Azərbaycan xalqının dahi oğlu, ümummilli lider


Ermənilərin XIX əsrdə şimali Azərbaycan



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə2/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   2   3   4   5   6   7   8   9   ...   85

 

 



Ermənilərin XIX əsrdə şimali Azərbaycan 

torpaqlarına köçürülməsi tarixi həqiqətdir. 

 

Oxuculara  təqdim  olunan  bu  kitabda  Cənubi  Qafqazın  tarixində  mühüm 

rol oynamış Azərbaycan dövlətlərindən birindən — İrəvan xanlığından (1747-1828) 

bəhs olunur. Bu Azərbaycan dövləti  XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı 

qəhrəmancasına mübarizə aparmışdır. 

İrəvan  xanlığının  tarixi  Azərbaycan  xalqının  minillər  boyunca  yaratdığı 

zəngin maddi və mənəvi mədəniyyət tarixinin ayrılmaz tərkib hissəsidir. 

İrəvan xanlığı XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan 

sonra meydana gəlmiş Azərbaycan dövlətlərindən -xanlıqlarından biri idi. 

Hazırda  Ermənistan  Respublikasının  yerləşdiyi  ərazi  yaxın  keçmişdə  — 

XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları idi. Bu 

torpaqların ən qədim yerli əhalisi - aborigen sahibləri Azərbaycan türkləri idi. 

İrəvan xanlığının yarandığı ərazi ən qədim türk torpaqlarıdır. Azərbaycan 

xalqının  formalaşmasında  yaxından  iştirak  etmiş  hürrilər,  kimmerlər,  iskitlər, 

saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə 

Göyçə  gölü   ətrafındakı  torpaqlarda  yaşamış  və  özlərindən  sonra  zəngin  tarixi-

mədəni iz qoymuşlar. 

Azərbaycan  xalqının  və  digər  türk  xalqlarının  qəhrəmanlıq  eposu  olan 

"Kitabi-Dədə Qorqud" dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, 

proseslər  Azərbaycanın  məhz  bu  regionunda  İrəvan  xanlığının  ərazisində  cərəyan 

etmişdir. 

Böyük  Azərbaycan  hökmdarı  Uzun  Həsənin  (1468-1478)  tapşırığı  ilə 

yazılmış Oğuznamədə — Əbu Bəkr Tehraninin "Kitabi-Diyarbəkriyyə"sində oğuz 

türklərinin  soy  kökündə  duran  Oğuz  xaqanın  məhz  burada  —  Göyçə  dənizi 

ətrafındakı  torpaqlarda  yaşadığı,  dünyasını  burada  dəyişdiyi  və  burada  da  dəfn 

olunduğu  qeyd  edilir.  Xanlar  xanı  Bayandur  xaqan  və  bir  çox  digər  oğuz-türk 

sərkərdələri  də  özlərinin  ata-baba  yurdu  olan  bu  diyarda  fəaliyyət  göstərmiş, 

burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

1

 

İrəvan  xanlığının  ərazisi,  ayrı-ayrı  işğalçı  imperiyaların  hökmranlıq 



dövrləri  istisna  edilməklə,  ən  qədim  zamanlardan  başlayaraq  həmişə  Azərbaycan 

dövlətlərinin  tərkibində  olmuşdur.  Bu  torpaqlar  həm  də  Azərbaycan-türk 

tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlardan biri idi. 

                                                           

 1918-ci ildə Qərbi Azərbaycanda — keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldıqdan 

sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib "Sevan" adlandırılmışdır.

 

1

 Geniş məlumat üçün bax: Əbubəkr Tehrani. Kitabi-Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, 



şərhlər və göstəricilərin müəllifi Rahilə Şükürova. Bakı, 1998, s.46-47.

 



 

XIX  əsrin  əvvəlində  baş  vermiş  Rusiya  işğallarına  qədər  İrəvan  xanlığı 



əhalisinin  mütləq  əksəriyyəti  Azərbaycan  türkləri  idi.  Qeyd  etmək  lazımdır  ki, 

erməni  katolikosluğu  mərkəzinin  1441-ci  ildə  İrəvan  (Çuxursəd)  bölgəsinə 

köçürülməsinə  qədər  burada  ermənilərə  məxsus  heç  bir  kənd  və  yaxud  torpaq 

sahəsi  olmayıb.  Hətta  erməni  katolikosluğunun  yerləşdiyi  Üçkilsə  (Valarşabad ) 

kəndi belə 1443-cü ildən başlayaraq ermənilər tərəfindən müxtəlif vasitələrlə hissə-

hissə Azərbaycan türklərindən alınmışdı.  

Azərbaycan  dövləti  olan  İrəvan  xanlığını  Azərbaycanın  dövlət  idarəçiliyi 

tarixində  mühüm  rol  oynamış  məşhur  Qacarlar  adlanan  türk  sülaləsindən  olan 

xanlar  idarə  etmişlər.  Xanlığın  bütün  idarəçilik  sistemi,  ictimai,  siyasi,  mədəni  və 

təsərrüfat  həyatı,  burada  yaşayan  əhalinin  məişət  mədəniyyəti  Azərbaycanın 

minillər  boyunca  davam  etmiş  ümumi  tarixi  inkişaf  sisteminin  ayrılmaz  tərkib 

hissəsi  idi.  İrəvan  xanlığı  öz  inkişaf  xüsusiyyətlərinə  görə  həmin  dövrdə  mövcud 

olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi. 

İrəvan  xanlığının  ərazisində,  tarix  boyu,  Azərbaycan  xalqına  məxsus 

çoxsaylı yaşayış  məskənləri  — kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr 

qalalar, 

məscidlər, 

minarələr  ucaldılmış, 

karvansaralar,  hamamlar  inşa 

olunmuşdu.   Bölgədəki  bütün  yer  adları  —  toponimlər  Azərbaycan  xalqına 

məxsus  idi.  Bu  inkarolunmaz  həqiqəti  hətta  erməni  mənbələri  də  təsdiq  edir.

 

Xanlığın  ərazisində  saysız-hesabsız  qədim  oğuz-türk  qəbiristanları  və  bu 



qəbiristanlarda  Azərbaycan  xalqına  məxsus  külli  miqdarda  qoç  heykəlləri, 

qəbirüstü  abidələr  vardı.  Bütün  bunlar  Azərbaycan  xalqının  maddi  mədəniyyət 

möhürləri idi... 

Lakin  XIX  əsrin  əvvəllərində  Cənııbi  Qafqazın  tarixində  qanlı  faciələr 

dövrü  başlandı.  Regionu  ələ  keçirməyə  çalışan  Rusiya  imperiyası  Azərbaycan 

xanlıqlarına  qarşı  müharibələrə  başladı.  Çox  çəkmədən  Cənubi  Qafqaz  Rusiya 

imperiyasının Qacarlar İranı və Osmanlı dövlətinə qarşı apardığı qanlı müharibələr 

meydanına çevrildi. 

Osmanlı dövləti və Qacarlar İranı ilə sərhəddə yerləşən İrəvan xanlığının 

ələ  keçirilməsi  Rusiya  imperiyasının  işğalçılıq  planlarının  mühüm  tərkib  hissəsi 

idi.  1804-1813-cü  illərdə  Azərbaycan  torpaqlarının  işğalı  uğrunda  gedən  Birinci 

Rusiya - İran müharibəsi zamanı İrəvan xanlığı iki dəfə (2 iyul-3 sentyabr 1804-cü 

il;  3  oktyabr-30  noyabr  1808-ci  il)  Rusiya  qoşunlarının  güclü  hücumlarına  məruz 

qaldı.  Lakin  İrəvan  xanlığı  Rusiyaya  təslim  olmadı  və  öz  müstəqilliyini  qoruyub 

                                                           

  "Valarşabad"  toponimi  Arşakilər  (Arsaklılar)  sülaləsindən  olan  Sanatürkün  (Sanatrukun)  oğlu  Valar 

şahın  (194-216)  adı  ilə  bağlıdır.  Uzun  tarixi  dövr  ərzində  "Valarşabad"  kimi  işlənmiş  bu  toponim 

erməni ədəbiyyatında təhrif olunaraq "Vağarşabad" formasına sahnmışdır. Valarşabadın əsası Valar şah 

tərəfindən qoyulmuşdu [bax: 95,116; 190, 29].

 

 Bax: bölmə 2, cədvəl 1.



 

 Bax: bölmə 4, cədvəl 2,3.

 

 Bax: bölmə 2, əlavə 2.



 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə