Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə19/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   15   16   17   18   19   20   21   22   ...   57

 
40 
Avropa 
Şurasının  Azərbaycana  belə  münasibəti,  bir  tərəfdən, 
respublikamızın  Avropa  inteqrasiya  proseslərinə  qoşulması  yolunda  əlavə 
maneələr yaradır, digər tərəfdən isə bütövlükdə regionda asayişin bərpa olunması 
prosesini  sürətləndirməyə  imkan  vermirdi.  Lakin  Lissabon  sammitinin  məlum 
bəyanatından sonra Azərbaycana münasibətdə əsaslı dönüş yarandı ki, bu, Avropa 
Şurası  ilə  Azərbaycan  arasında  əlaqələrə  də  yeni  məzmun  gətirdi.  Avropa 
Şurasının  üzvü  olan  dövlətlərin  Azərbaycanın  iqtisadiyyatı  ilə  bağlılığı,  bu 
dövlətlər  tərəfindən  Azərbaycana  qoyulan  investisiyalar,  beynəlxalq  aləmdə 
Azərbaycana  dəyişilmiş  münasibət,  respublikamızın  yüksəlməkdə  olan  imici, 
başqa qurumlarla olduğu kimi, Avropa Şurası ilə də əməkdaşlığın genişlənməsində 
mühüm rol oynayırdı. 
Azərbaycanla  Avropa  Şurası  arasında  əməkdaşlığın  genişləndirilməsi 
yolunda  praktiki  olaraq  ən  mühüm  addım  Heydər  Əliyevin  1998-ci  il  20  yanvar 
tarixli  "Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası  arasında  əməkdaşlığın 
dərinləşdirilməsi  sahəsində  tədbirlər  haqqında"  Sərəncamı  olmuşdur.  Sərəncamda 
insan  hüquqlarının  qorunmasına  dair  bir  sıra  beynəlxalq  sənədlər  imzalamış 
Azərbaycanın  Avropa  Şurasına  qoşulmasına  dair  hazırlıq  tədbirlərinin  görülməsi 
öz  əksini tapmışdı.  Azərbaycanda  ölüm  hökmünün ləğv olunması söz  azadlığının 
təmini və bütün kütləvi informasiya vasitələrinə sərbəstlik verilməsi və senzuranın 
ləğv  edilməsi,  Konstitusiya  Məhkəməsinin  yaradılması  demokratik  cəmiyyət 
quruculuğunun  başlıca  atributlarını  əks  etdirməklə  yanaşı,    ölkəmizin  Avropa  
Şurasının  üzvlüyünə  qəbulu yolunda mühüm addım kimi qiymətləndirilirdi. 
Avropa Şurası ilə bağlı Azərbaycan üçün mühüm hadisələrdən biri də 1997-
ci  il  oktyabr  ayının  10-11-də  Strasburqda  keçirilən  Avropa  Şurasının  üzvü  olan 
ölkələrin  dövlət  və  hökumət  başçılarının  2-ci  zirvə  toplantısında  Azərbaycan 
Respublikasının Prezidenti Heydər Əliyevin iştirak etməsi idi. Şuranın 1993-cü ilin 
oktyabrında  Vyanada  keçirilən  1-ci  zirvə  görüşündən  sonra  ötən  müddət  ərzində 
Avropa Şurasına artıq 8 yeni üzv qəbul olunmuşdu. 
2-ci  zirvə  toplantısı  ərəfəsində  Azərbaycan  Respublikasının  Prezidenti 
Heydər  Əliyevin  Avropa  Şurasının  iqamətgahında  Şuranın  Baş  katibi  Daniel 
Tarşislə  görüşü  zamanı  Azərbaycanda  demokratik  proseslərin  gedişi,  ölkəmizin 
Avropa  strukturları,  o  cümlədən  Avropa  Şurası  ilə  əlaqələri  barədə  ətraflı  fikir 
mübadiləsi aparılmışdı. D.Tarşis bildirmişdi ki, Avropa Şurasına daxil olmaq üçün 
ölkələrin  heç  də  hamısının  dərhal  mükəmməl  demokratiyaya  malik  olması  zəruri 
deyildir. Onların demokratiya prinsiplərinə sadiqlik nümayiş etdirməsi kifayətdir. 
Prezident Heydər Əliyev Strasburqda AŞ PA-nın sədri Leni Fişerlə görüşü 
zamanı, habelə 1997-ci il oktyabr ayının 11-də Strasburqda üzv ölkələrin dövlət və 
hökumət  başçılarının  zirvə  toplantısında  söylədiyi  nitqində  Avropa  ölkələrinin 
inteqrasiyası  və  Azərbaycanın  bu  prosesdə  rolunu  belə  qiymətləndirmişdi: 
"Azadlıq, demokratiya və humanizm idealları ətrafında sıx birləşmiş yeni Avropa, 
həmişə  olduğu  kimi,  bütün  bəşəriyyətin  tərəqqisində  və  çiçəklənməsində  mühüm 
rol  oynayacaqdır.  Əminəm  ki,  çox  böyük  təbii  sərvətlərə,  zəngin  mədəni  və 


 
41 
intellektual  potensiala  malik  olan  Azərbaycan  Respublikası  bu  nəcib  prosesə  öz 
layiqli töhfəsini verəcəkdir". 
Zirvə toplantısında Avropa inteqrasiyası, sülh, təhlükəsizlik və demokratiya 
problemləri,  üzvlüyə  namizəd  ölkələrin  Avropa  Şurasına  qəbuluna  hazırlıq 
məsələləri  müzakirə  edilir.  2-ci  zirvə  toplantısının  Azərbaycan  üçün  əhəmiyyət 
kəsb  edən  cəhətlərindən  biri  də  ondan  ibarət  idi  ki,  ilk  dəfə  olaraq  Avropa 
Şurasının  zirvə  görüşündə  Azərbaycan  Respublikasının  Prezidenti  çıxış  edərək 
Ermənistan  —  Azərbaycan  münaqişəsi,  bu  münaqişənin  həllində  Azərbaycanın 
mövqeyini diqqətə çatdırmışdı. Zirvə görüşünün yekun bəyannaməsində deyilirdi: 
"Toplantı  iştirakçıları  əmindirlər  ki,  qitədə  baş  vermiş  dərin  dəyişikliklər,  onun 
qarşılaşdığı  genişmiqyaslı  problemlər  Avropanın  bütün  demokratik  institutları 
arasında  əməkdaşlığın  güclənməsini  tələb  edir.  Avropa  Şurasının  genişlənməsi 
qitədə demokratik təhlükəsizliyin daha çox yayılmasına zəmin yaratmışdır". 
Dövlətin  Avropa  Şurasına  qəbul  olunması  ilə  əlaqədar  təşkilatın  iş 
xüsusiyyətlərindən  biri  səlahiyyətli  nümayəndələr  tərəfindən  həmin  dövlət 
haqqında  məruzələrin  hazırlanması  və  Parlament  Assambleyasında  oxunmasıdır. 
Bu  cəhətdən  Azərbaycanın  Avropa  Şurasına  qəbul  edilməsi  barədə  məruzə 
hazırlayan  Fransa  Milli  Assambleyasının  deputatı  Jak  Bomelin  rəhbərlik  etdiyi 
nümayəndə heyətinin 1997-ci il oktyabr ayının 13-də baş tutan Azərbaycana səfəri 
maraq  doğurur.  Nümayəndə  heyəti  Azərbaycanla  tanışlıqdan  sonra  məruzə 
hazırlanması üçün məlumatlar toplayır. 
1998-ci  ilin  yanvar  ayının  ortalarında  Azərbaycan  Respublikasının  Avropa 
Şurasına  daxil  olmasına  dair  Avropa  Şurası  Parlament  Assambleyasının  
məruzəçiləri Jak  Bomel  və  Corc  Kleyfart  Azərbaycanda  olmuş və  dövlət başçısı 
tərəfindən qəbul edilmişlər. Jak Bomel Avropa Şurasına qəbul olunmaq sahəsində 
Azərbaycanda görülmüş işlərdən razılığını bildirərək demişdir:  "Biz Bakıya səfərə 
Azərbaycanın  Avropa  Şurasına  qəbul  olunması  prosesini  hazırlama  və  bu  işi 
tezliklə  başa  çatdırmaq  ümidi ilə gəlmişik. Mən bu dəfəki   səfərdə    görürəm   ki,  
Azərbaycanda,    həqiqətən,      böyük  müsbət  dəyişikliklər  olmuşdur.    Mən  təsdiq 
edirəm  ki,  sizin  respublikanızın  həyatında  həddindən  artıq  yaxşılaşma  prosesi 
getmişdir. Mən bu müsbət dəyişiklikləri, yaxşılaşmanı birinci   növbədə  insanların  
həyatında,      ikincisi    isə    cəmiyyətin  demokratik  yolla  inkişafında  görürəm".  Jak 
Bomel,  eyni  zamanda,    görülməsi    zəruri    olan    işlərdən    danışaraq    demişdir: 
"Konkret olaraq Konstitusiya Məhkəməsi  məsələsinin, müəyyən boşluq olduğunu 
hiss  etdirən  qanunların,  xüsusilə  Cinayət-Prosessual  Məcəlləsi,  "Vəkillər  və    
məhkəmələr haqqında",   "Mətbuat   haqqında"   qanunların   müzakirə   və qəbul 
edilməsi  Azərbaycanı  Avropa,  yəni  Qərb  demokratiyası  ruhuna  daha  da 
yaxınlaşdırardı.    Bu da  Azərbaycanın  Avropa  Şurasına  qəbul olunmasında  böyük 
bir  addım  olardı".  Məruzəçi  Azərbaycanda  ölüm  cəzasının  ləğv  edilməsini 
Strasburq,  yəni, Avropa Şurası yolunda böyük addım" adlandırmışdır. 
Avropa Şurasına doğru Azərbaycanda görülmüş işlərlə əlaqədar Belçikanın 
Baş naziri Jan Lük Deanın  fikirləri də  Azərbaycanın  tezliklə  Avropa  Şurası üzvü 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə