Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə12/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   8   9   10   11   12   13   14   15   ...   57

 
26 
3.10. 
Məlumatların müdafiəsi 
Bir  sıra  ölkələrdə  kompüter  texnologiyaları  sahəsində  qanunların  qəbul 
olunmasında  mühüm  rol  oynamış  bu  konvensiyanın  məqsədi  kompüter 
məlumatlarından  qeyri-düzgün  istifadə  olunmasının  qarşısının  alınmasına  xidmət 
edir. 
Avropa  Şurasının  fəaliyyət  dairəsinə  konvensiyaların  qəbul  edilməsi  ilə 
yanaşı,  müxtəlif  sferalar  üzrə  qruplar  və  orqanlar  təşkil  etmək,  həmçinin 
konfranslar və digər tədbirlər keçirmək də aiddir. 
3.11. Pompidu qrupu 
Üzv dövlətlərin narkomaniya və  narkotik vasitələrlə  qanunsuz  alverə  qarşı 
mübarizə  fəaliyyətini  əlaqələndirən  bu  qrup  ildə  iki  dəfə  nazirlər  səviyyəsində 
keçirdiyi  konfranslarında  öz  fəaliyyətinə  yekun  vuraraq  yeni  vəzifələr  və 
əməkdaşlıq  sahələri  müəyyənləşdirir.  Narkotikdən  sui-istifadənin  profilaktikası, 
narkomanlar arasında QİÇƏ-ə qarşı mübarizə, narkomanların müalicəsi məqsədilə 
strategiyanın hazırlanması Pompidu qrupunun daim diqqət mərkəzindədir. 
3.12. Gənclərin fəaliyyəti 
Müasir dövrdə şəxsi azadlıq, demokratiya, insan hüquqlarına hörmət və bir 
sıra digər dəyərli sərvətlərə sadiq qalan avropalı gəncləri Avropada və beynəlxalq 
səviyyədə  fəal  vətəndaşlar  kimi  hazırlamağa,  özlərinin  gələcəyini  qurmaq  üçün 
fəaliyyətə  cəlb  etməyə  çalışan  Avropa  Şurası  bu  sahədəki  fəaliyyətində  məhz 
sadalanan ideyalara istinad edir. 
Minlərlə  avropalı  mehmanxana  tipli  təhsil  müəssisəsi  olan  və  məqsədi 
gəncləri  onlara  aid  problemləri  analiz  etməyə  və  bu  problemlərin  həlli  yolunu 
axtarmağa  sövq  etməkdən  ibarət  olan  Avropa  Gənclər  Mərkəzinin  və  Avropa 
Gənclər Fondunun təşkil etdiyi tədbirlərdə iştirak edir. 
Avropa  Gənclər  Mərkəzinin  əməkdaşlarından  gənclərin  işi  üzrə 
hökumətlərarası əməkdaşlıq məsələlərinin həlli üçün  təyin edilən katiblik 1985-ci 
ildən  keçirilən  gənclərin  işi  üzrə  nazirlərin  konfransını  hazırlayır  və  müşavirələr 
keçirir. 
Avropa  Gənclər  Fondu  isə  gənclər  təşkilatına  beynəlxalq  fəaliyyətlərini 
həyata keçirmək üçün maliyyə vəsaiti ayırır. 
Hər  iki  orqan  öz  fəaliyyətini  birgə  idarəçilik  prinsipləri  əsasında  quraraq 
ümumilikdə gənclərin mühüm maraqlarını ifadə edir. 
3.13. Səhiyyə 
Bu sahədə Avropa siyasətini həyata keçirən Avropa Şurasının məqsədi üzv 
dövlətlərin səhiyyə ilə bağlı siyasətinin vahid şəklə salınması, tibbi məsələlər üzrə 
profilaktiki  və  maarifçilik  tədbirlərinin  həyata  keçirilməsinə  nail  olmaqdır. 
Gənclərin  QİÇS-ə  yoluxmasının  və  narkomaniyaya  cəlb  olunmasının  qarşısının 
alınması  məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı  və  Avropa  İttifaqı ilə  birlikdə 
həyata  keçirilən  gənclərin  eksperimental  proqramı  fəaliyyət  göstərir.  Tibbi 
avadanlığın  və  kompüter  texnikasının  inkişafı  ilə  əlaqədar  olaraq  tibb  işçilərinin 
hazırlanması üçün üzv dövlətlərdə daim fəaliyyət göstərən qruplar təşkil edilir. 


 
27 
3.14. Dərman üzrə Avropa Komissiyası 
Komissiyanın  məqsədi cəmiyyəti düzgün olmayan  və  dələduzluqla istehsal 
edilən  dərman  preparatlarından  müdafiə  etməkdir.  Avropa  farmakopiyası 
Avropada istehsal olunmuş tibbi preparatların keyfiyyətinə təminat verir. 
3.15. Qan 
Hazırda  milli  qanköçürmə  mərkəzləri  Ümumavropa  şəbəkəsində 
birləşmişdir.  Şura  insan  toxumalarının  qruplar  üzrə  növlərə  ayrılması 
metodikasının  təkmilləşdirilməsi  və  vahid  şəklə  salınması  üzrə  iş  aparır.  Şura 
kompüterləşdirilmiş  transplantasiya  mərkəzi  yaratmışdır  ki,  bu  da  köçürülən 
orqanlardan  səmərəli  istifadəyə  və  bir  çox  insanın  həyatının  qorunmasına  kömək 
edəcəkdir. 
3.16. Arxitektura və arxeoloji irsin mənimsənilməsi və mühafizəsi 
Avropada  arxitektura  irsinin  mühafizəsi  üzrə  və  Avropada  arxeoloji  irsin 
mühafizəsi 
üzrə 
konvensiyaların 
məqsədi 
bu 
sahələrdə 
siyasətin 
möhkəmləndirilməsi,  inkişafı,  vahid  şəklə  salınması  və  sözügedən  sahələrdə 
Avropa əməkdaşlığının hüquqi çərçivəsinin hazırlanmasına yönəlmişdir. Tarixi və 
arxitektura  irsi  sahəsində  fəaliyyət  Mədəni  irs  üzrə  komitə  tərəfindən 
əlaqələndirilir.  Bərpa  sahəsində  bütün  mütəxəssisləri  birləşdirərək  Ümumavropa 
şəbəkəsi  yaratmış  Avropa  Mərkəzi  arxitektura  abidələrinin  mühafizəsi  və  bərpası 
ilə məşğul olur. 
3.17.
 
"Avroimic" 
Avropada  kino  və  audivizual  istehsala  kömək  fondu  olaraq  1988-ci  ildə 
yaradılıb və ən azı, üç üzv dövlətin məşğul olduğu filmlər və ya ən azı, üç Avropa 
ölkəsində çəkilən sənədli filmlərə qismən maliyyə yardımı göstərir. 
3.18. Avropa qlobal qarşılıqlı asılılıq və həmrəylik Mərkəzi 
Üzv dövlətlərə Şimal-Cənub dialoqu problemləri və qlobal qarşılıqlı asılılıq 
məsələləri üzrə ictimai rəyin formalaşmasına köməklik göstərir. 
 
 
II fəsil 
Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın 
inkişaf dinamikası 
Müasir  dövrdə  Ümumavropa  məkanında  insan  hüquqlarının  qorunması  və 
yeni  müstəqillik  əldə  etmiş  dövlətlərdə  demokratik  proseslərin  inkişaf  etdirilməsi 
istiqamətində, habelə beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində, qitədə 
sülhün,  təhlükəsizliyin  saxlanmasında,  qlobal  problemlərin  həllində  müstəsna  rol 
oynayan  Avropa  Şurası  öz  strukturuna,  işinin  çoxşaxəliyinə  görə  mürəkkəb  bir 
sistemdir.  Bu  baxımdan  ölkəmizin  Avropa  Şurası  ilə  əməkdaşlığının  inkişaf 
dinamikasını nəzərdən keçirmək maraqlı olardı. 
1991-ci  ildə  dövlət  müstəqilliyini  bərpa  edən  Azərbaycan  dünya  dövlətləri 
ilə, universal və regional beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayır. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə