92
XVI əsrdə osmanlı yürüşləri zamanı sultanın katibi olmuş İbrahim
Rəhimizadə İrəvan şəhərini "Azərbaycan mülkünün gözü" adlandırmışdı [9. 169].
XIX əsrin I qərinəsində Rusiya tərəfindən işğal olunmasına baxmayaraq, sonrakı
dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və Azərbaycan türklərinə məxsusluğunu
saxlayırdı. B.Jelixovskaya bu haqda yazır: "İrəvan görünüşünə görə bütünlüklə
tatar (Azərbaycan - red.) şəhəridir, uzaqdan çox gözəldir. Şəhərin yerləşdiyi
düzənlik nəhəng çiçək səbətinə bənzəyir. Ağ evlər, qüllələr, qalanın xarabalıqları,
rəngbərəng kaşılarla üzlənmiş məsçid və təmtəraqlı minarələr: bunların hamısı
bağların içərisində itir, piramidaşəkilli sərvlərin xiyabanı ilə dövrələnir, hər şey
üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olunmuş, hamısı qızılgül və nar kolları
ilə bəzədilmişdi. Zəngi çayı yüksək dağdan şəlalə kimi düzənliyə tökülür və
qayalarda dərin yataq açaraq şəhərə doğru yönəlir və hər cür yaşıllığın keçilməz
cəngəlliyində itir" [154, 40-42]. 1836-cı ildə Leqkobıtov tərəfindən tərtib olunmuş
mənbənin məlumatına görə, İrəvan qalasının ətrafında bayır şəhərdə 1736 ev, 5
meydan, 8 məscid, 5 kilsə,
*
6 karvansara, 1670 dükan, 9 ictimai hamam, 1470
üzüm və meyvə bağı, 40 dəyirman, 6 ding vardı [71, IV. 291]. Leqkobıtovdan
fərqli olaraq, İ.Şopen İrəvan şəhərində 1730 ev olduğunu göstərir. Bu evlərdən
792-si Şəhri (Əski şəhər), 622-si Təpəbaşı, 322-si isə Dəmirbulaq məhəlləsində
yerləşirdi [95,468].
Sərdarabad qalası İrəvan qalasından sonra ikinci ən böyük qala-şəhər
olmaqla bərabər Azərbaycanın ən möhtəşəm orta əsr qalalarından biri idi.
İ.Şopenin məlumatına görə, bu qalanın əsası İrəvan xanı Hüseyn xan (Hüseynqulu
xan Qacar - red.) tərəfindən təqribən 1810- cu ildə qoyulub [95,255]. Araz çayının
sol sahilində yerləşən Sərdarabad qalasının ikiqat hörgülü, hündür divarları
uzunsov dördbucaqlı formasında idi. Top yerləşdirmək üçün uzun (yan) divarları
da 6, qısa divarlarda isə 4 bürcü var idi. Dərin xəndəklə əhatə olunan qalanın
dövrəsi 4 verstə yaxın idi. Burada sərdarın sarayından başqa l700-dək ev, 1 məscid,
33 dükan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus
geniş bağ vardı. Əhalisi əkinçilik, maldarlıq, xırda ticarət, bez toxuculuğu,
dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdu [71.IV.291-292].
Digər mənbənin məlumatında Sərdarabad qalası dairəvi qülləsi olan çiy
kərpicdən tikilmiş divarlarla əhatə olunmuşdu. Keçmiş Sərdarabad kəndi qalanın
içərisində yerləşirdi [59,28]. Sərdarabad qalası üç tərəfdən ikiqat divarlarla əhatə
olunmuşdu, yalnız cənub tərəfdən təkqat divara malik idi [32,564].
Xanlıq inzibati cəhətdən mahallara bölünürdü [bax: 95,442-446; 50,31].
Mahalları mahal bəyləri və ya naiblər idarə edirdi. Mahal bəyi və ya naib vəzifəsi
irsi idi. Lakin yeni mahal bəyi və ya naib hər dəfə xan tərəfindən təsdiq edilirdi.
Naiblər mahalın inzibati, mühafizə və bəzən məhkəmə işlərinə də cavabdeh idilər.
Kəndlər yüzbaşı və kəndxudalar tərəfindən idarə olunurdu. Xanlığın
*
Bu kilsələr İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra, ermənilərin xüsusi məqsədlə Osmanlı
imperiyası və Qacarlar İranından köçürülərək İrəvan şəhərində yerləşdirilməsindm sonra inşa edilmişdi.
93
idarəetmə sistemində çalışanlar, demək olar ki, aylıq məvacib almırdılar. Onlara
xidmətləri müqabilində məvacib xəzinə üçün toplananvergi hesabına ödənilirdi.
İrəvan xanlığının ərazisi əvvəllər inzibati cəhətdən 12 mahala
bölünmüşdü. Sonralar Hüseynqulu xan Qacar daha 3 yeni mahal yaradaraq
mahalların sayını 15-ə çatdırdı [200,33]. Xanlıq mahallara bölünərkən xanlıq
ərazisindəki suvarma sistemindən bütün mahalların istifadə edə bilməsi nəzərə
alınmışdı. Bu da xanlıq ərazisində kənd təsərrüfatının inkişafı üçün həlledici
əhəmiyyətə malik idi. İrəvan xanlığına aşağıdakı mahallar daxil idi [bax: bölmənin
sonu, cədvəl 2].
Qırxbulaq mahalı. Bu mahal İrəvan şəhərinin şimal və cənubunu əhatə
edirdi. Cənubdan Araz çayı, şimaldan Dərəçiçək, qərbdən Gərnibasar, şərqdən
Gərni - Vedibasar mahalları ilə həmsərhəd idi.
XVIII əsrin sonunda bu mahal ayrı-ayrılıqda Qırxbulaq və Zəngibasar
mahalları kimi verilir. İrəvan xanı Məhəmməd Hüseyn xan Qacara məxsus
mülklərin
siyahısından
da
məlum
olur
ki,
Zəngibasar
kəndlərinin çoxu Qırxbulaq mahalının içərisində verilmişdir [214,33].
XIX əsrin birinci rübünə aid mənbədə Qırxbulaq mahalı artıq iki adla
təqdim olunur: Qırxbulaq mahalı və Zəngibasar mahalı [95, 442 ].
İ.Şopen Qırxbulaq mahalına məxsus 48 kənd qeydə almışdır və bu
kəndlərdən 26-nın artıq dağıldığını qeyd edir [bax: 95, 509-510, 543-
544].
Məhz
bu
məlumata
əsaslanan C.Bornoutyan mərkəzi Kənəkir
olmaqla bu mahala 22 kəndin daxil olduğunu qeyd edir [200, 38].
XVIII əsrdə Qırxbulaq mahalının tərkibində olan Zəngibasar mahalı da,
artıq, XIX əsrin əvvəlində tamamilə ondan ayrılmışdı. İ.Şopen Zəngibasar
nıahalına məxsus 33 kənd qeydə almışdır və bu kəndlərdən 7-nin artıq dağıldığını
qeyd edir [bax: 95, 510, 547-548]. Məhz buna görə C.Bornoulyan Zəngibasar
mahalına mərkəzi Uluxanlı olmaqla 26 kəndin daxil olduğunu yazır [200, 35].
Gərni - Vedibasar mahalı. Matenadaranda saxlanılan sənədlər siyahısına
əsasən, bəhs edilən dövrdə bu mahal birləşmiş mahal olub Azad (Gərniçay)
çayından suvarılan və Arazdan şimala tərəf olan torpaqları, həmçinin Vediçay və
Qapançay hövzəsindən suvarılan vadiləri əhatə edirdi. Şimaldan Göyçə, şərqdən
Şərurla həmsərhəd idi [214,34]. Bu mahal da sonralar iki yerə - Gərnibasar və
Vedibasar
*
mahallarına bölünmüşdü [95, 442-443].
Araz çayının sol sahilində yerləşən Gərnibasar mahalı şimaldan
Qırxbulaq, qərbdən Zəngibasar, cənubdan qismən Araz çayı və Vedibasar mahalı,
*
Vedibasar toponimi iki kümponentdon - "vedi" - ərəbcə vadi, "basar" – Azərbaycan türkcəsində
basmaq (çayın daşaraq ətrafları basması) felindən düzəlmişdir. İrəvan bölgəsin Vedi adlı kiçik çayın
olması məlumdur [171,50]. Bundan əlavə, İrəvan bölgəsində Böyük V adlı kənd olmuşdur. Rusdilli
mənbədə kəndin adı ərəbcə Vedi Ulya forrnasında verilir [95.53 Kəndin aborigen əhalisi — Azərbaycan
türkləri 1918-ci ildə ermənilər tərəfindan zorla qovulan əvəzində 1915-1918-ci illərdə Türkiyədən
gəlmə erməniləri yerləşdirilmişdi [bax: 110, 162, 169-170]