Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə24/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   20   21   22   23   24   25   26   27   ...   57

 
50 
Qısa  müddət  ərzində  Avropa  Şurası  Parlament  Assambleyasında 
nümayəndə  heyəti  tərəfindən  onlarla  sənəd  hazırlanmış  və  onlar  şuranın  rəsmi 
sənədləri  kimi  yayılmışdı.  Təsəvvür  etsək  ki,  bu  qurumda  47  ölkənin 
parlamentlərinin deputatları fəaliyyət göstərir və qəbul edilmiş sənədlər həm onlara 
paylanır,  həm  də  həmin  ölkələrin  parlamentlərinə  göndərilir,  onda  qarşıya 
qoyulmuş birinci  vəzifə  ilə bağlı görülmüş işlərin  miqyası haqqında  konkret  fikir 
formalaşa bilər. Belə ki, "Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı 
haqqında",  "Dağlıq  Qarabağda,  zəbt  olunmuş  ərazilərdə  mədəniyyət  abidələrinin 
məhv  edilməsi  haqqında",  "Ermənistanda  və  Dağlıq  Qarabağda  olan  hərbi  əsirlər 
və  girovlar  haqqında",  "Qaçqın  və  məcburi  köçkün  uşaqların  təhsili  haqqında", 
"Azərbaycanda  məcburi  köçkünlərin  vəziyyəti  haqqında"  və  s.  sənədlər  Avropa 
Şurası Parlament Assambleyasında qəbul edilmişdir. 
2002-ci ilin sentyabrında Strasburqda AŞ PA-da Azərbaycanın  nümayəndə 
heyətinin  rəhbəri  olarkən  cənab  İlham  Əliyev  Azərbaycan  Respublikası 
televiziyasına verdiyi müsahibədə bildirirdi: "Mən deyə bilərəm ki, Avropa Şurası 
deputatlarının indiyə qədər bu məsələ ilə bağlı o qədər böyük məlumatları yox idi. 
Çünki bu, bir tərəfdən erməni təbliğatı, erməni lobbisinin fəaliyyəti, digər tərəfdən 
isə  Azərbaycanın  bu  qədər  böyük  tribunasının  olmaması  ilə  bağlı  idi.  Amma  biz 
Avropa  Şurasına  daxil  olandan  sonra  bu  tribunadan,  bu  kürsüdən  çox  səmərəli 
istifadə elədik". 
Görülən  işin  miqyasını  və  əhəmiyyətini  qiymətləndirmək  üçün  Avropa 
Şurasının strukturuna diqqət yetirmək kifayətdir. 
Belə  ki,  Avropa  Şurası  Nizamnaməsinin  32-ci  maddəsinə  uyğun  olaraq 
assambleya  ildə  bir  dəfə  özünün  növbəti  sessiyasına  toplanır.  Assambleya  öz 
sessiyasını dörd kiçik sessiyaya bölür. 
"Azərbaycanın Avropa Şurasına qəbul edilməsi onun nəinki müstəqil
suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin 
bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin 
başlanğıcıdır". 
Heydər Əliyev 
Assambleyada beş siyasi qrup mövcuddur: sosialistlər qrupu, Avropa Xalq 
Partiyası qrupu, Avropa demokratları, liberallar, demokratlar və islahatçılar qrupu. 
Parlament  Assambleyası öz sessiyasında  Avropa Şurasının səlahiyyətlərinə 
daxil  olan  və  Nazirlər  Komitəsi  tərəfindən  sessiyaya  çıxarılmış,  həmçinin 
komitənin  təqdim  etdiyi  hesabat  əsasında  təşkilatın  fəaliyyəti  ilə  bağlı  məsələləri 
müzakirə  edir,  Parlament  Assambleyası  iclaslarının  gündəliyini  sərbəst 
müəyyənləşdirir. 
Dövrümüzün  aktual  və  perspektiv  məsələlərini,  o  cümlədən  müasir 
cəmiyyətin  problemləri  və  beynəlxalq  siyasətin  müxtəlif  cəhətləri  ilə  bağlı 
məsələləri  müzakirə  edən assambleya  yalnız  məcburi qüvvəsi olmayan tövsiyələr 
vermək hüququna malikdir. Parlament Assambleyasının işi aşağıdakı sahələr üzrə 
ixtisaslaşdırılmış komissiyalar tərəfindən hazırlanır: 


 
51 
Siyasi məsələlər; 
İnsan hüququ və hüquqi məsələlər; 
Sosial məsələlər, səhiyyə və ailə məsələləri; 
Ətraf mühit, regional planlaşdırma və yerli hakimiyyət orqanları; 
Elm və texnologiya; 
İqtisadiyyat və inkişaf məsələləri; 
Kənd təsərrüfatı; 
Avropa Şurasının üzvü olmayan Avropa dövlətləri ilə əlaqələr
Miqrasiya, qaçqınlar və demoqrafiya; 
Milli parlamentlər və ictimaiyyətlə əlaqələr. 
Parlament  assambleyası  öz  funksiyalarını  xeyli  genişləndirmişdir.  Belə  ki, 
Assambleya  sessiyalararası müddətdə iclaslar keçirən   çoxlu  ixtisaslaşmış komitə 
yaratmışdır. Assambleyanın ixtisaslaşmış  komitələrindən   əlavə,   xüsusi rolu olan 
daimi  komitəsi  də  vardır.  Assambleyanın  bəzi  səlahiyyətləri  həmin  komitəyə 
verilmişdir.    Bu  komitə  sessiya  üçün  material    hazırlayır,    assambleyanın  
sessiyalararası  müddətdə fəaliyyət göstərən komitələrinə rəhbərlik edir. 
Parlament  Assambleyası  özünün  daxili  reqlamentini  qəbul  edir,  öz 
üzvlərindən sədrini və onun müavinlərini seçir. Sədr və onun müavinləri (hazırda 
onlar sədr və 17 müavindən ibarətdir) Assambleya Bürosunu təşkil edir. 
Avropa  Şurasının  tamhüquqlu  üzvü  olduqdan  bu  günə  kimi  ötən  müddət 
ərzində  assambleyanın  sessiyalarında  xüsusi  fəallığı  ilə  fərqlənən  Azərbaycan 
Respublikası  Milli  Məclisinin  nümayəndə  heyəti  AŞ  PA-nın  2001-ci  il  yanvarın 
22-26-da Strasburqda keçirilmiş  növbəti  sessiyasında  millət vəkili İlham Əliyevin 
rəhbərliyi ilə iştirak etmişdi. Nümayəndə heyətinin tərkibinə deputatlardan Səməd 
Seyidov,  Gültəkin  Hacıyeva,  Nairə  Şahtaxtinskaya,  Vaqif  Vəkilov,  Qulamhüseyn 
Əlibəyli daxil idilər. 
Bundan  başqa,  6  deputatdan  ibarət  əvəzedici  heyət  də  yaradılaraq 
Azərbaycan parlamentinin AŞ PA-da təmsilçilərinin sayı 12-yə çatmışdı. 
Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti 2001-
ci  il  aprelin  23-27-də  ilk  dəfə  olaraq  tamhüquqlu  üzv  kimi  Avropa  Şurası 
Parlament Assambleyasının sessiyasında iştirak etmişdir. 
2001-ci  il  aprel  ayında  AŞ  PA-nın  yaz  sessiyası  nümayəndə  heyətimizin 
iştirak  etdiyi  ilk  sessiya  idi.  "Avropanın  iqtisadi  və  transmilli  mütəşəkkil 
cinayətkarlığa  qarşı  mübarizəsi"  mövzusunda  aparılan  müzakirələrdə  çıxış  edən 
Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyev bu problemin əhatə 
dairəsinin  genişlənməsində  Ermənistanın  oynadığı  rola  dair  konkret  faktları 
iştirakçıların  diqqətinə  çatdırmış,  Azərbaycan  torpaqlarının  Ermənistan  silahlı 
qüvvələri  tərəfindən  işğal  edilməsi  nəticəsində  Dağlıq  Qarabağda  və  ətraf 
rayonlarda  qeyri-qanuni  əməliyyatların  keçirildiyini,  xüsusilə  bu  ərazilərdə 
narkotiklərin  yetişdirildiyini  və  nəql  edildiyini,  habelə  bu  ərazidə  qeyri-qanuni 
silahlı birləşmələrin hazırlandığını qeyd etmişdir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə