Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə21/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

 
44 
Azərbaycan  Respublikası  Prezidentinin  seçkilərindən  sonra  1998-ci  il 
oktyabrın  12-də  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan  Haqları  Bürosu  və  AŞ 
PA-nın  kütləvi  informasiya  vasitələri  üçün  Azərbaycanda  prezident  seçkilərinin 
gedişi barədə keçirdiyi mətbuat konfransında müşahidəçilər bildirmişlər ki, ATƏT 
(DQİHB)  və  AŞ  PA  1998-ci  il  oktyabrın  11-də  Azərbaycan  Respublikasında 
keçirilmiş prezident seçkilərini birgə müşahidə etmişlər. Seçki günü 150-dən artıq 
beynəlxalq  müşahidəçi  ölkənin  birgə  bölgələrində  yerləşdirilmişdi.  AŞ  PA-nın 
siyasi məsələlər üzrə komitəsi noyabr ayının 3-də keçirdiyi iclasda Azərbaycanda 
prezident  seçkilərinə  Nəzarət  Bürosunun  Xüsusi  komitəsinin  məruzəsini  dinləmiş 
və  təsdiq etmişdi.  Məruzədə  aşağıdakılar qeyd olunmuşdu:  "Xüsusi komitə  hesab 
edir  ki,  1995-ci  illə  müqayisədə  seçkilər  ölkənin  demokratikləşdirilməsi 
istiqamətində  irəliyə  atılmış  uğurlu  addımdır.  Seçki  prosesinin,  habelə  seçki 
kampaniyasının  təşkilində  açıq-aşkar  tərəqqi  əldə  edilmişdir.  Təcrübənin 
olmamasına baxmayaraq, səsvermənin özü düzgün təşkil olunmuşdur. 
Bütün  qeyd  edilənlərlə  yanaşı,  Avropa  Şurası,  öz  növbəsində, 
Azərbaycanda demokratik təsisatların inkişafına və birliyinə kömək göstərilməsini 
davam etdirməlidir". 
1999-cu il fevralın 28-dən martın 4-dək Bakıda "Avropada yerli hakimiyyət 
orqanlarının  modelləri  və  bələdiyyə  idarəçiliyi"  mövzusunda  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  ilə  Avropa  Şurasının  birgə  təşkil  etdiyi  seminar, 
1999-cu  ilin  may  ayında  AR  Milli  Məclisində  Avropa  Şurasının  50  illiyinə  həsr 
edilmiş elmi-praktik konfrans və 1999-cu il iyulun 29-30-da "Azərbaycanda qeyri-
hökumət  təşkilatları  haqqında"  Azərbaycan  Respublikasının  qanun  layihəsini 
müzakirə etmək üçün Avropa Şurasının ekspertləri ilə birgə seminar keçirilmişdir. 
AŞ  PA-nın  siyasi  məsələlər  komitəsinin  sədri  Viktor  Ruffi,  AŞ  PA-nın  siyasi 
məsələlər  komitəsinin  Azərbaycan  üzrə  məruzəçisi  Jak  Bomel,  bu  beynəlxalq 
təşkilatın Hüquq məsələləri və insan hüquqları komitəsi katibliyinin rəhbəri Allard 
Plat,  komitənin  Azərbaycan  üzrə  məruzəçisi  Corc  Kleyfart  və  AŞ  PA-nın  siyasi 
məsələlər  komitəsinin  katibi  Petr  Şixdən  ibarət  nümayəndə  heyəti  1999-cu  il 
dekabrın  7-dən  10-dək  respublikamızda  olmuşdur.  Nümayəndə  heyətinin  üzvləri 
Milli  Məclisin  Sədri  ilə  görüşmüş,  Azərbaycan  qanunvericiliyinin  Avropa 
Şurasının  standartlarına  uyğunlaşdırılması  üçün  görülmüş  işlər  barədə  geniş 
məlumat almışlar. 
1999-cu  il  dekabrın  10-da  Milli  Məclisin  iclasında  bütün  dünyada 
demokratiyanın  və  sosial  tərəqqinin  dayaqlarından  biri  olan  Avropa  Şurasının  50 
illiyi  ilə  əlaqədar  məsələ  müzakirə  olunmuş,  bu  nüfuzlu  beynəlxalq  təşkilatın 
fəaliyyətinə dair maraqlı çıxışlar edilmişdir. 
2000-ci  il  martın  27-28-də  Azərbaycan  Respublikası  Milli  Məclisinin 
Avropa  Şurasının  8  konvensiyasına  qoşulmasına  dair  respublika  rəhbərliyinin 
imzaladığı  müqavilələri  ratifikasiya  etməsi  Azərbaycanın  Avropa  Şurasına 
qəbuluna dair müzakirələri şərtləndirdi. 


 
45 
Azərbaycan Respublikasında 2000-ci il noyabrın 5-də keçirilmiş parlament 
seçkilərini  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatının  Demokratik  Təsisatlar  və 
İnsan  Hüquqları  Bürosunun,  ATƏT-in  Parlament  Assambleyasının  və  Avropa 
Şurası  Parlament  Assambleyasının  nümayəndə  heyətlərindən  ibarət  Beynəlxalq 
Seçkiləri 
Müşahidə 
Komissiyasının 
üzvləri 
izləmişlər. 
Beynəlxalq 
müşahidəçilərdən ibarət nümayəndə heyəti seçkilərdən bir gün sonra mətbuat üçün 
məlumat  yaymışlar.  Məlumatda  xüsusilə  qeyd  olunmuşdu  ki,  Azərbaycanda 
parlament  seçkilərinin  beynəlxalq  standartlardan  aşağı  olmasına  baxmayaraq, 
irəliləyiş vardır. 
Beynəlxalq  müşahidəçilər  xüsusilə  siyasi  plüralizmin  güclənməsi 
baxımından irəliləyiş olduğunu, seçkilərin Avropa Şurası Venesiya Komissiyasının 
və  ATƏT/DTİHB-in  tövsiyələrini  özündə  birləşdirən  təkmilləşdirilmiş 
qanunvericilik  çərçivəsində  aparıldığını  bəyan  etmişlər.  Bütün  bunlarla  yanaşı, 
müşahidəçilər  tərəfindən  seçki  qanunvericiliyinin  həyata  keçirilməsində  ciddi 
çatışmazlıqlar  qeydə  alınmışdır.  Belə  ki,  namizədlərin  birmandatlı  seçki  dairələri 
üçün  qeydiyyata  alınması  əsaslı  şəkildə  düzgün  aparılmamış  və  son  nəticədə 
namizədlərin təqribən yarısının seçkilərdə iştirak etməsinin qarşısı alınmışdı. 
Seçki günündə AŞ PA-dan olan 18 parlament üzvünün də daxil olduğu 200-
dən  artıq  beynəlxalq  seçkiləri  müşahidə  missiyasının  nümayəndələri  Azərbaycan 
ərazisində  yaradılmış  5  min  seçki  məntəqəsinin  700-də  olmuş  və  səsvermənin, 
ümumiyyətlə,  sakit  şəraitdə  aparıldığını  bildirmişlər.  Bununla  belə,  beynəlxalq 
müşahidəçilər  hakimiyyət  orqanlarına  təcili  surətdə  qanun  pozuntularının  şəffaf 
şəkildə  araşdırılması  və  dərhal  lazımi  tədbirlər  görülməsi  ilə  bağlı  müraciət 
etmişlər. 
2000-ci  ilin  iyulundan  noyabrınadək  davam  edən  müzakirələrdən  sonra 
noyabrın  9-da  AŞ  PA-nın  222  saylı  rəyi  əsasında  Avropa  Şurası  Nazirlər 
Komitəsinin 107-ci sessiyasında 14 saylı xüsusi qətnamə qəbul edildi. Qətnamədə 
deyilirdi: 
Azərbaycanın  Avropa  Şurasına  üzv  olmağa  və  nizamnaməyə  qoşulmağa 
dəvət edilməsi; 
Azərbaycan  Respublikasının  Avropa  Şurası  Parlament  Assambleyasındakı 
nümayəndələrinin sayının 6 nəfər həddində müəyyənləşdirilməsi; 
Qətnaməyə  uyğun  olaraq  Azərbaycanın  Avropa  Şurasına  müxtəlif  bölgülü 
maliyyə ödəmələrinin miqdarının müəyyənləşdirilməsi. 
§ 3. III mərhələ: 
-  Ölkəmiz  Avropa  Şurasına  qəbulunu  hazırlamaq  məqsədilə  yaradılmış 
Monitorinq qrupu lazımi sənədləri təqdim etdikdən sonra 2001-ci il yanvarın 17-də 
Azərbaycan  Avropa  Şurasına  tamhüquqlu  üzv  qəbul  edildi  və  rəsmi  mərasim 
yanvarın  25-nə  təyin  olundu.    Bununla  da  Azərbaycan  diplomatiyası  Avropa 
inteqrasiya  proseslərinə  qoşulmaq  uğrunda  mübarizədə  böyük  qələbə  əldə  edərək 
Avropanın üzvi hissəsinə çevrildiyini işdə sübut etdi. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə