Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə28/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

 
58 
məsələlərin  həllində  nümayəndə      heyətinin      mövqeyi      həlledici      əhəmiyyətə   
malik  idi.      Deputatlarımız    hər    bir    qrupda    Azərbaycan    haqqında  obyektiv 
ictimai rəyin formalaşması üçün fəal işlə məşğuldurlar.  Təsadüfi deyil ki,  bu gün 
Ermənistan mətbuatı da yazır ki, Azərbaycan nümayəndə heyəti AŞ PA-nın üzünü 
Azərbaycana tərəf çevirdi. 
İki  ilə  yaxın  bir  müddətdə  İlham  Əliyev  Dağlıq  Qarabağ  münaqişəsi  üzrə 
AŞ  PA-nın  xüsusi  məruzəçisinin  təyin  edilməsinə  çalışırdı.  Çünki  götürülmüş 
öhdəlikdə də bu münaqişənin sülh yolu ilə həllinə çalışmaq xüsusi qeyd edilmişdi. 
Lakin  Ermənistan  nümayəndə  heyəti  bu  məsələdən  yayınmağa  cidd-cəhdlə 
çalışırdı. Nəhayət ki, bu məsələ də öz həllini tapdı. 
2003-cü  il  Azərbaycan  diplomatiyasının  yeni  uğurları  ilə  başladı.  Avropa 
Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə daimi nümayəndə 
heyətinin başçısı, millət vəkili İlham Əliyev AŞ PA-nın sədr müavini və büro üzvü 
seçildi. 
Bu  hadisənin  əhəmiyyətini  daha  yaxından  dərk  etmək  üçün  AŞ  PA-nın 
idarəetmə  sisteminə  nəzər  salmaq  yerinə  düşərdi:  Parlament  Assambleyasının 
reqlamentinə görə, qış sessiyasının ilk günündə bir il müddətinə prezident və vitse-
prezidentlər  seçilir.  Bir  qayda  olaraq,  əlahiddə  hadisə  baş  verməzsə,  seçilən  şəxs 
iki dəfə məsul vəzifəyə sahiblik edir. 
Parlament  Assambleyası  dairələrində  yaxşı  tanınan,  yüksək  nüfuza  və 
təşkilatçılıq qabiliyyətinə malik olan şəxs seçilir. Qeyri-rəsmi olaraq prezident AŞ 
PA-ya daxil olan böyük dövlətlərin müsbət rəyinə malik olmalıdır. 
Vitse-prezidentlər isə əhalisinin sayına görə dörd qrupa bölünən  ölkələrdən 
seçilir.  Azərbaycan  əhali  sayına  görə  üçüncü  qrupdadır  və  onun  nümayəndəsinin 
rəyasət heyətinə seçilməsi heç də ancaq təmsilçiliklə bağlı deyil. 
Avropa  Şurası  nüfuzlu  beynəlxalq  təşkilatdır  və  onun  dünya  proseslərinə 
təsiri,  imkanları  çox  böyükdür.  Avropanın  aparıcı  dövlətləri  bunu  yaxşı 
bildiklərindən təşkilatın səmərəli idarə edilməsinə çox həssaslıqla yanaşırlar. Buna 
görə  də  onun  rəhbər  orqanlarına  kimlərin  və  hansı  dövlət  nümayəndələrinin 
seçilməsi çox böyük əhəmiyyət kəsb edir. 
Vitse-prezidentlər  AŞ PA  sistemində statuslarına görə ikinci şəxs sayılırlar 
və heç birinin digərindən üstünlüyü yoxdur. Prezident olmadıqda vitse-prezidentlər 
assambleyanın  iclaslarını  aparmaq  hüququna  malikdirlər.  Onlar  büro  iclaslarında 
ümumi  və  ya  komitə  iclaslarının  gündəliklərinin  formalaşmasında  müstəsna 
hüquqlara  malikdirlər.  Eyni  zamanda,  prezidentin  tapşırığı  ilə  vitse-prezidentlər 
Avropa Şurasının səlahiyyətlərinə aid məsələlərin həlli ilə də məşğul olurlar. 
Nümayəndə  heyətinin  başçısı  İlham  Əliyevin  timsalında  kiçik  bir  ölkənin 
nümayəndəsinin  Avropa  Şurası  sistemi  çərçivəsində  qazandığı  uğurları  istənilən 
avropalı siyasətçi arzu edə bilər. Qısa müddətdə İlham Əliyev özünü müasir dünya 
problemlərini  bilən  və  onların  həllinə  dair  real  və  konkret  təkliflər  verən  strateq 
kimi tanıda bildi. 


 
59 
Milli  Məclisin  deputatı  İlham  Əliyevin  AŞ  PA-nın  sədr  müavini  və  büro 
üzvü  seçilməsi  ölkəmizin  beynəlxalq  münasibətlər  sistemində  öz  yerinin 
möhkəmləndirilməsi və qloballaşan dünyaya inteqrasiyası istiqamətində atılan yeni 
bir uğurlu addım idi. 
Azərbaycan  nümayəndə  heyətinin  başçısı,  Avropa  Şurası  Parlament 
Assambleyası sədrinin sədr müavini və büro üzvü İlham   Əliyev  Avropa   Şurası  
ilə  Azərbaycan  arasında  münasibətləri  çox  aydın  görərək  yüksək 
qiymətləndirmişdir:  "Avropa  Şurası  tərəfindən  Azərbaycana  münasibət  çox 
yüksəkdir,  çox  müsbətdir.  Mənim  AŞ  PA  sədrinin  müavini  və  büro  üzvü 
seçilməyim bir daha onu göstərir ki, Avropa Şurası ilə Azərbaycan arasında,  eləcə 
də Azərbaycan nümayəndə  heyətinin  üzvləri  arasında  heç  bir problem yoxdur. 
Əksinə,  əməkdaşlıq,  gözəl  münasibət  var.  Biz  birlikdə  çalışacağıq  ki, 
Azərbaycanda gedən demokratik prosesləri daha da genişləndirək. Eyni  zamanda,   
Azərbaycan      nümayəndə  heyəti  AŞ  PA-da  öz  mövqeyini  müdafiə  edəcəkdir. 
Ermənistanı  təcavüzkar,  işğalçı  dövlət  kimi  ifşa  edəcək  və  bizim  milli 
maraqlarımızı müdafiə edəcəkdir". 
Azərbaycan  parlament  nümayəndə  heyətinin  başçısı  İlham  Əliyev  qış 
sessiyasının gündəliyindəki "Cənub-Şərqi Avropa üçün sabitlik paktının imkanları" 
məsələsinin  müzakirəsində  etdiyi  çıxışında  AŞ  PA-nın  son  sessiyasında 
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal  olunması  faktının tanınaraq 
bu  məsələyə  önəm  verilməsini  müsbət  hal  kimi  qiymətləndirmişdir.  O,  xüsusilə 
vurğulamışdır  ki,  Azərbaycanın  işğal  olunmuş  əraziləri  sadalanmış  sənədin 
sessiyada  qəbul  edilməsinə  Avropa  Şurasının  üzvü  olduqdan  sonra  Azərbaycan 
nümayəndə heyəti iki il vaxt sərf etmişdir. 
Bütövlükdə  görülmüş  işlər  nəticəsində  indi  Azərbaycan  nümayəndə 
heyətinin  qurumda  rolu  artmış  və  onunla  hesablaşırlar.  AŞ  PA-nın  komitələrində 
Azərbaycanın  mənafeyinə  xidmət  edən  məsələlərin  qaldırılması,  nümayəndə 
heyətimizin  tək  Azərbaycanla  bağlı  deyil,  başqa  dövlətlərə  dair  məsələlərə 
münasibət  bildirməsi  ölkəmizin  beynəlxalq  arenada  çəkisini  artırır,  Azərbaycanın 
obyektiv olaraq demokratik, hüquqi dövlət imicinin təşəkkülünə müsbət təsir edir. 
Monitorinq Komitəsinin iclaslarında da azərbaycanlı deputatlar fəal şəkildə iştirak 
edirlər.  Bir  çox  ölkələrlə  bağlı  öhdəliklərin  müzakirəsi  zamanı  bizim 
mövqeyimizin  həmin  məsələlərə  baxılıb-baxılmamasında  həlledici  rolu  oldu. 
Müqayisə üçün qeyd etmək lazımdır ki, Ermənistandan cəmi bir nəfər Monitorinq 
Komitəsinə üzv seçilmişdi. Bizim üçün çox əhəmiyyətli olan Miqrasiya, qaçqınlar 
və  demoqrafiya  məsələləri  üzrə  Komitənin  "Qaçqınların  işi"  alt  komitəsinə 
ermənilərdən  heç  kim  seçilə  bilmədi.  Azərbaycan  isə  orada  iki  nümayəndə  ilə 
təmsil edilmişdir. 
AŞ PA-nın 2003-cü il yaz sessiyasının gündəliyinə Ermənistanda prezident 
seçkilərinin  nəticələri,  Avropa  Şurasının  50  illiyi  çərçivəsində  böyük  Avropada 
nəqliyyat  siyasəti,  mühacirlərin vəziyyəti,  kənd təsərrüfatı  sahəsində  yeni  siyasət, 
Azərbaycan, İsveç və Ermənistandan Avropa Məhkəməsinə hakimlərin seçilməsi, 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə