Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə10/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

 
22 
2003-cü  ildə  üzərində  dəyişiklik  edilən  Gənclərin  Bələdiyyə  və  Regional 
Həyatda  İştirakı  üzrə  Xartiya  (1992),  gənclərə  onlara  aid  olan  qərar  qəbuletmə 
proseslərində  rol  oynaması  və  qonşuluqda,  bələdiyyə  və  regiondakı  sosial 
dəyişiklik  proseslərində  aktiv  şəkildə  cəlb  olunması  üzrə  ali  prinsipləri  müəyyən 
edir. 
 
2.5. Avropa Şurasının Katibliyi 
Avropa  Şurasının  Katibliyi  tədqiqat  aparır,  hesabatlar  hazırlayır,  Avropa 
ictimaiyyətini  Avropa  Şurasının  fəaliyyəti  ilə  tanış  etmək  məqsədi  ilə  təşkilatın 
sənədlərini nəşr edir. 
Katiblik  Nazirlər  Komitəsi  və  Parlament  Assambleyası  qərarlarının 
hazırlanmasında  mühüm  rol  oynayır.  Katibliyə  Baş  katib  rəhbərlik  edir.  Onu 
Nazirlər  Komitəsinin  təqdimatı  ilə  Parlament  Assambleyası  5  il  müddətinə  seçir. 
Baş  katib  katibliyin  işinə  görə  Nazirlər  Komitəsi  qarşısında  cavabdehlik  daşıyır. 
Avropa Şurasının katibliyi böyük aparata malikdir. Hazırda Avropa Şurasının üzvü 
olan  dövlətlərinin  vətəndaşından  təyin  edilən  1200  məmuru  olan  Baş  katiblik 
Avropa Şurasının işini təmin edir. 
Avropa  Şurasının  ali  orqanı  kimi  üzv  ölkələrinin  dövlət  və  hökumət 
başçılarının  Zirvə  toplantısı  fəaliyyət  göstərir.  Bu  toplantı  ilk  dəfə  1993-cü  ildə 
Vyanada,  ikinci  dəfə  1997-ci  ildə  Strasburqda,  üçüncü  dəfə  isə  2005-ci  il 
Varşavada keçirilmişdir. 
 
§ 3. Avropa Şurasının fəaliyyət istiqamətləri  
3.1. İnsan hüquqları 
Avropa İnsan Hüquqları Konvensiyası 
1950-ci  il  tarixli  İnsan  hüquqları  və  əsas  azadlıqları  haqqında  Avropa 
Konvensiyası Avropa Şurasının ən böyük nailiyyətlərindən biridir. İnsan hüquqları 
və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında  Konvensiya  İnsan  hüquqları 
Bəyannaməsində  təsbit  olunan  bəzi  hüquqların  kollektiv  həyata  keçirilməsi 
istiqamətində atılan ilk addım kimi qiymətləndirilir. Əhəmiyyətinə görə presedenti 
olmayan  bu  beynəlxalq  müqavilə  hər  bir  vətəndaşın  ayrılmaz  hüquq  və 
azadlıqlarının  məcmusunu  özündə  ehtiva  edir,  dövlətlər  qarşısında  onun 
yurisdiksiyasına düşən hər bir şəxsə bu hüquqları təmin etmək öhdəliyi qoyur. 
Bundan  əlavə,  konvensiya  insan  hüquqlarının  müdafiəsi  üzrə  yeni 
mürəkkəb  nəzarət  mexanizmini  təsis  edir  və  bunun  vasitəsilə  dövlətlər,  bəzi 
hallarda  isə  vətəndaşlığından  asılı  olmayaraq  ayrı-ayrı  şəxslər  konvensiyanı 
imzalayan  dövlət  tərəfindən  konvensiyanın  müddəalarının  pozulması  iddia 
olunanda bu məhkəmə institutuna müraciət etmək imkanı qazanırlar. 
Aparılan  islahatlardan  sonra  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  fiziki 
şəxslərin  birbaşa  müraciəti  üçün  açılmış  və  onun  yurisdiksiyası  konvensiyanın 
bütün  iştirakçı  dövlətləri  üçün  məcburi  xarakter  almışdır.  İnsan  hüquqlarının 


 
23 
pozulması  müəyyən  edilən  məhkəmə  qərarlarının  monitorinqini  aparmaq  isə 
Nazirlər Komitəsinə həvalə edilmişdir. 
Azərbaycan  Avropa  İnsan  Hüquqları  Konvensiyasını  2001-ci  il  yanvarın 
25-də  imzalamış  və  dekabrın  25-də  ratifikasiya  etmişdir.  Avropa  Məhkəməsinin 
yurisdiksiyası ölkəmizə münasibətdə 2002-ci il aprelin 15-də qüvvəyə minmişdir. 
Bu  baxımdan  Avropa  Məhkəməsi  və  onun  fəaliyyəti  ölkəmiz  üçün  böyük 
əhəmiyyət  kəsb  edir.  Belə  ki,  məhkəmənin  praktikası  daxili  qanunvericiliyin  və 
hüquq  tətbiqi  təcrübəsinin    təkmilləşməsinə  müsbət    təsir  göstərir.      Bu  qarşılıqlı 
əlaqə   Avropa   hüquq   standartlarının   milli   qanunvericiliyə implementasiyasını 
təmin  edir  və  respublikamızın  vahid  Avropa  hüquq  məkanına  inteqrasiyasını 
stimullaşdırır.  
Sosial iqtisadi hüquqlar 
1961-ci  ildə  qəbul  edilmiş  və  1965-ci  ildə  qüvvəyə  minmiş  Avropa  Sosial 
Xartiyası əsas hüquqların geniş dairəsindən istifadə  etməyə  təminat verir.   Əmək 
hüququ,    ədalətli  əmək  haqqı,  bərabər  əməyə  görə  bərabər  haqq,  sosial  sığorta, 
tibbi  yardım,  peşə  hazırlığı,  həmçinin  əmək  müqavilələrinin  bağlanması,  tətil 
hüququ bu sahəyə aid edilir. 
İşgəncələrin qadağan olunması 
İşgəncə və qeyri-insani və ya insan ləyaqətini alçaldan davranış və cəzaların 
qarşısının  alınması  üzrə  Avropa  Konvensiyası      1987-ci      ilin      noyabr      ayında   
qəbul      edilmiş  və  1989-cu  ilin  fevralında  qüvvəyə  minmişdir.  Konvensiya 
çərçivəsində  yaradılmış  İşgəncələrin  qadağan  olunması  üzrə  Komitədə    fəaliyyət  
göstərən    ekspertlər  dövlət    orqanlarının  qərarı  ilə  azadlıqdan  məhrum  edilmiş 
məhbusların  saxlanıldığı  cəzaçəkmə  müəssisələrinə  baş  çəkmək  və  səfərlərin 
nəticəsi  ilə  əlaqədar  əldə  olunan  nəticələri  və  tövsiyələri  özündə  ehtiva  edən 
konfidensial  hesabatlar  hazırlamaq  və  maraqlı  dövlətlərə  təqdim  etmək 
səlahiyyətlərinə  malikdir.  Konvensiyanın  iştirakçısı  olan  dövlətlər  belə  şəxslərin 
vəziyyətini  yüngülləşdirməkdən  imtina  edərsə,  komitə  bu  məsələ  ilə  əlaqədar 
hazırladığı  hesabatı  çap  edə  və  ya  açıq  bəyanatla  çıxış  edə  bilər.  Bundan  əlavə, 
hesabat  maraqlı  dövlətin  tələbi  ilə  də  onun  şərtləri  ilə  birlikdə  nəşr  oluna  bilər. 
Təcrübədə dövlətlərin əksəriyyəti bu hesabatların nəşrinə razılığını verir. 
İnsan hüquqları üzrə komissar — Avropa Şurasının Nazirlər Komitəsinin 7 
may  1999-cu  il  tarixli  Qətnaməsi  ilə  təsis  edilmişdir.  Məqsədi  üzv-dövlətlərdə 
insan  hüquqlarının  effektiv  təmin  olunmasını  təşviq  etmək,  üzv-dövlətlər 
tərəfindən 
Avropa 
Şurasının 
insan 
hüquqları 
üzrə 
standartlarının 
implementasiyasına  dəstək  göstərməkdir.  O,  Avropa  Şurasının  üzvü  olan 
dövlətlərdə insan hüquqları ilə bağlı təhsilin və məlumatlılığın artırılmasına yardım 
edir,  səfərlər  edir,  qanunvericilikdə  və  təcrübədə  insan  hüquqları  ilə  bağlı 
çatışmazlıqların  müəyyən  edilməsi,  milli  ombudsman  təsisatlarının  fəaliyyətinin 
təkmilləşdirilməsi məqsədilə tövsiyələrini verir. 
3.2. Kütləvi informasiya və kommunikasiya vasitələri 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə