Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə22/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   18   19   20   21   22   23   24   25   ...   57

 
46 
Bu  gün  beynəlxalq  aləmdə  respublikamıza  qarşı  münasibətdə  hiss  olunan 
müsbət  dəyişikliklərin  yaranmasından  və  mövcud  əlverişli  situasiyadan  kifayət 
qədər səmərəli istifadə edilməlidir. 
Həmçinin  Azərbaycan  Avropa  Şurasının  tamhüquqlu  üzvü  kimi  öz 
fəaliyyətində  çalışmalıdır  ki,  Avropa  Şurasının  Parlament  Assambleyası  Qafqaz 
regionunda baş verən prosesləri daim diqqət mərkəzində saxlasın. 
Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası  arasında  münasibətlərə  tam 
aydınlıq gətirmək üçün bu münasibətlərə  Azərbaycanın ən ağrılı yeri olan Dağlıq 
Qarabağ münaqişəsi kontekstindən yanaşmaq maraqlı olardı. 
Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə — bu gün Azərbaycan 
ərazisinin 20 faizi işğal altında qalmaqdadır, bir milyon azərbaycanlı əvvəlki kimi 
qaçqın  və  köçkün  vəziyyətində  əzab  çəkməkdədir.  Azərbaycan  —  Ermənistan 
arasında  Dağlıq  Qarabağ  regionu  üzrə  həllini  tapmamış  17  illik  münaqişə  öz 
neqativ  təsirini  təkcə  Azərbaycana  deyil,  bütün  Cənubi  Qafqaz  regionunun 
təhlükəsizliyinə və stabilliyinə göstərir, demokratik inkişafı ləngidir. 
1993-cü  ildə  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası 
Azərbaycanın  ərazisində  işğalçı  qüvvələrin  qeyd-şərtsiz  çıxarılmasını  tələb  edən 
dörd  qətnamə  qəbul  etmişdir.  1992-ci  ildən  başlayaraq  ATƏT  bilavasitə  bu 
münaqişənin həlli naminə fəaliyyət göstərir. Təəssüf ki, qəbul edilmiş qətnamə və 
qərarlar  hələ  ki  yerinə  yetirilməyib.  Fikrimizcə;    yaranmış    mürəkkəb    vəziyyətə  
baxmayaraq,    Azərbaycan  dövləti  atəşkəs  rejimini  saxlamalı  və  münaqişənin 
nizamlanması prosesini sürətləndirməlidir. 
Söylənilən fikirləri əsaslandırmaq üçün qeyd etməliyik ki,  Dağlıq Qarabağ 
probleminin həlli ilə əlaqədar  Avropa Şurası  təşkilatının 1997-ci ildə qəbul etdiyi 
1119  nömrəli  qətnamədə,  münaqişənin  Lissabon  sammitinin  prinsipləri  əsasında 
Azərbaycanın ərazi bütövlüyünün qorunması şərti ilə beynəlxalq hüquq normaları 
çərçivəsində  həllinin  vacibliyi  öz  əksini  tapmışdır.  Bu  sənədlər  hamı  tərəfindən 
qəbul  edilmiş  beynəlxalq  hüquq  normaları  əsasında  sülhə  nail  olmaq  üçün  yaxşı 
zəmindir. 
Avropa  Şurasına  "xüsusi  dəvət  olunmuş"  statusu  əldə  etdiyi  vaxtdan  bu 
mötəbər təşkilata tamhüquqlu üzv olduğu dövrə qədər olan müddətdə, yəni, 5 ildə 
Azərbaycanın  xarici  siyasət  konsepsiyası  bir  neçə  prinsipial  məqamı  ilə  diqqəti 
cəlb edir. Öncə bu siyasət Azərbaycanın dünyanın nəbzi vurduğu geosiyasi məkana 
doğru  hərəkətini  təmin  edən  siyasət  olmuşdur.  Bunu  təkcə  Qərbə  doğru  siyasət 
adlandırmaq, yəqin ki, düz olmazdı. Bu, Azərbaycanın xarici siyasətinin aparıcı — 
siyasi və iqtisadi cəhətləri özündə birləşdirən istiqamətlərdən biridir. 
Siyasi tərəfi ondan ibarətdir ki, Azərbaycanın elan etdiyi prinsiplər dünyəvi, 
demokratik, açıq və dünyada baş verməkdə olan mütərəqqi inkişaf prosesləri üçün 
qapılarını  açan,  o  proseslərə  cəlb  olunmaq  istəyən  bir  dövlətdir.  Müxtəlif 
mövqelərdən  müstəqilliyimizə  xələl  gətirmək istəyən qüvvələrə  qarşı Azərbaycan 
dünyanın  güc  mərkəzlərinə,  o  cümlədən  Avropaya  açıq  siyasətlə  inteqrasiyaya 
gedir və bu bizim müstəqilliyimizə bir təminatdır. 


 
47 
İqtisadi  tərəfi  —  sirr  deyil  ki,  Azərbaycan  çox  maraqlı  və  əhəmiyyətli 
geosiyasi məkanda yerləşir, ölkənin kifayət qədər mənbələri, neft və qaz ehtiyatları 
var. Hesab edirik ki, xarici iqtisadi əlaqələr Azərbaycanın indiki vəziyyətində onun 
dünya  iqtisadi  inteqrasiyası,  öz  müstəqilliyinə  təminat  almaq  mənasında 
Azərbaycan üçün çox uğurlu bir vasitədir. Burada qeyd etdiyimiz istiqamətin siyasi 
və iqtisadi hissəsi bir-biri ilə tamamilə uyğunlaşır. 
Bütövlükdə  xarici  siyasət  strategiyasının  düzgün  müəyyənləşdirilməsi 
nəticəsində  Azərbaycanın  Avropa  Şurasına  üzv  qəbulu  ümummilli  maraqlarımıza 
cavab verən böyük siyasi hadisə kimi cəmiyyət daxili siyasi çəkişmələrdən, siyasi 
əqidə  mənsubiyyətindən  irəli  gələn  subyektiv  mülahizələrdən  qat-qat  yuxarıda 
durduğundan  layiqincə  qiymətləndirilməlidir.  Əks  halda  biz  beynəlxalq  aləmdə 
ümummilli mənafeyimizin xeyrinə baş vermiş hadisələrə obyektiv qiymət vermək, 
bu hadisələrdən qürurlanmaq və faydalanmaq vərdişindən məhrum olarıq. 
İnsan  hüquqları  sahəsində  Avropa  Şurası  təşkilatı  ilə  əməkdaşlıq  əldə 
olunmuş nəticələr baxımından müsbət qiymətləndirilməlidir. 
İnsan  hüquqlarının  qorunması  sahəsində  Avropa  Şurası  Azərbaycanla 
əlaqələrinin  qruplaşmasına  imkan  verir:  insan  hüquqları  üzrə  beynəlxalq 
müqavilələr  sisteminə  qoşulmaq,  insan  hüquqlarının  pozulması  faktlarının  üzə 
çıxarılması  və  onların  aradan  qaldırılması  sahəsində  əməkdaşlıq  Azərbaycanda 
Avropa  standartlarına  uyğun  qanun  yaradıcılığının  həyata  keçirilməsi,  insan 
hüquqları  üzrə  Avropa  Şurası  konvensiyalarının  hazırlanmasında  bu  sahəyə  dair 
konfrans  və  toplantılarda  iştirak,  Avropa  Şurasının  insan  hüquqları  üzrə  həyata 
keçirdiyi texniki əməkdaşlıq proqramlarında fəal iştirak. 
Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası  arasında  əlaqələrin  politoloji 
təhlili nəticəsində aşkarlanır ki, müasir dövrdə beynəlxalq aləmdə, xüsusən Avropa 
məkanında baş verən proseslərə qoşulmaq, digər Avropa ölkələri ilə münasibətlər 
yaratmaq  və  bu  münasibətləri  müsbət  istiqamətdə  inkişaf  etdirmək,  beynəlxalq 
əməkdaşlıqdan və qlobal problemlərdən kənarda qalmamaq üçün Avropa Şurasının 
üzvü olmaq əsas amillərdən biridir. 
Avropa  Şurasının  tamhüquqlu  üzvü  kimi  insan  hüquqlarının  qorunmasına 
aid konvensiya və paktlara qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl etmək 
dünya  birliyi  tərəfindən  Azərbaycanın  demokratik  dövlət  kimi  tanınmasında 
əhəmiyyətli  rol  oynamaqla  yanaşı,  Azərbaycanda  insan  hüquq  və  azadlıqlarının 
müdafiəsinin  təmin  olunması  üçün  hüquqi  baza  yaradılmasına,  əhalinin  sosial 
təminatının  Avropa  standartlarına  uyğunlaşmasına,  Avropa  ölkələri  ilə  siyasi, 
iqtisadi,  elmi-texniki,  mədəni  və  humanitar  sahələrdə  əməkdaşlığın  yeni,  daha 
yüksək mərhələyə keçməsinə təminat verir. 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  formalaşdırdığı  balanslaşdırılmış 
çoxşaxəli xarici siyasət konsepsiyası əsasında beynəlxalq təşkilatlarla əməkdaşlığa 
xüsusi  diqqət  yetirilməlidir.  Onlardan  ən  önəmlisi  Avropa  Şurası  ilə  əlaqələrdir. 
Avropa  Şurası  Azərbaycan  torpaqlarının  Ermənistan  silahlı  qüvvələri  tərəfindən 
işğal edilməsi faktını tanıyan hələlik yeganə təşkilatdır. Bu məsələnin əhəmiyyəti 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə