Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə22/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   18   19   20   21   22   23   24   25   ...   85

67 

 

çəki və uzunluq vahidlərindən istifadə olunurdu [bax;



 

bölmənin sonu, cədvəl 4].   

İrəvan  xanlığında  həm  daxili,  həm  də  xarici  ticarət  əməliyyatlarının 

keçirilməsində  müxtəlif  pullardan  istifadə  olunurdu.  Xanlıqda  qarapul  adlanan 

yerli  mis  pullar  mühüm  rol

*

  oynayırdı.  Bundan  əlavə,  keçmiş  Səfəvilər  dövləti 



(1501-1736)  dövründən  qalma  pullardan,  Azərbaycanın  digər  xanlıqlarında 

kəsilmiş  pullardan  və  həmçinin  xarici  pullardan  istifadə  olunurdu  [95,851,888-

891].  XVII-XVIII  əsrlərdə  İrəvan  Azərbaycanın  ən  iri  pul  zərbi  mərkəzlərindən 

biri  idi.  İrəvan  xanları  pul  kəsilən  zərbxanaları  icarəyə  verirdilər.  İcarədarların 

kəsdikləri pul keyfiyyətinə görə xarici pullardan üstün idi [bax: 95. 888-889; bax: 

bölmənin sonu, cədvəl 5]. 

İrəvan xanlığı ərazisində çoxlu su dəyirmanının olması burada taxılçılığın 

yüksək  inkişafını,  İrəvan  şəhərində  çoxlu  yağ  zavodlarının  olması  isə  xanlıqda 

bitki  yağı  istehsalının  genişlənməsini  sübut  edir.  Mənbənin  məlumatına  görə, 

İrəvan  əyalətində  25  yağçəkən  müəssisə,  340  su  dəyirmanı,  85  ding  və  1  kərpic 

zavodu vardı [bax: 71, IV, 283-284]. 

İrəvan  xanlığının  Göyçə  gölünə  axan  Adıyaman,  Qızılvəng,  Balıqçay, 

Toxluca, Əyricə, Zəngi və s. çayları balıqla zəngin idi [71, IV, 283-2841. 

Torpaq  mülkiyyət  formaları.  Xanlıqlar  dövründə,  Azərbaycanın  digər 

xanlıqlarında  olduğu  kimi,  İrəvan  xanlığında  da  ənənəvi  torpaq  mülkiyyət 

formasında ciddi dəyişiklik olmamışdı. Torpaq sahələri mülkiyyət formasına görə 

5  qrupa  bölünürdü:  dövlət  (divan)  və  saray  (xalisə)  torpaqları,  mülk,  tiyul,  vəqf, 

icma torpaqları. 

Dövlət  torpaqları.  İlk  mənbələrdə  dövlət  torpaqları  iki  adla  xatırlanır  - 

divan və xalisə. Məhsulu xanın məmurları arasında bölünən torpaqlar xalisə, dövlət 

torpaqları isə divan adlanırdı [171,14]. Səfəvilər dövründə  mövcud olan divan və 

xalisə  torpaqları  arasında  fərq  XVIII  əsrin  ikinci  yarısında  tədricən  aradan  qalxdı 

və hər iki kateqoriyadan olan torpaq birləşərək xan torpağı adlanmağa başladı. Bu 

torpaqlardan toplanılan bütün məhsul xanın sərəncamına keçirdi. Xanın çox geniş 

səlahiyyətləri  vardı  və  divan  torpaqlarından  gələn

 

gəlir  bütünlüklə  onun 



sərəncamında  idi.  İrəvan  xanları  hər  vasitə  ilə

 

xalisə  və  divan  torpaqlarını 



genişləndirməyə çalışırdılar [bax: 95,989-990; 160. h.l.s.102]. 

Mülk torpaqları. Xüsusi mülkiyyətə məxsus mülk torpaqları azad şəkildə 

alqı-satqı obyekti ola bilərdi. Azərbaycanın digər xanlıqlarında olduğu kimi, mülk 

torpaqları  irsən  nəsildən-nəslə  keçirdi.  Mülk  sahibləri  xana  qulluq  etməyə  borclu 

deyildi  [bax:  95.926-928J.  İlk  mənbələrdə  İrəvanda  mülkün  3  formasının  olduğu 

göstərilir:  I)  gəlir  gətirən  və  daşınmaz  əmlak  olan  mülklər.  Bura  təkcə  yaşayış 

məntəqələri deyil, həm də dəyirmanlar, dinglər, üzüm və meyvə bağları, hamamlar 

                                                           

*

  General  Velyaminovun  1825-ci  il  scntyabr  tarixli  yazısında  İrəvan  sərdarının  qardaşı  Həsən  xan 



Qacarın və şahzadə Abbas Mirzənin Dağıstan feodallarını da Rusiya işğalçılarına qarşı qaldırmaq istəyi 

haqda məlumat verilir. Həsən xan Qacar bu işi həyata keçirmək üçün Qarapapaqlı tayfasından 3 nəfər 

təyin edir və onlara 1000 rubl İrəvan pulu verir [bax: 58. 60].

 



68 

 

daxil idi. Örüşlər də xüsusi mülk hesab edilirdi; 2) renta  -  vergi olaraq məhsulun 



1/10-ni ödəyən kənd; 3) 1/10 renta - vergisinə cəlb olunmuş kəndli torpaqları [bax: 

51,  107,  174,  287;  174,  222-248].  İrəvan  xanlığında  mülk  torpaqları  əsasən  iki 

qismə  ayrılırdı:  irsən  keçən  və  bağışlama  yolu  ilə  yaranan  -  mülk  xalisə.  İrsən 

keçən mülklərin qədim tarixi vardı. Mülk xalisə isə bağışlamaq və satılmaq yolu ilə 

yaranırdı [bax: 160, h.l. S.122]. 

Mənbələrin  məlumatına  görə,  Üçkilsə  monastırının  XVII-XVIII  əsrlər 

ərzində, müxtəlif vaxtlarda bir hissəsini satın almaq, digər hissəsini isə bağışlanma 

yolu ilə 22 kəndin mülkiyyətinə sahiblik hüququ əldə etdiyi qeyd edilir [174.234]. 



Tiyul torpaqları. XVIII əsrin II yarısında şərti torpaq mülkiyyəti forması 

olan  tiyul  geniş  yayılmışdı.  Xan  tərəfindən  müəyyən  şəxslərə  hərbi  xidmətə  görə 

divan torpaqlarından bəxşiş olaraq ömürülük tiyul verilirdi. Tiyul sahibi xidmətini 

başa  vurduqda  və  yaxud  vəfat  etdikdə  bağışlanmış  kəndlər  yenidən  xəzinəyə 

qaytarılırdı [bax..95,928-929; 160. h.1.s. 124]. 

XVIII  əsrin  sonunda  Azərbaycan  xanhqlarmda.  o  cümlədən  İrəvan  

xanlığında  tiyul  hüququ  bir  qədər  dəyişikliyə  uğramışdı.  Belə  ki,  Hər  verginin 

qalığını  xanın  vergitoplayanları  yığırdısa,  indi  tiyuldarlar  təkcə  renta  verginin  bir 

hissəsini  deyil,  həm  də  bütün  vergiləri  toplaya  bilərdi.  Tiyul  qaydası  ilə  verilmiş 

kəndlərin  sakinləri  tiyuldardan  tamamilə  asılı  idilər  və  bülün  öhdəlikləri  onun 

xeyrinə  yerinə  yetirirdilər.  Tiyuldar  çox  vaxt  kənddə  yaşayır  və  kəndin  bülün 

işlərini şəxsən özü idarə edirdi [174,218-219]. 



Vəqf  torpaqları.  Vəqf  torpaqları  müxtəlif  vaxtlarda  həmişəlik  dini 

müəssisələrə - məscidlərə, mədrəsələrə və ya kilsələrə verilmiş torpaqlar idi. İrəvan 

xanlığının  ərazisindəki  Azərbaycan  məscidlərinə  və  digər  dini  idarələrə  məxsus 

vəqf  torpaqları  ilə  yanaşı  dini  idarələrin  digər  mülkiyyəti  –  evlər,  dükanlar, 

karvansaralar, dəyirmanlar, dinglər, yağ zavodları və s. də vəqf ola bilərdi. Onların 

xidmətçiləri vergilərdən azad idilər. 

İrəvan  xanlığında  mövcud  olan  vəqf  torpaqları  hələ  Ərəb  xilafəti 

dövründə  Azərbaycanda  məscid  və  mədrəsələrə,  dini  idarələrə  məxsus  torpaq 

mülkiyyəti  kimi  yaranmışdı.  Lakin  1441-ci  ildə  Azərbaycan  Qaraqoyunlu 

hökmdarı  Cahanşahın  razılığı  ilə  erməni  katolikosluğu  mərkəzinin  İrəvan 

(Çuxursəd)  bölgəsinə  köçrülməsindən  sonra  burada  çoxsaylı  məscidlərlə  yanaşı, 

bir  neçə  qriqorian  kilsəsi  də  fəaliyyətə  başladı.  Qriqorian  kilsəsinə  münasibətdə 

dözümlülük siyasəti yeridən və onu himayə edən Azərbaycan hökmdarları bununla 

həm  Azərbaycan  ərazisində  erməni  feodal  təsərrüfatının  inkişafı  üçün  şərait 

yaradırdılar [115,29]. Tarixi faktlar bu qüsurlu siyasətin acı nəticələrini çox aydın 

sübut  edir.  Kilikiyanın  Sis  şəhərindən  Azərbaycan  Qaraqoyunlu  dövlətinin 

ərazisinə  köçürüldükdən  sonra  bölgədə  bir  qarış  belə  torpağı  olmayan  erməni 

katolikosluğu  1443-cü  ildən  başlayaraq  azərbaycanlılara  məxsus  kəndləri,  əkinə 

yararlı geniş torpaq sahələri ilə yanaşı meyvə, üzüm bağlarını da ələ keçirməyə və 

bununla  onların  əsl  sahiblərini  ata-baba  mülklərindən  məhrum  elməyə  çalışırdı 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə