90
Zəngəzur dağlarının şimal parçası ilə Göyçə gölünü və onun şərqindəki dağları öz
içərisinə alırdı. Bundan sonra isə xanlığın sərhədləri Pəmbək dağlarını və
Alagözün şimal yamacını Arpaçayla birləşdirən xətlə Bazarcıq kəndinin üstündən
keçərək Qızılkilsə kəndinə qədər gəlib çatırdı
**
[95, 351-352; 214, 31-32].
Hüseynəli xanın hakimiyyəti illərində (1762
***
-1783) İrəvan xanlığının
sərhədləri daha da genişlənərək Şörəyel bölgəsini də əhatə etmişdi [214, 31-32].
Melikset bəyin "Gürcü mənbələri"nə əsaslanan A.R.Qriqoryan yazır:" 1779-cu ildə
gürcü knyazı II İrakli İrəvan xanlığına qarşı hücuma keçərək Şörəyeli işğal etdi və
onun hakimi Sultan Qəhrəmanı özünə tabe etdi". Bu işğaldan sonra Şörəyelin
yenidən azad olunub İrəvana qaytarılması məsələsi xanlığın xarici siyasətinda daim
diqqət mərkəzində olmuşdur [105, 178; 214, 32].
1795-ci ildə Ağa Məhəmməd xan Qacar İrəvan xanlığını özündən asılı
hala saldı. Bundan sonra Pəmbək, Qazax və Borçalını xüsusi fərmanla irəvanlı
Məhəmməd xana verdi [149, 65]. Lakin az sonra - 1796-cı ildə V.Zubovun
başçılığı ilə Rusiya qoşunları Azərbaycana hücum etdi. Ağa Məhəmməd xan Qacar
İranın içərilərinə çəkilməyə məcbur oldu. Bunun nəticəsində İrəvan xanı
Məhəmməd xan Ağa Məhəmməd xan Qacarın ona verdiyi Azərbaycan torpaqlarını
Pəmbək, Qazax və Borçalını öz hakimiyyəti altında saxlaya bilmədi. 1797-ci ilin
yazında Ağa Məhəmməd şah Qacar Azərbaycana ikinci dəfə yürüş edərək Pəmbək
və Borçalını yenidən İrəvan xanına verdi, Şəmşəddil və Qazaxı isə gəncəli Cavad
xana verməyi İraklidən tələb etdi [149, 207; 214, 33] Ağa Məhəmməd şahın həmin
ilin iyul ayında Şuşada qətlə yetirilməsi bu planın reallaşdırılmasına imkan
vermədi. Digər tərəfdən, irəvanlı Məhəmməd xan həbs olunaraq İrana aparıldı.
İrəvanlı Məhəmməd xan İrandan qayıtdıqdan sonra 1801-ci ilin əvvəlində Şörəyeli
tutdu. Şörəyel 1805-ci ilin yazında Rusiya tərəfindən işğal edilənə qədər İrəvan
xanlığının tərkibində qaldı.
İnzibati ərazi bölgüsü: Azərbaycanın digər xanlıqlarında olduğu kimi,
İrəvan xanlığı da inzibati-ərazi quruluşuna görə mahallara, mahallar isə kəndlərə
bölünmüşdü [bax: bölmənin sonu, xəritə 3].
İrəvan şəhəri şimaldan Qırxbulaq, qərbdən və cənubdan Zəngibasar
mahalları ilə, şərqdən isə onu Qərbibasar (Körpübasar) mahalından ayıran
Oxçuberd dağının daşlı pillələri ilə həmsərhəd idi. İrəvan şəhəri onu əhatə edən
**
İrəvan xanlığının ərazisi və sərhədlərindən bəhs edən bütün əsərlərdə, bir qayda olaraq, bütün
yer adları, toponimlər yalnız Azərbaycan türkcəsindədir, daha doğrusu, Azərbaycan xalqına
məxsus adlar və yaşayış məskənləridir. Erməni mənbəsi sayılan "Cambr"da bu cür toponimlər
yüzlərlədir [bax: bölmə 2, əlavə № 4]. Erməni müəllifi V.A. Qriqoryan belə öz əsэrində bütün
toponimlərin əksəriyyətinin əvvəlcə Azərbaycan türkcəsində, sonra isə mötərizə içərisində fars
dilindən götürmə sözlərlə erməniləşdirilmiş şəklini vermişdir. Məsələn: Arpaçay (Axurya"!
Gözəldərə (Vardenis) və s. [214, 31-32 və s.].
***
İrəvan xanı Hüseynəli xan Qacarın hakimiyyətə gəlməsi dövrün mənbəsində "Cambr‖da 1759-1760-
cı illərdən başlayaraq xatırlanır [105, 137].
91
bağlarla birgə geniş ərazini əhatə edirdi. Onun sahəsi 28 verstə bərabər idi [95,
463-464; Bax: bölmənin sonu, şəkil 5, 6, 7, 8, 11]. İrəvan xanlığının paytaxtı,
müstəqil inzibati mərkəz olan İrəvan şəhəri iki hissəyə - içəri şəhər (qala) və bayır
şəhər hissəsinə bölünmüşdü [bax: bölmənin sonu, xəritə: 2, 4].
İçəri şəhər əsasən İrəvan qalasından ibarət idi. İrəvan qalası 1583-cü ildə
Osmanlı sərkərdəsi Fərhad paşa tərəfindən tikilmiş, sonralar dəfələrlə dağıdılmış,
yenidən bərpa edilmiş, XVIII əsrin sonunda kifayət qədər möhkəmləndirilmiş və
dəfələrlə ağır mühasirələrə tab gətirmişdi. İrəvan qalası Zəngi çayının sol sahilində
yerləşirdi. Qala üç tərəfdən dərin xəndəklə, digər tərəfdən isə Zəngi çayının
sahilində sıldırımda tikilmiş 2 hündür divarla əhatə olunmuşdu. Qalanın iki qapısı
vardı: şimalda məşhur Şirvan qapısı, cənubdan Təbriz qapısı. Mühasirə zamanı
sudan istifadə etmək üçün qaladan Zəngi çayına çıxış da var idi [71,IV,290;
200,41].
1813-cü ildə burada olan Qaspar Druvil yazırdı: «İrəvan qalası iki divarla
əhatə olunub, şəhərdən yarım top atəşi məsafəsində yerlaşir. Qala uzun müddət
Türkiyə və İran arasında mübahisəyə səbəb olmuş, nəhayətdə İranın (Səfəvilərin -
red.) hakimiyyəti altındı qalmışdı. Qalanı xan idarə edir. Xan qalanın içərisində üç
nizami tabor, qalanı qoruyan 60 top və süvari artilleriya bölüyünün yarısını
saxlayır [49,8]».
İrəvan qalasının içərisində sərdarın sarayı, hərbçilərin evləri, dükanlar və
iki məscid vardı.
*
Qalanın içərisinə 2 yerdən – Zəngi çayından və cənub-şərq
tərəfdən - Qırxbulaq çayından yeraltı yolla su çəkilmişdi [bax: bölmənin sonu,
şəkil 3, 4]. Rusiya işğalına qədər İrəvan qalasında 800 ev vardı. Lakin işğaldan
sonra bu evlərin çoxu dağıdılmışdı [71,IV. 290].
Bayır səhər əsasən üç böyük məhəllədən ibarət idi. Həmin məhəllələr
bunlar idi:
Şəhri (Əski şəhər) məhəlləsi - şəhərin şimal-şərq hissəsini əhatə edərək
Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi
bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə
yerləşirdi [95, 464; 200, 46; Bax: bölmənin sonu, cədvəl 3; şəkil 9, 10, 14].
Təpəbaşı məhəlləsi - Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı
təpəlikdə yerləşirdi. Bu məhəllə şəhərin qərb hissəsini əhatə edirdi. Təpəbaşı
məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları
ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı da burada yerləşirdi [95, 464-
465; 200, 46].
Dəmirbulaq məhəlləsi - Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan
qalasının şərqində yerləşirdi. Cəfər bəy məscidi və hamamı, həmçinin Həsənəli
hamamı və Susuz karvansarası burada yerləşirdi [95, 465; 214, 40; 200, 47].
Yuxarıda göstərilən məhəllələrin sakinləri Azərbaycan türkləri idi [200, 47].
*
İrəvan şəhərində qeydə alınan məscidlər bölmənin sonundakı cədvəldə verilmişdir [bax: cədvəl 2;
şəkil 9, 10, 14].