Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə13/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   9   10   11   12   13   14   15   16   ...   57

 
28 
Azərbaycan qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə dövlət 
müstəqilliyinin  qorunub  saxlanması  və  möhkəmləndirilməsi,  Dağlıq  Qarabağ 
probleminin  sülh  yolu  ilə  həll  olunması,  bazar  iqtisadiyyatı  istiqamətində 
islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında 
beynəlxalq  təşkilatların  rolundan  istifadə  etmək  məqsədilə  qısa  müddət  ərzində 
Birləşmiş  Millətlər  Təşkilatı  (BMT),  Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq 
Təşkilatı  (ATƏM,  daha  sonra  ATƏT),  İslam  Konfransı  Təşkilatı  (İKT),  Avropa 
Şurası,  Avropa  Birliyi,  NATO  və  başqa  beynəlxalq  və  regional  qurumlarla 
qarşılıqlı faydalı əlaqələr yaratdı. Müstəqil Dövlətlər Birliyi (MDB), GUAM, Qara    
Dəniz  İqtisadi    Əməkdaşlıq  Təşkilatı  (QDİƏT)  kimi  qurumların  yaradılmasında 
yaxından iştirak etdi. 
1991-1992-ci illərdə - BMT-yə, ATƏT-ə, İslam Konfransı Təşkilatına daxil 
olmaqla Azərbaycan müstəqil dövlət kimi iradəsini ifadə edərək beynəlxalq aləmdə 
ilk addımlarını atdı. 
Bu gün Azərbaycan dövlətinin xarici siyasət kursu ölkənin müstəqilliyinin, 
təhlükəsizliyinin,  ərazi  bütövlüyünün  təmin  olunması,  Azərbaycanda  iqtisadi 
islahatların həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılması, digər dövlətlərlə 
formalaşmış bərabərhüquqlu və  faydalı  münasibətlərin sərhədlərinin genişlənməsi 
və balanslaşdırılmış praqmatik xarici siyasətin həyata keçirilməsindən ibarətdir. 
Bu  gün  Azərbaycan,  demək  olar  ki,  əksər  nüfuzlu  beynəlxalq  təşkilatların 
üzvüdür.  Avropanın  demokratik  və  təhlükəsiz  əraziyə  çevrilməsinə  kömək  üçün 
üzv dövlətlər arasında sıx əlaqələr yaratmasında müstəsna xidmətləri olan Avropa 
Şurası ilə Azərbaycan arasında əməkdaşlığın təhlili öz aktuallığı baxımından digər 
qurumlarla müqayisədə daha yüksəkdə durur. 
Bu gün Avropa Şurası ilə yeni dövlətlərin əlaqələrinin yaranması formaları, 
mahiyyət 
və  məqsədləri,  inkişaf  istiqamətləri  geniş  tədqiq  edilməli 
məsələlərdəndir. Azərbaycan  Respublikası ilə  Avropa  Şurası  arasında  bu əlaqələr 
aktuallığına görə son dərəcə diqqəti cəlb edir. 
Azərbaycan  Respublikası  ilə  Avropa  Şurası  arasında  əlaqələrin 
yaranmasının,  inkişaf  edib  möhkəmlənməsinin,  onların  tarixi  kökləri  və  hüquqi 
əsaslarının  tədqiq  edilməsi,  Avropa  Şurası  ilə  əməkdaşlığın  ölkənin  xarici 
siyasətindəki  və  daxili    həyatındakı      rolunun    öyrənilməsi,    Azərbaycanda  
demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində əldə olunmuş 
nailiyyətlərdə  Avropa  Şurasının  rolu,  bu  təşkilatlarla  perspektiv  istiqamətlərin 
müəyyənləşdirilməsi,  ümumiyyətlə,  Avropa  Şurası  təşkilatının  öyrənilməsi,  onun 
mahiyyətinin,  quruluşunun  və  fəaliyyətinin  tədqiqi  bu  gün  Azərbaycan  üçün 
zəruridir. 
Azərbaycanın  beynəlxalq  münasibətlər  sisteminə  daxil  olması,  dünya 
siyasət aləminə qoşulması çətin və ağrılı olmuşdur. Əslində, suveren Azərbaycanın 
diplomatiyasının  qurulmasına  sıfırdan  başlanmışdır.  Yeni  epoxaya  qədəm  qoyan 
Azərbaycan  çoxlu  problemlə  üzləşmiş,  bunlardan  ən  kəskin  və  qorxulusu 


 
29 
ölkəmizin  beynəlxalq  aləmdən  təcrid  edilməsi  təhlükəsi  olmuşdur.  Bu  çətin 
vəziyyətdən çıxmaq məqsədilə neçə illər ərzində ardıcıl səylər göstərilmişdir. 
Mərkəzi  və  Şərqi  Avropa  ölkələrinin  sosialist  blokundan  çıxması  və  eləcə 
də  yeni  müstəqil  dövlətlərin  yaranması  Avropa  Şurasının  siyasətində  köklü 
dəyişikliklərə gətirib çıxardı və "qapılarının onların üzünə açılması" ilə nəticələndi. 
1989-cu  ildə  Avropa  Şurası  namizəd  ölkələrin  nümayəndələri  ilə  AŞ  PA 
məruzəçiləri  arasında  diskussiya  üçün  əsas  ola  biləcək  "check  list"  hazırladı. 
Adətən,  hüquq  ekspertlərinin  məruzəsindən  sonra  müvafiq  məruzəçilər  barəsində 
məruzə  və  ya  rəy  hazırlanmalı  olan  ölkələrə  bir  neçə  səfər  etdilər.  AŞ  PA 
qəbulolunma proseduru zamanı AŞ PA yanında  "xüsusi  dəvət  olunmuş  statusu"  
deyilən  effektiv  bir alət işləyib  hazırladı.  1992-ci  ilin  yanvarında Azərbaycan 
rəsmi  olaraq   "xüsusi   dəvət   olunmuş   statusu"nun  verilməsi barədə xahişlə 
Avropa Şurasına müraciət etdi. Bu status assambleyanın və  bir çox  komissiyaların  
işində    səsvermə    və  AŞ  PA  tərəfindən  qəbul  olunacaq  mətnə  təkliflər  verilməsi 
hüququ  istisna  olmaqla,  iştirak  etmək  hüququ  verirdi.  "Xüsusi  dəvət  olunmuş 
statusu"  almamışdan  əvvəl  xahiş  edən  tərəf  insan  hüquqları  sahəsində  siyasi  və 
hüquqi  əhəmiyyət  kəsb  edən  məcburi  xarakterli  bir  sıra  beynəlxalq  alətləri  qəbul 
etməlidir.  O,  AŞ  PA-ya  məruzəçilərin  səfəri  zamanı  təşkilata  məlum  olan  layiqli 
tərəfdaşlara malik olmaq imkanı verir, bu da missiyanın uğurunu təmin edir. Qeyd 
etmək  lazımdır  ki,  əslində,  yeni  dövlətin  qəbulu  assambleyanın  məruzəçiləri  ilə 
"xüsusi  dəvət  olunmuş"  milli  parlamentin  nümayəndə  heyətinin  əməkdaşlığının 
nəticəsidir; bu əməkdaşlığın effektivliyi bir çox hallarda qəbulolunmanın tezliyini 
şərtləndirir. Son məruzə AŞ PA-nın plenumuna təqdim olunur. Prosedur namizəd 
dövləti Avropa Şurasına üzvlüyə dəvət etməyi Nazirlər Şurasına tövsiyə edən rəyin 
qəbul olunması ilə başa çatır. Bu normativ fəaliyyət təşkilata qəbul olunan zaman 
dövlətin öz öhdəliklərini yerinə yetirməsində ifadə olunur və 1993-cü ildə nəzarət 
prosedurunun yaranmasına gətirib çıxardı. 
Lakin  1992-ci  ildə  Avropa  Şurasının  özü  Cənubi  Qafqaz  regionuna  qədər 
genişlənməyə  hazır deyildi.  Üstəlik, bu təşkilatın ölkəmizə  münasibəti də  müsbət 
deyildi  və  hətta  1992-ci  ildə  Avropa  Şurasının  qeyri-üzv  ölkələr  üzrə  komitəsi 
Ermənistan  —  Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  əlaqədar 
respublikamızın əleyhinə bəyannamə qəbul etmişdi. Belə bir şəraitdə ilk növbədə 
Avropa Şurasında Azərbaycanın obyektiv, düzgün imicini formalaşdırmaq    lazım 
idi. 
Müdafiə və təhlükəsizlik məsələləri istisna olmaqla, Avropa Şurası bir çox 
fəaliyyət  istiqamətlərini  əhatə  edir.  Onun  proqramına  insan  hüquqları,  kütləvi 
informasiya  vasitələri,  hüquq    sahəsində    əməkdaşlıq,    sosial  və    iqtisadi 
problemlər,  səhiyyə,  təhsil,  mədəniyyət,  idman,  gənclik,  yerli  və  regional 
idarəetmə və ətraf mühitlə bağlı məsələlər daxildir. 
Avropa  Şurasının  Nizamnaməsinə  görə,  onun  üzvü  "qanunun  aliliyi 
prinsipini  tanıyan  və  yurisdiksiyası  altında  olan  şəxslərə  insan  hüquqları  və  əsas 
azadlıqlarından istifadə etməyə şərait yaradan" Avropa dövlətləri ola bilər. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə