Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə20/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   16   17   18   19   20   21   22   23   ...   57

 
42 
olmaq  inamını  təsdiq  edirdi:  "Son  illər  Azərbaycanda  həyata  keçirilən  siyasi  və 
iqtisadi  dəyişikliklər,  islahatlar  artıq  Azərbaycanın  Avropa  Şurasına  üzv  olması 
üçün  əsaslar  yaradır.  Bu  islahatlar    davam      etdirilir    və    bunlar    tam    həyata  
keçirildikdən  sonra  Azərbaycanın  bütün  hüquqi  əsasları  olacaqdır  ki,  Avropa 
Şurasının tamhüquqlu üzvü olsun".  
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin  1998-ci  il  aprel 
ayının  1-də  AŞ  PA-nın  Hüquq  məsələləri  və  insan  hüquqları  komitəsinin  İnsan 
hüquqları  üzrə  yardımçı  komitəsinin  ölkəmizdə  olan  nümayəndə  heyətini  qəbul 
etmiş  və  Azərbaycanın  Avropa  Şurasına  tamhüquqlu  üzv  kimi  qəbulolunma 
arzusunu  bildirərək  demişdi:  "Biz  Azərbaycanda  Avropa  Şurası  ilə  əməkdaşlığa 
xüsusi  əhəmiyyət  veririk.  Avropa  ölkəsi  olaraq  və  Avropa  standartlarına  uyğun 
surətdə  öz  ölkəmizdə  dövlət  quruculuğu  apararaq  Avropa  Şurasına  tam  hüquqlu 
üzv  olmaq  arzusundayıq".  Corc  Kleyfart  və  Hanniker  Gelderblum  Azərbaycanın 
Avropa  Şurasına  qəbulu ilə əlaqədar  bir çox məsələlər barəsində  fikir  mübadiləsi 
aparmışlar. 
1998-ci il mayın 22-də Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament 
Assambleyasının  vitse-prezidenti  Ernest  Muleman  respublika  Prezidenti  Heydər 
Əliyev  tərəfindən  qəbul  edilmişdi.  Görüş  zamanı  Azərbaycanla  Avropa  Şurası 
arasındakı  əlaqələrdən  danışılmış,  Azərbaycanın  təşkilata  tamhüquqlu  üzv  kimi 
real  əsasları  olduğu  qeyd  edilmişdi.  E.Muleman  demişdi:  "Azərbaycan  üçüncü 
ölkədir ki, burada ölüm cəzası ləğv olunmuşdur. Sizin qanunvericiliyinizdə həddən 
artıq  irəliləyişlər  var.  Sizin  standartlarınız  hətta  Avropa  Şurası  üzvlərinin 
çoxlarının standartlarından yüksəkdir". Qonaq həmçinin qeyd etmişdir ki, bəziləri 
tərəfindən  Azərbaycanın  Avropa  Şurasına  qəbul  edilməsində  Dağlıq  Qarabağ 
münaqişəsi maneə kimi qiymətləndirilir. Lakin şəxsən onun fikrincə, bu münaqişə 
Azərbaycanın Avropa Şurasına qəbul edilməsinə əngəl olmamalıdır. 
Ermənistanın  təcavüzünün  dəf  edilməsi,  respublikamızın  pozulmuş  ərazi 
bütövlüyünün bərpası və işğalçıların ölkə ərazisindən çıxarılması, Dağlıq Qarabağ 
probleminin  həlli  ilə  beynəlxalq  aləmin  dəstəyinin  qazanılması,  müstəqil  dövlət 
quruculuğunun  bütün  dövrlərində  Azərbaycan  diplomatiyasının  qarşısında  duran 
ən mühüm vəzifələrdən biri olmuşdur. 
1998-ci il iyunun 15-də AŞ PA-nın nümayəndə heyəti — Azərbaycanın və 
Ermənistanın  Avropa  Şurasına  daxil  olmaq  üzrə  məruzəçiləri  Jak  Bomel,  Corc 
Kleyfart və Eyso Volter Prezident sarayında Azərbaycan Prezidenti Heydər Əliyev 
tərəfindən  qəbul  edilmişlər.  Görüş  zamanı  Jak  Bomel  Ermənistan-Azərbaycan 
münaqişəsi barədə fikrini açıqlayaraq demişdi: "İstəyirik ki, münaqişə ədalətlə həll 
edilsin, Dağlıq Qarabağın statusu isə Helsinki aktına, Paris Xartiyasına və ümumən 
beynəlxalq  hüquq  normalarına  əsasən  müəyyən  olunsun.  Biz  münaqişələrin  sülh 
yolu ilə həlli, Azərbaycanın Avropaya qovuşması üçün əlimizdən gələni edəcəyik. 
Çünki bilirik ki,  Azərbaycan əsl Avropa ölkəsidir  və  Avropa ölkələri arasında öz 
yerini  tutmalıdır".  Jak  Bomel  Ermənistanın  münaqişə  ilə  əlaqədar  qərəzli  niyyəti 
barədə  fikrini  açıqlayaraq  demişdi  ki,  rəsmi  yox,  adi  dildə  danışsaq,  Ermənistan 


 
43 
Dağlıq  Qarabağın  müstəqilliyini  tələb  edir,  sonrakı  fikri  isə  onu  bir  vaxt 
Ermənistana birləşdirməkdir. Siz, əlbəttə,  buna heç vaxt razı olmazsınız. 
Dağlıq  Qarabağa  Azərbaycan  Respublikası  çərçivəsində  muxtariyyət 
verilməsi barədə məruzəçilərin sualına cavab olaraq Azərbaycan Prezidenti Heydər 
Əliyev  bildirmişdi  ki,  Dağlıq  Qarabağa  dünya  ölkələrinin  təcrübəsində  mövcud 
olan hər hansı özünüidarə, muxtariyyət statusu verməyə hazırıq. Seçmə hüququnu 
isə  Ermənistan  tərəfinə  veririk.  Görüş  zamanı  Azərbaycanla  Avropa  Şurası 
arasında əlaqələrin müxtəlif cəhətləri barədə fikir mübadiləsi aparılmışdı. 
Avropa   Şurası   nümayəndələrinin   Azərbaycana   növbəti səfəri 1998-ci 
ilin    avqust ayında olmuşdu. Avropa Şurasının Baş katibi  Daniel Tarşisin başçılıq  
etdiyi  nümayəndə heyəti onları maraqlandıran məsələlər üzrə məlumatlar toplamış 
rəsmi  görüşlər  keçirmişdi.    Səfərlə  əlaqədar  Yunanıstanın  xarici  işlər  üzrə  dövlət 
katibi  İoanis  Kranidiotis  demişdi  ki,  vəzifəmiz  səfərdən  sonra  Azərbaycanın 
bugünkü  vəziyyəti  haqqında  AŞ  PA-ya  məruzə  etməkdir.  Azərbaycan 
Respublikasının Prezidenti Heydər Əliyevlə görüşü zamanı  Azərbaycanla  Avropa 
Şurası arasında yaranmış əlaqələrdən bəhs edən D.Tarşis  demişdi:  "Son  zamanlar 
Azərbaycan  nümayəndələri  Avropa    Şurasının  işində  fəal    iştirak  edirlər.  Avropa 
Şurasının  tərkibindəki  təşkilatlardan  yalnız  birində Azərbaycanın nümayəndəsi 
yoxdur.    O,  Yerli  Seçki  Dairələri  Şurasıdır  və  burada  ayrı-ayrı  regionların 
nümayəndələri  təmsil  olunur.  Mən  istərdim  ki,  orada  Azərbaycanın  da 
nümayəndəsi olsun". 
Bu da onu təsdiq edir ki, Avropa Şurası nümayəndələrinin Azərbaycana hər 
bir  səfəri  Azərbaycanın  Avropa  Şurası  təşkilatına  inteqrasiya  prosesini 
sürətləndirir.    Ölkəmizin  bu  təşkilatda  daha  geniş  təmsil  olunması  üçün  yeni 
imkanlar açır.  1998-ci ilin sentyabr ayının birinci ongünlüyündə Avropa Şurasının 
texniki  və  məsləhətçi  orqanı  olan  Venesiya  Komissiyasının  nümayəndə  heyəti 
Azərbaycanda  səfərdə  olmuşdu.  11  sentyabr  1998-ci  il  tarixdə  Azərbaycan 
Respublikasının  Prezidenti  Heydər  Əliyev  Belçikanın  Konstitusiya  və  Arbitraj 
Məhkəməsinin  sədri  Mişel  Melşorun  rəhbərlik  etdiyi  Venesiya    Komissiyasının  
nümayəndə heyətini qəbul etmişdi. Görüşdə Venesiya Komissiyası ilə Azərbaycan 
arasında  əlaqələrə  rəhbərlik  edən  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin sədri X.Hacıyev də iştirak etmişdi. Mişel Melşor qeyd etmişdir ki, 
səfər  zamanı  Venesiya  Komissiyası  Bakıda  üçüncü  seminarını  keçirmişdir. 
Azərbaycanda  ölüm  hökmünün  ləğv  edilməsi,  bütün  kütləvi  informasiya 
vasitələrinə  sərbəstlik  verilməsi,  ölkədə  Konstitusiya  Məhkəməsinin  yaradılması 
demokratik islahatların içərisində ən vacibləridir. 
Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyev  Misel  Melşorun 
Konstitusiya  Məhkəməsini  hakimiyyətin  dördüncü  qanadı  hesab  etməsi  fikrinin 
əhəmiyyətli  olduğunu  qeyd  etmiş  və  bildirmişdi  ki,  Konstitusiya  Məhkəməsi 
Azərbaycanda  demokratiyanın  inkişafı,  dövlətçiliyin  möhkəmləndirilməsi  və 
dövlət  quruculuğu  prosesinin  uğurla  həyata  keçirilməsi  üçün  öz  xidmətlərini 
göstərəcəkdir. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə