Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə17/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   13   14   15   16   17   18   19   20   ...   57

 
36 
Şurası ilə dövlətimizin 1996-1997-ci illərdə fəaliyyət planı kimi mühüm əhəmiyyət 
kəsb etmişdir. 
Fərdi tərəfdaşlıq proqramı çərçivəsində Hüquq işləri üzrə Baş Direktorluğun 
köməyi  ilə  həyata  keçirilən  hüquqi  islahatlar  əsasən,  məhkəmə  sisteminin 
fəaliyyəti,  qanunun  aliliyinin  inkişafı  ilə  bağlıdır.  Məhkəmə  hüquq  islahatlarının 
həyata  keçirilməsi  istiqamətində  ilk  addımlardan  biri  məhkəmə  sistemi 
islahatlarının  əsas  məqsəd  və  vəzifələrini,  hüquqi  dövlət  çərçivəsində  məhkəmə 
hakimiyyətinin  müstəqil  fəaliyyətinin,  vətəndaşların  ədalətli  məhkəmə  baxışına, 
hüquqi yardım əldə etməsinə, məhkəmə qərarlarından şikayətvermə hüququnun və 
sair  məsələlərin  təmin  edilməsini  nəzərdə  tutan  konsepsiyanın  hazırlanması 
olmuşdur.  Onlarla  yeni  qanun  məhkəmə,  vəkillik,  ədliyyə  orqanları  və  hüquq-
mühafizə orqanlarının statut müddəalarını müəyyən etdi. 
Bu məqsədlə ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il yanvarın 
20-də  "Avropa  Şurası  ilə  Azərbaycan  Respublikası  arasında  əməkdaşlığın 
dərinləşdirilməsi  sahəsində  tədbirlər  haqqında",  1999-cu  il  may  ayının  14-də  isə 
"Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası  arasında  əməkdaşlığın 
dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə 
edilməsi  sahəsində  tədbirlər  haqqında"  sərəncamlar  imzalanmışdır.  Bu 
sərəncamlarda  Avropa  ölkələrində  hamılıqla  qəbul  edilmiş  standartlara  və 
normalara  uyğunluq  baxımından  Azərbaycan  Respublikasının  Cinayət,  Cinayət-
Prosessual, 
Mülki  və  Mülki-Prosessual  məcəllələrinin  hazırlanmasının 
sürətləndirilməsi,  Azərbaycan  Respublikasının  Avropa  Şurasının  bir  sıra 
konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə edilmişdir. 
Qanun  layihələrinin    Avropa  standartlarına  uyğun    olması  məqsədilə 
Avropa    Şurasının Katibliyi və ekspertləri Azərbaycanın hakimiyyət orqanları ilə 
birgə onları   müvafiq şərhlərlə və tövsiyələrlə təmin etmək üçün işlər görmüşdür. 
Bir  çox  qanunvericilik  aktları  Avropa  Şurasına  qəbul  olunmazdan  əvvəl  və  sonra 
bu təşkilatda ekspertizadan keçmişdir. 
Beləliklə,   qısa   müddətdə   Azərbaycan   Respublikasının qanunvericilik 
sistemi  tam  yeniləşmiş,  ölkədə  məhkəmə-hüquq  islahatları  həyata  keçirilmiş,  bu 
məqsədlə müvafiq qanunvericilik aktları qəbul edilmiş, təşkilati və digər tədbirlər 
görülmüşdür.  Yeni  Cinayət,  Cinayət-Prosessual,  Mülki,  Mülki-Prosessual, 
Cəzaların İcrası məcəllələri,  "Konstitusiya  Məhkəməsi haqqında",  "Məhkəmələr 
və  hakimlər  haqqında",  "Prokurorluq  haqqında",    "Vəkillər  və  vəkillik  fəaliyyəti 
haqqında", "Polis haqqında" və digər qanunlar qəbul edilmişdir. Mövcud məhkəmə 
təsisatı tamamilə yenidən qurularaq üçpilləli məhkəmə sistemi yaradılmışdır. Test 
imtahanları və müsabiqə yolu ilə yeni hakimlər seçilmiş, Azərbaycanın penitensiar 
sistemi beynəlxalq standartlara uyğunlaşdırılmışdır. 
Dövlətimizin insan  hüquqları  sahəsində  atdığı ən  mühüm  addımlardan biri 
1993-cü  ildən  etibarən  ölüm  cəzasının  tətbiqi  üzərinə  moratorium  qoyulması, 
1998-ci  ildən  isə  Şərqdə  ilk  dəfə  olaraq  bu  cəzanın  tamamilə  ləğv  edilməsi 
olmuşdur.  Müqayisə  üçün  təkcə  onu  qeyd  etmək  kifayətdir  ki,  Azərbaycan 


 
37 
Respublikasının Prezidenti Heydər Əliyevdən əvvəlki iqtidarın 1992-1993-cü illəri 
əhatə  edən  13  aylıq  hakimiyyəti  dövründə  9  nəfər  barəsində  ölüm  cəzası  icra 
edilmişdir. 
Beləliklə, ölkəmizin  həyatında  demokratik ictimai və siyasi  dəyişikliklərin 
baş  verməsi,  yeni  qəbul  olunmuş  Konstitusiyada  və  qanunlarda  insan  hüquq  və 
əsas  azadlıqlarının  təsbit  olunması  Azərbaycanın  İnsan  hüquqları  və  əsas 
azadlıqlarının  müdafiəsi  haqqında  Avropa  Konvensiyasına  qoşulmağa  hazır 
olmasını  bəyan  etməyə  imkan  verdi.  Vahid  Avropa  hüquq  məkanına  tamamilə 
daxil  olmağa  cəhd  etməklə  yanaşı,  Azərbaycan  sosial,  texniki,  elmi  və  mədəni 
sahələrə aid Avropa normativ sənədlərinə qoşulmaq arzusunu da bildirmişdir. 
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının 
Baş  katibinə  ünvanladığı  13  iyul  1996-cı  il  tarixli  məktubunda  Azərbaycanın 
Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul olunmaq və başqa üzv dövlətlər kimi 
İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 
qoşulmaq  arzusunda  olduğu  bildirilirdi.  Avropa  Şurası  Nazirlər  Komitəsi 
Azərbaycanın bu arzusunu alqışlayaraq onun  üzvlük məsələsini Avropa Şurasının 
gündəliyinə daxil etmişdi. 
Beləliklə, xarici siyasət sahəsində ümummilli lider Heydər Əliyevin titanik 
səyləri öz bəhrəsini verdi və Azərbaycanın artıq Avropa Şurasına üzvlük məsələsi 
gündəmə gəldi. 
 
§ 2. II mərhələ: 
Azərbaycanın  müasir  xarici  siyasətinin  bir  sıra  həlledici  uğurlarını  özündə 
əks  etdirən  II  mərhələdə  Avropa  Şurasına  "xüsusi  dəvət  olunmuş"  statusu  əldə 
etmiş  Azərbaycan  Avropa  ölkələri  ilə  siyasi,  iqtisadi,  elmi-texniki,  mədəni  və 
humanitar sahələrdə əməkdaşlığı yeni çoxtərəfli əsaslarda qurmağa  başlayır. 
Bu  dövrdə  insan  hüquqları  sahəsində  "İnsan  və  vətəndaş  hüquqlarının  və 
azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası Prezidentinin 22 
fevral  1998-ci  il  tarixli  fərmanı  və  İnsan  hüquqlarının  müdafiəsinə  dair  Dövlət 
Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 
iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd edilməlidir. 
1996-cı  ildə  "xüsusi  dəvət  olunmuş"  statusu  almaqla  Azərbaycan 
Respublikasının  Avropa  Şurası  Parlament  Assambleyasında  təmsil  olunmasına  və 
Şura  tərəfindən  qəbul  olunmuş  bəzi  konvensiyalara  qoşulmasına  imkan 
yaranmışdır. 
Bununla  Azərbaycan  Avropa  Şurası  Parlament  Assambleyasında 
Ümumavropa problemlərinin müzakirəsində birbaşa iştirak etmək imkanı qazanır. 
Parlament  Assambleyasının  işində  iştirak  bir  tərəfdən  Azərbaycan  üçün  yaxşı 
parlament 
demokratiyası  məktəbinə  çevrilir,  digər  tərəfdən,  Avropada 
Azərbaycanın mövqeyinin möhkəmlənməsinə xidmət edir. 
Avropa  Şurasında,  mövcud  qaydalara  görə,  "xüsusi  qonaq  statusu  almış 
ölkədə vəziyyət, demokratik dəyişikliklərin gedişi, əməkdaşlıq yollarına dair fikir 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə