Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə30/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   26   27   28   29   30   31   32   33   ...   85

117 

 

 




118 

 



119 

 

 




120 

 

 




121 

 

 



Mədəniyyət 

 

İrəvan  xanlığının  ərazisində,  xüsusən  də  xanlığın  mərkəzi  İrəvan 

şəhərində  kiçik  fasilələrlə  dağıdıcı  müharibələr  baş  versə  də,  elm  və  mədəniyyət 

daim  inkişaf  etmişdir.  İrəvan  xanlığının  ərazisində  tarixin  yaddaşına  çevrilmiş 

yüzlərlə maddi-mədəniyyət, memarlıq və incəsənət abidələri - məscidlər, türbələr, 

epiqrafik  abidələr,  qoç  heykəlləri,  təsviri  və  dekorativ  tətbiqi  sənət  nümunələri 

olmuşdur. İrəvandakı Əlyazmalar İnstitutunda - Matenadaranda saxlanılan yüzlərlə 

əlyazma İrəvan xanlığının mövcud olduğu dövrə aiddir. 

İrəvan xanlığının ərazisindəki maddi-mədəniyyət və memarlıq abidələri, o 

dövrün  mədəniyyəti  və  incəsənəti,  habelə  təhsil  sistemi  barədə  fransız 

səyyahlarından Jan Tavernye və Jan Şardənin, Rusiyanın həmin ərazini işğalından 

sonra  isə  İ.Şopenin,  ingilis  səyyahı  H.Linçin  əsərlərində  kifayət  qədər  məlumat 

verilmişdir.  XIX  əsrin  əvvəllərinədək  sırf  türk  -  azərbaycanlı  yurdu  olan  İrəvan 

xanlığının  ərazisində  maddi-mədəniyyət  abidələrinin  hamısı  Rusiya  imperiyası 

tərəfindən  XIX  əsrin  əvvəllərindən  etibarən  İrəvan  xanlığının  ərazisinə  kütləvi 

surətdə  köçürülən  ermənilər  tərəfindən  vəhşicəsinə  dağıdılmış  və  yer  üzündən 

silinmişdir  [bax:  bölmənin  sonu,  şəkil  35,  36,  37,  38.  39,  40].  Bununla  belə,  ilk 

mənbələr və ayrı-ayrı tədqiqat əsərləri İrəvan xanlığının ərazisində mövcud olmuş 

maddi-mədəniyyət  abidələri.  habelə  incəsənət,  maarif  və  ədəbi  mühit  haqqında 

kifayət qədər məlumat əldə etməyə imkan verir. 



Elm  və  təhsil.  İrəvan  xanlığının  ərazisində  təhsil  sistemi  haqqında  ən 

dolğun  məlumat  xanlığın  Rusiya  tərəfindən  işğalından  sonra  həmin  ərazidə 

kameral  siyahıyaalma  keçirən  rus  tarixçi-statistiki  İ.Şopenin  "Erməni  vilayətinin 

Rusiyaya  birləşdirilməsi  dövrünün  tarixi  yaddaşı"  əsərində  verilmişdir.  Həmin 

məlumatlardan  aydın  olur  ki,  İrəvan  xanlığının  ərazisindəki  təhsil  sistemi 

Azərbaycanın  digər  xanlıqlarındakı  təhsil  sisteminin  analoqu  olmuşdur  [95,  901-

911]. 

İ.Şopenin yazdığına görə, İrəvan xanlığının ərazisində təhsillə, əsasən din 



xadimləri məşğul olurdu. Hər bir məscidin nəzdində böyük və yaxud kiçik mədrəsə 

fəaliyyət göstərirdi. Aşağı siniflərdə müəllimlər müdərris, yuxarı siniflərdə isə vaiz 

adlandırılırdılar.  Mədrəsələrdə  geniş,  dərs  otaqları  ilə  yanaşı,  tələbələrin 

yaşadıqları kiçik otaqlar - hücrələr olurdu. Bəzi məscidlərdə adlı-sanlı müctəhidlər 

dərs  deyirdilər  ki,  onları  dinləmək  üçün  ölkənin  hər  yerindən  dinləyicilər  gəlirdi. 

İrəvan xanlığının süqutu ərəfəsində təkcə İrəvan şəhərində 200 şagird təhsil alırdı 

[95,901-911]. 

İ.Şopenin  məlumatına  görə,  müsəlman  alimləri  bütün  elmləri  üç  əsas 

sahəyə  bölürdülər:  Əl-ərəbiət,  Əl-şəruə  və  Əl-hakimə.  Birinci  sahəyə  əsasən  ərəb 

dilinin  qaydaları,  tarix  və  "Quran"ın  oxunması  daxil  idi.  İkinci  sahəyə  "Quran"ın 

təfsiri,  hadisələrin  öyrənilməsi,  dini  hüququn  əsaslarının  öyrənilməsi  daxil  idi. 



122 

 

Üçüncü  sahəyə  isə  məntiqin,  riyaziyyatın,  həndəsə  və  astronomiyanın,  tibbin  və 



nəzəri fəlsəfənin öyrənilməsi daxil idi. İrəvanda gənclərin əksəriyyəti Şərqin böyük 

şairləri  Nizaminin,  Rudəkinin,  Firdovsinin,  Caminin,  Hafizin.  Sədinin  və 

digərlərinin  şeirlərini  əzbərdən  söyləyərdilər.  İrəvan  şairlərindən  biri  öz  şeirlərini 

elə avazla oxuyarmış ki, onu Mirzə Əndəlif (Mirzə Bülbül) deyə çağırırmışlar [95, 

903]. İstər məktəblərdə, istərsə də mədrəsələrdə hüsn-xəttə xüsusi diqqət yetirilirdi. 

İrəvan  xanlığının  ərazisində  məktəb  və  mədrəsələrdən  başqa  fərdi  tədris 

növü də mövcud idi. Xanın və yaxud sərdarın, əyanların və tacir uşaqlarının təhsili 

ilə onların evində ayrıca müəllimlər məşğul olurdu. 

İ.Şopenin  verdiyi  məlumata  görə,  məktəblərdə  tədris  olunan  fənlərə, 

xüsusən  də  "Quran"a  və  şəriətə  aid  kitabların  nüsxələrinə  hər  bir  müsəlmanın 

evində, Özü də hərəsindən bir neçə nüsxə rast  gəlmək olar. Onun  yazdığına  görə, 

ermənilər kitab sarıdan kasıbdırlar. Yalnız bəzi varlı ermənilərin evlərində "İncil"ə 

və yaxud hansısa kitaba rast gəlmək olar [95,917].   Bütün bunlar ona dəlalət edir 

ki,  İrəvan  şəhəri  xanlıqlar  dövründə  Azərbaycanın  inkişaf  etmiş  elm  mədəniyyət 

mərkəzlərindən  biri  olmuşdur.  Müsəlmanlardan  fərqli  olaraq,  gəlmə  ermənilərdə 

elm və təhsil inkişaf etməmişdi. 



Epiqrafik  abidələr.  XVIII  əsr  epiqrafik  abidələrinə  memarlıq  abidələri, 

məzar daşları, saxsı, metal, taxta və s. bərk materialdan düzəldilmiş məişət əşyaları 

üzərində  rast  gəlinir.  Həmin  kitabələr  İrəvan  xanlığı  ərazisində  mövcud  olmuş 

müxtəlif  formalı  sənduqə,  başdaşı.  sinədaşı,  at  və  qoç  heykəlli  məzar  daşları, 

karvansara, hamam, mədrəsə, qala divarları və s. üzərində qoyulmuş lövhələrdə əks 

olunmuşdur.  İlk  mənbələrdən  və  epiqrafik  abidələrdən  məlum  olur  ki,  İrəvan 

xanlığı  ərazisində  bir  sıra  tikinti  işləri  aparılmış,  İrəvanda  Sərdar  (xan)  sarayı, 

imarətlər, İrəvan və Sərdarabad qalaları tikilmişdir. Həmin qalalarda karvansaralar, 

məscidlər,  hamamlar,  bazarlar  və  s.  inşa  edilmişdir  [bax:  bölmənin  sonu,  şəkil 

24,25]. 


İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  Azərbaycan-türk  memarlıq 

abidələrindən  bugünümüzə  gəlib  çatanı  İrəvan  yaxınlığındakı  Cəfərabad 

(ermənistan  SSR  Ali  Sovetinin  04.04.1946-cı  il  tarixli  fərmanı  ilə  Arqavand 

adlandırılmışdır)  kəndindəki  türbədir.  Həmin  türbənin  üzərindəki  kitabəni  tədqiq 

edən  görkəmli  alim  Məşədixanım  Nemət  bu  barədə  yazır  ki,  Cəfərabad  türbəsi 

buraların keçmişindən söhbət açan yeganə tarixi abidə və sənət əsəridir [Nemətova 

M. Əsrlərin daş yaddaşı Bakı, Elm, 1987, s.40-41 L95,917]. Yerli tuf daşdan inşa 

edilmiş onikiüzlü, hündürlüyü 12 metr, içəridən diametri 5 metr olan məqbərə orta 

əsrlər  Şərq  memarlıq  üslubu  ilə  bəzədilmişdir  [bax:  bölmənin  sonu,  şəkil  1,2]. 

Məqbərə  Qaraqoyunlu  əmiri  Əmir  Səədin  oğlu,  İrəvan  çuxurunun  hakimi  Pir 

Hüseyn tərəfindən atasının qəbri üzərində 1414-cü ildə ucaldılmışdır. Məqbərənin 

günbəzinin  altında  50  sm  enində  friz  üzərində  nəsx  xətti  ilə  məqbərənin  kim 

tərəfindən  inşa  etdirildiyi  qeyd  edilmiş  və  "Quran"dan  ayələr  həkk  olunmuşdur. 

Erməni tarixçisi A.Papazyanın yazdığına görə, yerli sakinlər məlumat vermişlər ki, 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə