94
şərqdən isə Göyçə mahalını ondan ayıran yüsək dağlarla həmsərhəd idi. İ.Şopen
Gərnibasar mahalına məxsus 95 kənd qeydə almışdır və bu kəndlərdən 43-nün
artıq dağıldığını qeyd edir [Bax: 95,442,510-511,547-555]. C.Bornoutyan isə
dağılmayan kəndləri nəzərdə tutaraq Gərnibasar mahalına mərkəzi Qəmərli
olmaqla 52 kəndin daxil olduğunu yazır. Ərazisindən axan Gərni çayı bütün mahalı
su ilə təmin edirdi [200, 35].
Araz çayının sol sahilində yerləşən Vedibasar mahalı şimaldan
Gərnibasar, qərbdən Araz çayı, cənub və cənub-şərqdən Şərur mahalı və Naxçıvan
xanlığı, şərqdən Göyçə mahalı ilə həmsərhəd idi. Vediçay və Qapan çayı mahalı su
ilə təmin edirdi [95,442-443]. İ.Şopen Vedibasar mahalına məxsus 54 kənd qeydə
almışdır və bu kəndlərdən 33-nün artıq dağıldığını qeyd edir [95,511-512,555-
556]. Məhz buna görə də C.Bornoutyan mərkəzi Dəvəli olan Vedibasar mahalına
21 kəndin daxil olduğunu yazır [200,35].
Şərur mahalı. İrəvan xanlığının cənub-şərqində yerləşən bu mahal
şimaldan Vedibasar mahalı, qərbdən Araz çayı, cənubdan və cənub- şərqdən
Naxçıvan xanlığına aid ərazilərlə həmsərhəd idi. Şərq hissəsi Arpaçay vasitəsilə iki
yerə bölünürdü [95,443,]. İ.Şopenin siyahıyaalmasında 61 kənddən ibarət olan bu
mahalın 11 kəndi tamamilə dağıdılmışdı [95, 512,555-563]. C.Bornoutyana görə,
mərkəzi Əngiçə olan bu mahal 50 kəndə nəzarət edə bilirdi. Arpaçay mahalın
bütün suvarma sistemini təmin edirdi [200,35].
Sürməli mahalı. İrəvan xanlığının cənub-qərb ərazilərini əhatə edən bu
mahal Araz çayının sağ sahilində yerləşirdi. Mahal şimal və şimal-şərqdən Araz
çayı ilə, qərbdən Dərəkənd - Parçenis mahalı, cənubdan onu Bayazid paşalığından
ayıran Ağrıdağ silsiləsi ilə həmsərhəd idi. Əsas suvarma mənbəyi Araz çayından
çəkilən arxlar olan bu mahalın, İ.Şopenin təsvirinə görə, 78 kəndindən 28-i
tamamilə dağıdılmışdı [95, 443, 512-513, 563-567]. Sürməli İrəvan xanlığının ən
sıx əhalisi olan mahalı idi. Əhalisi əsasən qoyunçuluqla məşğul idi. C.Bornoutyan
mərkəzi İğdır olan bu mahalın 49 kəndi əhatə etdiyini qeyd edir [200,35]. Lakin
İ.Şopen Sürməli mahalında 50 kəndin yararlı olduğunu göstərir [Bax: 95,563-567].
Dərəkənd - Parçenis mahalını Hüseynəli xan Qacar Sürməli mahalından
ayıraraq təşkil etmişdi. Bu mahal İrəvan xanlığının cənub-qərb qutaracağında, Araz
çayının sağ sahilində yerləşirdi. Dərəkənd - Parçenis mahalı şimaldan Səədli
mahalı, cənub-qərbdən Osmanlı dövləti, şərqdən isə Sürməli mahalı ilə həmsərhəd
idi. Yeni mahal Bayazid sərhədindən Araz çayına doğru uzanan Parçeniş,
Dərəkənd, Parnaud dərə vadilərini əhatə edirdi. Dağıdılmış 8 kənddən savayı,
Parçeniş dərəsində 26, Dərəkənd dərəsində isə 54 yararlı kənd qeydə alınmışdı [95,
443, 513, 571-574]. Məşhur Goğb (Qulp) kəndi və eyni adlı duz mədəni burada
yerləşirdi. Bu kənd artıq mahal mərkəz çevrilmişdi [200, 35-36].
Səədli mahalı.
*
İrəvan xanlığının ən kiçik mahalı sayılan Səədli xanlığın
*
"Səədli" qədim Uirk tayfalarından birinin adıdır. Azərbaycan, Türkiyə, Gürcüstan ərazisində onlarca
"Səədli" adlı yaşayış məntaqələri var. Bütün bu yaşayış məntəqələri eyni adlı türk tayfasının
95
qərb qurtaracağında yerləşirdi. Arpaçay mahalı iki hissəyə ayıraraq Araz çayına
qovuşurdu. Səədli mahalı şimadan Talın, qərbdən Osmanlı dövləti, cənubdan
Dərəkənd - Parçenis, şərqdən isə Sərdarabad mahalı ilə həmsərhəd idi. İ.Şopen
Səədli mahalına məxsus 14 kənd qeydə almışdır və bu kəndlərdən 5-nin artıq
dağıldığını, qeyd edir [95, 444, 513, 575-576]. Məz buna görə də C.Bornoutyan,
əsasən, Səədli tayfasının yaşadığı Səədli mahalının mərkəzi Xeyribəyli olmaqla 9
kəndi əhatə etdiyini qeyd edir [200, 36J.
Talın mahalı. İrəvan əyalətinin şimal-qərbində Alagöz dağı ilə Arpaçay
arasında yerləşirdi. Bu mahal şimaldan Şörəyel, qərbdən onu Qars paşalığından
ayıran Arpaçayla, cənubdan Sərdarabad və Səədli mahalları ilə, şərqdən isə
Seyidli-Axsaxlı mahalı ilə həmsərhəd idi. İ.Şopen Talın mahalına məxsus 47 kənd
qeydə almışdır və bu kəndlərdən 27-nin artıq dağıldığını qeyd edir [95, 444, 513-
514, 575-576]. C.Bornoutyan Talın mahalı əhalisinin çox olmadığını və yararlı 20
kəndin olduğunu qeyd edir. Mahalın mərkəzi Talından keçən ticarət yolu Tiflis
vasitəsilə Qara dənizə və Rusiyaya gedirdi [200. 36]. Məşhur Talın karvansarası
burada yerləşirdi [Bax: şəkil 9].
Seyidli-Axsaxlı mahalı.
**
İki tayfanın adından götürülmüş mahal Talın
mahalı sərhədlərindən başlayaraq Alagöz dağının cənub və şərq ətəkləri ilə Abaran
mahalına qədər əraziləri əhatə edirdi. Şimal-dan Abaran, qərbdən Talın, cənub-
qərbdən az bir hissəsi Sərdarabad-şərqdən isə tamamilə Qərbibasar mahalı ilə
həmsərhəd idi [95, 444]. Mərkəzi Uşi (Üşü) olan bu mahal cəmi 20 kənddən ibarət
idi. Bunlardan 11 kənd Seyidli tayfasına, 9 kənd isə Axsaxlı tayfasına məxsus idi.
Burada dağıdılmış kənd qeydə alınmayıb [95, 575-200. 36].
Sədarabad mahalı. Bu mahal İrəvan xanlığının ən böyük mahalından biri
idi. Sərdarabad mahalı Araz çayının şimal sahillərində, Sürməli mahalının
qarşısında yerləşirdi. Mahal şimaldan Talın, qərbdən Səədli, cənubdan onu Sürməli
mahalından ayıran Araz çayı, sərqdən isə Zəngibasar və Qərbibasar mahalları ilə
həmsərhəd idi. İrəvan xanı Hüseynəli xan Qacarın göstərişi ilə yaradılan bu
mahalda Hüseynqulu xan Qacarın göstərişi ilə I8l0-cu ilə yaxın məşhur Sərdarabad
qalası tikildi. Hüseynqulu xan Qacar burada yaşayırdı [95, 255]. Mərkəzi
Sərdarabad şəhər-qalası olan bu mahalda 30 kənd qeydə alınmışdır. Bu kəndlərdən
8-i dağıdılmışdı. Qeyd etmək lazımdır ki, sonralar bu mahalda yaşayan ermənilər
məhz Rusiya işğalından sonra buraya əsasən Bayazid paşalığından köçürülənlər idi
yadigarlarıdır. XVII əsrə aid mənbədə Səədin ölkəsi kimi qeyd olunur [34, 90, 193, 485 və s.].
**
Seyidli — Arsaxlı mahalının adının birinci hissəsi — "Seyidli" sözü qədim Səədlu tayfasının adı ilə
bağlıdır. Hətta erməni mənşəli Qərb tarixçisi C.Bornoutyan da öz əsərində bu sözü Səidli şəklində
yazmışdır [bax: 200, 36]. Mahalın adının ikinci hissəsindəki "Axsaxlı" sözü "axsaq "topal" mənasında
deyil. Bu ad Azərbaycanm digər yaşayış məntəqələri və yer adlarında qorunub saxlanılan qədim Sak
tayfalarının adı ilə bağlıdır və əvvəllər "Ağsaxlı" kimi işlənmişdir. Məsələn-Şəki - Saki, Zakatala - Sak
talası, Axsaxlı — Ağ Saklı, Orsak (Arsak) — ər Sak və s. Bundan əlavə, həmin söz Axcah-Ağacəri
qədim Azərbaycan Qacar tayfalarının adı ilə də bağlı ola bilər İrəvan bölgəsinin qədimdən Ağcaqoyunlu
Qacarların vətəni olmasını mənbələrin məlumatları təsdiq edir.