Azərbaycan və avropa şurasi



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə31/57
tarix15.07.2018
ölçüsü1,11 Mb.
#56097
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

 
64 
Azərbaycanın ümummilli mənafeyini qorumaq vəzifəsini bir daha inamla, heç bir 
şərt qəbul etmədən prinsipiallıqla yerinə yetirməsi olmuşdur. 
AŞ  PA-nın  2003-cü  il  payız  sessiyasında  Avropa  Şurasında  müşahidəçi 
statusu ilə təmsil olunan dövlətlərdə ölüm cəzasının ləğvi, təşkilatla qeyri-hökumət 
qurumları arasında münasibətlər, milli azlıqların hüquqları, miqrasiya və sığınacaq 
sahəsində ümumi siyasət və digər məsələlər müzakirəyə çıxarılmışdır. 
Sessiyada  iştirak  edən  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri 
müzakirələrə  qatılaraq  müəyyən  məsələlərə  öz  münasibətlərini  bildirmişlər. 
Sessiyanın  gedişi  zamanı  müxtəlif  komitələrdə  yığıncaqlar  keçirilir.  Monitorinq 
komitəsinin  iclasında  ölkəmizdə  olmuş  komitə  üzvü  Martines  Kassan  öz  səfəri 
barədə  məlumatında  Azərbaycanda  siyasi  vəziyyət,  seçkiqabağı  proseslər,  seçki 
kampaniyasının aparılması ilə bağlı məsələlərə toxunur. 
Komitənin  digər  üzvü,  macarıstanlı  deputat  isə  qərəzli  mövqe  tutaraq  heç 
bir  fakta  əsaslanmadan  guya  ölkəmizdə
 
demokratik ideyalara təzyiq göstərildiyini 
qeyd etmişdir. Xatırladaq ki, bu deputat artıq deputatlıq səlahiyyəti bitmiş belçikalı 
Corc Kleyfartı ölkəmizə qarşı qərəzli mövqe tutmaqda həmişə dəstəkləmişdir. 
Azərbaycan nümayəndəsi onun ölkəmizdə gedən demokratik inkişaf barədə 
digər deputatlarda yanlış təsəvvür yaratmaq səyinə qarşı kəskin etirazını bildirərək 
komitədə belə  neofaşist  fikirlərin səslənməsinə  son  qoymağa  çağırmış, müstəqil   
Azərbaycan dövlətinə,  ölkəmizdə   bərqərar  olan demokratik  proseslərə  hörmətlə  
yanaşmağı  tələb  etmişdir.  Eyni  zamanda,  o,  komitə  üzvlərinin  diqqətini 
Azərbaycanda 
demokratik 
təsisatların 
normal 
işləməsinə, 
seçkiqabağı 
kampaniyanın  demokratik şəkildə  aparılmasına,  müxalifətin seçkilərdə iştirakına 
tam şərait yaradılmasına, hətta AŞ PA deputatlarının  onların  yaratdıqları  internet  
saytlarına    daxil  olaraq  apardıqları  kampaniya  ilə  ətraflı  tanış  ola  bildiklərinə 
yönəltmişdir. 
Deputatımızın  Azərbaycanda  demokratik  seçkilər  keçiriləcəyi,  xalqımızın 
öz  iradəsini  ifadə  edərək  prezidentini  seçəcəyi  barədə  məlumatını  komitə  üzvləri 
böyük razılıq hissi ilə qarşılamışlar. 
AŞ  PA-nın  Elm,  təhsil  və  mədəniyyət  komitəsinin  növbəti  iclasında 
Ermənistan  xarici  işlər  naziri  Vardan  Oskanyanın  sessiyanın  gedişi  zamanı 
Strasburqda Avropa Şurasının Baş katibi Valter Şvimmerə    şəxsən təqdim etdiyi 
məktub,  parlamentin  üzvünün  isə  bu  beynəlxalq  quruma  ünvanladığı  bir  neçə 
sənədlə əlaqədar məsələ müzakirə olunmuşdur. 
Məktub  və  sənədlərdə  Naxçıvan  Muxtar  Respublikasının  Culfa  rayonu 
ərazisində ermənilərə  məxsus qəbiristanlıq və qədim abidələrin olduğu və onların 
dağıdıldığı iddia edilmiş, Avropa Şurasından bu barədə ciddi ölçü götürmək xahiş 
olunmuşdur.  Xatırladaq  ki,  hələ  aprel  ayında  məsələ  ilə  əlaqədar  Ermənistan 
nümayəndə  heyəti  Elm,  təhsil  və  mədəniyyət  məsələləri  komitəsinə  müraciət 
etmişdi.  Ermənilərin  bu  təşvişi  həmin  dövrdə  Milli  Məclisin  deputatının  AŞ  PA 
sessiyasında — Cənubi Qafqazda mədəniyyətin vəziyyəti barədə məruzəsində işğal 


 
65 
edilmiş ərazilərimizdəki milli-mədəni sərvətlərin ermənilər tərəfindən dağıdılması 
haqqında məlumatından irəli gəlmişdir. 
Komitə  üzvləri  Avropa  Şurası  Katibliyində  həmin  materiallarla  yaxından 
tanış olmuş və bununla bağlı müzakirə keçirmişlər. Müzakirə zamanı Culfa rayonu 
ərazisindəki  qəbiristanlığın  və  digər  abidələrin  alban  tayfalarına  məxsus  olduğu, 
başqa  dövlətlərin  mədəni  irsinə  kölgə  salmağa  vərdiş  etmiş  ermənilərin  həmin 
abidələri  öz  adlarına  çıxdığı,  Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərimizdə, 
habelə  Ermənistan  ərazisində  olan  və  YUNESKO-nun  rəsmi  qeydiyyatından 
keçmiş  abidələrimizin  dağıdıldığı  konkret  faktlarla  açıqlanmış,  həmişə  dünya 
ictimaiyyətinin diqqətini əsas məsələdən yayındırmağa çalışan ermənilərin növbəti 
bəhanələrinin əsassız  olduğu  bildirilmişdir. İşğal  altında  olan ərazimizdəki qədim 
Azıx mağarasında ermənilərin bir neçə ölkənin mütəxəssisləri ilə birlikdə qazıntılar 
aparmaları  barədə  Azərbaycanın  xarici  işlər  naziri  V.Quliyevin  Avropa  Şurasının  
Baş  katibinə  göndərdiyi  məktub  və  onun  məzmunu  xatırladılmışdır.  Məktubda 
xalqımızın  milli  sərvəti  olan  Azıx  mağarasında  aparılan  qazıntılara  kəskin  etiraz 
bildirilmiş,  mədəniyyət  abidələrinin  qorunması  barədə  beynəlxalq  konvensiyanın 
dördüncü maddəsinin ciddi şəkildə pozulduğu vurğulanmışdır. 
Geniş  və  qızğın  müzakirələrdən  sonra  komitə  Cənubi  Qafqazın  hər  üç 
ölkəsində  məsələni  yerindəcə  araşdırmaq  üçün  müstəqil  ekspertlər  qrupunun 
yaradılmasını  məqsədəuyğun  saymışdır.  Xatırladaq  ki,  ermənilər  Gürcüstan 
ərazisində də onlara məxsus abidələrin dağıdıldığını iddia edirlər. 
Komitə ekspertlər qrupunun fəaliyyəti üçün şərait yaradılması barədə hər üç 
ölkəyə müraciət etməyi, sənədlərdə göstərilən yerlərə qrupun səfərinin təşkili, onun 
məlumatının komitədə, əgər ciddi məsələlər üzə çıxarsa, AŞ PA-nın sessiyalarının 
birində müzakirəyə çıxarılması üçün Avropa Şurasının rəhbərliyinə müraciət etmək 
barədə qərar çıxarmışdır. 
Azərbaycan  nümayəndə  heyətinin  uğurları  ilə  bağlı  çoxlu  fakt  göstərmək 
olar.  Təşkilata  tamhüquqlu  üzv  olduğumuz  qısa  müddət  ərzində  AŞ  PA-nın  iki 
mühüm  komitəsinin Qaçqınlar və  miqrasiya, İqtisadi  məsələlər üzrə komitələrinin 
iclasları Bakıda keçirilmişdir. İqtisadi məsələlər üzrə komitənin iclası çərçivəsində 
Xəzərin  hüquqi  statusu  və  enerji  sərvətlərinin  istismarı  ilə  bağlı  seminarın 
keçirilməsi  xüsusi qeyd edilməlidir.  AŞ PA-nın  müvafiq  strukturlarının təklifi ilə 
bu iclasın və seminarın işinə nümayəndə heyətimizin rəhbəri İlham Əliyev sədrlik 
etmişdi.  Digər  fakt: bu dövr  ərzində  nümayəndə  heyətimizin  üzvlərindən biri  AŞ 
PA-nın  çox  mühüm  komitəsi  olan  monitorinq,  yəni,  üzv  ölkələrdə  öhdəliklərin 
yerinə  yetirilməsinə  nəzarət  üzrə  komitənin  üzvü  seçilmiş,  nümayəndə  heyətinin 
başqa  bir  üzvü  isə  Elm,  təhsil  və  mədəniyyət  komitəsinin  Cənubi  Qafqaz  üzrə 
məruzəçisi təyin olunmuşdu. 
Göründüyü  kimi,  Azərbaycan  nümayəndə  heyəti  digər  beynəlxalq 
qurumlara  nisbətən  daha  çox  bu  təşkilatda  uğur  qazanmışdır.  Sözsüz  ki,  bu, 
nümayəndə heyətinin rəhbəri İlham Əliyevin nüfuzu ilə bağlıdır. 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə