Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə26/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   22   23   24   25   26   27   28   29   ...   57

 
54 
məsuliyyət daşıması üçün lazım ola biləcək infrastrukturları və kommunikasiyaları 
ABŞ-ın istifadəsinə verməyə hazırdır". 
Bu baxımdan nümayəndə heyətimizin başçısı hər bir çıxışında avropalılara 
erməni təcavüzünün  mahiyyətini açıqlayır,  faktlarla  sübut edirdi ki,  Ermənistanın 
Azərbaycana  qarşı  ərazi  iddiası  bizim  ölkəmizə  nə  kimi  təhlükə  yaradıb  və 
Avropaya necə təhlükə yarada bilər. 
"Dünyada  terrorçuluğun  bütün  formalarına  qarşı  genişmiqyaslı  antiterror 
kampaniyasına başlamağın və terrorçuluq ilə savaşda çox ciddi addımlar atmağın 
vaxtı  gəlib  çatmışdır"  —  söyləyən  İlham  Əliyev  sessiyada  ilk  olaraq  bu  terror 
aktının bəşəriyyət üçün böyük təhlükə olduğunu və Azərbaycanın terrorizmə qarşı 
mübarizədə  barışmaz  mövqe  tutduğunu,  terrorizmlə  mübarizədə  hər  bir  əməli 
yardım və əməkdaşlığa ölkəmizin hazır olduğunu bildirərək bəyanat verdi. Bunun 
səbəbini  izah  edərkən  İlham  Əliyev  həm  də  göstərdi  ki,  Azərbaycan  daim 
Ermənistan  tərəfindən  terrora  məruz  qalmış,  nəticədə  minlərlə  insan  həlak 
olmuşdur.  Avropanın  bir  çox  ölkələrinin  hələ  seçim  haqqında  düşündüyü  bir 
zamanda  İlham  Əliyevin  qətiyyətli  və  cəsarətli  bəyanatı  Azərbaycan 
diplomatiyasının  növbəti  uğurlu  addımı  idi.  Çünki  bununla  Azərbaycan  bir  həm 
demokratiyaya sadiq olduğunu, həm də erməni terroruna məruz qaldığını göstərdi. 
Cənab İlham Əliyevin sessiyadakı çıxışında  əsas diqqəti qondarma  Dağlıq 
Qarabağ respublikasında  terrorçular hazırlayan hərbi bazaların  mövcudluğuna, bu 
ərazinin  ermənilər  tərəfindən  məqsədyönlü  şəkildə  çirkli  pulların  yuyulması 
mərkəzinə  çevrilməsinə  yönəltməsi  informasiya  müharibəsində  ermənilərin 
mövqelərinə ciddi zərbə kimi dəyərləndirildi. 
11 sentyabr faciəsi göstərdi ki, heç bir dövlət belə dəhşətli terror aktlarından 
sığortalanmayıb  və  bu  bəla  ilə  effektiv  mübarizə  aparılması  üçün  milli  və  dini 
mənsubiyyətindən,  habelə  coğrafi  mövqeyindən  asılı  olmayaraq,  bütün  dünya 
dövlətlərinin birgə səy göstərməsi vacibdir. 
Bundan  başqa,  AŞ  PA-da  azərbaycanlı  məcburi  köçkün  və  qaçqınların 
acınacaqlı  vəziyyəti,  işğal  olunmuş  ərazilərdə  mədəniyyət  abidələrinin  məhv 
edilməsi,  ali  və  orta  təhsil  müəssisələrinin  tamamilə  dağıdılması  haqqında  da 
müxtəlif sənədlər hazırlandı və yayıldı. Ermənistanın təcavüzü nəticəsində minlərlə 
azərbaycanlı  uşağın  təhsil  hüququndan  məhrum  edilməsi,  616  orta  məktəb,  234 
məktəbəqədər  müəssisə,  12  peşə  məktəbi,  5  texniki  məktəb,  1  universitet,  3 
universitet filialı və 3 peşə məktəbi filialının məhv edilməsi, 20 min təhsil işçisinin
130  min  tələbə  və  şagirdin  qaçqın  düşməsi  təşkilatda  təmsil  olunan  ölkələrin 
nümayəndələrinin  diqqətinə  çatdırıldı.  Sənədə  assambleyanın  bir  çox  deputatları 
imza atdılar. 
AŞ PA Siyasi Komitəsinin tərkibində yaradılmış və Azərbaycan, Gürcüstan 
və Ermənistanın daxil olduğu işçi qrupunun görüşü keçirilmişdir. Görüşdə Cənubi 
Qafqaz  bölgəsində  sabitlik  paktının  hazırlanması,  müharibə  zamanı  əsir  və  itkin 
düşənlərin  qaytarılması  və  bir  sıra  sahələrdə  əməkdaşlığın  perspektivləri  barədə 


 
55 
Gürcüstan  nümayəndə  heyətinin  təklifi  və  layihə  barədə  fikir  mübadiləsi 
aparılmışdır. 
Azərbaycan  tərəfi  Cənubi  Qafqaz  bölgəsində  sabitlik  paktının 
yaradılmasının, bu sahədə müəyyən tədbirlər görülməsinin zəruriliyini və bununla 
bağlı  müzakirələrə  hazır  olduğunu,  müharibə  zamanı  əsir  və  itkin  düşmüş 
insanların  taleləri  ilə  maraqlanmağın  vacibliyini,  Azərbaycanın  bu  haqda  zəruri 
sənədləri  təqdim  və  qarşı  tərəflə  məsələni  müzakirə  etməyə  hazır  olduğunu 
bildirmişdir. 
Azərbaycan,  Gürcüstan  və  Ermənistanın  əməkdaşlığı  haqqında  layihədə 
ekologiya,  turizm  sahələrində,  habelə  iqtisadiyyatın    müəyyən    sahələrində   
əməkdaşlıq   barədə    müddəalar var idi. Ermənistan  nümayəndələri bu  məsələlərə 
hazır olduqlarını  bildirmişlər.   Lakin  Azərbaycan  tərəfi  buna qəti etiraz edərək 
Ermənistan—Azərbaycan,    Dağlıq  Qarabağ  münaqişəsi  həllini  tapmayınca,  işğal 
olunmuş  torpaqlar  azad  edilməyincə  və  bölgədə  sülh  bərqərar  olmayınca,  
Ermənistanla hər hansı əməkdaşlıqdan söhbət gedə bilməyəcəyini  vurğulamışdır.   
Cənab   İlham   Əliyev  məsələ  ilə  bağlı qeyd etmişdir:     "Münaqişə başlandığı 
dövrdən Ermənistan terror təşkilatları  Azərbaycanda  32  terror  aktı  törətmişdir. 
Azərbaycan terrora məruz qalan  bir ölkədir.  Ermənistanın silahlı  qüvvələri  zəbt  
etdikləri  Azərbaycan  ərazilərini  azad etməyincə  iki  ölkə arasındakı hər hansı bir 
əməkdaşlıqdan söhbət gedə bilməz". 
AŞ  PA-da  hər  bir  nümayəndə  heyəti  öz  ölkəsinin  müxtəlif  siyasi 
dairələrinin,    o  cümlədən  müxalifət  partiyalarının  mənafelərini  ifadə  edir.  Orada 
deputatlar  öz  nümayəndə  heyətlərinin  üzvləri  olmaları  ilə  yanaşı,  ayrı-ayrı  siyasi 
baxışları  əks  etdirən  siyasətçilər  kimi  fəaliyyətdədirlər.  Demək,  AŞ  PA  üzv 
ölkələrin  müxtəlif  siyasi-ictimai  spektrlərinin  fikirlərini  əks  etdirən  deputatların 
məclisidir.    Bu  spektrdə  Azərbaycan      nümayəndə      heyətinin      nüfuzunun   
getdikcə   artması asanlıqla    başa    gəlməyib.    Ölkəmizin    Avropa    Şurasının 
tamhüquqlu  üzvü  olduğu  ilk  gündən  Ermənistana  tam  dəstək    verən      ayrı-ayrı   
qruplar      və      siyasi      komitələr      daxilində  Azərbaycana  münasibətdə   
formalaşdırılmış      yanlış      fikirlərin  təsiri  sonda  nümayəndə  heyətimizin  ardıcıl 
fəaliyyəti nəticəsində aradan qaldırıldı. 
2002-ci    il  qış    sessiyasının    gündəliyinə    digər  məsələlərlə  yanaşı, 
"Azərbaycanda  siyasi  məhbuslar"  məsələsi  də  müzakirəyə  çıxarılmışdı.  Bu 
məsələnin  gündəliyə  çıxarılmasında  Avropa  Şurasının  erməni  lobbisinin  xüsusi 
rolu  olmuşdu.  Təəssüf  ki,  belə  bir  məsələnin  gündəmə  çıxmasında  Azərbaycan 
müxalifətinin  və  onun  təsiri  altında  olan  bəzi  qeyri-hökumət  təşkilatlarının 
fəaliyyəti  də  az  olmamışdır.  Müzakirələrə  qədər  nümayəndə  heyətinin  başçısı 
cənab  İlham  Əliyevin  Avropa  Şurası  təşkilatının  vəzifəli  şəxsləri  ilə  və  müxtəlif 
dövlətlərin  nümayəndə  heyətlərinin  başçıları  ilə  keçirdiyi  görüşlər  öz  nəticəsini 
verdi.  Məruzəçilərin  qeyri-obyektivliyinə  baxmayaraq,  Rusiyanı,  Fransanı, 
Türkiyəni, Polşanı və digər dövlətləri təmsil edən deputatlar öz çıxışlarında "siyasi 
məhbus  məsələsinin  ümumiyyətlə  qondarma  bir  termin  olduğunu  vurğuladılar. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə