Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə11/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

 
24 
Avropa  Surası  Nazirlər  Komitəsi  kütləvi  informasiya  vasitələri  sahəsində 
siyasətin  həyata  keçirilməsində  riayət  edilməli  olan  prinsipləri  dəqiq 
müəyyənləşdirmək  məqsədilə  1982-ci  ildə  Söz  və  informasiya  azadlığı  haqqında 
Avropa Bəyannaməsini qəbul etmişdir. 
3.3. Qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq 
Avropa  Şurası  QHT  qismində  cəmiyyətin  dinamik  elementləri  ilə 
əlaqələrdən  geniş  şəkildə  faydalanır.  Təşkilatın  üzləşdiyi  əsas  çağırışlardan  biri 
yeni  üzv  dövlətlərdə  QHT-nin  və  vətəndaş  cəmiyyətinin  rolunu  artırmaq  və 
Panavropa  prinsipi  əsasında  iştirak  demokratiyasını  gücləndirməkdir.  Avropa 
Şurasının  əməkdaşlıq  proqramları  tərəfdaş  QHT-lərə  etibar  edir  və  demokratik 
islahatlar üzrə mərkəzləşir. 
Avropa  Şurası  Beynəlxalq  QHT-lərin  Konfransı  (İN-GOs)  Avropa 
Şurasında iştirakçı statusu olan beynəlxalq QHT-lərdən təşkil olunmuşdur. Avropa 
Şurası bu status vasitəsilə beynəlxalq QHT-ləri hökumətlərarası fəaliyyətlərə cəlb 
edir,  parlament  və  mühüm  sosial  məsələlər  üzrə  yerli  və  regional  hakimiyyət 
üzvləri ilə assosiasiyalar arasındakı dialoqu təşviq edir. 
Məsləhətçi və iştirakçı status: Beynəlxalq QHT-lər 1952-ci ildən etibarən 
Avropa  Şurası  yanında  məsləhətçi  statusuna  malikdirlər.  2003-cü  ilin  noyabrında 
beynəlxalq QHT-lərə iştirakçı statusu verildi ki, bu, öz növbəsində, onların Avropa 
Şurasının fəaliyyətində mühüm rolunu tanımasından irəli gəldi. Bu status Nazirlər 
Komitəsinin Qətnaməsi (2003)8 tərəfindən müəyyən olunur. Bu cür statusa malik 
olmaq  istəyən  beynəlxalq  QHT-lər  Avropa  Şurasının  məqsədlərini  izləməli  və 
onun  fəaliyyətinə  öz  töhfələrini  verməlidirlər.  Bu  günə  kimi  400-dən  çox 
beynəlxalq  QHT  bu  cür  statusa  malikdir.  Onlar  ümumi  tədbirlər  planı  haqqında 
yekun qərar vermək məqsədilə ildə bir dəfə Avropa Şurası Beynəlxalq QHT-lərin 
Konfransını keçirirlər. 
Əlaqələndirmə  Komitəsi:  Konfrans  tərəfindən  seçilən  Əlaqələndirmə 
Komitəsi Avropa Şurasının Katibliyi və beynəlxalq QHT-lər arasında daimi dialoq 
və əməkdaşlığı təmin etmək məqsədilə mütəmadi olaraq iclaslar keçirir. O, Avropa 
Şurasının siyasi qurumları — Nazirlər Komitəsi, Parlament Assambleyası, Yerli və 
Regional  Hakimiyyətlər  Konqresi  və  İnsan  hüquqları  üzrə  komissarla  yaxından 
əlaqə saxlayır. 
Qruplaşmalar:    İştirakçı    statusuna    malik    beynəlxalq QHT-lər ildə 
üç  dəfə  Parlament  Assambleyasının  sessiyaları  zamanı  iclas  keçirən  on  tematik 
qruplaşma (İnsan Hüquqları, Gender Bərabərliyi, Avropa Sosial Xartiyası və Sosial 
Siyasətlər, Yoxsulluq və Sosial Birlik, Təhsil və Mədəniyyət, Vətəndaş Cəmiyyəti 
və  Avropada  Demokratiya,  Səhiyyə,      Ətraf      Mühit,      Şəhərlər,      Şimal-Cənub   
Dialoqu      və  Həmrəylik)      təsis      edib.      Bu      qruplar      təşkilatın  fəaliyyətləri 
haqqında    ilkin    məlumat    alaraq    və    özlərinin    kollektiv    nouhaudan  istifadə 
edərək  bu  fəaliyyətlərin  həyata  keçirilməsinə  öz  töhfələrini  verməklə,  Avropa 
Şurasının nümayəndələri ilə mütəmadi dialoq aparırlar. 


 
25 
Əməkdaşlığın müxtəlif formaları: Beynəlxalq QHT-lərlə əməkdaşlıq sadə 
məsləhət  formasından  tutmuş,  xüsusi  layihələr  üzrə  geniş  miqyaslı  əməkdaşlıq 
daxil  olmaqla,  müxtəlif  forma  alır.  Beynəlxalq  QHT  ekspertləri  məsləhətçi 
qismində  müxtəlif  layihələrdə  iştirak  edə,  institusional  və  müvəqqəti  əsasda 
hökumətlərarası komitələrin işinə öz töhfəsini verə, Baş katib üçün memorandum 
hazırlaya,  Parlament    Assambleyasının    komitələrinə    və    Yerli    və    Regional 
Hakimiyyətlər  Konqresinə  yazılı  və  şifahi  bəyanatlar  verə  və  Avropa  Şurası 
tərəfindən  təşkil  olunan  seminar  və  iclaslarda  çıxış  edə  bilər.  İştirakçı  statusuna 
malik  beynəlxalq  QHT-lər  öz  fəaliyyətləri  çərçivəsində  Avropa  Şurasının  məqsəd 
və fəaliyyətləri haqqında məlumatlar yayırlar. 
2003-cü ilin noyabrında beynəlxalq QHT-lərə iştirakçı statusu verilməzdən 
əlavə,  QHT-lərin  bütün  üzv  dövlətlərdə  demokratiya  və  açıq  cəmiyyətin 
gücləndirilməsindəki  həlledici  rolları  və  onların  Avropa  Şurasının  fəaliyyət 
proqramlarına  öz  konstruktiv  töhfəsini  verməsini  əks  etdirən  Avropa  Şurası  və 
milli QHT-lər arasında əməkdaşlıq sənədi (Qətnamə(2003)9) əlavə olundu. 
3.4.  Terrorizmlə mübarizə 
Terrorizmlə  mübarizə  üzrə  1977-ci  il  Konvensiyası  terrorizmə  qarşı 
mübarizədə əməkdaşlıq məsələlərini nizama salır. 
3.5.  Canlı təbiət 
Avropada  canlı  təbiətin  və  ətraf  mühitin  mühafizəsi  üzrə  Bern 
Konvensiyasının  məqsədi  təbiətin  bütün  aspektlərini  əhatə  edən  nadir  və 
məhvolma  təhlükəsi  altında  olan  heyvan  və  bitki  növlərinin,  təbii  yaşayış 
məntəqələrinin mühafizəsindən ibarətdir. 
3.6. Təbii fəlakət və texnoloji qəzalar problemləri üzrə elmi əməkdaşlıq 
Böyük təbii  fəlakətlərin nəticələrinin aradan  qaldırılması  üçün 1987-ci  ilin 
may  ayında  böyük  təbii  və  texnoloji  qəzaların  qarşısının  alınması,  müdafiəsi  və 
yardımının  təşkili  haqqında  açıq  razılaşma  bağlanmışdır.  Sazişin  məqsədi  elmi-
texniki əməkdaşlığın effektivliyinin artırılmasıdır. 
3.7. İdman 
İdmanda  onun  xeyirxah  ideyalarının  mühafizəsi  məqsədilə  Avropa  Şurası 
öz fəaliyyətini iki istiqamətdə həyata keçirir: 
hazırda mövcud olan ənənələrdən idmanın  "təmizliyinin" mühafizəsi; 
həyat səviyyəsinin yüksəldilməsi vasitəsi kimi kütləvi idmanın inkişafı. 
3.8. Xuliqanlıq 
Beynəlxalq görüşlərdə futbolla bağlı zorakılıqların qarşısının alınması üçün 
hazırlanmış  Avropa  Konvensiyası  idman  meydançalarında  və  ətrafda  adamların 
təhlükəsizliyinin  təmin  edilməsi  məqsədilə  hüquqi  cəhətdən  məcburi  tədbirləri 
nəzərdə tutur. 
3.9. Sərhədyanı əməkdaşlıq 
Bu  konvensiya  sərhədyanı  ərazilərdə  yerləşən  qonşu  rayonlar  arasında 
regional  inkişaf,  ətraf  mühitin  mühafizəsi  və  xidmət  sahələrinin  yaxşılaşdırılması 
istiqamətində müqavilələrin bağlanmasını nəzərdə tutur. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə