58
кент, 81) Исаак, 82) Арма, 83) Кат, 84) Порсухлу, 85) Харчекесен, 86) Ак-
булак, 87) Гюль-кенти, 88) Чобан-Кирмез, 89) Кара-Кутур, 90) Кирх-
Декиранлар, 91) Назарали-кенти, 92) Калаче, 93) Хасманлу, 94) Саф, 95)
Мунд-жислу, 96) Апи-Кучек, 97) Асрадур, 98) Кизил-Коч, 99) Шарабхана,
100) Серек, 101) Шекерабад, 102) Али-Фена, 103) Булак-чок, 104) Ханум-
кенти, 105) Кукерчинлу, 106) Гарамабад, 107) Баш-хараба, 108) Карабулак,
109) Чиникенти. Mənbə : Кавказский Сборник, т. XX, (Рапорт князя
Севарсемидзе ген. Ермолову, 15-го июля 1825 г. № 358. Сел. Большой
Караклис). Тифлис, 1900, с.42-43.
ƏLAVƏ 2: XVIII əsrin II yarısında İrəvan xanlığı ərazisində qeydə
alınmış bəzi Azərbaycan toponimləri: Ağcaqala, Ağpara, Alabər, Alacakilsə,
Altuntaxt, Axsaxlı, Armudağacı, Apadar, Aparan, Arpaçay, Arpat, Aydındərviş,
Aylakak, Azat, Balaxata, Başaparan, Bazaraşan, Bənd, Bətrinc, Bəzirganyolu,
Bicni, Böyük Əncəluq (meydan), Böyük Dizaq, Böyük Qlan, Buğdatəpə, Buzxana,
Büraxan, Bürəkan, Cəfərabad, Canıbəy (dəyirman), Culud, Çapar, Çaşırlı,
Çatqıran, Çayqaytaran (monastır), Çələbikənd, Çubuqlu, Damcılı, Daştağ,
Dərəçiçək, Dərəkənd, Dəmirbulaq, Dəliqardaş, Dibəkli, Dəlilər, Dilənçi, Düdəngi,
Eyvazlı, Ələtli, Əlibəyli, Əlibaba, Əliqucaq, Ərincə, Əmiri, Əmirkənd, Əmirbar,
Ərinc, Ərkəcli, Əştərək, Gedərgöl, Gəlişən, Gərnibasar, Gərni (yer və çay), Goğb,
Gölkənd, Göykilsə, Gözəldərə, Gözlü, Gülablı, Güləli, Güllücə, Hacılar, Hacıqara,
Hacıbəyli, Hacı Niyaz (üzüm bağı), Həgrigöl, Həcər, Həsənbulaq, Hamamlı,
Xəndək (arx), Xanbağı, Xatunarxı, Xanbağı, Xanlıq (üzüm bağı), Xarbənd, Xaluc,
Xabul, İlxıçı, İmamarx, İlanlı, İmamşarlu, İrişad, İlkəvəng, Kirəşli, Keşişkənd,
Kültəpə, Karakit, Kasax (çay), Köndələn meydan, Kolanı, Kankan, Kamal,
Kənəkir, Kiçik Qılan, Kəməndbulaq, Karvansara, Korbel, Kiçik dizaq, Korkotan,
Karvansaray, Kümbəzli, Qərbibasar, Qərbi, Qorux, Qırxbulaq, Qaraqoyunlu,
Qarakilsə, Qalar, Qaraxaç, Quzuludərə, Qaradaş, Qoyulhissar, Qıpçaq - monastır,
Qeçaris – monastır, Qarakit, Qaraçay, Qalar əndi, Qoşatəpə, Qaragöz, Qaratəpə,
Qarapaklıq, Qızılvəng kəndi, Qaraörən, Qarakəpənək, Qurdarx, Qışlaq, Qaraörən,
Qaradəli, Qarakilsə, Qıpçaq, Qızılvəng, Qızılqala, Qızıloran, Qaranlıqdərə,
Qorqoç, Qarabulaq, Qalacıq, Qızılburun, Qurdalı, Qoturbulaq, Məsdərə, Muğni,
Molladursun, Mollabəyazid, Meydan, Mülk, Mollaqasım, Noraqyuq, Nork,
Noraqavit, Nurməhəmməd, Ozan, Parakərə, Pərəkər, Pətək, Paonbəy, Palçıqlı,
Piridərviş, Saatlı, Sürməlı, Seyidli-Axsaxlı, Sərdarabad, Sadaxlı, Sarvanlar,
Səfiabad-kanal, Sarac-Salman-üzümlük, Salaməlik, Solaq, Sarıbulaq, Şərur, Şirək
düzənlik, Şorlu, Şaharxı, Şəhribanlu, Şəfaqat dəyirmanı, Şahab kəndi, Şorlu,
Şorakənd-meydan, Şorak, Şirək düzü, Şəhriyar, Şirəkqala, Şərabxana, Tazlın,
Taçarapak, Tülkütəpə, Tərəkəmə kəndi, Təkəlük, Tut, Tezxarab, Talın, Uluxanlı
kəndi, Üçkilsə, Üçtəpə, Yayıcı, Yuxarı bağ, Yuxarı Abdal, Yüzbaşlı, Yanşaq,
Yelqovan, Yolkəsən, Yastıyolum, Yaycılar, Zəngibasar, Zəngibasar-üzümlük,
Zəngi. Mənbə: [Simeon İrəvanlı.Cambr.Müqəddəs Üçmüədzin kilsəsinin və ətraf
62
Sosial-iqtisadi həyat
İrəvan xanlığının sosial-iqtisadi həyatı bütövlükdə Azərbaycanın sosial-
iqtisadi münasibətlərinin tərkib hissəsi idi. XVIII əsrdə Azərbaycanın qərbində —
Ağrı vadisində, Naxçıvanda, Qapanda və ətraf əyalətlərdə də əmtəə istehsalı
kifayət qədər geniş inkişaf etmişdi və ölkənin iqtisadiyyatında mühüm rol
oynayırdı. İrəvan xanlığı digər Azərbaycan xanlıqları ilə və xarici ölkələrlə geniş
ticarət əlaqələri saxlayırdı.
Hələ XVIII əsrin əvvəlində Rusiya səfıri Volınski İrəvanda olarkən
yazmışdır: Bütün İrandan Tiirkiyə sərhədinədək yerləşən nahiyələr içərisində ən
yaxşısı İrəvan və Təbrizdir. Onlarda çörək boldur və ticarətlə İrana (Səfəvi
dövlətinə - red.) çoxlu gəlir gətirirlər [155,11]. 1782-ci ildə İrəvanda olan Rusiya
agenti Reyneqs də İrəvan xanlığının Qarabağ və Qaradağ kimi çox zəngin olması,
burada pambıq parça, ipək, yazlıq buğda, şərab və bol miqdarda keyfiyyətli
məhsulların istehsalı haqda məlumat verir [37,215-216].
Kənd təsərrüfatı və maldarlıq. İrəvan xanlığından ixrac olunan mallar
əsasən kənd təsərrüfatı
*
məhsulları idi. Bu məhsullar içərisində buğda və arpa
istehsalı başlıca yer tuturdu. İrəvan ətrafındakı bölgələr, Qırxbulaq, Sərdarabad,
Şörəyel, Pəmbək taxıl istehsalı ilə məşhur idi. Əkin sahələri əsasən yazlıq və
payızlıq olurdu. Taxıl məhsulları dağlıq yerlərdə əsasən payızda, aran yerlərində
isə yazda əkilirdi [bax: 95,738-740; 71,IV,278]. Hüseynqulu xan Qacarın
zamanında İrəvan xanlığında hər il 34. 185 xalvar
*
buğda, 11.500 xalvar arpa
istehsal olunurdu [71,IV,280]. Bundan əlavə, kənd təsərrüfatı məhsulları içərisində
çəllik istehsalı da mühüm yer tuturdu. Çəltik əsasən aran və çox su tələb edən
yerlərdə əkilirdi. Zəngibasar və Şərur mahalları çəltik istehsalına görə xüsusilə
fərqlənirdi [71,IV,278]. Saatlı, Qərbibasar, Gərnibasar mahallarının aran yerləri də
bu bitkinin istehsalı ilə
fərqlənirdi [95,741]. İrəvan xanlığında hər il 18.400 xalvar
çəltik istehsal olunurdu [71,IV,280].
İrəvan xanlığında texniki bitkilərdən pambıq əsasən aran yerlərində
becərilirdi. Zəngibasar, Sərdarabad və Sürməli mahalları pambıq istehsalına görə
fərqlənirdi [95,743;71,c.lV,278-279]. İrəvan xanlığında hər il orta hesabla 2100
xalvar pambıq islehsal olunurdu [71,1V,280]. İrəvan xanlığında əhali tütün
istehsalı ilə də məşğul olurdu. Tütün daha çox yerli tələbatı ödəmək üçün istehsal
olunurdu [95,745]. Bundan əlavə, İrəvan xanlığının dağlıq və aran bölgələrində
*
Maraqlıdır ki, işğal olunmuş Şimali Azərbaycan torpaqlarında ermənilərə dövlət yaratmağa çalışan rus
məmuru qraf Paskeviçin tapşırığı və ermənilərin təsiri ilə İ.Şopen qələmə aldığı əsərində belə kənd
təsərrüfatı məhsullarının əksəriyyətinin adını yerli əhalinin dilində - Azərbaycan türkcəsində vermişdir.
Məsələn: arpa, buğda, klincüt, pambıq, gənəgərçək və s. [bax: 95.738-746]. Bütün bunlar İrəvan
bölgəsinin qədim əkinçilik mədəniyyətinə sahib olan yerli əhalisinin məhz Azərbaycan türkləri olmasını
bir daha sübut edir.
*
1 xalvar - 28 pud (lputl - 16 kq - red.) 4 funta bərabərdir.