Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

 
52 
Tarixdə  bəlkə  də  ilk  dəfə  idi  ki,  Cənubi  Qafqazın  qarşılaşdığı  problemlər 
Ümumavropa siyasəti səviyyəsində belə ciddi şəkildə müzakirəyə çıxarılırdı. Belə 
diplomatik həmlə ermənilər üçün gözlənilməz idi və hadisələrin gedişi Ermənistan 
nümayəndələrinin  bu  cür  qəfil  gedişlərə  hazır  olmadıqlarını  göstərirdi.  Başlanğıc 
olduqca uğurlu alındı və ilk gündən   nümayəndə   heyəti   qazanılmış   üstünlüyü   
qoruyub saxlamağı bacardı. 
Nümayəndə  heyətimiz  azərbaycanlılara  qarşı  ermənilər  tərəfindən 
törədilmiş  soyqırımı  haqqında  sənədin  tanınması  və  azərbaycanlı  girov,  habelə 
hərbi  əsirlərin  Ermənistanda  və  Dağlıq  Qarabağda  saxlanılması  barədə  rəsmi 
sənədin  qəbul  olunması  haqqında  məsələ  qaldırmış  və  belə  bir  sənədin  qəbul 
edilməsinə nail olmuşdur. 
Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  İlham  Əliyev  sessiyada  daha 
uğurlu nəticələr əldə etmək üçün AŞ PA-nın bütün alt qurumlarında — komitə və 
komissiyalarında 
 
da mütəşəkkil təbliğat kampaniyasının aparılmasını təşkil etməyə 
müvəffəq  oldu.  Azərbaycanlı  əsir  və  girovların  sayı  haqqında  dəqiq  məlumatlar, 
onların  saxlanma  şəraitinin  nə  qədər  acınacaqlı  olması,  ermənilər  tərəfindən  ən 
zorakı  işgəncələrə  məruz  qalmaları  cənab  İlham  Əliyevin  çıxışlarında  qeyd 
olunurdu  və  digər  Avropa  ölkələri  nümayəndələrinin  diqqət  mərkəzində 
saxlanılırdı.  Bundan  əlavə,  yayılan  sənədlərdə  Dağlıq  Qarabağ  ərazisindən 
narkobiznes  və  insan  alverində  tranzit  kimi  istifadə  olunmasına  dair  faktlar  da 
beynəlxalq  ictimaiyyəti  regionda  baş  verən  proseslərə  yenidən  baxmağın 
vacibliyinə inandıra bildi və bu da Azərbaycan diplomatiyasının uğuru idi. 
Bu  proses  sonrakı  mərhələlərdə  də  davam  etdirildi  və  artıq  payız 
sessiyasında    İlham    Əliyevin  rəhbərliyi  ilə  nümayəndə  heyətimiz  yeni  faktlar 
əsasında  Ermənistanın  mövqelərinə      daha      sarsıdıcı      zərbələr      endirməyə   
müvəffəq      oldu.  Aparılmış  fəal  təbliğat  prosesi  və  diplomatik-taktiki  addımlar 
ölkənin xarici siyasətində  yeni  uğurların əldə edilməsinə  gətirib çıxardı. Hələ bu 
sessiyaya  qədər  Azərbaycan  nümayəndə    heyəti    Avropa    Şurasının    Nazirlər  
Komitəsində    üzv  ölkələrin    ərazi    bütövlüyü    məsələsinin    müzakirəsinə    nail 
olmuşdu  və  Ermənistan  həmin  müzakirələrin  nəticəsi  kimi  ortaya  çıxan  sənədi 
imzalamamaqla,    əslində,    beynəlxalq  ictimaiyyətin  gözü  qarşısında  özünü  ifşa 
etmişdi.  Avropa  Şurasının  üzvü  olan  dövlətlərin  hamısı  sənədə  imza  atsa  da, 
erməni deputatlar bundan imtina etdilər. 
Avropa  Şurası  Parlament  Assambleyasının  2001-ci  il  payız  sessiyasında   
sentyabrın 24-də qəbul edilən qərarda Ermənistan—Azərbaycan,  Dağlıq Qarabağ 
münaqişəsinin  yalnız  Azərbaycanın  ərazi  bütövlüyü  nəzərə  alınmaqla  həll 
olunmasının  zəruriliyi    qeyd    edilirdi.      Bu,    parlament    nümayəndə  heyəti 
səviyyəsində  əldə  edilmiş  növbəti  diplomatik  uğur  idi.  Cənab  İlham  Əliyevin 
rəhbərliyi  ilə  hazırlanmış  və  Nazirlər  Komitəsinə  ünvanlanmış    "Azərbaycanın 
ərazi    bütövlüyünün  Ermənistan  tərəfindən  tanınması"  yazılı  sualı  43  ölkənin 
nümayəndələrinin  iştirakı  ilə  müzakirəyə  çıxarıldı.  Ermənistan  ona  dəstək  verən 
bəzi  qüvvələrin  qərarın  qəbul  olunmasına  maneçilik  törətməsinə  baxmayaraq, 


 
53 
Nazirlər  Komitəsi  yeddi  bənddən  ibarət  qərar  qəbul  etdi.  Qərarda  deyilirdi: 
"Nazirlər  bütün  Avropada  beynəlxalq  ictimaiyyət  tərəfindən  tanınmış  sərhədlərə, 
suverenliyə  və  dövlətlərin  ərazi  bütövlüyünə,  eləcə  də  Birləşmiş  Millətlər 
Təşkilatının  Nizamnaməsində,  ATƏM-in  Helsinki  Yekun  Aktında  və  digər 
müvafiq mətnlərdə əks olunmuş beynəlxalq hüquq prinsiplərinə hörmət edilməsinə 
dəstəklərini bir daha təsdiq edirlər". 
Bununla  Avropa  Şurası  Nazirlər  Komitəsi  öz  qərarında  xalqların  öz 
müqəddəratını  təyin  etmək  hüququndan  bəhs  olunarkən  bu  hüququn  BMT 
Nizamnaməsinin  məqsəd  və  prinsipləri,  beynəlxalq  hüququn  normaları,  o 
cümlədən  dövlətlərin  ərazi  bütövlüyünə  dair  normalara  uyğun  olaraq  həllini 
nəzərdə tutur. 
Qərarda o da xüsusi vurğulanırdı ki, nəticə etibarı ilə bu hüquq yalnız sülh 
danışıqları  əsasında  həyata  keçirilə  bilər.  Torpaq  əldə  etmək  məqsədilə  gücdən 
istifadə qəbuledilməzdir və ondan irəli gələn heç bir nəticə qanuni tanına bilməz. 
Azərbaycan  parlament  nümayəndə  heyəti  sessiyada  daha  bir  neçə  vacib 
problem  qaldırdı.  Bunlardan  biri  də  bütün  dünyanın  birmənalı  şəkildə  pislədiyi 
terrorizm  idi.  Amerika  Birləşmiş  Ştatlarında  baş  vermiş  terror  hadisəsi  bir  daha 
sübut  etdi  ki,  bu  bəla  yalnız  qüvvələrin  birləşməsi  ilə  aradan  qaldırıla  bilər. 
Azərbaycan  terrordan  ən  çox  zərər  çəkən  ölkə  kimi  bu  bəlanın  nə  kimi  dəhşətlər 
törətdiyini yaxşı bilir. 
Odur ki, bütün terror təşkilatlarına, o cümlədən nəinki Azərbaycanda, eləcə 
də  bütün  dünyada  qanlı  cinayətlər  törətmiş  erməni  terrorçularına  qarşı  da  bütün 
dünya, beynəlxalq ictimaiyyət qətiyyətlə mübarizə aparmalıdır. 
Beynəlxalq  terrorizm  məsələsi  geniş  müzakirə  edilmiş  iclasda  müxtəlif 
ölkələrdən olan deputatlar çıxış edərək minlərlə dinc əhalinin məhvinə səbəb olan 
terror aktlarını, xüsusilə sentyabrın 11-də Amerika Birləşmiş Ştatlarında törədilmiş 
vəhşilikləri  qətiyyətlə  pisləmiş,  terrorçuluğun  yeni  forma  —  siyasi  terror  forması 
almasından  narahat  olduqlarını  bildirmiş,  dünya  ölkələrini  bu  təhlükəyə  qarşı 
mübarizəyə çağırmışlar. 
Bu sessiyada Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev tutarlı 
faktlarla çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı vaxtdan 
30-dan artıq terror aktı törətdiyini və bunun nəticəsində 2 mindən çox Azərbaycan 
vətəndaşının  həlak  olduğunu  vurğulamış,  həmçinin  ASALA  erməni  terror 
təşkilatının Ermənistan hökuməti ilə sıx əlaqədə işlədiyini bildirmişdir. 
"Azərbaycan terrorizmə qarşı mübarizədə Amerika Birləşmiş Ştatları ilə bir 
alyansdadır.  Biz  bütün  demokratik  dünya  ilə  birlik  və  dünyada  terrorizmə  son 
qoymaq  üçün  əlimizdən  gələn  töhfəni  verməyə  hazırıq"  —  söyləyən  Azərbaycan 
Prezidenti  Heydər  Əliyev  Amerika  Birləşmiş  Ştatlarına  qarşı  yönəldilmiş 
hücumlardan sonra etdiyi çıxışında Azərbaycanın Birləşmiş Ştatlara tam dəstəyini 
ifadə etmişdi: "Azərbaycan özünün hava məkanını Birləşmiş Ştatlar üçün açmışdır 
və  Birləşmiş  Ştatlarda  terror  aktları  törədənlərin  ədalət  məhkəməsi  qarşısında 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə