Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə33/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

 
68 
iradəsini  əks  etdirmişdir.  Bu  reallıq  istər  prosesdə  bilavasitə  iştirak  edən  maraqlı 
tərəflər,  istərsə  də  parlament  seçkiləri  kampaniyasının  gedişini  ilk  mərhələdən 
diqqətlə izləyən çoxsaylı müşahidəçi qruplar tərəfindən açıq etiraf olundu. 2005-ci 
il  noyabr  ayının  6-da  Azərbaycanda  keçirilmiş  parlament  seçkilərinin  nəticələrinə 
görə Yeni Azərbaycan Partiyası böyük üstünlüklə qalib gəldi. 
Bu  seçkilərdə  Azərbaycan  tarixində  ilk  dəfə  "exit-poll"  keçirildi  və  əksər 
dairələrdə "exit-poll"un nəticələri ilə MSK-nın elan etdiyi nəticələr üst-üstə düşdü. 
Seçkiləri,  həmçinin,  45  ölkədən  1586  beynəlxalq  müşahidəçi  izləmişdir.  Onların 
tərkibinə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan 
663 nəfər, Avropa Şurasından 1 nəfər, Avropa Şurası Parlament Assambleyasından 
51 nəfər, MDB-dən 361 nəfər, habelə bir çox ölkələrin hökumət və qeyri-hökumət 
təşkilatlarından yüzlərlə müşahidəçi seçkilərin gedişini müşahidə etmişdir. 
Seçkiləri  Beynəlxalq  Müşahidə  Missiyasının  (SBMM)  ilkin  faktlar  və 
nəticələr  haqqında  bəyanatında  6  noyabr  parlament  seçkilərinin  obyektivliyi  öz 
əksini  tapır.  Azərbaycanda  keçirilmiş  parlament  seçkilərini  müşahidə  edən 
Seçkiləri Beynəlxalq Müşahidə Missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan 
Hüquqları  Ofisinin,  ATƏT-in  Parlament  Assambleyasının,  Avropa  Şurası 
Parlament 
Assambleyasının, 
Avropa  Parlamentinin,  NATO  Parlament 
Assambleyasının  birgə  fəaliyyətidir.  Seçkiyə  hazırlıq  prosesində,  eləcə  də 
səsvermə  gedişində  nəzərə  çarpan  müsbət  meyillər  bu  bəyanatda  xüsusi 
qiymətləndirilir. Missiyanın bəyanatında SBMM-in seçki günü müşahidə apardığı 
məntəqələrin 87 faizində səsvermə müsbət dəyərləndirilmişdir. 
SBMM-in  və  bütövlükdə  seçkiləri  yaxından  izləmiş  digər  müşahidə 
missiyalarının  bəyanatlarında  müəyyən  qüsurlara,  çatışmazlıqlara  baxmayaraq,  6 
noyabr parlament seçkilərinin ümumilikdə demokratik və azad şəraitdə keçirilməsi,  
xalqın mütləq  əksəriyyətinin iradəsini əks etdirməsi  xüsusi qeyd edilmişdir. 
2006-cı  ilin  ilk  günləri  Azərbaycanın  Avropa  məkanında  növbəti  uğura 
imza  atması  ilə  əlamətdar  oldu.    Ümumiyyətlə,  Avropa  Şurasının  rəsmi 
sənədlərində  Azərbaycan ərazilərinin  Ermənistan   hərbi  birləşmələri  tərəfindən 
işğal  olunması  faktı  dəfələrlə  qeyd  edilmişdir.  Bu  müsbət  prosesin  davamı    kimi   
2006-cı    il    yanvar    ayının  9-da  AŞ  PA-nın  Dağlıq  Qarabağ  problemi  üzrə  alt 
komitəsinin  Strasburqda  keçirilən  növbəti  iclasında  lord  Rassel  Constonun 
hazırladığı yeni hesabatda   Azərbaycan   ərazilərinin işğalı,   Dağlıq Qarabağdakı  
rejimin    separatçı    olması,      bir  milyon    azərbaycanlının  yurdundan  didərgin 
düşməsi və s.  faktların öz əksini tapması yuxarıda qeyd edilənlərə sübutdur. 
Beləliklə,  bu  mötəbər  qurum  növbəti  dəfə  bəyan  etdi  ki,  Ermənistan-
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  Avropa  Şurasının  və 
rəsmi Bakının mövqeləri üst-üstə düşür. 
Avropa  Şurası  Parlament  Assambleyasının  2006-cı  il  qış  sessiyasında 
ölkəmizdə  keçirilən  2005-ci  il  parlament  seçkilərinin  nəticələri  ilə  bağlı  aparılan 
ilkin müzakirələr bir sıra maraqlı məqamları üzə çıxardı. Məsələlərə qeyri-obyektiv 
yanaşma  tərzi  ilə  seçilən  AŞ  PA-nın  isveçrəli  həmməruzəçisi  Andreas  Qross 


 
69 
Azərbaycana  münasibətdə  bu  dəfə  də  qərəzli  mövqe  nümayiş  etdirdi. 
Həmməruzəçinin  çıxışında  beynəlxalq  müşahidəçilərin  və  nüfuzlu  parlament 
seçkilərini  izləyən  müşahidə  missiyalarının  prosesin  şəffaf  və  demokratik 
keçirilməsi  ilə  bağlı  rəylərinə  birbaşa  zidd  məqamlar  özündə  yer  alıb.   
Subyektivizmə      söykənən,      bilavasitə      dünyanın      nüfuzlu  qurumlarının  və 
dövlətlərinin  müşahidə  missiyalarının  rəylərinə  qarşı  yönəlmiş  hesabatda  yalnız 
qanun pozuntuları öz əksini tapmışdır. Odur ki, bu hesabatı bütövlükdə parlament 
seçkiləri  haqda  deyil,  seçkilər zamanı  yol  verilmiş qanun pozuntuları  haqda  çıxış 
adlandırmaq daha doğru olardı. 
Azərbaycan  nümayəndə  heyətinin  mandatı  məsələsi  sessiyada  geniş 
müzakirəyə səbəb oldu. Həm məruzədə, həm də çıxışlarda Azərbaycan nümayəndə 
heyətinin üzvlərinə mandat verilməsinin vacibliyi vurğulanmışdır və bu məsələ ilə 
əlaqədar  səsvermə  keçirildi.  Səsvermənin  nəticələrinə  uyğun  olaraq  Azərbaycan 
nümayəndə heyəti üzvlərinin mandatı təsdiq edildi. 
Sessiyanın ilk günlərində nümayəndə heyətinin   üzvü R.Hüseynov "Avropa 
Şurasının təməl prinsiplərinə və  əsas meyarlarına zidd  fəaliyyət göstərən işğalçı 
Ermənistanın  bu  təşkilatın    üzvlüyündə    qalmasının    yolverilməzliyi"  adlı  sənəd 
hazırladı. Ümumiyyətlə, Avropa  Şurasında  bir  sıra  sənəd formaları mövcuddur: 
tövsiyə  üçün  təkliflər,  yazılı  bəyanat  və  Nazirlər  Komitəsinə  ünvanlanan  yazılı 
sual.  R.Hüseynovun  Nazirlər  Komitəsinə  ünvanlanmış  yazılı  sual  şəklində  yeni 
hazırladığı    sənəddə    göstərilirdi    ki,    Ermənistan  Avropa    Şurası  qarşısındakı 
öhdəliklərini müntəzəm olaraq Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoymaq 
barədə  öhdəliyinə  əməl  etmək  əvəzinə,  bu  işğalı  daha  da  dərinləşdirmək 
istiqamətində  yeni  addımlar  atdığına  və  eləcə  də  öz  ölkəsi  daxilində  insan 
hüquqlarına  münasibətdə  son  dərəcə  mənfi  mövqedə  dayandığına  görə  Avropa 
Şurası sıralarında qala bilməz. 
Bir sözlə, yeni sənədin əsas məqsədi Ermənistanın işğalçı dövlət olduğunu, 
bu  ali  təşkilatın  tələblərinə  cavab  vermədiyini,  meyarlarına    uyğun      gəlmədiyini   
bir  daha Avropa deputatlarına göstərməkdən ibarət idi. 
Beləliklə,  bu  sessiyada  Azərbaycanın  Avropaya  inteqrasiyasında  maraqlı 
olmayan, ölkəmizi demokratik görmək istəməyən qüvvələrin cəhdləri iflasa uğradı. 
Bir daha hamı üçün aydın oldu ki, Avropa Şurası özünün demokratiya ideallarına 
sadiqdir.  Avropa  Şurası  ayrı-ayrı  şəxslərin  emosiyasını  və  şəxsi  ambisiyasını 
rəhbər  tutmur.  Demokratiya  ideallarının  və  Avropa  standartlarının  özünün  əsas 
prinsipi  olduğunu  bir  daha  göstərdi  və  göründüyü  kimi,  ədalətli  qərar  qəbul 
edilərək deputatlarımızın mandatı təsdiq edildi. 
Həmin  sessiyadan  ötən  4  il  ərzində  Azərbaycan  Parlament  nümayəndə 
heyətinin  AŞ  PA-dakı  fəaliyyəti  yüksək  qiymətə  layiqdir.  Azərbaycan 
diplomatiyasının  uğurlu  dövrü  sayıla  biləcək  bu  zaman  kəsiyi  bir  sıra  ciddi 
nailiyyətlərlə  yadda  qalmışdır.  AŞ  PA  sessiyalarının  gündəliyindəki  mövzuların 
aktuallığı  Azərbaycan  nümayəndə  heyətinin  sessiyalarda  xüsusilə  fəal  iştirakına, 
heyət  üzvlərinin  bu  məsələlər  üzrə  ölkəmizdə  mövcud  olan  vəziyyəti  diqqətə 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə