ölkələrdə  də 
yaşayan  çoxsaylı  azərbaycanlılar  var.  Ermənilər  də  həmçinin.  Gürcüstanda  200 
min erməni yaşayır - Dağlıq Qarabağda yaşayan ermənilərin sayından 4 dəfə artıq. 
Bu o deməkdir ki, onlar hər yerdə öz müqəddəratını təyin etməlidirlər? Bu konkret 
halda  öz  müqəddəratını  təyin  etmək  prinsipi  işləmir.  Ona  görə  də  bu  halda  ərazi 
bütövlüyü  ilə  öz  müqəddəratını  təyin  etmək  prinsipləri  arasında  əkslik  yoxdur. 
Başqa  sözlə,  biz  gözləyirik  ki,  beynəlxalq  ictimaiyyət  bu  münaqişənin  həll 
olunmasında  çox  fəal  rol  oynayacaq,  bu  həll  beynəlxalq  hüquq  normalarına 
əsaslanacaqdır. 
Hörmətli  xanımlar  və  cənablar!  Qeyd  etdiyim  kimi,  burada  olmaq  mənim 
üçün  həm  xoşdur,  həm  də  şərəfdir.  Məmnuniyyətlə  çıxış  edirəm.  Dediyim  kimi, 
Azərbaycan  müstəqilliyini  qazandıqdan  sonra  böyük  nailiyyətlər  əldə  edibdir.  Bu 
gün  bizim  strateji  seçimimiz  Avropaya,  Avropa  ailəsinə,  strukturlarına 
inteqrasiyadır.  Bu  yolun  davamı  var.  Biz  bu  siyasətimizə  möhkəm  sadiqik. 
Əlimizdən gələni edəcəyik ki, Azərbaycan  Avropaya  xas olan bütün standartlara, 
bütün  ölçülərə  cavab  versin.  Bütün  Avropa  strukturlarına  xas  olan  standartlara 
uyğun gəlsin. Budur bizim siyasətimiz və uzun müddətdir onu həyata keçiririk. Bu 
gün  Azərbaycanda  baş  verənlər  bu  siyasətin  davamının  nəticəsidir.  Biz  Avropa 
Şurasındakı fəal üzvlüyümüzü davam etdiririk. 
Biz  Avropa  dəyərlərinə  tam  sadiqik,  bu  dəyərləri  bölüşürük.  Bizim 
nümayəndə  heyəti  Avropa  Şurasında  həmişə  fəal  olmuşdur.  Bizim  problemləri 
başa  düşdüklərinə  görə  mən  Avropa  Şurası  Parlament  Assambleyasının üzvlərinə 
minnətdaram. Biz  burada  çoxlu dostlar qazanmışıq, şəxsən  mən özüm bir çoxları 
ilə  dost  olmuşam.  Mən  onların  hamısını  salamlayıram.  Avropa  demokratik 
qrupunda işlədiyimiz həmkarları salamlayıram və  Assambleyanın bütün üzvlərinə 
minnətdarlığımı  bildirirəm.  Sizə  deyim  ki,  mən  həqiqətən,  Avropa  Şurası 
Parlament  Assambleyasının  üzvü  olduğum,  sizinlə  birgə  işlədiyim  vaxtlar  üçün 
darıxıram.  Bu  gün  mən  başqa  vəzifədəyəm,  başqa  öhdəliklərim  var.  Amma  sizi 
əmin  edirəm  ki,  son  illər  Azərbaycanda  aparılan  siyasət  davam  etdirilir  və  bu, 
ölkəmizə,  regionumuza  sülh  və  firavanlıq  gətirəcəkdir.  Diqqətinizə  görə  çox  sağ 
olun. Strasburq, 29 aprel 2004-cü il. 


 
113 
Millət vəkili İlham Əliyevin təşəbbüsü ilə 
qəbul edilən sənədlər 
 
I. Ermənistan və Dağlıq Qarabağda həbs edilmiş hərbi əsirlər və girovlar 
barədə  
           Sənəd 9063 
Hazırkı  təklif  assambleyada  müzakirə  olunmamışdır  və  yalnız  onu 
imzalayan şəxslər tərəfindən təsdiq edilmişdir. 
1.
 
1988-ci  ildə  başlanmış,  sonra  isə  Ermənistan  tərəfindən  Azərbaycana 
qarşı hücum şəklinə çevrilmiş Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan 
Respublikasının təxminən 20 faizi işğal olunmuşdur. 
2.
 
10  aprel  2001-ci  il  tarixində  bəyan  edilmiş  məlumata  görə,  həmin 
hücum  nəticəsində  4  959  insan  itmişdir  ki,  onlardan  1092  nəfəri  azad  olunmuş 
(1992-ci ildən 2001-ci ilə qədər) və Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına 
görə, onlardan 176 nəfəri öldürülmüşdür. 
3.
 
Lakin  hal-hazırda daha vacib  məsələ ondan ibarətdir ki, Ermənistan və 
işğal olunmuş ərazilərində 783 nəfər azərbaycanlı saxlanılır; 18 uşaq, 43 qadın və 
56  nəfər  yaşlı  insanlardır.  Buna  baxmayaraq,  Ermənistan  tərəfi  bu  fikrin 
doğruluğunu qəbul etmir. 
4.
 
6 aydan çoxdur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, öz məlumatına görə, 
həmin hərbi əsirləri görə bilmir. 
5.
 
Artıq  3  aydır  ki,  Azərbaycan  və  Ermənistan  Avropa  Şurasının 
tamhüquqlu üzvləridir və  bu qurumun üzvü olan ölkənin ərazisində  heç bir insan 
hüququna malik olmayan çoxsaylı hərbi əsirlərin saxlanılması faktı heç cür qəbul 
edilə bilməz. 
6.
 
Əsirlikdən   azad  olunmuş  şahidlərin  dediklərinə  görə, bütün əsirlər 
qulluqçuluq  edir,  onların  hüquqları  kobud  şəkildə  pozulur  və  onlara  əzab  verilir. 
Onların normal yeməkləri yoxdur və lazımi tibbi xidmət göstərilmir. 
7.
 
Assambleya Nazirlər Kabinetinə müraciət edərək bildirib ki, o, üzv olan 
dövlət  —  Ermənistan  və  işğal  olunmuş  Azərbaycan  ərazilərində  Avropa 
Konvensiyasında  qeyd  olunmuş  insan  hüquqlarının  yerinə  yetirilməsini 
Ermənistandan tələb etsin. 
8.
 
Assambleya Hüquqi  məsələlər və  insan  hüquqları komitəsinə  müraciət 
edərək  xahiş  edir  ki,  o,  həmin  problemin  nizamlanmasında  çıxış  yolunu  tədqiq 
edən məruzəçini tezliklə təyin etsin. 
İmzalayanlar — 20 nəfər. 
 
II.  Ermənilər  tərəfindən  Azərbaycan  xalqına  qarşı  törədilmiş  genosidin 
etiraf edilməsinə dair  
Sənəd 9066 
Yazılmış  Deklarasiya  No.    324  II    buraxılış,    orijinalı  26  aprel  2001-ci  il 
tarixində hazırlanmışdır. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə