Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə23/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   19   20   21   22   23   24   25   26   ...   57

 
48 
yalnız  Avropa  purasının Avropayönümlü təşkilat olması ilə deyil,  həm də  burada 
erməni lobbisinin güclü olması, bu beynəlxalq qurumun dünya ictimai rəyinə təsir 
imkanlarının yüksək olması ilə bağlıdır. 
Ümummilli liderin titanik səyləri nəticəsində Azərbaycanın 2001-ci ildə bu 
beynəlxalq  təşkilata  daxil  olması  beynəlxalq  münasibətlər  sistemində  ölkəmizin 
mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirdi. 
Həmin  dövrdə  AŞ  PA-da  Azərbaycan  nümayəndə  heyətinə  rəhbərlik  edən 
İlham  Əliyev  cənablarının  bu  siyasi  forumda  atdığı  ardıcıl  və  qətiyyətli  addımlar 
elə ilk sessiyadan öz bəhrəsini verməyə başladı. 
Ermənistanın  işğalçı  siyasəti  və  beynəlxalq  hüquqa  zidd  əməlləri  Avropa 
ictimaiyyətinin  diqqətinə  çatdırılmaqla,  Azərbaycanın  mövqeyini  əks  etdirən, 
ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyona 
yaxın  insanın  qaçqın  və  məcburi  köçkünə  çevrilməsi,  işğal  olunmuş  ərazilərin 
qanunsuz silah və narkotik daşınması üçün tranzit əraziyə çevrilməsi və sair kimi 
məsələləri ehtiva edən bir sıra qətnamələrin qəbuluna nail olunur. 
 
 
III fəsil 
Azərbaycan parlament nümayəndə 
heyətinin Avropa Şurası Parlament 
Assambleyasındakı uğurlu fəaliyyətinin 
İlham Əliyev dövrü 
Azərbaycan  Respublikasının  Ümummilli  lideri  Heydər  Əliyevin 
diplomatiya  cəbhəsində  qazandığı  uğurların  davamı  kimi  Avropa  Şurasında  bir-
birinin  ardınca  əldə  edilən  müvəffəqiyyətlərə  və  ümumiyyətlə  bu  təşkilatda 
aparılan  işin  Azərbaycan  üçün  nə  dərəcədə  əhəmiyyətli  olduğuna  qiymət  vermək 
üçün  nümayəndə  heyətinin  rəhbəri  İlham  Əliyevin  Azərbaycan  Respublikasının 
Prezidenti seçildiyi dövrədək olan fəaliyyətinə diqqət yetirilməsi zərurəti yaranır. 
Qeyd  etdiyimiz  kimi,  Ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörən,  daxili 
və  xarici  siyasətinin  məntiqi  nəticəsi  olaraq  2001-ci  il  yanvarın  17-də  Avropa 
Şurasının Nazirlər Komitəsi Azərbaycanın təşkilatın tamhüquqlu  üzvlüyünə qəbul 
olunması barədə qərar qəbul etdi. 
2001-ci  il  yanvarın  25-də  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 
Əliyevin  iştirakı  ilə  Strasburqda,  Avropa  Şurasının  binası  önündə  müstəqil 
dövlətimizin  üçrəngli  bayrağının  ucaldılması  Azərbaycanın  Avropa  ailəsinə 
qovuşduğunu  bütün  dünyaya  nümayiş  etdirdi.  Azərbaycanın  Avropa  Şurasına 
tamhüquqlu üzv olması tarixi əhəmiyyət kəsb edən bir hadisə idi. 
Bu  hadisəni  Ümummilli  liderimiz  Heydər  Əliyev  belə  qiymətləndirirdi:    
"Azərbaycanın   Avropa  Şurasına  qəbul edilməsi onun nəinki müstəqil,  suveren, 
demokratik,  dünyəvi  dövlət  kimi  tanınmasıdır,  həm  də  Avropa  ailəsinin 
bərabərhüquqlu  üzvü  kimi  Azərbaycan  dövlətinin  inkişafında  yeni  mərhələnin 
başlanğıcıdır". 


 
49 
2001-ci  il  yanvarın  25-dəki  tarixi  çıxışında  Azərbaycan  Respublikasının 
Prezidenti Heydər Əliyev bu qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin 
əsas istiqamətlərini müəyyənləşdirdi. Təbii ki, bu çıxışda qeyd edilən məsələlər AŞ 
PA-da  fəaliyyət  göstərəcək  Azərbaycanın  nümayəndə  heyəti  üçün  bir  fəaliyyət 
proqramı idi. 
AŞ  PA-da  Azərbaycan  nümayəndə  heyətinin  rəhbəri  olmuş  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyev  Azərbaycanın  Avropa  Şurasına  üzv 
olmasının  tarixi  əhəmiyyətindən  danışarkən  deyirdi:  "Bu,  ölkəmiz  üçün  böyük 
nailiyyətdir. Təkcə ona görə yox  ki, biz orada öz sözümüzü deyək, halbuki bu da 
çox  vacibdir.  Azərbaycan  üçün  belə  bir  tribuna,  belə  bir  kürsü  lazım  idi  ki,  biz 
orada  sübutlarla,  dəlillərlə  erməni  işğalçılarını  ifşa  edə  bilək.  Avropa  Şurası  bu 
məqsəd üçün çox münasib bir yerdir". 
Azərbaycanın  bu  quruma  üzv  olmasının  digər  önəmli  məqamına  toxunan 
Azərbaycan Respublikasının Prezidenti qeyd edirdi: "Avropa Şurasına  üzv olmaq 
bizə ona görə lazım idi ki, Azərbaycanda gedən proseslər dünya standartlarına daha 
çox  yaxınlaşsın.  Biz  bunun  şahidi  olduq.  Azərbaycan  Avropa  Şurasına  qəbul 
olunanda üzərinə  müəyyən öhdəliklər götürdü və o öhdəlikləri indi yerinə  yetirir. 
Bu öhdəliklər bizə imkan verəcək ki, daha azad, demokratik cəmiyyətdə yaşayaq. 
Azərbaycan 
Avropa 
Şurasındakı 
fəaliyyətinin 
əsas 
vəzifələrini 
müəyyənləşdirərkən  ilk  növbədə  ölkə  həqiqətlərini  dünya  ictimaiyyətinə 
çatdırmaqla  Ermənistanın  işğalçı  siyasətini  ifşa  etmək,  azərbaycanlılara  qarşı 
ermənilərin  həyata  keçirdiyi  terror  və  soyqırımı,  torpaqlarımızın  20  faizinin  işğal 
edildiyi  faktını  tanıtdırmağı  qarşısına  məqsəd  qoymuş,  respublikamızda 
demokratik,  hüquqi  dövlət  quruculuğu  işini  davam  etdirmək,  müstəqilliyi 
möhkəmləndirmək  məqsədilə  Avropa  dəyərlərini  mənimsəyərək  bu  birliyə 
inteqrasiya  etmək  istiqamətində  fəaliyyətini  genişləndirməyə  xüsusi  önəm 
vermişdir.  Əsas  vəzifələrdən  biri  də  ölkəmizdə  demokratik  və  hüquqi  dövlət 
quruculuğu işində  islahatları davam etdirmək  üçün  Avropa  Şurasının Azərbaycan 
qarşısında  qoyduğu  konkret  öhdəliklərin  yerinə  yetirilməsi  və  vətəndaş 
cəmiyyətinin inkişafının təmin edilməsi idi. 
Şübhəsiz  ki,  hər  üç  vəzifə  çox  önəmli  olmaqla,  həm  də  böyük  məsuliyyət 
tələb  edirdi.  Təsadüfi  deyil  ki,  cənab  İlham  Əliyev  bunun  əhəmiyyətini  dərindən 
hiss edərək bildirirdi ki, iqtidara gələn, yaxud iqtidarda olan qüvvə birinci növbədə 
məsuliyyəti  dərk  etməlidir.  Düşünməlidir  ki,  mən  bu  məsuliyyətin  altına  girə 
bilərəmmi. 
Ümumiyyətlə, müstəqil, tənqidi və çevik təfəkkür, möhkəm iradə ilə yanaşı, 
insani münasibətlərdə də müəyyən keyfiyyətlərə malik olmaq siyasətçi üçün vacib 
şərtdir. Çünki siyasətdə uğur qazanmağın əsasını bu keyfiyyətlər təşkil edir. İlham 
Əliyevin  belə  bir  siyasətçi  olması,  konkret,  aydın  məqsədin  müəyyən  edilməsi 
nümayəndə  heyətinin  Avropa  Şurasındakı  uğurlu  fəaliyyətini  şərtləndirən  başlıca 
amillərdən  idi.  Bütün  bunlar  nümayəndə  heyətinin  konkret  fəaliyyətində  özünü 
göstərirdi. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə