Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə15/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   11   12   13   14   15   16   17   18   ...   57

 
32 
Münaqişə  ilə  bağlı  BMT  Təhlükəsizlik  Şurası  4  qətnamə  (822,  853,  874  və  884 
saylı), Təhlükəsizlik Şurasının sədri isə 6 bəyanat qəbul etmişdi. 
Avropa  Şurası ilə  Azərbaycan arasında  işgüzar əlaqələrin qurulması 1993-
cü  ilin  ortalarına  aiddir.  Hələ  1992-ci  ilin  oktyabr  səfəri  zamanı  Azərbaycan 
nümayəndə heyəti Avropa Şurası ekspertlərini Azərbaycana dəvət etmişdi. 1993-cü 
il  aprelin  28-30-da  Avropa  Şurasının  ekspertləri,  başda  Baş  Katibliyin  Hüquqi 
Məsələlər  üzrə  Departamentinin  direktoru  E.Xerremus  olmaqla  Azərbaycanda 
oldular,  hüquqi  şəraiti  öyrəndilər.  Danışıqların  gedişində  milli  qanunvericiliyin 
təkmilləşdirilməsi  yolları,  Azərbaycanın  bir  sıra  konvensiyalara  qoşulması 
məsələləri,  Avropa  Şurasının  Azərbaycan  qaçqınlarına  ayıra  biləcəyi  humanitar 
yardım barədə ekspertlərin təklifləri geniş müzakirə edildi, maddi-texniki təminat 
məsələlərinə dair ilkin razılaşmalar əldə olundu. 
1993-cü ilin sonundan ikinci mərhələyə qədər olan müddət tamamilə fərqli 
cəhətlərə malik olan dövrdür: 
1993-cü  ildən  başlayaraq  Azərbaycan  xalqı  müstəqil  dövlətçiliyini  inkişaf 
etdirərək  öz  tarixi  seçimini  etmiş,  Avropa  dəyərləri,  normaları  və  standartları 
əsasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin 
formalaşdırılması yolunu tutmuşdur. 
Avropa  Şurasının  üzvü  olan  dövlətlərin  yüksək  səviyyədə  ilk  konfransı 
1993-cü  ildə  Vyanada  kcçirilmişdi.  Vyana  Konfransı  Avropanın  gələcək  inkişaf 
perspektivlərinə  dair  tarixi  bəyannamənin  qəbulu  ilə  başa  çatmışdı.  Burada  yeni 
tarixi  şəraitlə  bağlı  Avropa  Şurasının  qarşısında  duran  məqsəd  və  vəzifələr  də 
açıqlanmışdı. 
Məhz  bu  ildən  etibarən  Azərbaycanın  xarici  siyasətində  Avropa  Şurasına 
daxil  olmaq  istiqamətində  həyata  keçirilən  kompleks  tədbirlər,  müstəqil 
Azərbaycanın  dünyəvi  dövlət  quruculuğu  sahəsində  bu  qurumdan  öyrənmək 
meyillərini daha bariz şəkildə büruzə verirdi. 
Bu  dövrdə  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər  Əliyevin 
beynəlxalq  aləmdə  cərəyan  edən  proseslərə  incə  və  praqmatik  yanaşma  tərzi  və 
Azərbaycanın  vahid  Avropa  ailəsinə  daxil  olması  istiqamətində  apardığı 
məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv 
olması üçün zəmin yaradıldı. 
1993-cü  ilin  ikinci  yarısından  sonra  ölkəmizin  beynəlxalq  fəallığının 
güclənməsi,  ictimai  həyatın  hərtərəfli  demokratikləşdirilməsi  sahəsində  inamlı 
addımların atılması, Ermənistanla münaqişədə respublikamızın hərbi əməliyyatları 
dayandırılması  və  atəşkəsin  əldə  edilməsinə  yönəlmiş  fəaliyyəti  Azərbaycanla 
Avropa Şurasının yaxınlaşması prosesinə zəruri impulslar verdi. 1994-cü ilin may 
ayında  Ermənistan—Azərbaycan  münaqişəsində  atəşkəs  əldə  edilməsi  Avropa 
Şurası ilə əməkdaşlıq üçün yeni üfüqlər açdı. 
Ötən illər ərzində  Azərbaycanda demokratik dəyərlərin bərqərar və inkişaf 
etdirilməsi,  insan  hüquqlarının  və  əsas  azadlıqlarının  təmin  olunması  sahəsində 
nəzərəçarpan  nailiyyətlər  qazanılmışdır.  Azərbaycan  cəmiyyətinin  irəliyə  doğru 


 
33 
inkişafının bünövrəsini 1995-ci ildə referendum yolu ilə qəbul edilən, insan hüquq 
və azadlıqlarını özündə əks etdirmək baxımından ən yüksək norma və standartlara 
cavab  verən  Azərbaycanın  ilk  Konstitusiyası  qoymuşdur.  Belə  ki,  Azərbaycan 
Respublikası  Konstitusiyasının  12-ci  maddəsinə  əsasən,  insan  və  vətəndaş 
hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi göstərilir. 
Konstitusiyada  təsbit  edilmiş  prinsipləri  və  dəyərləri  həyata  keçirmək 
məqsədilə  ölkədə  genişmiqyaslı  islahatlara  başlanılır.  Bu  mərhələnin  tarixi 
hadisələrinin  xronoloji  ardıcıllığına  diqqət  yetirdikdə  Avropa  Şurası  ilə 
Azərbaycan arasında daha  sıx və intensiv əməkdaşlığın qurulması açıq-aşkar hiss 
olunur.  1993-cü  ilin  oktyabr  ayında  ermənilər  tərəfindən  əldə  edilmiş  atəşkəsin    
pozulması ilə əlaqədar Avropa  Şurası 9 noyabr 1993-cü ildə Dağlıq Qarabağa dair 
verdiyi bəyanatda deyilirdi: 
"Avropa  Şurası  1993-cü  il  oktyabrın  24-də  Dağlıq  Qarabağ  bölgəsində 
atəşkəs  haqqında  sazişin  pozulmasını  pisləyir  və  bu  yaxınlarda  işğal  olunmuş 
ərazilərdən  bütün  qüvvələri  çıxarmağa  çağırır.  Avropa  Şurası,  ATƏM-in 
prinsiplərinə  uyğun  olaraq,  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünə  və 
suverenliyinə əhəmiyyət verdiyini təsdiqləyir. 
Avropa Şurası silahlı toqquşmalardan qaçmaqla canını qurtaran on minlərlə 
mülki şəxsin taleyindən xüsusilə narahatdır. Həmin qaçqınların qəbulu və müdafiə 
edilməsi  beynəlxalq  birliyin  üstün  vəzifələrindən  olmalıdır.  Bundan  əlavə,  bu 
qaçqınların  olması  münaqişənin  beynəlxalq  miqyas  alması  təhlükəsini  artırır  və 
bütün regionun sabitliyi üçün qorxu törədir. 
Avropa  Şurası  zərər  çəkmiş  əhaliyə  bundan  sonra  da  humanitar  yardım 
göstərəcəkdir.  Bununla  əlaqədar  o,  regionun  bütün  dövlətlərini  yardımın 
çatdırılmasına  kömək  etməyə  çağırır.  Avropa  Şurası  Ermənistan—Azərbaycan, 
Dağlıq Qarabağ  münaqişəsini  möhkəm siyasi vasitələrlə  aradan  qaldırmaq  yolları 
axtarmaq  məqsədilə  ATƏM-in  Minsk  qrupunun  göstərdiyi  səyləri  bütünlüklə 
dəstəklədiyini bir daha təsdiq edir. Omünaqişədə iştirak edən tərəfləri 1993-cü il 
oktyabrın 24-də pozulmuş atəşkəs vəziyyətini bərpa etməyə çağırır". 
Ekspertlərin 
aprel  səfərindən  sonra  Avropa  Şurası  Parlament 
Assambleyasının  Komissiyası  Qarabağ  münaqişəsinə dair müzakirələr və birbaşa 
görüşlər  keçirilməsinə  dair təşəbbüslə  çıxış etdi,  lakin görüşün keçirilməsinə  dair 
ilk  təşəbbüs  baş  tutmadı.    Belə    ki,    1994-cü    il  yanvarın    24-28-də  Strasburqda   
D.Atkinsonun    sədrliyi    ilə    komissiyanın  görüşündə  Azərbaycan  nümayəndə 
heyəti  iştirakdan  imtina  etdi,  çünki  görüşə  —  Strasburq  şəhərinə  Ermənistan 
nümayəndələri  ilə  yanaşı,  tərəf  müqabili  kimi  Dağlıq  Qarabağ  ermənilərinin  də 
nümayəndələri  dəvət  olunmuşdular.  Azərbaycan  tərəfinin  görüşdən  imtina 
etməsinə baxmayaraq, Avropa Şurası Komissiyası görüş keçirilməsinə nail oldu. 
1994-cü  il  iyul  ayının  4-dən  11-dək  Strasburqda,  Avropa  Şurasının 
qərargah-mənzilində  Avropa  Şurası Parlament  Assambleyasının qeyri-üzv ölkələr 
üzrə  komissiyasının  iclası  keçirildi.  İclasda  Ermənistan  və  Azərbaycan  parlament 
nümayəndələri,  həmçinin  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin  erməni  və 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə