Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə36/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   32   33   34   35   36   37   38   39   ...   57

 
75 
istisna etmək; 
7.
 
Milli televiziya kanalını müstəqil inzibati şura tərəfindən idarə edilən    
ictimai kanala çevirmək. 
Cədvəl  vasitəsilə  Azərbaycan  Respublikasının  Avropa  Şurası  qarşısında 
götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məlumatlara nəzər salaq: 
 
AŞ PA-nın 222 
saylı Rəyi üzrə 
Azərbaycanın 
Avropa Şurası qarşısında 
öhdəlikləri 
 
Avropa Şurası qarşısında 
öhdəliklərin yerinə yetirilməsi 
vəziyyəti 



14(i) (a) 
Qəbul olduğu zaman 2 və 11 
saylı protokolların əlavə    
edildiyi Avropa İnsan 
Hüquqları   Konvensiyasını  
(AİHK) və onun   1,   4,   6,   7   
saylı protokollarını imzalamaq. 
Avropa İnsan Hüquqları Konvensiyası 
və onun 1, 4, 6, 7 saylı protokolları 25 
yanvar 2001-ci ildə imzalanmışdır. 
 
14(i) (b) 
Qəbul oldunduğu vaxtdan 
keçən bir il ərzində AİHK və 
onun  1, 4,  6,  7 saylı 
protokollarını ratifikasiya 
etmək. 
Avropa İnsan Hüquqları Konvensiyası 
və onun 1, 4, 6, 7 saylı protokolları 25 
dekabr 2001-ci ildə ratifikasiya 
olunmuşdur. 
 
14(i) (c) 
Qəbul oldunduğu vaxtdan  
keçən  bir il  ərzində İşgəncə və 
qeyri-insani və ya alçaldıcı 
rəftar və cəzalandırmanın 
qarşısının alınması haqda   
Avropa Konvensiyasını və   
onun protokollarını   
imzalamaq və ratifikasiya 
etmək. 
İşgəncə və qeyri-insani və ya alçaldıcı 
rəftar və cəzalandırmanın qarşısının 
alınması haqda Avropa Konvensiyası və 
onun protokolları 21 dekabr 2001-ci 
ildə imzalanmış və 25 dekabr 2001-ci 
ildə ratifikasiya olunmuşdur. 
 
14(i) (d) 
Qəbul   olunduğu   vaxtdan 
keçən bir il ərzində Avropa     
Şurasının milli azlıqların 
müdafiəsi haqqında  Çərçivə 
Konvensiyasını   imzalamaq və  
ratifikasiya  etmək 
 
Azərbaycan Avropa Şurasının milli 
azlıqların müdafiəsi haqqında Çərçivə 
Konvensiyasına 16 iyun 2000-ci ildə 
qoşulmuşdur. Konvensiya 1 oktyabr 
2000-ci ildə qüvvəyə minmişdir. 
 
14(i) (e) 
Qəbul olunduğu vaxtdan keçən 
bir il ərzində Regional dillər və 
Azlıqların Dilləri haqqında 
Avropa Xartiyasını imzalamaq 
və ratifikasiya etmək. 
Regional dillər və azlıqların dilləri 
haqqında Avropa Xartiyası 21 dekabr 
2001-ci ildə imzalanmışdır. Xartiyanın 
ratifikasiya edilməsi ilə əlaqədar 
müvafiq ölkədaxili prosedurlar həyata 
keçirilir. 
 
14(i) (f) 
Qəbul olunduğu vaxtdan keçən 
bir il ərzində Yerli özünüidarə 
haqqında Avropa Xartiyasını 
imzalamaq və ratifikasiya 
etmək. 
Yerli özünüidarə haqqında Avropa 
Xartiyası 21 dekabr 2001-ci ildə 
imzalanmış və 25 dekabr 2001-ci ildə 
ratifikasiya olunmuşdur. 
 


 
76 
14 (i) (g) 
Qəbul olunduğu vaxtdan keçən 
iki il ərzində Ərazi birlikləri və 
hakimiyyət orqanları arasında 
transsərhəd əməkdaşlıq 
haqqında Avropa Çərçivə 
Konvensiyası və onun əlavə 
protokolları, eləcə də Avropa 
Şurasının ekstradisiya 
haqqında, cinayət 
məsələlərində qarşılıqlı yardım 
haqqında, cinayətkar yollarla 
əldə olunmuş gəlirlərin 
leqallaşdırılması, axtarışı, həbsi 
və müsadirəsi haqqında və 
məhkum edilmiş şəxslərin 
verilməsi haqqında 
konvensiyalarını imzalamaq və 
ratifikasiya etmək və eyni 
zamanda burada əks olunmuş 
başlıca prinsipləri tətbiq etmək. 
 
 
—Ərazi birlikləri və hakimiyyət 
orqanları arasında transsərhəd 
əməkdaşlıq haqqında Avropa Çərçivə 
Konvensiyası və onun əlavə 
protokolları 6 yanvar 2004-cü ildə 
imzalanmış və 13 yanvar 2004-cü ildə 
ratifikasiya olunmuşdur. — 
Ekstradisiya haqqında Avropa 
Konvensiyası 7 noyabr 2001-ci ildə 
imzalanmışdır və 17 may 2002-ci ildə 
ratifikasiya olunmuşdur. — Cinayət 
məsələlərində qarşılıqlı yardım 
haqqında Avropa Konvensiyası 7 
noyabr 2001-ci ildə imzalanmış və 1 
mart 2003-cü ildə ratifikasiya 
olunmuşdur. — Cinayətkar yollarla əldə 
olunmuş gəlirlərin leqallaşdırılması, 
axtarışı, həbsi və müsadirəsi haqqında 
Avropa Konvensiyası 7 noyabr 2001-ci 
ildə imzalanmış  və   1  mart   2003-cü 
ildə ratifikasiya  olunmuşdur.     —  
Azərbaycan   Məhkum   edilmiş   
şəxslərin verilməsi   haqqında   Avropa   
Konvensiyasına 12 dekabr 2000-ci ildə 
qoşulmuşdur. 
 
 
14(i) (h) 
Qəbul olunduğu vaxtdan keçən 
iki il ərzində Avropa Sosial 
Xartiyasını imzalamaq və qəbul 
olunduğu vaxtdan keçən üç il 
müddətində onu ratifikasiya 
etmək və dərhal Xartiyada öz 
əksini tapmış prinsiplərə uyğun 
siyasətin həyata keçirilməsinə 
çalışmaq. 
Avropa Sosial Xartiyası 18 oktyabr 
2001-ci ildə imzalanmış və 2 sentyabr 
2004-cü ildə ratifikasiya olunmuşdur. 
 
14(i) (i) 
Qəbul olunduğu vaxtdan keçən 
iki il ərzində Korrupsiya haqda 
cinayət hüququ Konvensiyası 
və Korrupsiya haqda mülki 
hüquq Konvensiyasını 
imzalamaq və ratifikasiya 
etmək. 
 
— Korrupsiya haqda cinayət hüququ 
Konvensiyası 21 may 2003-cü ildə 
imzalanmış və 30 dekabr 2003-cü ildə 
ratifikasiya olunmuşdur. — Korrupsiya 
haqda mülki hüquq Konvensiyası 21 
may 2003-cü ildə imzalanmış və 30 
dekabr 2003-cü ildə ratifikasiya 
olunmuşdur. 
 
14(i) (j) 
Qəbul olunduğu zaman Avropa 
Şurasının imtiyaz və  
immunitetləri haqqında Baş 
Saziş və ona əlavə protokolları 
imzalamaq və qəbul olunduğu 
vaxtdan keçən bir il ərzində 
ratifikasiya etmək. 
 
Azərbaycan Avropa Şurasının İmtiyaz 
və immunitetləri haqqında Baş Sazişə 
və ona əlavə protokollara 4 dekabr 
2001-ci ildə qoşulmuşdur. 
 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə