Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə29/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   25   26   27   28   29   30   31   32   ...   57

 
60 
Avropa  və  Xəzər  regionunda  enerji  ehtiyatlarının  işlənilməsi,  Avropa  və  İraq 
böhranı,  üzv  dövlətlərdə  dillərin  qorunması,  Cənubi  Qafqazda  mədəniyyətin 
vəziyyəti  və  sair  məsələlər  daxil  idi.    Göründüyü  kimi,    sessiyanın  gündəliyində 
bilavasitə Azərbaycana aid məsələlər də vardır. 
AŞ  PA  sədrinin  müavini  və  büro  üzvü    İlham    Əliyevin  Ermənistanda 
Prezident  seçkilərinin  nəticələri  müzakirə  olunarkən    etdiyi    çıxışı    daha  
əhəmiyyətli    sayılmalıdır.      Erməni  diasporunun  maliyyələşdirdiyi  rəsmi,  qərəzli 
erməni  təbliğatının  yaydığı  məlumatın  əksinə  olaraq,  Ermənistanda  keçirilmiş 
prezident  seçkiləri  zamanı  ciddi  pozuntulara  yol  verilməsini  həmin  ölkədə  
beynəlxalq hüquq normalarının mütəmadi  pozulmasının   məntiqi   sonluğu   sayan 
İlham Əliyev qeyd etdi ki, Ermənistan hamılıqla qəbul edilmiş  hüquq qaydalarını,    
beynəlxalq  təşkilatların  sənədlərini pozaraq Azərbaycan torpaqlarını işğal altında   
saxlamaqda  davam  edir və   bu  təcavüzkar dövlətin  təqsiri  üzündən  bütöv  bir 
xalqın insan hüquqları tapdalanmışdır. 
İlham  Əliyev  qondarma  Dağlıq  Qarabağ  respublikası  adlı  ərazinin 
mövcudluğu  faktını  da  beynəlxalq  hüquq  normalarının  kobud  surətdə  pozulması 
hesab  edərək  dedi  ki,  Avropanın  bu  hissəsində  beynəlxalq  nəzarət  yoxdur:  
"Əslində, bu ərazi hərbi rejimin əlindədir. Hamı bilir, beynəlxalq ictimaiyyət üçün 
də  gizli deyil  ki,  Dağlıq Qarabağ  müxtəlif növ  beynəlxalq terrorçuların və   digər 
kriminal  ünsürlərin  sığınacaq yerinə  çevrilmişdir.   Biz  buna  son  qoymalıyıq.  
Avropa Şurasının üzvü olan Ermənistan bu beynəlxalq qurumun digər üzvünün  —  
Azərbaycanın    ərazisini    işğal    altında  saxlamaqda  davam  edir".  Ermənistanın 
yalnız  Azərbaycan  üçün  deyil,  regionun,  Avropanın  sabitliyi  üçün  təhlükə 
mənbəyinə çevrildiyini nəzərə çarpdıran  İlham  Əliyev AŞ  PA-nın 47 deputatının 
imzaladığı  sənədə  əsasən  indiyədək  Gürcüstanda  yerləşən  Rusiya  hərbi 
bazalarından  silahların  həmin  ölkənin  Ermənistandakı  bazalarına  daşındığını 
bildirdi.  "Beləliklə,  Ermənistan  ölkəsinin  və  cəmiyyətinin  militarizasiyası  üçün 
daha bir qorxulu addım atır. Təcavüzkar ölkədən, terrorizmi dəstəkləyən dövlətdən, 
söz,  mətbuat,  fikir  azadlığını  boğan  cəmiyyətdən  azad  və  ədalətli  seçkilər 
gözləməyə dəyməz". 
"Cənubi  Qafqazda  mədəniyyətin  vəziyyəti"  mövzusunda  məruzəsində 
Ermənistanın  işğal  etdiyi  ərazilərimizdə  Azərbaycan  xalqının  tarixi  abidələrinin 
dağıdılmasından respublikamızın ictimaiyyətinin ciddi narahatlıq keçirməsi xüsusi 
vurğulanmışdır.  İlham  Əliyev  məruzə  ətrafında  müzakirələrdə  çıxış  edərkən 
Cənubi Qafqaz ölkələrinin, o cümlədən Azərbaycanın qədim sivilizasiyaya, məşhur 
mədəniyyət  incilərinə  malik  olduğunu  və  bu  ölkələrin  müstəmləkə  rejimində 
yaşamalarına  baxmayaraq,  millət  kimi,  zəngin  mədəni  irsin  sahibi  kimi  özlərini 
səciyyələndirən  xüsusiyyətləri  qoruyub  saxladığını  dedi.  Lakin  müstəqillik 
qazandıqdan  sonra  ölkəmizin  ən  əvvəl  müharibədən  əziyyət  çəkdiyini,  nəticədə 
ərazi itkisinə  məruz qaldığını, vətəndaşlarının xeyli hissəsinin uzun müddətdir ki, 
qaçqın və məcburi köçkün kimi yaşadığını avropalıların diqqətinə bir daha çatdıran 
İlham  Əliyev  qeyd  etdi  ki,  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  Ermənistan 


 
61 
ordusu  tərəfindən  4400  mədəniyyət  obyekti  və  sosial  obyekt,  850  təhsil  ocağı 
dağıdılmışdır. Mədəni abidələrin çoxu məhv edilmisdir və bu gün Bakıda İncəsənət 
muzeyinin  həyətində  işğal  edilmiş  ərazilərdən  gətirilən  musiqi  və  ədəbiyyat 
xadimlərinin  abidələri  üzərində  erməni  faşizminin  nişanələri  vardır. 
Azərbaycanlılara  qarşı soyqırımı  siyasəti  yürüdən,  məqsədlərinə  terror hərəkətləri 
ilə  çatmaq  istəyən    ermənilər  vaxtilə    Şuşada    ucaldılan    həmin    abidələri  də 
gülləbaran etmişdilər. 
Nümayəndə  heyətinin  rəhbəri  İlham  Əliyev  qeyd  etmişdir  ki,  bugünkü 
Ermənistan  ərazisinin  45  faizinin  azərbaycanlıların  əzəli  torpağı  olduğunu, 
soydaşlarımızın vaxtilə Dağlıq Qarabağda 130 min erməniyə yaşayış yeri verdiyini 
bildirdi.  Bununla  sübut  etdi  ki,  ermənilər  iddia  etdikləri  torpaqda  köklü  əhali 
deyillər, onların Dağlıq Qarabağa iddiası tamamilə əsassızdır. 
Azərbaycan torpaqlarının ermənilər tərəfindən yox, məhz Ermənistan silahlı 
qüvvələri  tərəfindən  işğal  edildiyi  faktını  Avropa  Şurası  rəsmən  tanımışdır,  işğal 
edilmiş bölgələrin hamısının adları AŞ PA-nın rəsmi sənədində yazılmışdır. İlham 
Əliyevin  fəaliyyəti  nəticəsində  AŞ  PA  Azərbaycan  reallıqlarını  qəbul  edir, 
ermənilərin  saxta  məlumatlarına  inanmır  və  Ermənistanı  işğalçı  kimi  tanımaqda 
davam edir. 
Cənab  İlham  Əliyev  AŞ  PA-nın  aprel  ayının  2-də  keçirilən      iclasında   
fransalı      deputat      B.Şrenerin      "Avropa    və  Xəzər  dənizi  regionunda  enerji 
ehtiyatlarının inkişafı" mövzusunda məruzəsinin müzakirəsində  də çıxış etmişdir. 
"Dövlət  müstəqilliyi  qazandıqdan sonra  xarici  sərmayələri  Xəzər  dənizinə    cəlb   
edən   birinci   ölkə kimi Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə 
görə keçmiş SSRİ məkanında, habelə Şərqi və Mərkəzi Avropanın bir sıra ölkələri  
arasında liderdir.  Xəzərin hüquqi statusu kiminsə arzularına uyğun deyil, dünyada 
qəbul  olunmuş  beynəlxalq  təcrübəyə  əsasən  həllini  tapacaqdır"  —  deyən  İlham 
Əliyev Xəzəryanı ölkə kimi Azərbaycanın da enerji  ehtiyatlarını inkişaf etdirmək 
hüququna    malik  olduğunu  xatırlatdı,  AŞ    PA  deputatlarını    təmsil    etdikləri  
dövlətin  rəsmi mövqeyindən çıxış etməyə çağırdı. 
Avropa  Şurası  Parlament  Assambleyasının  2003-cü  il  yay  sessiyası  İlham 
Əliyevin  beynəlxalq  aləmdə  yüksək  nüfuza  malik  olduğunu  bir  daha  sübut  etdi. 
Belə ki, Avropa Şurası Parlament Assambleyasının iyunun 26-da keçirilən növbəti 
sessiyasında Azərbaycanda siyasi məhbuslar məsələsi barədə Hüquq məsələləri və 
insan  hüquqları  komitəsinin  üzvü,  belçikalı  deputat  Corc  Kleyfartın  məruzəsi 
dinlənilir.  Azərbaycana  qarşı  qərəzli  mövqe  tutan  məruzəçi  ölkəmizin  Avropa 
Şurasına  üzv  qəbul  edildiyi  vaxt  "siyasi  məhbus"  problemi  ilə  bağlı  götürdüyü 
öhdəlikləri  yerinə  yetirmədiyini  bildirmiş,  müxtəlif  cinayətlərə  görə  məhkum 
olunmuş  şəxsləri  "siyasi  məhbus"  kimi  qələmə  vermişdir.  Məruzəçi  iki  dəfə 
Azərbaycanda  olduğunu,  həbsxanalara  baş  çəkdiyini,  məhbusların  vəkilləri  ilə 
görüşdüyünü  bildirərək  onların  qarşıdakı  prezident  seçkilərində  səsvermə 
hüququndan məhrum olunmalarına irad tutmuşdur. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə