Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə18/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   14   15   16   17   18   19   20   21   ...   57

 
38 
mübadiləsinin aparılması, əlaqələrə konkret məzmun verilməsi üçün həmin ölkəyə 
yüksək səviyyəli səfərlər təşkil edilir. 
"Xüsusi  dəvət  olunmuş"  statusunu  əldə  etdikdən  sonra  məruzəçilərin 
səfərləri  daha  da  intensivləşir  və  maraqlı  dövlətə  ünvanlanmış  "sorğu  vərəqi"  ilə 
nəzarət olunur. Bu sorğu vərəqinə cavablar məruzəçilər tərəfindən rəy layihəsinin 
hazırlanmasında önəmli rol oynayır və təklif olunan öhdəliklər sırasında öz əksini 
tapır. 
1996-cı  il  iyulun  12-14-də  Avropa  Şurası  Nazirlər  Komitəsinin    sədri,   
Estoniya    Respublikasının    xarici    işlər  naziri  S.Kallas  və  Avropa  Şurasının  Baş 
katibi D.Tarşisin başçılıq etdiyi missiya səfər zamanı Azərbaycanın, demək olar ki, 
bütün  hökumət  üzvləri,  habelə  respublika  Prezidenti  Heydər  Əliyevlə  danışıqlar 
apardılar.  Danışıqlar  nəticəsində  Şura  üzvləri  Azərbaycandakı  demokratik 
islahatlar  proseslərinin  dönməzliyini  müşahidə  etdiklərini  bildirdilər.  Bu  da, 
Avropa Şurası ilə Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafına müsbət təsir 
göstərdi. 
Bütövlükdə  isə  nümayəndə  heyətinin  səfəri  Azərbaycan  ilə  Avropa  Şurası 
arasında əməkdaşlıq əlaqələrini yeni səviyyəyə qaldırdı, ölkəmizin bu təşkilata tam 
hüquqlu üzvlərdən olması üçün perspektivlərini gücləndirdi. 
Ümummilli  lider  Heydər  Əliyevin  rəhbərliyi  altında  Azərbaycan 
diplomatiyasının  məqsədyönlü  fəaliyyəti  nəticəsində  ölkəmizdə  baş  verən 
proseslər,  qarşılaşdığımız  problemlər,  Qarabağ  münaqişəsi  ilə  əlaqədar 
Azərbaycanın  mövqeyi,  respublikamızda  sosial  həyat  şəraitinin,  əhalinin  sosial 
rifahının aşağı səviyyəsi, bütövlükdə regionda vəziyyət Avropa Şurasının diqqətini 
daha çox çəkməyə başlayır. 
1997-ci ilin yanvar ayında Azərbaycan Respublikası Milli Məclisinin Sədri 
M.Ələsgərovun  başçılıq  etdiyi  nümayəndə  heyətinin  iştirakı  ilə  Avropa  Şurası 
Parlament  Assambleyasının  Qafqaz  problemlərinə  dair  seminarı  keçirilir.  Daha 
sonra  Cənubi  Qafqaz  respublikalarına  göndərilmiş  komissiyaların  məlumatları 
əsasında  aprel  ayında  regionda  vəziyyətə  dair  müzakirələr  keçirilir.  Avropa 
Şurasının  nümayəndəsi  J.Setlenjin  hazırladığı  hesabat  əsasında  Avropa  Şurasının 
Parlament  Assambleyası  elə  həmin  gün  "Zaqafqaziya  münaqişələrinə  dair"  1119 
saylı qətnamə qəbul edir. On bir   bənddən   ibarət   qətnamədə   regionun   başlıca   
təhlükə  ocaqları  olan  Abxaziya  və  Dağlıq  Qarabağ  münaqişələrinin  həlli 
yollarından bəhs olunur və qeyd edilir ki, "xüsusi dəvət olunmuş" statusu almış hər 
üç  Qafqaz  respublikası  yalnız  münaqişə  nizamlandıqdan  sonra  Avropa  Şurasının 
daimi üzvləri sırasına qəbul edilə bilərlər. 
Qətnamə    hər    iki    münaqişənin    nizamlanması    üçün    çıxış  nöqtəsi  kimi 
1975-ci  il  Helsinki  Yekun  Aktının  və  1990-cı  il      Paris      Xartiyasının   
prinsiplərindən  irəli gələn aşağıdakı müddəaların əsas götürülməsini irəli sürürdü:  
sərhədlərin toxunulmazlığı;  
regionun  bütün    xalqları  üçün,    əsasən,    çoxmillətli  sülhyaratma  qüvvələri 
tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik


 
39 
cəlb  olunmuş  bütün  tərəflərin  Abxaziyaya  və  Dağlıq  Qarabağa  geniş 
muxtariyyət statusu verilməsi barədə razılaşması; 
qaçqınların  və  köçkünlərin  geri  qayıtmaq  hüququ  və  insan  hüquqlarına 
hörmət əsasında onların yenidən inteqrasiyası. 
Qətnamənin  9  və  10-cu  bəndləri  bilavasitə  Ermənistan  —  Azərbaycan 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  idi.  9-cu  bənddə  deyilirdi  ki,  Avropa 
Şurasının Parlament Assambleyası Ermənistan və Azərbaycanın parlament üzvləri 
arasında  davam  edən  dialoqu,  xüsusilə  Avropa  Şurasına  üzv  olmayan  Avropa 
ölkələri ilə əlaqələr komitəsinin təşkil etdiyi 1996-cı il yanvarın 26-da Strasburqda 
keçirilmiş Cənubi Qafqazda münaqişələrə dair seminarı alqışlayır, habelə ATƏT-in 
Minsk  qrupunun  yenidən  fəaliyyətə  başlamasını,  danışıqların  dəstəkləndiyini 
bildirirdi. 
Qətnamənin  X  bəndində  münaqişənin  siyasi  yollarla  nizamlanmasının 
vacibliyi  əks  olunmuşdu.  Burada  işğal  olunmuş  Azərbaycan  ərazilərinin  azad 
edilməsi,  qaçqın  və  köçkünlərin  geri  qaytarılması,    Dağlıq  Qarabağın  hüquqi 
statusunun  müəyyənləşdirilməsi  kimi  məsələlərin  dinc  vasitələrlə həlli öz əksini 
tapmışdı. 
Cənubi  Qafqazda  gedən  inteqrasiya  prosesləri,  "Qafqaz  evi"  ideyasının 
inkişaf  yolları  haqqında  kifayət  qədər  məlumata  malik  olan  Avropa  Şurasının 
Parlament  Assambleyası  qətnamənin  II  bəndində  gələcəkdə  Cənubi  Qafqaz 
Dövlətləri  Birliyi  və  Parlament  Assambleyasının  yaradılmasını  arzu  etdiyini 
bildirmişdi. 
Qətnamənin   əhəmiyyətindən   bəhs   edən   dövlət   başçısı Heydər Əliyev 
1997-ci  il  oktyabrın  11-də  Strasburqda  Avropa  Şurasının  üzvü  olan  ölkələrin 
dövlət və hökumət başçılarının   zirvə   toplantısındakı   çıxışında  xüsusi   olaraq   
qeyd  edirdi  ki,    1119    (1997)  saylı  Qətnamədə  Azərbaycan  dövlətinin      ərazi  
bütövlüyü,      Ermənistan-Azərbaycan,      Dağlıq  Qarabağ  münaqişəsinin  aradan 
qaldırılmasına dair Lissabon zirvə   görüşünün  prinsipləri   təsdiq   edilmişdir.   Bu   
sənədlər  hamı    tərəfindən  qəbul  edilmiş  beynəlxalq  hüquq   normaları əsasında 
sülhə nail olmaq üçün yaxşı zəmindir. 
Bununla  belə,  Avropa  Şurası  da,  başqa  beynəlxalq  təşkilatlar  kimi, 
münaqişəyə  tarazlıq  prizmasından  yanaşır,  təcavüzkarla  təcavüzün  qurbanlarını 
bir-birindən  ayırmır,  sülh  danışıqlarına  dair  dünya  dövlətlərinin  və  beynəlxalq 
təşkilatların çağırışlarına qoşulmaqla öz fəaliyyətini  bitmiş  hesab edirdi.  Halbuki 
Parlament Assambleyasının 1994-cü il  10 noyabr tarixli 1047 saylı Qətnaməsində 
Avropa  Şurası  Ermənistanı  müdafiə  etdiyini  dolayısı  ilə  bildirərək  Türkiyəni  və 
Azərbaycanı  Ermənistanın  blokadasını  ləğv  etməyə  çağırırdı.  1988-ci  ildən  
başlayaraq   bölgədə  genişlənən  döyüş əməliyyatlarından  narahatlığını   bildirən   
Avropa   Şurası   öz qətnamə  və  qərarlarında  Ermənistanın  Azərbaycana  qarşı 
ərazi  iddialarına  münasibət  bildirmədən,  münaqişənin  mahiyyətinə  aydınlıq 
gətirmədən mücərrəd sülhə çağırırdı ki, bunun da mənasızlığı göz önündə idi. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə