Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə38/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   34   35   36   37   38   39   40   41   ...   57

 
80 
təminatları mexanizmi aşağıdakılardır:   
hər   il   Azərbaycan Respublikasının 
Milli Məclisinin yaz sessiyasının   
beşinci   iclasında   Azərbaycan 
Respublikası Nazirlər Kabineti  öz  
fəaliyyəti  haqqında  hesabat verir;    
Azərbaycan    Respublikasının Milli 
Məclisi Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinə onun 
səlahiyyətlərinə  aid  edilmiş  
məsələlərə dair sorğu ilə müraciət edə 
bilər,
 
həmin sorğuya cavab Azərbaycan
 
Respublikasının Nazirlər Kabinetini 
təmsil edən səlahiyyətli şəxs tərəfindən 
Azərbaycan Respublikası Milli 
Məclisinin iclasında bir aydan gec
 
olmayaraq təqdim edilir. Azərbaycan 
Respublikası Milli Məclisinin 
deputatlarının sorğularına cavab vermək 
üçün Azərbaycan Respublikasının 
Nazirlər Kabinetinin iş qaydaları ilə 
müəyyən edilmiş hallarda Azərbaycan 
Respublikası Nazirlər Kabinetinin 
üzvləri Azərbaycan Respublikası Milli 
Məclisinin iclasında iştirak edirlər. 
Azərbaycan Respublikasının Milli 
Məclisi tərəfindən Azərbaycan 
Respublikasının Nazirlər Kabinetinə 
etimad göstərilməsi məsələsi 
Azərbaycan Respublikası Prezidentinin 
və ya Azərbaycan Respublikası Milli 
Məclisi deputatlarının seçkiləri gününə 
6 aydan az qaldıqda müzakirəyə çıxarıla 
bilməz və bu məsələ birinci 
müzakirədən yalnız ay keçdikdən sonra 
təkrarən yenidən müzakirəyə çıxarıla 
bilər. 
 
14 (iii) (d) 
Qəbul olunduğu vaxtdan keçən 
bir il ərzində Avropa Şurası 
ekspertlərinin qeydlərini nəzərə 
almaqla, Cinayət-Prosessual 
Məcəlləsini qəbul etmək. 
 
Cinayət Prosessual Məcəllə 14 iyun 
2000-ci ildə qəbul olunmuşdur. 
 
14(iii) (e) 
Qəbul olunduğu vaxtdan 
keçən bir il ərzində 
ombudsman haqqında qanun 
qəbul etmək. 
 
İnsan    hüquqları    müvəkkili    
(ombudsman)    haqqında    
Konstitusiya Qanunu   28   dekabr   
2001-ci   ildə 
qəbul olunmuşdur.    2002-ci il iyulun 
2-də Azərbaycan Respublikasının ilk 


 
81 
ombudsmanı seçilmişdir. 
14(iii) (f) 
 
 
Qəbul olunduğu   vaxtdan keçən 
bir   il ərzində   korrupsiyaya   
qarşı mübarizə haqqında qanun 
və qəbul olunduğu vaxtdan    
keçən    iki    il müddətində isə 
korrupsiyaya   qarşı   mübarizə 
haqqında  dövlət   proqramı 
qəbul etmək. 
 
 
"Korrupsiyaya qarşı mübarizə 
haqqında"   qanun 13 yanvar  2004-cü 
ildə qəbul olunmuşdur. 2004-cü il 
aprelin 21-22-də Bakı şəhərində 
keçirilmiş seminarda "Korrupsiyaya 
qarşı mübarizə haqqında" qanun və 
dövlət proqramının layihəsi Avropa 
Şurasının   ekspertləri   ilə müzakirə 
olunmuşdur. Korrupsiyaya qarşı 
mübarizə üzrə Dövlət Proqramı (2004-
2006-cı illər) 2004-cü il sentyabrın 3-də 
AR Prezidenti tərəfindən təsdiq 
olunmuşdur. Dövlət Qulluğunu 
İdarəetmə Şurası yanında Korrupsiyaya 
qarşı mübarizə üzrə Komissiya öz 
fəaliyyətinə başlamışdır. 2004-cü il 
oktyabrın 28-də Azərbaycan 
Respublikasının Baş prokuroru yanında    
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 
Əsasnaməsi qəbul edilmişdir. 
"Azərbaycan Respublikasının Dövlət 
Qulluğunu    İdarəetmə    Şurası    
yanında Korrupsiyaya Qarşı Mübarizə 
üzrə Komissiya haqqında Əsasnamə" və 
"Vəzifəli şəxslər tərəfindən maliyyə 
xarakterli məlumatların təqdim edilməsi    
Qaydaları"  qəbul olunaraq qüvvəyə  
minmişdir. Azərbaycan
 
Respublikasının   Baş  prokuroru 
yanında Korrupsiyaya qarşı Mübarizə
 
İdarəsi fəaliyyət göstərir. 2007-ci il 
iyunun 28-də Azərbaycan 
Respublikasının  Prezidenti Şəffaflığın 
artırılması və korrupsiyaya qarşı 
mübarizə    üzrə    Milli   Strategiyanın  
və onun   həyata   keçirilməsi   ilə   
bağlı 2007-2011-ci   illər   üçün   
Fəaliyyət Planının təsdiq edilməsi 
barədə sərəncam imzalamışdır. 
Fəaliyyət Planına   müvafiq   olaraq,   
2007-ci ilin dekabrında Aİ Komissiyası 
və Avropa Şurasının ABŞ Beynəlxalq 
İnkişaf Agentliyi (USAİD) tərəfindən 
maliyyələşdirilən  "Azərbaycanda    
korrupsiyaya  qarşı mübarizə 
strategiyasına  dəstək (AZPAC)" adlı       
birgə   layihəsi başlamışdır. AZPAC 
layihəsi  çərçivəsində vətəndaş  
cəmiyyətinin "Cinayət  yolu ilə əldə 
edilmiş pul vəsaitlərinin yuyulması və 


 
82 
terrorçuluğun maliyyələşdirilməsinə 
qarşı mübarizə  haqqında" qanun 
layihəsinin işlənib hazırlanması    
prosesinə cəlb edilməsi məqsədilə 22 
iyul 2008-ci ildə seminar  keçirilmişdir.   
Bundan   əlavə, 2008-ci ildə Ədliyyə 
Nazirliyi bələdiyyələr üçün şəffaflığın 
artırılması və korrupsiya ilə 
mübarizənin müxtəlif aspektlərini əhatə 
edən 17 seminar  keçirmişdir. 2008-ci   
il   30 dekabr qanunu ilə Korrupsiyaya 
qarşı mübarizə üzrə Dövlət 
Komissiyasının Nizamnaməsinə 
əlavələr və dəyişikliklər edilmişdir. 
Azərbaycan Avropa Şurası 
Korrupsiyaya qarşı Ölkələr Qrupunun 
(GRECO) və İqtisadi Əməkdaşlıq və 
İnkişaf Təşkilatının (OECD) İstanbul 
planı çərçivəsində bütün tövsiyələrini 
yerinə yetirmişdir. 2009-cu il 23 
fevralda isə dövlət başçısı "Cinayət yolu 
ilə əldə edilmiş pul vəsaitlərinin və ya 
digər əmlakın leqallaşdırılmasına və 
terrorçuluğun maliyyələşdirilməsinə 
qarşı mübarizə haqqında" Azərbaycan 
Respublikası Qanununun tətbiq 
edilməsi barədə fərman imzalamış və 
bu fərman əsasında Azərbaycan 
Respublikasının Mərkəzi Bankı yanında 
Maliyyə Monitorinqi Xidməti 
yaradılmışdır. Azərbaycan Respublikası 
Prezidentinin 2009-cu il 16 iyul tarixli 
fərmanı ilə Maliyyə Monitorinqi 
Xidmətinin əsasnaməsi təsdiq 
edilmişdir. 
 
 
14(iii) (g) 
Qəbul olunduğu vaxtdan keçən 
iki il ərzində Avropa 
standartlarına uyğun olaraq 
alternativ xidmət haqqında 
qanun qəbul etmək, eyni 
zamanda həbsxanalarda cəza 
çəkən    və ya intizam  
batalyonlarında xidmət edən 
vicdanla bağlı səbəblərdən hərbi 
xidmətdən imtina etmiş 
şəxsləri, silahsız hərbi xidmət 
və ya alternativ mülki xidmətin 
icrasına icazə verməklə 
(alternativ mülki xidmət 
haqqında qanun qüvvəyə 
Alternativ xidmət haqqında qanun 
layihəsi ekspert qiymətləndirməsi üçün 
2006-cı ilin iyul ayında Avropa 
Şurasına göndərilmişdir. Avropa Şurası 
ekspertlərinin 2006-cı ilin noyabr 
ayında təqdim etdikləri rəylər hazırda 
hakimiyyət qurumları tərəfindən 
nəzərdən keçirilir. 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə