Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə16/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

 
34 
azərbaycanlı  icmalarının  nümayəndələri  iştirak  etmişdir.  İclasda  Azərbaycan 
parlament  nümayəndələri  Ermənistanın  Azərbaycana  silahlı  təcavüzü  nəticəsində 
respublikada  yaranmış  faciəli  vəziyyəti  şərh  edərək  göstərmişlər  ki,  dövlətimiz 
ATƏM  çərçivəsində  münaqişənin  sülh  yolu  ilə  həllinə  çalışır  və  beynəlxalq 
hüququn norma və prinsiplərinə dönmədən riayət edir. 
Azərbaycan nümayəndələrinin Avropa Şurasının yüksək vəzifəli şəxsləri ilə 
ikitərəfli  görüşləri  zamanı  insan  hüquqları,  milli  azlıqların  hüquqları,  demokratik 
hüquqi  dövlətin  infrastrukturlarının  qurulması,  Azərbaycan  Respublikası 
Konstitusiyası  və  qanunların  hazırlanmasında  Avropa  Şurası  tərəfindən  ekspert 
köməyi  göstərilməsi  sahəsində  təcrübə  mübadiləsi  və  əməkdaşlığın  inkişafında 
maraqlı  olduqları  qeyd  edilmişdir.  Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası 
arasında  yaranmış  əlaqələr  təşkilatın  müxtəlif  təsisatlarının  nümayəndələrinin  tez-
tez Azərbaycana səfəri ilə nəticələnirdi. Bu səfərlər zamanı Azərbaycanın Avropa 
Şurası  üzvlüyünə  qəbulu,    Ermənistan—Azərbaycan  münaqişəsinin  nizama 
salınması,  Azərbaycanda  demokratik  təsisatların  inkişafı,  insan  hüquqlarının 
müdafiəsinin təkmilləşdirilməsi məsələləri müzakirə olunurdu. 
1994-cü  il  iyunun  10-da  bütövlükdə  Qafqaz  regionunda,  o  cümlədən 
Azərbaycanda vəziyyətlə tanış olmaq və "xüsusi dəvət olunmuş qonaq" statusunun 
mahiyyətini  dəqiqləşdirmək  üçün  regiona  komissiya  göndərmək  qərara  alındı. 
1994-cü  il  noyabrın  14-dən  17-dək  Bakıda  olmuş  komissiya  respublikamız,  onun 
daxili  vəziyyəti,  xarici  siyasət  istiqamətləri,  çətinlikləri,  qaçqınlar  problemi, 
humanitar yardımların vəziyyəti haqqında ətraflı məlumat topladı. Təsadüfi deyildi 
ki,  məhz  həmin  komissiyanın  topladığı  məlumatlar  Avropada  yayıldıqdan  sonra 
respublikamıza  Avropa  İttifaqı  və  Avropa  Şurası  xətti  ilə  edilən  yardımların 
miqdarı xeyli çoxaldı, Azərbaycana beynəlxalq aləmdə münasibət tədricən müsbət 
mənada dəyişməyə başladı, bununla belə, Azərbaycana "xüsusi qonaq" statusunun 
verilməsi məsələsi bir müddət açıq saxlanıldı. 
Milli  Məclisin  dəvəti  ilə  Avropa  Şurası  Parlament  Assambleyasının 
nümayəndələri  12  noyabr  1995-ci  ildə  Azərbaycan  Respublikasının  ali 
qanunvericilik orqanına keçirilən seçkilərdə və dövlətimizin yeni Konstitusiyasının 
referendumunun  gedişində  müşahidəçi  kimi  iştirak  etmişdir.  Avropa  Şurası 
müşahidəçilərinin  məruzəsində  göstərilmişdi  ki,  parlamentə  seçkilər  seçicilərin 
azad  seçki  təcrübəsi  olmadığı  bir  şəraitdə  keçirilməsinə  baxmayaraq,  bu  tədbir 
Azərbaycanın  demokratikləşdirilməsi  istiqamətində  mühüm  və  yeni  addım 
olmuşdur.  Avropa  Şurası  ilə  əlaqələrin  genişlənməsi  Azərbaycana  bir  sıra 
qanunvericilik  aktlarına  yenidən  baxmaq  üçün  ekspert  köməyi  əldə  etmək  imkanı 
verdi. 
1995-ci  ildə  qanunvericilik,  yurisprudensiya,  təhsil  və  mədəniyyət 
sahələrini  əhatə  edən  hökumətlərarası  əməkdaşlıq  proqramının  hazırlanması 
Avropa  Şurası  ilə  əməkdaşlığın  fəallaşmasına  səbəb  olur.  Azərbaycanın  Avropa 
təcrübəsi  ilə  tanışlığında  ölkənin  beynəlxalq  ümumi  hüquq,  hüquqi  əməkdaşlıq, 
insan hüquqları və cinayət hüququ məsələləri ilə bağlı hökumətlərarası fəaliyyətə 


 
35 
müşahidəçi qismində cəlb edilməsi mühüm rol oynamışdır. Avropa konvensiya və 
sazişləri  ilə  milli  qanunların  uyğunluğunu  təmin  etməyə  yönəlmiş  qanun 
yaradıcılığı  işində  Avropa  Şurası  ilə  əməkdaşlıqdan  maksimal  dərəcədə  istifadə 
etmək  niyyəti  olan  Azərbaycan  qanun  vasitəsilə  demokratiyaya  doğru  Avropa 
Komissiyasının fəaliyyətinə qoşulur. 
Belə  ki,  1996-cı  il  martın  1-2-də  Azərbaycan  nümayəndə  heyətinin  xahişi 
ilə  Venesiya  Ekspertlər  Komissiyası  1996-cı  il  mayın  17-18-də  olmuş  iclasında 
Azərbaycanın  komissiyaya  qəbul  olunması  haqqında  qərar  qəbul  etdi.  Komissiya 
Avropa hüquq norma və standartları ilə milli qanunvericiliyin uyğunlaşdırılmasını 
nəzərdə  tutan  hüquqi  islahatlar  üzrə  komissiyanın  fəaliyyətini  yüksək 
qiymətləndirmişdi.  Bu  məqsədlə  bir  sıra  qanun  layihələri  ekspertlər  tərəfindən 
qiymətləndirilmə  üçün  Avropa  Şurasına  göndərilmişdir.  1996-cı  il  iyunun  5-6-da 
Azərbaycan  xarici  işlər  nazirinin  Strasburqa  səfəri,  iyunun  2-6-da  isə  Avropa 
Şurası  Parlament  Assambleyasının  qeyri-üzv  dövlətlərlə  iş  komissiyasının  sədri 
J.Setlenjin Bakıya  səfəri  Azərbaycanın  Avropa  Şurasının "xüsusi dəvət olunmuş" 
statusunu almasını xeyli sürətləndirdi. 
1996-cı  il  iyunun  24-28-də  Avropa  Şurası  Parlament Assambleyasının 
növbəti  sessiyası  Azərbaycanın  demokratik  cəmiyyət  quruculuğundakı 
nailiyyətlərini  nəzərə  alaraq  respublikamıza  "xüsusi  dəvət  olunmuş"  statusunun 
verilməsi haqqında qərar qəbul etdi, bununla da Azərbaycan diplomatiyasının dörd 
illik mübarizəsi uğurla nəticələndi. 
Bundan  bir  qədər  əvvəl,  1996-cı  ilin  iyun  ayının  5-6-da  isə  Azərbaycan 
Respublikasının  xarici  işlər  naziri  Strasburqda  təşkilatın    qərargah-mənzilində 
rəsmi görüşdə olmuşdur. Nazir Avropa Şurası Nazirlər Komitəsində  Azərbaycanın 
Avropa  ilə  tarixi  əlaqələri,  dövlətimizin  xarici  siyasəti,  ölkəmizdə  demokratik 
dəyişikliklərin  gedişi  haqqında  çıxış  etmişdir.  Görüş  zamanı  mühüm  siyasi 
məsələlər  üzrə  fikir  mübadiləsi  aparılmışdır.  Səfər  zamanı  respublikamızın  xarici 
işlər  naziri  Avropa  Şurasının  Baş  katibi  və  müxtəlif  bölmələrin  rəhbərləri  ilə 
görüşlər keçirmişdir. Görüşün nəticələri ilə əlaqədar Avropa Şurası ilə Azərbaycan 
arasında praktiki olaraq  təşkilatın  bütün   fəaliyyət   sahələrini   əhatə  edən   geniş 
Fərdi əməkdaşlıq proqramı tərtib olunmuşdur.  Qeyd edilmişdir ki, Fərdi proqram 
çərçivəsində  Avropa  Şurası  ilə  bu  əməkdaşlıq  Azərbaycanda  demokratik 
institutların  təkmilləşdirilməsi,  inzibati  struklurların  və  məhkəmə  sisteminin 
yenidən  qurulması,    milli  qanunvericiliyin  Avropa  sisteminə  yaxınlaşdırılması,  
təhsil,    elm,    mədəniyyət  və    başqa    sahələrin  inkişafına  kömək  etməlidir.  Bu 
proqramın  həyata  keçirilməsi    ölkəmizdə    islahatların    gedişinə    və    demokratik 
inkişafına kömək edəcək, Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü olmaq 
barədə  arzusunun  reallaşmasına  şərait  yaradacaqdır.      Proqramın      əsas      məqsəd   
və vəzifələri, həmçinin onun həyata keçirilməsinin forma və metodları Azərbaycan 
Respublikasının Prezidenti Heydər Əliyevin 8 iyul 1996-cı tarixli "Avropa Şurası 
ilə  Azərbaycan  Respublikası  arasında  əməkdaşlıq  proqramının  həyata  keçirilməsi 
üzrə  tədbirlər  haqqında"  sərəncamında  müəyyən  edilmişdir.  Sərəncam  Avropa 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə