Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə26/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   22   23   24   25   26   27   28   29   ...   85

92 

 

XVI  əsrdə  osmanlı  yürüşləri  zamanı  sultanın  katibi  olmuş  İbrahim 



Rəhimizadə İrəvan  şəhərini "Azərbaycan  mülkünün  gözü" adlandırmışdı [9. 169]. 

XIX  əsrin  I  qərinəsində  Rusiya  tərəfindən  işğal  olunmasına  baxmayaraq,  sonrakı 

dövrlərdə də İrəvan şəhəri öz gözəlliyini və  Azərbaycan türklərinə  məxsusluğunu 

saxlayırdı.  B.Jelixovskaya  bu  haqda  yazır:  "İrəvan  görünüşünə  görə  bütünlüklə 

tatar  (Azərbaycan  -  red.)  şəhəridir,  uzaqdan  çox  gözəldir.  Şəhərin  yerləşdiyi 

düzənlik nəhəng çiçək səbətinə bənzəyir. Ağ evlər, qüllələr, qalanın xarabalıqları, 

rəngbərəng  kaşılarla  üzlənmiş  məsçid  və  təmtəraqlı  minarələr:  bunların  hamısı 

bağların  içərisində  itir,  piramidaşəkilli  sərvlərin  xiyabanı  ilə  dövrələnir,  hər  şey 

üzüm tənəkləri, sarmaşıq xalçaları ilə əhatə olunmuş, hamısı qızılgül və nar kolları 

ilə  bəzədilmişdi.  Zəngi  çayı  yüksək  dağdan  şəlalə  kimi  düzənliyə  tökülür  və 

qayalarda  dərin  yataq  açaraq  şəhərə  doğru  yönəlir  və  hər  cür  yaşıllığın  keçilməz 

cəngəlliyində itir" [154, 40-42]. 1836-cı ildə Leqkobıtov tərəfindən tərtib olunmuş 

mənbənin  məlumatına  görə,  İrəvan  qalasının  ətrafında  bayır  şəhərdə  1736  ev,  5 

meydan,  8  məscid,  5  kilsə,

*

  6  karvansara,  1670  dükan,  9  ictimai  hamam,  1470 



üzüm  və  meyvə  bağı,  40  dəyirman,  6  ding  vardı  [71,  IV.  291].  Leqkobıtovdan 

fərqli  olaraq,  İ.Şopen  İrəvan  şəhərində  1730  ev  olduğunu  göstərir.  Bu  evlərdən 

792-si  Şəhri  (Əski  şəhər),  622-si  Təpəbaşı,  322-si  isə  Dəmirbulaq  məhəlləsində 

yerləşirdi [95,468]. 



Sərdarabad  qalası  İrəvan  qalasından  sonra  ikinci  ən  böyük  qala-şəhər 

olmaqla  bərabər  Azərbaycanın  ən  möhtəşəm  orta  əsr  qalalarından  biri  idi. 

İ.Şopenin məlumatına görə, bu qalanın əsası İrəvan xanı Hüseyn xan (Hüseynqulu 

xan Qacar - red.) tərəfindən təqribən 1810- cu ildə qoyulub [95,255]. Araz çayının 

sol  sahilində  yerləşən  Sərdarabad  qalasının  ikiqat  hörgülü,  hündür  divarları 

uzunsov  dördbucaqlı  formasında  idi.  Top  yerləşdirmək  üçün  uzun  (yan)  divarları 

da  6,  qısa  divarlarda  isə  4  bürcü  var  idi.  Dərin  xəndəklə  əhatə  olunan  qalanın 

dövrəsi 4 verstə yaxın idi. Burada sərdarın sarayından başqa l700-dək ev, 1 məscid, 

33 dükan, 16 dəyirman, 1 ding, 4 yağçəkən zavod, 1 boyaqxana və sərdara məxsus 

geniş  bağ  vardı.  Əhalisi  əkinçilik,  maldarlıq,  xırda  ticarət,  bez  toxuculuğu, 

dəmirçilik, dərzilik və digər sənət sahələri ilə məşğul olurdu [71.IV.291-292]. 

Digər  mənbənin  məlumatında  Sərdarabad  qalası  dairəvi  qülləsi  olan  çiy 

kərpicdən  tikilmiş  divarlarla  əhatə  olunmuşdu.  Keçmiş  Sərdarabad  kəndi  qalanın 

içərisində  yerləşirdi  [59,28]. Sərdarabad  qalası  üç  tərəfdən  ikiqat  divarlarla  əhatə 

olunmuşdu, yalnız cənub tərəfdən təkqat divara malik idi [32,564]. 

Xanlıq  inzibati  cəhətdən  mahallara  bölünürdü  [bax:  95,442-446;  50,31]. 

Mahalları mahal bəyləri və ya naiblər idarə edirdi. Mahal bəyi və ya naib vəzifəsi 

irsi  idi.  Lakin  yeni  mahal  bəyi  və  ya  naib  hər  dəfə  xan  tərəfindən  təsdiq  edilirdi. 

Naiblər mahalın inzibati, mühafizə və bəzən məhkəmə işlərinə də cavabdeh idilər. 

Kəndlər  yüzbaşı  və  kəndxudalar  tərəfindən  idarə  olunurdu.  Xanlığın 

                                                           

*

 Bu kilsələr İrəvan xanlığının Rusiya tərəfindən işğalından sonra, ermənilərin xüsusi məqsədlə Osmanlı 



imperiyası və Qacarlar İranından köçürülərək İrəvan şəhərində yerləşdirilməsindm sonra inşa edilmişdi.

 



93 

 

idarəetmə  sistemində  çalışanlar,  demək  olar  ki,  aylıq  məvacib  almırdılar.  Onlara 



xidmətləri müqabilində məvacib xəzinə üçün toplananvergi hesabına ödənilirdi. 

İrəvan  xanlığının  ərazisi  əvvəllər  inzibati  cəhətdən  12  mahala 

bölünmüşdü.  Sonralar  Hüseynqulu  xan  Qacar  daha  3  yeni  mahal  yaradaraq 

mahalların  sayını  15-ə  çatdırdı  [200,33].  Xanlıq  mahallara  bölünərkən  xanlıq 

ərazisindəki  suvarma  sistemindən  bütün  mahalların  istifadə  edə  bilməsi  nəzərə 

alınmışdı.  Bu  da  xanlıq  ərazisində  kənd  təsərrüfatının  inkişafı  üçün  həlledici 

əhəmiyyətə malik idi. İrəvan xanlığına aşağıdakı mahallar daxil idi [bax: bölmənin 

sonu, cədvəl 2]. 



Qırxbulaq  mahalı.  Bu  mahal  İrəvan  şəhərinin  şimal  və  cənubunu  əhatə 

edirdi.  Cənubdan  Araz  çayı,  şimaldan  Dərəçiçək,  qərbdən  Gərnibasar,  şərqdən 

Gərni - Vedibasar mahalları ilə həmsərhəd idi. 

XVIII  əsrin  sonunda  bu  mahal  ayrı-ayrılıqda  Qırxbulaq  və  Zəngibasar 

mahalları  kimi  verilir.  İrəvan  xanı  Məhəmməd  Hüseyn  xan  Qacara  məxsus 

mülklərin 

siyahısından 

da 


məlum 

olur 


ki, 

Zəngibasar 

kəndlərinin çoxu Qırxbulaq mahalının içərisində verilmişdir [214,33]. 

XIX  əsrin  birinci  rübünə  aid  mənbədə  Qırxbulaq  mahalı  artıq  iki  adla 

təqdim  olunur:  Qırxbulaq  mahalı  və  Zəngibasar  mahalı  [95,  442  ]. 

İ.Şopen  Qırxbulaq  mahalına  məxsus  48  kənd  qeydə  almışdır  və  bu 

kəndlərdən  26-nın  artıq  dağıldığını  qeyd  edir  [bax:  95,  509-510,  543- 

544]. 


Məhz 

bu 


məlumata 

əsaslanan  C.Bornoutyan  mərkəzi  Kənəkir 

olmaqla bu mahala 22 kəndin daxil olduğunu qeyd edir [200, 38]. 

XVIII  əsrdə  Qırxbulaq  mahalının  tərkibində  olan  Zəngibasar  mahalı  da, 

artıq,  XIX  əsrin  əvvəlində  tamamilə  ondan  ayrılmışdı.  İ.Şopen  Zəngibasar 

nıahalına məxsus 33 kənd qeydə almışdır və bu kəndlərdən 7-nin artıq dağıldığını 

qeyd  edir  [bax:  95,  510,  547-548].  Məhz  buna  görə  C.Bornoulyan  Zəngibasar 

mahalına mərkəzi Uluxanlı olmaqla 26 kəndin daxil olduğunu yazır [200, 35]. 



Gərni -  Vedibasar mahalı. Matenadaranda saxlanılan sənədlər siyahısına 

əsasən,  bəhs  edilən  dövrdə  bu  mahal  birləşmiş  mahal  olub  Azad  (Gərniçay) 

çayından suvarılan və  Arazdan şimala  tərəf olan torpaqları, həmçinin Vediçay və 

Qapançay  hövzəsindən  suvarılan  vadiləri  əhatə  edirdi.  Şimaldan  Göyçə,  şərqdən 

Şərurla  həmsərhəd  idi  [214,34].  Bu  mahal  da  sonralar  iki  yerə  -  Gərnibasar  və 

Vedibasar

*

 mahallarına bölünmüşdü [95, 442-443]. 



Araz  çayının  sol  sahilində  yerləşən  Gərnibasar  mahalı  şimaldan 

Qırxbulaq, qərbdən Zəngibasar, cənubdan qismən Araz çayı və Vedibasar mahalı, 

                                                           

*

  Vedibasar  toponimi  iki  kümponentdon  -  "vedi"  -  ərəbcə  vadi,  "basar"  –  Azərbaycan  türkcəsində 



basmaq  (çayın  daşaraq  ətrafları  basması)  felindən  düzəlmişdir.  İrəvan  bölgəsin  Vedi  adlı  kiçik  çayın 

olması  məlumdur  [171,50].  Bundan  əlavə,  İrəvan  bölgəsində  Böyük  V  adlı  kənd  olmuşdur.  Rusdilli 

mənbədə kəndin adı ərəbcə Vedi Ulya forrnasında verilir [95.53 Kəndin aborigen əhalisi — Azərbaycan 

türkləri  1918-ci  ildə  ermənilər  tərəfindan  zorla  qovulan  əvəzində  1915-1918-ci  illərdə  Türkiyədən 

gəlmə erməniləri yerləşdirilmişdi [bax: 110, 162, 169-170]

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə