Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə30/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   26   27   28   29   30   31   32   33   ...   57

 
62 
Məruzə  ətrafında  gedən  gərgin  müzakirələrdə  12  deputat  çıxış  etmişdir. 
Onların  əksəriyyəti  məruzənin  səthi  hazırlandığını,  qərəzli  xarakter  daşıdığını, 
hətta  Avropa  Şurasının  meyarlarına  uyğun  gəlmədiyini,  bəzi  məqamların,  o 
cümlədən  Azərbaycan  Prezidentinin  2003-cü  il  17  iyun  tarixli  fərmanı  ilə  106 
məhbusun  azad  olunması  faktının  məruzədə  öz  əksini  tapmadığını  bildirmiş,  bu 
məsələ ilə əlaqədar Avropa Şurasının Baş katibi Valter Şvimmer tərəfindən təyin 
edilmiş  ekspertlər  qrupunun  rəyi  ilə  məruzəçinin  mövqeyinin  ziddiyyət  təşkil 
etdiyini  xüsusi  vurğulamışlar.  Deputatlar  kimin  "siyasi  məhbus",  kiminsə 
cinayətkar  olmasının  ciddi  araşdırmalara  ehtiyacı  olduğunu  bildirmiş,  məsələyə 
tam  aydınlıq  gətirmək  üçün  müstəqil  ekspertlər  qrupuna  əlavə  vaxt  verilməsi 
təklifini irəli sürmüşlər. 
AŞ    PA    sədrinin    müavini    və    büro    üzvü  İlham    Əliyev  Azərbaycan 
nümayəndə  heyətinin rəhbəri kimi qətiyyət  nümayiş   etdirərək   artıq   gündəliyə   
salınmış  "siyasi məhbus" haqqında məruzənin ziddiyyətli olduğunu və seçkiqabağı 
vəziyyətə  təsir  etmək  məqsədi  güddüyünü  bəyan  edir.  Cənab  İlham  Əliyev   
demokratik  qrupun  yığıncağındakı çıxışında məruzə  hazırlanandan  sonra  ölkədə  
əsaslı    dəyişikliklər  baş  verdiyini  və  Prezidentin  sonuncu  əfv  fərmanını  sessiya 
iştirakçılarının  nəzərinə  çatdırdı:  "Bu  fərmana  əsasən  106 məhbus      həbsxanadan   
buraxılır.   Azərbaycan   Avropa   Şurasına daxil olduğu vaxtdan bəri bəzi qeyri-
hökumət  təşkilatlarının  hazırladığı  716  nəfərdən  ibarət  "siyasi  məhbus"  siyahısı 
527  nəfər  azalmışdır.  Bu,  o  deməkdir  ki,  bizim  Avropa  Şurasındakı    üzvlüyümüz 
dövründə    bəzi  qeyri-hökumət    təşkilatlarının  "siyasi  məhbus"  hesab  etdiyi  527 
dustaq  azadlığa  buraxılmışdır".  Onların  Kleyfartın  sənədi  ilə  yox,    Prezidentin 
fərmanı ilə bağışlandığını deyən Avropa Şurasının Baş katibi  V.Şvimmerin  təyin 
etdiyi  müstəqil  ekspertlərin  "siyasi məhbus"  saydığı  iki  şəxsin  də  dövlətimizin  
başçısının    son  fərmanı  ilə  azad  olunduğunu  bildirən  İlham  Əliyev  məruzə  ilə 
müstəqil    ekspertlərin  fikirləri  arasında  ciddi    ziddiyyətlər  olduğunu  avropalı 
deputatlara  çatdırdı:    "Müstəqil  ekspertlərin  siyasi  məhbus  hesab  etmədiyi  bəzi 
şəxslər məruzəçi tərəfindən "siyasi məhbus" hesab olunur. Bu da öz əksini layihədə  
tapmışdır.   İkinci  səbəb  məruzənin  siyasi  baxımdan sərt   olmasıdır.   Bu   da   
Azərbaycanın   siyasi   həyatına   çox mənfi təsir göstərə bilər". Avropa Şurasının 
fəaliyyəti tarixində ölkələrin prezident, yaxud parlament seçkiləri ərəfəsində bu cür 
məsələləri  müzakirə  etmək  praktikasına  rast  gəlinməmişdir.  AŞ  PA  xüsusən 
Ermənistanın    problemlərinə  həssaslıqla  yanaşır.  Heç  zaman  bu  ölkənin  daxili 
məsələlərini  siyasiləşdirmək  cəhdləri  görünmür.  İlham  Əliyev  məruzənin  25 
paraqrafında  dəyişikliklər  etmək  ehtiyacının  yarandığını  bildirdi,  bütün  bunlara 
görə  bu  məsələnin  AŞ  PA-nın  qış  sessiyasınadək  təxirə  salınmasını  təklif  etdi. 
Azərbaycanın  təklifini  Rusiya,    İtaliya,    Gürcüstan,    Fransa,    İngiltərə  və  başqa 
ölkələrin  nümayəndələri  dəstəklədilər  və  ölkəmizi  qrup  şəklində  müdafiə 
edəcəklərini  bildirdilər.  Siyasi  məsələlər,  Hüquqi  məsələlər  və  İnsan  hüquqları 
komitələrində  də  Azərbaycanın  təklifinə  həssaslıqla  yanaşıldı.  Siyasi  məsələlər 
komitəsi   qurumun   Baş   katibinə   ünvanladığı   məktubunda müzakirə olunacaq 


 
63 
məsələnin yalnız Azərbaycan nümayəndə heyətinin nüfuzuna deyil, eyni zamanda 
qarşıdan gələn prezident seçkiləri prosesinə,  eləcə də  Dağlıq Qarabağ  məsələsinə 
təsir edə biləcəyindən narahatlığını ifadə etdi. 
Göründüyü kimi, nümayəndə heyətimizin başçısı öz diplomatik məharəti ilə 
ölkənin  milli  maraqlarını  qorumağa  yönələn  kifayət  qədər  güclü  dəstək  qazana, 
nəticədə AŞ PA-nın məqbul qərara gəlməsinə nail ola bildi. 
"Avropada muxtar vilayətlərin müsbət təcrübəsi" məsələsi ilə bağlı məruzə 
edən  A.Qross  dünyanın  qaynar  nöqtələrinə  çevrilmiş  və  mənfi  təcrübəsi  olan 
muxtar vilayətlərin adlarını çəkməyəndə İlham Əliyev məruzəçini ciddi tənqid etdi. 
İlham  Əliyevin  təklifi  ilə  layihə  qətnaməsinə  "muxtariyyət  verilməsi  dövlətin 
özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" və "muxtar qurumların 
beynəlxalq aləmdə tanınmış sərhədləri pozmağa hüququ yoxdur" əlavələri salındı.  
Beləliklə,    bu  sessiyada  Azərbaycan  nümayəndə  heyətinə  sanksiyalar  təklif 
ediləcəyi  barədə  mülahizələr  yürüdən      şəxslər  növbəti    dəfə    məyus    oldular.   
Nəzərə    alsaq  ki,  C.Kleyfartın  məruzəsində    "siyasi  məhbus"    məsələsinə  görə 
əməkdaşlıqdan  yayındığı  üçün  nümayəndə  heyətinin  mandatına    baxılması  
məsələsi  də  öz  əksini  tapmışdı,  onda  şəxsi mülahizələrə  əsaslanan  bu  bəndin  
İlham    Əliyev  tərəfindən  ciddi  tənqid  edilməsinin  səbəbi  aydınlaşar:    "Hesab 
edirəm ki,   belə məsələlərdə  insanlar gərək şəxsi  hisslərdən  bir az uzaq olsunlar. 
Amma  eyni  zamanda  oraya  salınan  bənd  şəxsən  məni  heç  də  qorxutmur.    Bu,  
qəbul olunsa da,  mənim şəxsi mövqeyimdə heç bir dəyişiklik olmayacaqdır". 
Dağlıq  Qarabağ  üzrə  məruzənin  hazırlanmasına  nail  olaraq  Avropa 
Şurasının növbəti dəfə öz sənədlərində Ermənistanı "işğalçı dövlət" adlandırmasına 
və  Azərbaycan  torpaqlarının  azad  edilməsinə  çalışan  İlham  Əliyev  "Vəzifəm 
burada  Azərbaycanın  milli  maraqlarını qorumaqdan ibarətdir"  —  dedi.  O  bildirdi 
ki, bu yolda onu nə Kleyfartın hədələri, nə də layihəyə salınan maddələr qorxudur. 
Çünki Kleyfartın  Azərbaycanda  bəyəndiyi bəzi  siyasi qurumlar və  şəxslər var  ki, 
onlar bir-biri ilə qrup marağından işbirliyi yaratmaqdadırlar. 
Xüsusilə qeyd edilməlidir ki, AŞ PA-nın bəzi deputatları Azərbaycana qarşı 
aqressiv mövqeləri ilə həmişə seçilmişlər. Bu məsələ ilə bağlı İlham Əliyev iyunun 
26-da  verdiyi  müsahibədə  deyirdi:  "Bir  qrup  deputat  var  ki,  Azərbaycana 
münasibətdə  daim  ədalətsiz  mövqe  nümayiş  etdirir,  ikili  standartla  yanaşır, 
Azərbaycanla bağlı hər hansı xırda məsələni şişirdir və beləliklə, ölkəmiz haqqında 
mənfi imic formalaşdırmaq istəyir. 
Biz  belə  hallarla  əvvəllər  də  rastlaşmışdıq.  Bu  sessiyada  da  belə  hallar 
mövcud  idi.  Amma  buna  baxmayaraq,  assambleyada  təmsil  olunan  deputatların 
əksəriyyəti Azərbaycana böyük rəğbətlə, böyük maraqla, böyük hörmətlə yanaşır. 
Biz bu xoş münasibəti burada daim hiss edirik. Elə buna görə də siyasi məhbuslarla 
bağlı məsələ sessiyanın gündəliyindən çıxarılıbdır". 
Beləliklə, AŞ PA "siyasi məhbus" məsələsi ilə bağlı məruzəni qeyri-təkmil 
və  ziddiyyətli  sayaraq  yenidən  işləmək  və  payız  sessiyasında  müzakirəyə 
çıxarılması  üçün  komitəyə  qaytarmış,  bu  uğura  səbəb  isə  İlham  Əliyevin 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə