71
Aleksandr Çavçavadze Nerses Əştərəkliyə məktub yazaraq Qafqazın xüsusi
korpusunun komandanı Paskeviçin 1828-ci il 17 mart tarixli 458 saylı əmrinin
yerinə yetirilməsi məqsədilə əvvəlki hakimiyyət dövründə İrəvan xanlığında
ermənilərdən xüsusi bir vergi alınıb-alınmaması barədə məlumat istəmiş və belə bir
verginin mövcud olduğu halda ləğv olunmasını tələb etmişdi [214,54]. Lakin,
1828-ci il martın 29-da Nerses Əştərəkli bu məktuba cavab olaraq bildirirdi ki,
"əvvəlki hakimiyyət dövründə İrəvan xanlığında ermənilərdən dini dönüklük üçün
heç bir vergi alınmayıb" [214, 54]. Yuxarıda qeyd edildiyi kimi, bu, xanlığın
Rusiya tərəfindən işğalına qədər burada yaşayan ermənilərin sayının çox az olması
ilə bağlı idi. Buna görə də İrəvan xanlarının həmin verginin ödənilməsini lüzumsuz
saymışlar. Ermənilərin İrəvan xanlığında sayca az olmalarını vergi ilə bağlı belə bir
faktda sübut edir ki, ilk mənbələrdə dövlətə və mülkədarlara vergi verən əhali
kateqoriyalarının sırasında ermənilər barədə heç bir məlumata təsadüf olunmur.
T.Şopenin yazdığına görə, ətraf beş mahalda yaşayan ermənilər şərab çəkməklə
məşğul olduqlarına görə cəmi-cümlətanı 680 tümən vergi ödəmişlər [95, 975].
Mükəlləfiyyətlər iki şəkildə olurdu: biyar və əvariz (iməcilik).
Mülkədarlara məxsus torpaqlar kənd icmaları tərəfindən becərilirdi. Biyar hər bir
ailənin ildə 3-6 gün mülkədar təsərrüfatlarında havayı olaraq işləməsi idi. Bundan
əlavə, icma üzvləri ildə 2 gün əvariz (iməcilik) qaydasında torpaq sahibi üçün
işləməli idilər [174,278-279].
A.Araratlının məlumatına görə, əkin vaxtı Valarşabad (Vağarşabad)
kəndinin sakinlərini mülk sahiblərinin torpaqlarına apararaq istirahət günləri istisna
olmaqla, gecə-gündüz işlədirdilər [53.18 Maraqlı cəhət odur ki, A.Araratlı
Valarşabad kəndliləri içərisində nəfər də olsun erməni adı çəkmir. Deməli, buranın
sakinləri yalnız azərbaycanlılar idi.
Üçkilsəyə məxsus torpaqlar vəqf torpaqları hesab olunduğundan
vergilərdən azad idilər. Bu torpaqların mülkiyyətçiləri, hətta, müxtəlif xidmətləri
müqabilində maaflıq hüququ da alırdılar.
İlk mənbələrdə qeyd olunan XVIII əsrə aid bütün vergi adları, bütün
təsərrüfat terminləri göstərir ki, İrəvan xanlığında ümumi sosial-iqtisadi mənzərə
əsasən Azərbaycanın başqa xanlıqlarında oldıığıı kimi idi. Daha doğrusu,
Azərbaycanın bundan əvvəlki ənənəvi tarixi inkişafı davamı idi.
89
Xanlığın sərhədləri, inzibati bölgüsü və idarəçilik
sistemi
Tarixi-coğrafi sərhədləri: Tarixi Azərbaycan torpaqlarında yaranan
müstəqil dövlət qurumlarından biri olan İrəvan xanlığı XVIII əsrin II yarısında
Şimali Azərbaycanın cənub-qərb torpaqlarını əhatə edərək Araz çayının hər iki
sahilində yerləşirdi. İrəvan xanlığının tarixi-coğrafi sərhədləri haqda müxtəlif
məlumatlar mövcuddur.
N.Dubrovin, qısa da olsa, İrəvan xanlığının sərhədləri haqqında məlumat
vermişdir. O, xanlığın şimaldan Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları və Gəncə
xanlığı, şərqdən Qarabağ və Naxçıvan xanlıqları, cənub və qərbdən isə İran və
Osmanlı əraziləri ilə həmsərhəd olduğunu yazır [149, 327]. S.D.Burnaşev haqlı
olaraq Azərbaycan xanlıqlarının siyasi-coğrafi sərhədlərinin fasiləsiz müharibələr
nəticəsində daim dəyişdiyini
*
qeyd edir [40, 25-26]. Lakin müəllif İrəvan
xanlığının qonşu dövlətlərlə sərhədlərini təsvir edərkən yanlış olaraq xanlığın
yalnız Arazın sol sahilində yerləşdiyini göstərir [40, 17]. Müxtəlif mənbələrin
təsvirlərində İrəvan xanlığının Araz çayının əsasən sol sahilində, qismən isə sağ
sahilində yerləşdiyini izləmək mümkündür
**
[95, 351-353; 149, 327; 71, V, 253;
bax:
bölmənin sonu, xəritə 3,4].
61°-64° şərq uzunluq dairəsi və 41°-39° şimal en dairəsi arasında yerləşən
İrəvan xanlığı məhsuldar Ağrı vadisini öz hüdudları daxilinə almaqla şimaldan
Şörəyel, Pəmbək, Şəmşəddil, Qazax sultanlıqları, şimal-şərqdən Gəncə, şərqdən
Qarabağ və Naxçıvan xanlıqları, cənubdan Xoy xanlığı, Maku xanlığı və Bayazid
paşalığı, qərbdən Kağızman və Qars paşalıqları ilə həmsərhəd idi. Ümumilikdə
İrəvan xanlığının ərazisi 11,000 kv.verstə bərabər idi
*
[bax: 71, IV, 253; 106,34].
Xanlığın siyasi-coğrafi sərhədləri qərbdə Arpaçaydan, Qızılkilsə kəndinin
yanından şimaldan cənuba doğru uzanır, sonra bir qədər şərqə tərəf dönməklə
Arpaçayın aşağı axarı üzərindəki Hacı Bayramlı kəndinə doğru gedir, buradan çayı
keçib qərbə doğru uzanır və Qəribdağ silsiləsinə çatırdı. Burada sərhəd Arazı keçir
və həmin dağsilsiləsi ilə şimal-qərbə tərəf - Koroğlu dağına qədər uzanırdı. Sonra
əvvəlcə şimal-şərqə, daha sonra isə azacıq şimala dönməklə, su paylanan
yüksəkliyə - Kiçik Ağrıya, bundan sonra isə şimal-qərbə Araza qədər uzanırdı
[bax: bölmənin sonu, şəkil 12]. Burada Arazın sərhədini kəsərək Naxçıvanı Şərur
düzənliyi ilə ayıran dağ silsiləsilə uzanır, daha sonra Gözəldərə dağ silsiləsi ilə
*
Şörəyel və Pəmbək ərazisi xanlığın əlindən alınaraq sultanlıq şəklində Rusiya imperiyası tərəfindən
Kartli-Kaxeliyə verilmişdi [71,1, 294].
**
İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra tərtib olunmuş xəritələrdə belə
xanlığın ərazisinin Araz çayının hər iki sahilində yerləşdiyini izləmək mümkündür [bax: xəritə 1. 2,3].
*
Təsvir Dimitri Zubarevə məxsusdur [bax: 71. IV, 253].